Press "Enter" to skip to content

QANUNVERİCİLİK 1-100 Testləri və Cavabları

Testlərdə qoyulan məsələlərin doğru həllərinin üzləşdirmə yolu ilə yaddaşda möhkəmləndirilməsi məqsədilə kitabın ikinci hissəsində 1 may 2021-ci il tarixinə Vergi Məcəlləsi və əlaqəli vergi və sosial qanunvericilik aktları yerləşdirilib. Üstəlik, Vergi Məcəlləsinin mətnində bütün “müvafiq icra hakimiyyəti” ifadələrinin açılışı (tanımı) verilib.

“Vergi qanunvericiliyi və Test Toplusu 2021”

Mks.az saytı vergi qanunvericiliyini (Vergi Məcəlləsi və əlaqəli normativ hüquqi aktları) əhatə edən yeni test toplusu hazırlayıb. Kitabda 500 qapalı test sualı yer alıb. Saytın ekspert qrupu tərəfindən hazırlanan test tapşırıqları indiyədək heç bir yerdə dərc olunmayıb və istifadə edilməyib. Test tapşırıqlarının hazırlanması zamanı onların nəzəri baxımdan vergi qanunverciliyinin mənimsənilməsində açar (həlledici) məsələlər olması, praktiki nöqteyi-nəzərdən faydalılığı, riyazı hesablama vərdişlərini aşılaması, vergi yaddaşının möhkəmlənməsinə və məntiqi təfəkkürün inkişafına xidmət etməsi kimi prinsiplər əsas götürülüb. Test tapşırıqlarının əksəriyyəti konkret təsərrüfat əməliyyatlarına əsaslanan vergi öhdəliklərinin müəyyənləşdirilməsi üzərində qurulduğundan hesablama tələb edir. Cavabların oxucular üçün əsaslandırılmış və aydın olması məqsədilə hesablamalar ayrıca cədvəldə təqdim olunub.

Qeyd edək ki, test sualları Vergi Məcəlləsi və əlaqəli qanunvericiliyin əhatə etdiyi aktual mövzulara uyğun olaraq təsnifləşdirilərək bölmələrə ayrılıb. Hər bölmədə toplanan test suallarının düzgün cavabları bölmənin sonunda yerləşdirilib. Bütün sualların düzgün cavablarının əsaslandığı qanunvericilik aktlarının adları, müvafiq maddələri və tələb olunan riyazı hesablamalar isə kitabın testlər hissəsi yekunlaşdıqdan sonra vahid cədvəldə təqdim olunub.

Testlərdə qoyulan məsələlərin doğru həllərinin üzləşdirmə yolu ilə yaddaşda möhkəmləndirilməsi məqsədilə kitabın ikinci hissəsində 1 may 2021-ci il tarixinə Vergi Məcəlləsi və əlaqəli vergi və sosial qanunvericilik aktları yerləşdirilib. Üstəlik, Vergi Məcəlləsinin mətnində bütün “müvafiq icra hakimiyyəti” ifadələrinin açılışı (tanımı) verilib.

QANUNVERİCİLİK 1-100 Testləri və Cavabları

1. Azərbaycan Respublikasının Konstitusiyasına
əsasən dövlətin ali məqsədlərinə aiddir:
1. dövlətin tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə riayət olunmasının təmin edilməsi
2. insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi
3. ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsi
4. iqtisadi inkişafa və tərəqqiyə nail olmaq
A) 2, 3
B) 1, 2
C) 1, 4
D) 3, 4

2. “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət
qulluqçusu birbaşa və ya yuxarı rəhbəri
tərəfindən ona verilən əmrin, sərəncamın və
ya tapşırığın qanuna və ya digər normativ
hüquqi akta zidd olmasına əmindirsə:
A) istənilən halda ona rəhbərlik tərəfindən
verilən əmri, sərəncamı və ya tapşırığı yerinə
yetirməlidir
B) yuxarı rəhbərindən həmin göstərişin və ya
əmrin yazılı şəkildə ona verilməsini tələb
etməlidir
C) bu barədə yazılı əsaslandırmanı birbaşa və ya
yuxarı rəhbərinə təqdim etməlidir
D) həmin əmr, sərəncam və ya tapşırığın yerinə
yetirilməsindən imtina etməlidir

3. “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən etik
davranış qaydalarına əməl olunmasına
nəzarət edən dövlət orqanının rəhbərinin
vəzifələrinə aid deyil:
A) tabeliyində olan dövlət qulluqçuları arasında
onların tutduqları vəzifələrə uyğun olaraq
vəzifə bölgüsü aparmaq
B) etik davranış qaydalarının pozulmasının
qarşısının alınması və profilaktikası üzrə
tədbirlər görmək
C) öz səlahiyyətləri çərçivəsində bu qanunla
müəyyən olunmuş etik davranış qaydalarını
və onlara əməl olunması ilə bağlı təminatları
konkretləşdirən normativ hüquqi aktları
işləyib hazırlamalı və təsdiq etmək
D) dövlət qulluqçularının etik davranış
məsələləri üzrə ictimai rəyin öyrənilməsi və
bununla bağlı maarifləndirmənin həyata
keçirilməsi üçün tədbirlər görmək

