Koroğlu qəhrəmanlıq dastanıdır inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz
Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qanıyam.
Bir igidəm, igidlərin xanıyam,
Bu ətrafda hər yan mənimdi!
Qaraqalpaqların «Qırx qız» dastanı
Məlum olduğu kimi, qıpçaqların ən böyük və ən məşhur dastanı qırğızlara aid olan «Manas» dastanıdır. Belə hesab edilir ki, onun yaranış dövrü IX-X əsrlərə təsadüf edir. Məsələn, A. Sadıkovun fikrincə eposun mühiti IX-X əsrlərin mühitinə tam uyğunluq təşkil edir. A. Cəmil də onun fikri ilə razılaşaraq qeyd edir ki, «“Manas”dan əvvəlki dövrün ictimai-siyasi ab-havasını, mənəvi iqlimini öyrənməklə eposun hansı tarixi zəmində yarandığını, formalaşdığını öyrənmiş oluruq. Bu baxımdan VII-VIII əsrlərdə Yenisey ətrafında mövcud olmuş qırğız xaqanlığının tarixini nəzərdən qaçırmağa haqqımız yoxdur». A Sadıkov yazır ki, «VII-VIII əsrlərdə Yenisey ətrafında qırğız xaqanlığı yaranmışdır. Bu, başda xaqan olmaqla bir neçə tayfanın birliyi idi. Həmin tayfaların ümumtürk və uyğur mədəniyyətində öz payları vardı».
Tədqiqatçıların gəldiyi qənaətə görə, «güclülərlə gücsüzlərin yerdəyişmə qanunları tarixin təkərini müxtəlif istiqamətlərə fırlatdığından qaliblərin məğlub, məğlubların qalib olduğunu da görmüşük. Türk xaqanlığının süqutundan sonra (VIII əsr) bu xaqanlığın 50 il vassalı olmuş uyğurlar hakimiyyətə gələrək qırğızları da özlərinə tabe edirlər. Di gəl ki, uyğurların hakimiyyətinə tabe olmaq istəməyən qırğızlar bu xaqanlığa qarşı ardıcıl və mütəşəkkil mübarizə aparırlar». Alim daha sonra A. Sadıkovdan bu sitatı gətirir “840-cı ildə epidemiya, aclıq, saray çevrilişləri uyğur xaqanlığını son dərəcə zəiflədir. Qırğızların başçısı Ajo özünü xan elan edərək uyğur xanına bildirir: Sənin ömrün bitdi” . A. Sadıkova istinad edən A. Cəmil daha sonra bildirir ki, ədəbi obraz Manasın tarixi əsli sayılan Ajo 847-ci ildə həlak olub.
Əlbəttə ki, Manasın 847-ci ildə öldüyü iddia edilən Ajo ilə eyniləşdirilməsi heç bir normal məntiqə sığmır. Çünki dastanın süjetinin eyni hadisələrdən danışan digər qıpçaq dastanları ilə tutuşdurulması təsvir edilən hadisələrin çox-çox qədim dövrləri əhatə etdiyini göstərir.
Heç kəsə sirr deyil ki, eyni etnik mənşəyə sahib olan xalqların folklorunda süjetlərin və motivlərin yaxınlığına və oxşarlıına rast gəlinməsi adi haldır. Süjetlərin yaxınlığı, oxşarlığı, şübhəsiz ki, xalqların tarixi yaxınlığının nəticəsidir. Bu, «həmin xalqların qədim tayfalarının keçmiş əcdadının eyni folklor irsi ilə əlaqədar ola bilər. Əlbəttə, burada dil qohumluğu da müəyyən rol oynayır» .
Heç şübhəsiz ki, “Manas” dastanı bir qəhrəmanlıq dastanıdır. Bu dastan qırğızların etnogenezi prosesinə aydınlıq gətirəcək etnoqonik motivlərdən də xali deyildir. Eyni sözləri Manasın paradiqmaları olan Alp Manaş (eyniadlı əsatiri Altay nağıl-poemasının qəhrəmanı) və Alpamışın (eyniadlı qazax dastanının qəhrəmanı) simasında Altay və qazax türkləri haqqında da söyləmək olar.
