Azerbaycan Uşaq edebiyatı Antolojyası – Qara Namazov
Orta məktəbi bitirdikdən sonra orduda xidmət etmisiniz (1951-1955) ədəbi fəaliyyətə 1956-cı ildə mətbuatda çıxan ” Vətən “, ” Kəndimizin qızları “, ” İstəyir ” şerinizlə başlamısınız . Almanaxlarda onlarla məzmunlu şeriniz S.Vurğunun ilk məhəbbətindən bəhs edən ” Bir qərinədə ” poemanız dərc olunmuşdur .
Qara namazov azerbaycan usaq edebiyyati
Qara Namazov – 80
Hörmətli Qara müəllim !
Sizi – görkəmli tənqidçi , ədəbiyyatşünas , şair , uşaq ədəbiyyatının və aşıq yaradıcılığının yorulmaz tədqiqatçısını 80 yaşınızın tamam olması münasibətilə təbrik edirik .
Yarım əsrdən artıqdır ki , siz yorulmadan pedaqoji fəaliyyətinizlə yanaşı elmi-tədqiqat sahəsində də fəal çalışırsınız .
Azərbaycan Yazıçılar Birliyinin , Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü , filologiya elmləri doktoru , professor , əməkdar müəllim adını şərəflə daşıyırsınız . ” Şöhrət ” ordeninə , ” Qabaq c ıl təhsil işçisi ” medalına , Qızıl qələm , Mir Cəlal , Vətən andı və fəxri f ərmanlara layiq görülmüsünüz .
Orta məktəbi bitirdikdən sonra orduda xidmət etmisiniz (1951-1955) ədəbi fəaliyyətə 1956-cı ildə mətbuatda çıxan ” Vətən “, ” Kəndimizin qızları “, ” İstəyir ” şerinizlə başlamısınız . Almanaxlarda onlarla məzmunlu şeriniz S.Vurğunun ilk məhəbbətindən bəhs edən ” Bir qərinədə ” poemanız dərc olunmuşdur .
1961-ci ildə Bakı Dövlət Universitetini bitirib elmi-pedaqoji fəaliyyətə başlamısınız . 1968-ci ildə ” Azərbaycan aşıq yaradıcılığı ” (1920-1950-ci illər ) mövzusunda namizədlik , 1987-ci ildə ” Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri ” (1920-1980) mövzusunda doktorluq dissertasiyası m üdafiə etmisiniz .
1966-cı ildən Bakı Dövlət Universitetində müəllim , dosent və professor vəzifələrində fəaliyyət göstərirsiniz . 2001-ci ildən ” Dədə-Qorqud ” ET laboratoriyasının rəhbərisiniz . 2002-2006-cı illərdə universitetin filologiya fakültəsinin dekanı , universitet böyük elmi şurasının üzvü , 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində çalışmısınız .
Sizin rəhbərliyinizlə 25 nəfər dissertasiya müdafiə edib alimlik dərəcəsi almış , 30 nəfərin doktorluq və namizədlik işinə opponent olmusunuz .
Bu illər ərzində 50 kitabınız , dərslik , dərs vəsaitləri , monoqrafiya və tərtib çap olunmuşdur . Respublika və xarici mətbuatda 400-ə qədər elmi və publisist məqalələriniz dərc olunmuşdur .
Kitablarınız ” Aşığın sazı və sözü ” (1980), ” Azərbaycan aşıq sənəti ” (1984) ( Azərbaycan və rus dillərində ), ” Azərbaycan uşaq ədəbiyyatı ” (1984, 2007), ” Azərbaycan sovet ədəbiyyatı ” (1986), dərslik ortaqlı , ” Müasir Azərbaycan ədəbiyyatı ” 2 cilddə ( ortaqlı , 2007), ” Xalq qəhrəmanının şöhrəti “, ” Gecikmi ş nəğmələr ” (2008), ” Qaracaoğlan ” ( ortaqlı ), 2 cilddə , ” Azərbaycan uşaq ədəbiyyatı antologiyası ” (1976), 3 cilddə ” Azərbaycan uşaq antologiyası ” (2004-2005), ” El çələngi ” (2004), ” S.Ə.Şirvani ” 3 cilddə , ” S.Vurğun . Seçilmiş əsərləri ” I cilddə və b . çap olunmuş , onlar xarici mətbuatda da yüksək dəyərləndirilmişdir .