4. “Azərbaycan Respublikasının Dövlət bayrağı
haqqında” Əsasnaməyə əsasən Azərbaycan
Respublikasının bayrağında səkkizgüşəli
ulduzun xarici dairəsinin diametri bərabərdir:
A) bayrağın eninin 1/12-nə
B) bayrağın eninin 1/2-nə
C) bayrağın eninin 1/4-nə
D) bayrağın eninin 1/6-nə

5. “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət
qulluğuna xitam verilir:
A) dövlət qulluqçusunun xidməti fəaliyyəti
qeyri-kafi qiymətləndirildikdə
B) dövlət orqanında struktur dəyişikliyi baş
verdikdə
C) dövlət qulluqçusu məhkəmə tərəfindən
xəbərsiz itkin düşmüş hesab edildikdə
D) dövlət qulluqçusu pensiya yaşına çatdıqda

6. Azərbaycan Respublikasının Konstitusiyasına
əsasən Azərbaycan Respublikası Milli
Məclisinin növbədənkənar sessiyalarını
çağırır:
A) Azərbaycan Respublikası Milli Məclisinin
sədri
B) Azərbaycan Respublikasının Prezidenti
C) Azərbaycan Respublikası Milli Məclisinin
42 deputatı
D) yalnız Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi

7. “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən düzgün deyil:
A) Azərbaycan Respublikası dövlət dilinin
işlənməsini, qorunmasını və inkişafını təmin
edir.
B) Dövlət dilinin tətbiqinin normaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
C) Azərbaycan dili ölkənin siyasi, ictimai,
iqtisadi, elmi və mədəni həyatının bütün
sahələrində işlədilir.
D) Dövlət dilini bilmək hər bir şəxsin borcudur.

8. “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən inzibati
vəzifələrin 4-cü təsnifatına aiddir:
A) Azərbaycan Respublikasının Hesablama
Palatasının Aparatında şöbə müdiri vəzifəsi
B) Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)

C) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbərinin müavini vəzifəsi
D) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında sektor müdiri vəzifəsi

9. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ədalət mühakiməsini kassasiya qaydasında həyata keçirir:
A) Azərbaycan Respublikasının Ali Məhkəməsi
B) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
C) Azərbaycan Respublikasının apellyasiya məhkəmələri
D) Azərbaycan Respublikasının Məhkəmə- Hüquq Şurası

10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən verilən ixtisas dərəcələri aiddir:

ət qulluğunun müşaviri dövlət qulluğunun kiçik müşaviri -ci dərəcə dövlət qulluqçusu
A) inzibati vəzifələrin üçüncü təsnifatına
B) inzibati vəzifələrin beşinci təsnifatına
C) inzibati vəzifələrin altıncı təsnifatına
D) inzibati vəzifələrin dördüncü təsnifatına

11. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yalnız referendumla həll edilə bilən məsələlərdir:
A) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi, idarəetmə formasının və dövlət sərhədlərinin dəyişdirilməsi
B) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi, idarəetmə formasının və dövlət dilinin dəyişdirilməsi
C) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi
D) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi, müharibə elan edilməsi

12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun pensiyasının məbləği asılıdır:
1. dövlət qulluğunda xidmət illərindən
2. vəzifə maaşının məbləğindən
3. ixtisas dərəcəsindən
4. dövlət məvacibinin məbləğindən
5. dövlət orqanının kateqoriyasından
A) 2, 3
B) 3, 5
C) 1, 5
D) 1, 4

13. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçki və referendumda iştirak etmək hüququ yoxdur:
A) məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin
B) islah işlərinə cəlb olunmuş şəxslərin
C) seçki komissiyasının üzvlərinin
D) məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmiş şəxslərin

14. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat mənbəyi hesab edilmir?
A) anonim məktublar
B) açıq çıxışlar
C) məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar
D) kütləvi informasiya vasitələrinin məlumatları

15. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Əsasnamədə göstərilən hallardan başqa Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ verilə bilər:
A) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
B) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
C) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən

16. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti ilə bağlı düzgün deyil:
A) Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai birliklərin fəaliyyətində iştiraka təhrik edə bilər.
B) Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu siyasi birliyə üzv olmaq hüququna malikdir.
C) Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla) struktur bölmələrinin yaradılmasına yardım etmək qadağandır.
D) Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən siyasi partiyaların xeyrinə istifadə etmək qadağandır.