“Manas” dastanında da “qırx qız” motivinə, eləcədə “qırx ərən”, “qırx igid” barədə süjetə rast gəlirik. Bunlardan sonuncusu barədə B. Ögəl yazır: “Dədə Qorqud kitabındakı Oğuz bəylərinin qırx igidi türk mifologiyasının ölməz və dəyişməz motividir… “Manas” dastanında Dədə Qorqud nağıllarında adı çəkilən qırx igidlə əlaqədar bəzi hadisələrə də rast gəlirik” .
Bu sözlərdən sonra alim V. Radlova istinadən aşağıdakı süjeti nəql edir: «Almanbet atası Qara xanı müsəlman olmadığı üçün öldürdükdən sonra qırğızların Orta Yüz rəisi Kökçə xanın yanına gəlmişdi. Kökçənin Almanbetə çox etibar və hörmət göstərməsi Kökçənin qırx igidini hirsləndirdi və həsəd səviyyəsinə çatdırdı.Onlar bir araya gəlib, Almanbetin üstünə şər atmaq qərarına gəldilər. Buna görə hamısı toplanıb Kökçə xanın yanına getdilər və Kökçə xana “Bu Almanbet sənin arvadınla yatıb-qalxır” dedilər. Bu səbəbdən Kökçə xanın Almanbetə olan münasibəti kəskin dəyişdi, o da Manasa pənah aparmaq məcburiyyətində qaldı».
Maraqlıdır ki, süjetdə qırx igid dərləşərkən, eynən “Dədə Qorqud”dakı kimi “Bir kafir üstümüzdən çıxdı” deyirlər. Dastanda ayrıca Manasın da qırx igidindən söz açılır və onların həm Manasa, həm də arvadı, yəni onun baş xatunu Qamkey xatuna sədaqəti xüsusi vurğulanır. Onlar Manas tərəfindən aşağıdakı kimi vəsf edilirlər:
«Qırx igidin başı Qırqıt! Yeddi yeməyi birdən aşıran Bos Çolok ilə Çalbay! Yelbəgəy və sən Sıraq! Kök Seliç və sən , Sərək! Mənim hiyləgər igidim Qutunay! Mənim pis igidim Qutyaqan! Mənim gənc uşağım Yayma Köküt! Sən, ey Bayın oğlu Bakay! Ağ Bottonqın oğlu Bolot! Yoldaşım Bauke! Sən, ey mənim Yaysanım! Ey siz, soylu ailələrin övladları – mənim əlbisəm, sən ey qəhrəman Bürküt, mənim suyum, sən ey qəhrəman Sasam!Geriyə belə sıçrayan Qan Gəldi, Qara Yoltay, Yam Gəldi! Sən ey mənim nəğməkarım Almandı! Sökülənləri hörən, qırılanları düzəldən, sən ey kəskin dilli Acıbəy, Kenənin oğlu! Sən ey Kənəş oğlu Qan Canıbəy! Mənim falçım Qara Tölök! Qırx igidin yoldaşı Bölök! Qazaxdan gələn Kolmanbet! Qırğızdan gələn Yalmanbet! Kafir ilə müsəlmanın yurdunu quran, ey mənim döyüşçülərim, Qara bayır və Kasalat adlı gənclər, siz hər şeydə isabətlisiniz! Gecə belə tülkünün izini itirməyən Şuutum mənim! Gənc Tünükey! Yenə gecə qarsaq tülküsününizini tapan mənim qaplan Şuutum!».
Bunlardan Bay oğlu Bakay həm Manasın atasının, həm də özünün vəziri kimi çıxış edir. Manas onun haqqında hər zaman deyərdi: Bizlərə tanrı tərəfindən göndərilmiş bir dost! Bundan başqa, Qamkey xatunun atası evindəki qırx qızdan, xan qızının qırx qaravaşından söhbət açılır və onların Manasın igidləri tərəfində yaxalanaraq, onlara arvad olmaları bildirilir.
Qırğız rəvayətlərinin birinə əsasən, qırğızlar Manasın qırx igidi ilə qırx qızın, yəni Qamkey xatunun qaravaşlarının izdivacından törəyiblər. Özbək Xannamə”sində isə qırğızların Çingiz xanın ulu babalarından Buyan xanın qırx kənizindən doğulan qırx qızla bağlanılır: «Buyan xanın dörd nigahlı arvadı və qırx kənizi var idi. Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona həmişə qız qismət edirdi. Beləcə qırx qızı olmuşdu. Bu qadınlardan doğulan qırx qızdan bu gün qırxqız (qırğız) adı ilə tanınan qövm peyda olmuşdur».