Siz həm respublikamızda keçirilən simpoziumlarda , həm də xarici ölkələrdə ( Bolqarıstan , Türkiyə , Türkmənistan , İsveç ) klassik ədəbiyyatımıza və folklorumuza dair məruzələr etmisiniz .
Hazırda Bakı Dövlət Universitetinin professoru , ” Dədə-Qorqud ” ET laboratoriyasının rəhbəri , fakültə elmi şurasının üzvü , filologiya ixtisası üzrə birləşmiş müdafiə şurasının sədr müavinisiniz .
Hörmətli qələm dostumuz !
Sizi bir daha 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir , sizə uzun ömür , cansağlığı , yeni-yeni yaradıcılıq uğurları arzulayırıq .
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2010.- 10 dekabr.- S.5.
Azerbaycan Uşaq edebiyatı Antolojyası – Qara Namazov
Azərbaycan uşaq ədəbiyyatının ən əsas və aparıcı qolu uşaq poeziyasıdır. Məktəb yaşlılar üçün nəzərdə tutulan “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın bu cildinə XX əsrə qədərki Azərbaycan poeziyasından seçmələr təqdim olunmuşdur. Bunlar yeniyetmələrin yaş səviyyəsinə uyğun olub, böyükməkdə olan gənc nəslin tərbiyəsində başlıca vasitə kimi yeni keyfiyyətli, yüksək bədii dəyərə malik uşaq ədəbiyyatı nümunələrdir.
II cild
XX əsr Azərbaycan poeziyasının həm mövzu, həm də forma, janr və sənətkarlıq xüsusiyyətləri barədə dolğun təsəvvür yaradan bir səhəsi də uşaq şeridir. Bu dövrun milli uşaq poeziyası janr baxımından da əlvandır.
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın II cildində XX əsrin yanaşı təbiət mövzulu lirik və süjetli şeir, mənzum nağıl kimi ədəbi nümunələrə təmsil olunur.
III cild
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın təqdim olunan cildində Azərbaycan yazıçılarının uşaqlar üçün qələmə aldıqları nəsr əsərlərindən nümunələr toplanmışdır. Uşaq ədəbiyyatının zəngin ənənələri zəminində yaranan bu əsərlər məktəb yaşlıların estetik tələbinə və zövqünə uyğun olub, oxucusunu uşaq aləminə aparır, yetişməkdə olan nəslin milli ruhda tərbiyəsinə kömək göstərir.
Qara müəllim vəfat etdi
Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə – Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Qara Mustafa oğlu Namazov vəfat edib.
BAKU.WS-in məlumatına görə, respublikanın əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazışılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, “Şöhrət” ordenli Qara Namazov 8 may 1930-cu ildə Qərbi Azərbaycanın Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində anadan olub, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Daşkəsəmən kəndində orta məktəbi bitirib.
1949-1950-ci illərdə ADPU-da (keçmiş Lenin adına Pedaqoji İnstitut) təhsil alsa da, ordu sıralarına çağırılıb və (1951-1955) Abxaziyanın Suxumi şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə şeirlə yaradıcılığa başlayıb.
Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərib. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Şifahi Xalq Ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirib, 1968-ci ildə “Azərbaycan aşıq yaradıcılğı” (1920-1940-cı illər) mövzusunda namizədlik, 1987-ci ildə isə ” Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildə professor elmi adı alıb.
Qara Namazov Respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb, 1983-cü ildə ali məktəb tələbələri üçün “Azərbaycan uşaq ədəbiyyatı” dərsliyini çap etdirib. Professor Qara Namazov rəhbərliyi və opponentliyi ilə iki xarici vətəndaş olmaqla 25 nəfər dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alıb. Qara müəllim 100-ə yaxın kitabın redaktoru və rəyçisi olub, onların əksəriyyətinə ön söz yazıb. O, 2002-2006-cı illərdə filologiya fakültəsinin dekanı vzəifəsində çalışıb, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub. Q.Namazov 2002-2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti əsasən Azərbaycan şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığı, Müasir və Klassik Azərbaycan ədəbiyyatı sahələrinin əhatə edən professor Qara Namazov 10-dan çox monoqrafiya, 30-dan çox kitab, 400-dən çox elmi və publisistik məqalənin müəllifi olub. Həm elmi, həm də bədii yaradıcılığı ilə tanınan professor Qara Namazov 11 may 2016-cı ildə dünyasını dəyişib. Görkəmli alimin əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.