17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilir:
A) Mərkəzi Seçki Komissiyasının üzvlərinə
B) Hesablama Palatasının auditorlarına
C) yerli icra hakimiyyəti başçılarının müavinlərinə
D) mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinə

18. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların qəbul edilməsi ilə bağlı düzgün deyil:
A) Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.
B) Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.
C) Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər.
D) Bütün hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.

19. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaxın qohumların birgə işləməsi ilə əlaqədar tələbləri pozan şəxslər bu pozuntunu hansı müddətdə könüllü aradan qaldırmalıdır?
A) pozuntunun aşkar edilməsindən sonra 30 iş günü müddətində
B) pozuntunun aşkar edilməsindən sonra 40 gün müddətində
C) pozuntunun aşkar edilməsindən sonra 30 gün müddətində
D) pozuntunun aşkar edilməsindən sonra 3 ay müddətində

20. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiyaya şərait yaradan hüquqpozmalara aiddir:
A) xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi
B) vəzifəli şəxsin tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə əldə edilməsi
C) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə edilməsi
D) vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutması və ya fəaliyyət növü ilə məşğul olması

21. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Milli Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən etmir:
1. amnistiya
2. gömrük işi
3. inzibati ərazi bölgüsü
4. təhlükəsizliyin əsasları
5. rabitə və nəqliyyat işi
6. bələdiyyələrin hesbatlarının dinlənilməsi
A) 3, 4, 6
B) 2, 4, 6
C) 1, 3, 6
D) 1, 3, 5

22. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgündür:
A) Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşımırlar.
B) Vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
C) Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq baxılır.
D) Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 20 gün ərzində baxılır.

23. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların əsas vəzifələri ilə bağlı aşağıda göstərilənlərdən hansı düzgün deyil?
A) Vətəni müdafiə Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir şəxsin borcudur.
B) Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
C) Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.
D) Qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əsas hüquqlarına aid deyil:
A) ictimai birliklərdən lazımi informasiya və materiallar tələb etmək və almaq
B) sərbəst qaydada pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq
C) qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək
D) vəzifə maaşına əlavələr və mükafatlar almaq

25. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən qərarların qeydə alınması kitabında göstərilir:
A) qərarın qüvvəyə minmə tarixi
B) qərarın qısa məzmunu
C) qərarın qəbul edilmə səbəbi
D) qərarın adı

26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu dövlət qulluğunda irəli çəkilə bilər:
A) yalnız müsahibə yolu ilə
B) qulluqda yüksəliş, müsahibə və ya müsabiqə yolu ilə
C) yalnız müsabiqə və müsahibə yolu ilə
D) yalnız qulluqda yüksəliş yolu ilə

27. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən aktın hazırlanması və tərtib edilməsi ilə bağlı düzgün deyil:
A) Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.
B) Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur.
C) Aktın mətninin sonunda (imzalardan qabaq) qəbul edilən qərarlar göstərilməlidir.
D) Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir.
28. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları hansı qaydada vəzifəyə təyin edilir?
A) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri təyin edir
B) Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri təyin edir
C) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir
D) təqdimat olmadan Azərbaycan Respublikasının Prezidenti birbaşa təyin edir

29. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanlarında inzibati vəzifələrin altıncı təsnifatına uyğun olan vəzifələrin tutulması həyata keçirilir:
A) qulluqda yüksəliş yolu ilə
B) yalnız daxili müsahibə yolu ilə
C) müsabiqə və qulluqda yüksəliş yolu ilə
D) müsabiqə və müsahibə yolu ilə

30. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanları kateqoriyalar üzrə təsnifləşdirilərkən nəzərə alınmır:
A) funksiyası
B) yurisdiksiyası
C) statusu
D) iyerarxiyası

31. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən texniki normativ hüquqi aktlara aid deyil:
A) aviasiya qaydaları
B) gigiyena məqalələri
C) baytarlıq qaydaları
D) farmakopeya məqalələri

32. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri müəyyən edilir:
A) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən
B) Azərbaycan Respublikasının Prezidenti tərəfindən
C) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
D) Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən

33. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin həll etdiyi məsələlərə aid deyil:
A) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi
B) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi
C) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad
D) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər

34. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilmir:
A) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər
B) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və güzəştlər əldə edən şəxslər
C) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
D) dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyeklərində təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər

35. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən birinci kateqoriya dövlət orqanı deyil:
A) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
B) Azərbaycan Respublikasının Hesablama Palatası
C) Azərbaycan Respublikasının Baş Prokurorluğu
D) Məhkəmə-Hüquq Şurasının Aparatı

36. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisin həll etdiyi məsələlərə aid deyil:
A) ticarət işi və birja fəaliyyəti
B) referendum təyin edilməsi
C) bələdiyyələrin hesabatlarının dinlənilməsi
D) inzibati ərazi bölgüsü

37. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət hakimiyyəti orqanları tərəfindən müraciətlərin qəbul edilməsi və cavablandırılması işinin elektron formada həyata keçirilməsi ilə bağlı düzgündür:
A) Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
B) Yerli icra hakimiyyəti orqanları istisna olmaqla digər icra hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
C) Yalnız məhkəmə və qanunvericilik hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.
D) Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilməz.