Yeri gəlmişkən, qaraqalpaq türkləri içərisində də qırx qızla bağlı süjet və motivlərə rast gəlinməkdədir. Söhbət “Qırx qız” dastanından gedir. Bu dastannın süjeti ilə Quzey Qafqaz xalqlarının ortaq abidəsi olan və e.ə. l minilliyin ortalarında, iskit-sak mühitində formalaşdığı hesab edilən nart eposu ilə ümumi süjet və motivlərə sahib olması mütəxəssisləri çoxdan heyrətə salmışdır. “Qırx qız” dastanında öz qırx qadın döyüşçüsü ilə, yəni qırx amazonka ilə birlikdə uzaq bir adada yaşayan və xalqını düşmənlərdən qoruyan Gülayım adlı hökmdar qadından bəhs edilir.
Mütəxəssislər Gülayım obrazını nart eposunun kabardin variantındakı Daxanaqo obrazı ilə eyniləşdirirlər:
Nartların dastanlarında belə deyilir,
Alplar içində alp olan, görəsən, kimdir?
Alplığı ilə alpları kölgədə qoyan,
Əlbət ki, alplar alpı Daxanaqo ərəndir.
At belinə qalxanda şövqündən yer əsir,
Onun qoçaq bir qız olduğunu kim bilir?
Sinəsindəki gümüş qalxan bərq vurur,
Mindiyi atdan süvari qız qürur duyur.
Bu dastanın P. Akritas və Y. Stefanova tərəfindən təqdim edilən başqa bir variantı olan əfsanədən isə belə məlum olur ki, dağlar başında yaşayan sözügedən gözəl bahadır qadının ordusu bütünlüklə qadınlardan-amazonkalardan təşkil olunmuşdu
Bəxtiyar Tuncay
(ardı var)
“Koroğlu” qəhrəmanlıq dastanıdır inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz
Azərbaycan şifahi xalq ədəbiyyatında qəhrəmanlıq dastanlarının xüsusi yeri var. Sevə-sevə mütaliə etdiyimiz və dinlədiyimiz «Koroğlu» dastanı da tarixi-qəhrəmanlıq mövzusundadır. Məlumdur ki, XVI əsrin sonlarında və XVII əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə tarixə Cəlalilər üsyanı kimi düşən kəndli hərəkatı baş vermişdir. «Koroğlu» dastanı bu üsyanda baş verən hadisələrin bədii inikasıdır. O dövrdə əllərində hər cür səlahiyyət olan hakimlər, paşalar rəiyyətlə çox amansız davranır, onların əkib-becərdikləri məhsulu talayır, özlərini ehtiyac içində yaşamağa məcbur edirdilər. Dastan yaradıcıları eposda daha bu istibdada baş əymək istəməyən xalqın qəhrəmanlıq əzmini, zülmkar xanlara, paşalara, bəylərə qarşı apardığı mübarizəni bədii lövhələrdə canlandırmağa nail olmuşlar. Dastan bütövlükdə elin, xalqın yenilməzliyini ifadə edir.
Dastanın əsas qəhrəmanı Koroğlu sadə xalqın içindən çıxmışdır. Onun əsl adı Rövşəndir. Həsən xan haqsızlıq edərək onun atasının gözlərini çıxartdırır. Bundan sonra el içində Rövşəni Koroğlu deyə çağırırlar.
Koroğlu işıq üzünə həsrət qalan atasının qisasını alacağına söz verir. illər ötdükcə onun qəlbindəki qisas hissi ictimai məzmun kəsb etməyə başlayır və xalqa zülm edən hökmdarlara qarşı üsyana çevrilir. O, el-obada mərdlikdə ad çıxaran igidləri başına toplayır, onlarla birlikdə dağlara çəkilir, Çənlibeldə məskən salır.