38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatında sektor müdiri vəzifəsinə (ilk dəfə dövlət qulluğuna qəbul olunaraq) təyin olunan şəxsə ilk öncə hansı ixtisas dərəcəsi verilir:
A) dövlət qulluğunun baş müşaviri
B) dövlət qulluğunun müşaviri
C) 1-ci dərəcə dövlət qulluqçusu
D) dövlət qulluğunun kiçik müşaviri

39. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Hesablama Palatasının Aparatında sektor müdiri vəzifəsinə (ilk dəfə dövlət qulluğuna qəbul olunaraq) təyin olunan şəxsə ilk öncə hansı ixtisas dərəcəsi verilir:
A) dövlət qulluğunun baş müşaviri
B) dövlət qulluğunun müşaviri
C) 1-ci dərəcə dövlət qulluqçusu
D) dövlət qulluğunun kiçik müşaviri

40. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna xitam verilməsinin əsaslarına aid deyil:
A) dövlət qulluğunda olmanın yuxarı yaş həddinə çatdıqda
B) qanunvericiliyin tələbləri pozularaq qulluğa qəbul edildikdə
C) başqa işə keçdikdə
D) dövlət orqanı ləğv edildikdə

41. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə hansı mərhələlərdən ibarətdir?
A) test imtahanı, inşa və müsahibədən
B) test imtahanı və müsahibədən
C) yalnız vahid test imtahanından
D) yalnız müsahibədən

42. “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”yə əsasən Dövlət himninin mətn və musiqisi hansı normativ hüquqi aktla təsdiq edilmişdir?
A) “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
B) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
C) “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə
D) “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” ilə

43. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarına əməl olunmasına xidməti qaydada nəzarəti həyata keçirir:
A) birbaşa rəhbər
B) yuxarı orqan
C) dövlət orqanının rəhbəri
D) nəzarət orqanı

44. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarına aşağıdakılardan hansı aid deyil?
A) korrupsiyanın qarşısının alınması
B) hədiyyə vermə ilə əlaqədar güzəştlər
C) maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi
D) maraqlar toqquşmasının qarşısının alınması

45. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlərə aid deyil:
A) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının binaları
B) Azərbaycan Respublikası hərbi məhkəmələrinin binaları
C) yerli icra hakimiyyəti orqanlarının binaları
D) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının binası

46. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən tarix və mədəniyyət abidələrini qorumaq kimin borcudur?
A) yalnız vətəndaşların
B) dövlətin
C) hər bir şəxsin
D) vətəndaş cəmiyyətinin

47. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün deyil:
A) Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borclu deyil.
B) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
C) Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
D) Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borclarını səmərəli yerinə yetirməyə borcludur.

48. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmalar törətdikdə və bu hüquqpozmalar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda korrupsiyaya qarşı mübarizə aparan orqan hansı tədbirləri görür?
A) həmin şəxsi intizam məsuliyyətinə cəlb edir
B) bu barədə müvafiq seçki komissiyasına məlumat verir
C) bu barədə müvafiq məhkəməyə məlumat verir
D) bu barədə həmin şəxsin seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir

49. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsas deyil:
A) dövlət qulluğunda daha yüksək vəzifəyə təyin olunması
B) dövlət qulluqçusunun şəxsi təşəbbüsü
C) dövlət qulluqçusunun ehtiyyat kadlar siyahısına daxil edilməsi
D) dövlət qulluqçusuna növbəti ixtisas dərəcəsinin verilməsi

50. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçki hüququ qanunla məhdudlaşdırıla bilən şəxslərə aid deyil:
A) hakimlər və din xadimləri
B) bələdiyyə üzvləri
C) dövlət məmurları və hərbi qulluqçular
D) azadlıqdan məhrum edilmiş şəxslər

51. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında Milli Məclisin qərarı qəbul edilir:
A) 63 səs çoxluğu ilə
B) 95 səs çoxluğu ilə
C) 83 səs çoxluğu ilə
D) 73 səs çoxluğu ilə

52. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənəd hansı məqsədlə rəsmiləşdirilməlidir?
A) başqa təşkilata göndərilməsi üçün
B) rəsmi xarakter və hüquqi qüvvə verilməsi üçün
C) qeydiyyata alınması üçün
D) işə tikilərək arxivləşdirilməsi üçün

53. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərəaid deyil:
A) bələdiyyə orqanının işi üzrə üçüncü şəxslərin vəkili olmaq
B) dövlət orqanı rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyətlə məşğul olmaq
C) dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmaq
D) dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkəyə getmək

54. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətlidir:
A) 63 deputatının səlahiyyətləri təsdiq olunduqda
B) 83 deputatının səlahiyyətləri təsdiq olunduqda
C) bütün seçilmiş deputatların səlahiyyətləri təsdiq olunduqda
D) 42 deputatının səlahiyyətləri təsdiq olunduqda

55. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir:
A) yeni seçilmiş Azərbaycan Respublikası Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün
B) yeni seçilmiş Azərbaycan Respublikası Prezidenti and içməzdən 3 gün əvvəl
C) yeni seçilmiş Azərbaycan Respublikası Prezidenti and içdiyi gündən başlayaraq 3 gün ərzində
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini rəsmən elan etdiyi gündən başlayaraq 3 gün ərzində

56. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ mənsubdur:
A) Azərbaycan Respublikasının Mərkəzi Bankına
B) Azərbaycan Respublikasının Hesablama Palatasına
C) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
D) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

57. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xalqa qarşı ən ağır cinayətdir:
A) dövlətə qarşı müharibə elan olunması
B) insan və vətəndaşların hüquq və azadlıqlarının
pozulması
C) dövlətə qarşı qiyama və dövlət çevrilişinə kömək
D) hakimiyyətin mənimsənilməsi

58. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən seçki hüquqları məhdudlaşdırıla bilməz:
A) azadlıqdan məhrum edilmiş şəxslərin
B) həkimlərin
C) hərbi qulluqçuların
D) dövlət məmurlarının

59. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilənlərdən hansı dövlət qulluğunun əsas prinsipi deyil?
A) qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması,
eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması
B) irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə bağlı olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi
C) dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası
D) təqsirsizlik prezumpsiyası

60. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir:
A) dövlət sirrinə aid olan məlumatlarla əlaqədar yaranan münasibətləri
B) məlumatların məxfiləşdirilməsi ilə ilə əlaqədar yaranan münasibətləri
C) məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri
D) məlumatın hazırlanması ilə əlaqədar yaranan münasibətləri

61. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan coğrafi adlarının xarici dillərdə verilərkən nəzərə alınmalıdır:
1. Azərbaycan dilinin orfoqrafik normaları
2. anlaşıqlı (başa düşülən) olması
3. Azərbaycan dilində səslənməsi
4. əcnəbi dildə səslənməsi
5. beynəlxalq yazılış qaydalarına uyğunluğu
A) 1, 3
B) 3, 5
C) 1, 5
D) 2, 4

62. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarları aiddir:
A) normativ hüquqi aktlara
B) texniki normativ hüquqi aktlara
C) normativ xarakterli aktlara
D) qeyri-normativ hüquqi aktlara

63. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması qaydası düzgün verilmişdir?
A) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən araşdırma aparılır, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır və əlavə materiallar tələb olunarsa bu müddət daha 20 gün artırıla bilər.
B) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti araşdırma təyin edilir, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır.
C) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən araşdırma aparılır, xidməti araşdırma 30 gün müddətinə başa çatdırılmalıdır.
D) Müraciət daxil olduqda, aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən xidməti araşdırma təyin edilir, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır.

64. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədin tarixinin yazılışı düzgün verilməyib:
A) 14 noyabr 2007-ci il
B) 14.11.2007-ci il
C) 14.11.07
D) 14/11/07

65. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən sərlöhvə nədir?
A) aktın qeydiyyat nömrəsi
B) normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin imzası
C) aktın növü
D) normativ hüquqi aktın adı

66. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən protokolun mətni ibarət olmalıdır:
A) giriş və şərh hissələrindən
B) giriş və əsas hissələrindən
C) şərh və sərəncam hissələrindən
D) şərh və əsas hissələrindən

67. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə baxılmalıdır:
A) ən geci 20 iş günü ərzində
B) ən geci 15 iş günü ərzində
C) ən geci 15 gün ərzində
D) ən geci 20 gün ərzində

68. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna tətbiq edilən intizam tənbeh tədbirlərinə aid deyil:
A) xəbərdarlıq
B) dövlət qulluğundan azad edilməsi
C) daha aşağı təsnifatdan olan digər vəzifəyə keçirilməsi
D) ixtisas dərəcəsinin bir pillə aşağı salınması

69. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələrinə aiddir:
A) tətil etmək
B) ətraf mühiti qorumaq
C) mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək
D) sərbəst toplaşmaq

70. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının statusu:
A) Azərbaycan Respublikasının tərkibində suveren dövlətdir
B) Azərbaycan Respublikasının tərkibində müstəqil dövlətdir
C) Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir
D) Azərbaycan Respublikasının tərkibində federativ dövlətdir

71. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıldığı hallarda inzibati ərazi vahidinin adı hansı qaydada yazılır?
A) dövlət dilində şaquli şəkildə xarici dildə isə üfuqi şəkildə verilməlidir
B) əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir
C) həm xarici dildə, həm də dövlət dilində şaquli şəkildə eyni sırada verilməlidir
D) əvvəlcə xarici dildə və ondan sonra dövlət dilində verilməlidir

72. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkilərinin nəticələrini yoxlayır və təsdiq edir:
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
C) Azərbaycan Respublikasının Prezidenti
D) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

73. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şərtlərin hansından asılıolmayaraq şəxsin dövlət qulluğuna qəbul edilmək hüququ vardır?
1. təhsilindən
2. sosial mənşəyindən
3. yaşayış yerindən
4. ictimai və digər birliklərə mənsubiyyətindən
5. yaşından
6. əmlak vəziyyətindən
A) 1, 3, 5, 6
B) 2, 4, 5, 6
C) 1, 2, 5, 6
D) 2, 3, 4, 6

74. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Prezident seçilmiş şəxs and içir:
A) Milli Məclis deputatlarının iştirakı ilə
B) Nazirlər Kabineti üzvlərinin iştirakı ilə
C) Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə
D) Təhlükəsizlik Şurası üzvlərinin iştirakı ilə

75. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün deyil:
A) Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
B) Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir.
C) Dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malik deyil.
D) Dövlət qulluqçusunun qanunsuz olaraq imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi qadağandır.

76. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən dövlət qulluğunda qulluq stajının müddəti 1 ildən – 5 ilədək olduqda aylıq vəzifə maaşının neçə faizi miqdarında əlavə haqq verilir?
A) 20 %-i
B) 5 %-i
C) 10 %-i
D) 15 %-i

77. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Konstitusiyaya əlavələr Milli Məclisdə qəbul edilir:
A) 63 səs çoxluğu ilə
B) 83 səs çoxluğu ilə
C) sadə səs çoxluğu ilə
D) 95 səs çoxluğu ilə

78. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda təminatlar sistemi ilə bağlı təsbit olunmuş müddəada nəzərdə tutulmamışdır?
A) Dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.
B) Dövlət qulluqçusunun yuxarı orqanı tərəfindən müvafiq tədbirlər görülür.
C) Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun birbaşa
və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir.
D) Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü tərəfindən müntəzəm təhlil edilir.

79. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən seçki komissiyasının həlledici səs hüquqlu üzvü eyni zamanda dövlət qulluğunda:
A) yalnız dövlət orqanı rəhbərinin icazəsi ilə ola bilər
B) müstəsna hallarda ola bilər
C) heç bir halda ola bilməz
D) bütün hallarda ola bilər

80. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxsin statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etməsi:
A) (bilavasitə) korrupsiya hüquqpozmasıdır
B) korrupsiya ilə əlaqədar hüquqpozmadır
C) korrupsiya ilə əlaqədar hüquqpozma deyil
D) korrupsiyaya şərait yaradan hüquqpozma deyil

81. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı məsələlərə dair referendum keçirilə bilməz?
A) ölkənin müəyyən hissəsinə müxtariyyət statusunun verilməsi
B) dövlət rəmzlərinin dəyişdirilməsi
C) dövlət sərhədlərinin dəyişdirilməsi
D) vergilər və dövlət büdcəsi

82. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müqavilənin olmamasına görə məlumatı verməkdən kimlər imtina edə bilməzlər?
A) dövlət hakimiyyəti orqanları və bələdiyyələr
B) yalnız hüquqi şəxslər
C) beynəlxalq təşkilatlar
D) fiziki və hüquqi şəxslər

83. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən sənədlərin səhifələri hansı qaydada nömrələnməlidir?
A) İki və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq ərəb rəqəmləri ilə nömrələnməlidir.
B) On və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq rum rəqəmləri ilə nömrələnməlidir.
C) İyirmi və daha artıq səhifəsi olan sənədlər ərəb rəqəmləri ilə, digər sənədlər isə birinci səhifədən başlayaraq ərəb və ya rum rəqəmləri ilə nömrələnməlidir.
D) Rəsmi sənədlərin səhifələrinin nömrələnməsinə yol verilmir.

84. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən attestasiya komissiyasının tərkibini təsdiq edir:
A) Dövlət Qulluğunu İdarəetmə Şurası
B) müvafiq dövlət orqanının rəhbəri
C) yuxarı dövlət orqanının rəhbəri
D) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

85. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri kim həll edir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikasının Prezidenti
C) Azərbaycan Respublikasının Milli Məclisi
D) Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisi

86. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 4-cü kateqoriya dövlət orqanıdır:
A) hərbi məhkəmələr
B) inzibati-iqtisadi məhkəmələr
C) ağır cinayətlər məhkəmələri
D) yerli icra hakimiyyəti orqanları

87. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu şamil olunur:
A) dövlət orqanına pozulmuş hüququn bərpası tələbi barədə müraciətlərə
B) referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə
C) məhkəmə icraatı çərçivəsində vətəndaşların
etdiyi müraciətlərə
D) hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə

88. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədlərinə aid deyil?
A) dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması
B) dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması
C) dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlərin tənzimlənməsi
D) vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi

89. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati vəzifələrin 5-ci təsnifatına aiddir:
A) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında məsləhətçi vəzifəsi
B) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında sektor müdiri vəzifəsi
C) Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında baş məsləhətçi vəzifəsi
D) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparatında sektor müdiri vəzifəsi

90. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Qulluğunu İdarəetmə Şurasının hüquqi statusu ilə bağlı göstərilənlərdən hansı düzgündür?
A) dövlət orqanıdır, lakin ictimai əsaslarla fəaliyyət göstərir
B) ali kateqoriya dövlət orqanıdır
C) dövlət orqanı deyil
D) qeyri-hökumət təşkilatıdır

91. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı bərabərdir:
A) Prezident qarşısında
B) hüquq və öhdəliklər qarşısında
C) dövlət qarşısında
D) qanun və məhkəmə qarşısında

92. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi:
A) 5 il
B) 7 il
C) 10 il
D) 3 il

93. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunda irəli çəkilmək hüququ həyata keçirilir:
1. qulluqda yüksəliş yolu ilə;
2. müsahibə yolu ilə;
3. attestasiya yolu ilə;
4. təyinat yolu ilə;
A) 3, 4
B) 1, 2
C) 1, 3
D) 2, 4

94. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni həyata keçirir:
A) hüquq-mühafizə orqanları
B) məhkəmələr
C) Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası
D) Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası

95. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədlərinə aiddir:
A) idarəetmədə hakimiyyət bölgüsü prinsipinin təmin edilməsi
B) dövlətin hüquqi əsaslarla idarə olunmasının təmin edilməsi
C) bilavasitə və nümayəndəli demokratiya təsisatlarının inkişaf etdirilməsi
D) Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi

96. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət bayrağının təsvirinin istifadəsinə aid deyil:
A) Beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikasının mülki hava gəmilərinin üzərində vurulur.
B) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.
C) Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.
D) Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi blanklarından istifadə edilir.

97. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri həll edir:
A) məhkəmələr
B) Milli Məclis
C) Ombudsman
D) Ədliyyə Nazirliyi

98. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərilən ixtisas dərəcələrindən hansı yardımçı vəzifələrin ikinci təsnifatına aid deyil?
A) dövlət qulluğunun baş referenti
B) dövlət qulluğunun 1-ci dərəcə referenti
C) dövlət qulluğunun böyük referenti
D) dövlət qulluğunun 2-ci dərəcə referenti

99. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunda olmanın yuxarı yaş həddini tapın:
A) 75
B) 80
C) 60
D) 65

100. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsinə nəzarət edən müvafiq dövlət orqanının səlahiyyətlərinə aid deyil:
A) dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görmək
B) etik davranış qaydalarına əməl edilməsi
vəziyyətini öyrənmək və bu barədə məlumatları ümumiləşdirmək
C) dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddəalarının pozulması ilə bağlı
şikayətlər və məlumatlar qəbul etmək
D) etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırmaq, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görmək

Az Dili Test Toplusu 1 Ci Hisse PDF Free Download

Free download Az Dili Test Toplusu 1 Ci Hisse PDF In This Website. Available 100000+ Latest high quality PDF For ebook, PDF Book, Application Form, Brochure, Tutorial, Maps, Notification & more. No Catch, No Cost, No Fees. Az Dili Test Toplusu 1 Ci Hisse for free to Your Smartphone And Other Device.. Start your search More PDF File and Download Great Content in PDF Format in category General Documents

Az Dili Test Toplusu 1 Ci Hisse PDF Download Info

5/5 – (1 vote)

Az Dili Test Toplusu 1 Ci Hisse PDF Free Download, Pdf Yukle, Cavablari Orfoqrafiya, Azerbaycan Dili Test Toplusu 2021, Cavablari Fonetika, Az Dili Test Toplusu Cavablari, Hissə Cavabları Leksika.

Az Dili Test Toplusu 1 Ci Hisse PDF Free Download

Azərbaycan Dili Test Toplusunun 1-ci Hissəsi Pdf. Ucuz Kitablar, Jurnallar, CDlər və Dvdlər Onlayn Alın Və Satın Azərbaycan (Abituriyentlər Üçün Hazırlıq Vasitəsi) (Abituriyentlər Üçün Hazırlıq Vasitəsi) Kitab Orta Məktəb Dərsliklərindən İstifadə Olaraq Azərbaycan Dilində Yazılmışdır.