Dastan yaradıcıları Koroğlunun timsalında əsl xalq qəhrəmanının, daxili aləmi ilə fiziki məharəti bir-birini tamamlayan mahir sərkərdənin obrazını canlandırmışlar. Koroğlu çətinliklərdən qorxmur, daim düşmənlə açıq, üzbəüz döyüşlərə can atır. Biz onu gah at belində qılınc çalan, düşmənin başına od yağdıran qəhrəman kimi, gah da telli sazı dilə gətirib söz qoşan, şirin nəğmələr oxuyan el sənətkarı – aşıq kimi görürük. Çənlibeldə Dəli Həsənlə üz-üzə gələn Koroğlıı ona özünü belə təqdim edir.
Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qanıyam.
Bir igidəm, igidlərin xanıyam,
Bu ətrafda hər yan mənimdi!
Oxucu, dinləyici dastan boyu Koroğlunun müxtəlif döyüşlərdə göstərdiyi misilsiz şücaətlərin şahidi olur. Dəniz cinsindən olan Qırat və Dürat, həmçinin ildırım parçasından hazırlanan Misri qılınc Koroğlunu daha da yenilməz edir. O, apardığı döyüşlərdən qələbə ilə çıxır. Əsl xalq qəhrəmanı kimi Koroğluya xas – cəhətlərdən biri onun mərdliyidir. O, düşmənlə mübarizədə heç vaxt hiyləyə əl atmır. Koroğlunun xarakterindəki mərdlik, dastanıın ayrı-ayrı qollarında müxtəlif vəziyyətlərdə üzə çıxır. «Həmzənin Qıratı qaçırması» qolunda Həmzə Toqata sevimli atını qaytarmağa gələn Koroğluya deyir: «Koroğlu, sən Qırat üçün gəlmişdin, onu da minmisən. Mən sənin yerinə olsam, səssiz-səmirsiz sürüb çıxıb gedərəm». Qıratın belində dayanan Koroğlunun cavabı belə olur: «Əgər atı səssiz-sədasız aparsam, mən də olaram Həmzə də. Onda sənlə mənim aramda day nə təfavüt qalar».
Koroğlunun başına yığılan dəlilər də mərd və qorxmazdırlar. Xalqın içindən çıxan bu igidləri Çənlibelə zülmkar hökmdarlara kəskin nifrət, Koroğlunun xalqın düşmənlərinə qarşı apardığı ədalətli mübarizəyə rəğbət cəm etmişdir. Koroğlu hər beş-on gündən bir libasını dəyişib səfərlərə çıxır və hər dəfə də Çənlibelə yeni bir igidlə qayıdır. Ancaq Koroğlu Çənlibelə gətirdiyi igidləri əvvəlcə sınaqdan keçirir, sonra öz dəstəsinə üzv qəbul edir. Koroğlu sınaqdan çıxardığı igidlərə inanır, etibar edir, həmçinin onlara böyük qayğı göstərir.
Dastanda Çənlibelə yeddi min yeddi yüz yetmiş yeddi dəli toplaşdığı bildirilir. Bu rəqəm xalqın yenilməzliyinin, onun gücünün tükənməzliyinin rəmzidir. Eposda işlədilən «dəli» sözü «igid», «qoçaq» mənasını verir. Sadə xalqın içindən çıxan Dəmirçioğlu, Bəlli Əhməd, Halaypozan, Dəlı Həsən və başqaları çətin anlarda Koroğluya əsl arxadırlar. Dəlilərin içində ən cavanı Eyvazdır. Yaşının az olmasına baxmayaraq, döyüş meydanlarmda şücaətlər göstərən bu gəncə Koroğlunun xüsusi rəğbəti var və onu oğulluğa götürmüşdür. Ümumiyyətlə, Koroğlu ilə onun dəliləri arasında səmimi dostluq münasibətləri hökm sürür. Onlar bir-birilərinə dərin hörmət bəsləyirlər.
Dastandakı qadın surətləri də eposun qəhrəmanlıq ruhunu tamamlayır. Nigar, Mərcan, Telli, Ruqiyyə, Məhbub varlı xotkar, paşa qızlan olsalar da, eyş-işrət içində keçən həyatdan bezərək Çənlibelə üz tutmuşlar. Buradakı çətin həyat onları əsla qorxutmur, əksinə onlar Koroğluya və onun dəlilərinə arxadırlar. Bu cəsur və geniş ürəkli qadınlar ömür-gün yoldaşlarına dəyərli məsləhətlər verir, lazım gəldikdə döyüş meydanlarına atılmaqdan çəkinmirlər.