Azərbaycan Dili Test Toplusunun 1-ci Hissəsi Fonetika 1-ci Hissə Azərbaycan Dili Test Toplusunun Cavabları Lüğət 1-ci Hissə Azərbaycan Dili Test Toplusunun Morfologiyasının Cavabları. Kimya 2-ci Hissə Test Toplusunu Mp3 Formatında Yükləyin. *** Daha çox Neostrata Dəri Aktiv Mükəmməlləşdirici Peel Baxmaq üçün. Bu Səhifəni Twitter vasitəsilə Google+-da Paylaşın, Paylaşın.

Hədəf Kurikulum İngilis Dilinin Qiymətləndirilməsi. Üçüncü Sinifdə Azerbaycan Dili Metodik Resurslar Retrieve Azerbaijan. Azerbaycan Dili Test Toplusu Pdf, Yükle: Tqdk 7 ci Sinif Azerbaycan Dili Test Cavablari, 8 ci Sinif Azerbaycan Dili Testi. Müasir Azərbaycan dili üçün lüğət.

Ən Populyar Azərbaycan Dili Test Toplusu 4209 Kb/s. Ingilis Dili Test Toplusunun Cavablari Test Toplusu Cavablar Toplusu Yeni Azerbaycan Dili Riyaziyyat Ve Tarix Yeni Test Toplusu. Yeni Test Kitabxanası Normativ Nömrələr Bütün Testlər Üçün Test İzahat Videoları Nicholas Bagishzadeh. Hədəf Kurikulum İngilis Dilinin Qiymətləndirilməsi. 1-ci Hissə Azərbaycan Dili Test Bankının Cavabları 10 0 0 7. Tarix Test Toplusunun İkinci Hissəsinin Cavabları

Serial #cfh0016839 Və Daha Sonra Case Ih 8460 Dəyirmi Balyaçı. Kimya Yeni Dim Test Kolleksiyasının 2019 İlk Kimyəvi Anlayışlar Mövzu 1. Download Azərbaycan Dili Yığım 2019 2-ci Hissə Pdf, 3gp, Mp4, Mp3, Or Flv. Azərbaycan Dili Tqdk Test Yığıncağının 1-ci Hissəsi. Tqdk 7 ci sinif azerbaycan dili test cavablari 8 ci sinif azerbaycan dili testi.

Eni və Hündürlük Parametrləri Ehtiyaclarınıza Uyğun Dəyişdirilə bilər. Aşağıdakı Romanlar Sinifdə Oxunacaq: Ən Populyar Sözlər Birinci sinif hekayələri 4-cü sinif üçün hekayə dəstləri İkinci sinif üçün hekayələr toplusu Üçüncü sinfin Tarot hekayəsi Birinci sinif oxu materialları Paraqraf sualları ikinci sinif test bankı Yaxalıqda mikrofon. Siniflər üçün Riyaziyyat Test Bankı 9786257154253 Karekök Nəşrləri Karekök Komissiyası.

Xal qazanmaq üçün Sinifdə Riyaziyyat Testinə cavab verin. Zəhmət olmasa, Hər hansı Sui-istifadə (Spam, Qeyri-qanuni Hərəkətlər, Təcavüz, Müəllif Hüquqlarının Pozulması, Böyüklər üçün Məzmun, Warez və s.) Bizi Məlumatlandırın. Cavab verdim: “Yaxşı, bir yazı ilə bunun bir gecəlik uğur olmadığını deyə bilərəmmi?”

Alternativ olaraq, Sənədin URL-i ilə [email protected] ünvanına Bizə E-poçt Göndərin. Sinif Riyaziyyat Testləri Sizə Lgs və Məktəb Tapşırıqları üçün Təhsiliniz üçün Əla Və Unikal Suallar Verəcək. 8. Sinif Riyaziyyat Testinə Ehtiyacınızı Qarşılamaq üçün Testlərimizi Pdf Formatında Pulsuz Yükləyə və Tamamlaya bilərsiniz.

Testkolikte Yeni Nəsil Sualları, Nailiyyət Testləri və Mövzu Anlama Testlərini ehtiva edir. Sinif Riyaziyyat Sual Bankı, Karekök tərəfindən nəşr edilmişdir. Riyaziyyat Və Həndəsə Kitabları, Mövzunu Anlayan Videolar. İmtahana Hazırlıq.

Hörmətli Oxucular, Şənbə, Bazar və Bayram günləri istisna olmaqla, Saytımız vasitəsilə Onlayn Sifariş Verdiyiniz Nəşrlər 5 İş Günü ərzində Ünvanınıza Çatdırılacaq! Yada salaq ki, hər bir nəşrin çatdırılma haqqı 1,5 manatdır. Cəmi 20 Azn-dən çox olarsa Çatdırılma Pulsuzdur. Nəşrlərin çatdırılmasında gecikmə olarsa, [email protected] ilə əlaqə saxlaya və ya (050)225-54-99 nömrəsinə zəng edə bilərsiniz. Sifarişiniz Bölgəyə Çatdırılırsa Bir Və ya İki Gün Gecikmə Ola bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.