Xalqımızın qəhrəmanlıq tarixinin salnaməsi olan «Koroğlu» dastanı gənc nəslin vətənpəıvərlik tərbiyəsində mühüm rol oynayır. Dahi Azərbaycan bəstəkan Ü.Hacıbəyov «Koroğlu» eposunun əsasında eyniadlı opera yazmışdır.
“Qara dəlik” haqqında maraqlı faktlar
Günümüzdə də, aktuallığını qoruyub saxlayan “Qara dəlik” haqqındakı fikirlər, insanlarda maraq yaratmaqdadır. “Qara dəliyin” olması haqqqında ilk təsəvvürlər çox qədim zamanlara qədər gedib çıxsa da, Albert Enşteyinin “Nisbilik nəzəriyyəsin”dən sonra bu mövzu öz aktuallığını daha da artırdı. İlk dəfə “Qara dəliyi” elmi olaraq izah edən amerikalı alim Con Veler olmuşdur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, “Qara dəliyin” ulduzun daxilində yaranması, hidrogenin Günəşin təsirindən yandırılması zamanı ulduzun daxilinə işığı salması nəticəsində, yaranan kölgədən mənbələnir. Böyük ölçülü ulduzlarda daha çox Günəş düşən tərəfin əksində yaranması müşahidə edilməkdədir.
Molekulyar müqayisədə ölçüləri ilə, “Qara dəliyin” kütləsi tam fərqlənir. Belə ki, kiçik ölçülü olsa belə, “Qara dəliyin” ağır kütləsi olur. Ona ağırlıq verən isə, onun daxilində 300 000 km/saat sürətlə hərəkət edən işıq fotonlarının cazibə qüvvəsidir.
“Qara dəliyin” ətrafında baş verən kiçik və ya yüngül partlayışlara elmi dildə, “horizon”lar deyilir. Maraqlı cəhət budur ki, həmin bu yüngül “horizonlar” birdən “Qara dəliyin” daxilində məhv olaraq, qəfildən gözəgörünməz olur.
Araşdırmaçılar ilk əvvəllərdə yalnız bir “Qara dəlikli” qalaktikanı müəyyən etmişdilər. Onun adı Milky Way-dır. Lakin sonralar, astronomiya və astrofizika alimlərinin təkmilləşdirdikləri alətlərin hesabına, qalaktikada 25 milyona yaxın böyük və kiçik ölçülü “Qara dəliyə” malik ulduzların olduğunu təsbit etdilər.
Alimlərin ulduzların daxilindəki, “Qara dəliklər”in bir və ya birdən çox olduğunu, 2004-cü ilə qədər bilmirdilər. Lakin daha sonra, kosmik araşdırmalar və orbitlərlə müşahidə zamanı, bu günə qədər təsbit edilmiş 7 nəhəng “Qara dəlik”li ulduzun daxilində 1300-ə qədər kiçik ölçülü “Qara dəliklər”in olduğu müəyyən edildi.
Daha bir maraqlı sual bundan ibarətdir ki, kiçik ölçülü ulduzların daxilindəki “Qara dəliyi” necə müəyyən etmək olar?
Elmi cavab belədir ki, orbitlər vasitəsi ilə, radiasiya nəticəsində onun radarına düşən şüalar nəticəsində hətta kiçik ulduzların daxilindəki “Qara dəlikləri” müəyyən etmək olur.
Kvant mexanikasına görə, “Qara dəliklər”i yalnız udmaq və buraxmaq olmaz. Bunun təsdiq edilməsi və təcrübədə göstərilməsi isə, Stephen Hawing tərəfindən 1974-cü ildə, daha geniş tətbiqi öyrənildi və “Qara dəliklər”in radiasiya şüaları ilə öyrənilməsi, bu alimin şərəfinə adlandırıldı. Günümüzdə isə, təkmilləşdirilmiş teleskoplar vaistəsi ilə, “Qara dəliklər”i daha rahat tapmaq və tətbiq etmək mümkündür.
Alimlər müasir dövürdə ulduzların daxilinə sirayət edərək, “Qara dəliklər”i daha yaxından araşdırmaq istəyirlər. Lakin “Qara dəliyi” araşdırmaq üçün ulduzun daxilində bir dənə də, “Ağ dəlik” tapmalıdırlar ki, tədqiqat işlərindən sonra, ulduzun daxilindən çıxa bilsinlər.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.