Dağlıq Qarabağla bağlı sülh bəyannaməsi bizə nə verir? İZAH
“Artıq Dağlıq Qarabağdakı qondarma rejim də olmayacaq, bu, bizim üçün heç vaxt olmayıb və olmayacaq da. Ərazilər tam olaraq Azərbaycanın nəzarəti altına keçir və burada Azərbaycanın qanunları işləyəcək, pozulmuş beynəlxalq hüquq bərpa olunacaq. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönəcək, orada yaşayacaq.
44 GÜNLÜK IKINCI QARABAĞ MÜHARİBƏSININ NƏTICƏLƏRI – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
21 Mart, Çərşənbə axşamı
Günün xəbərləri
Xəbər xətti
21.03.2023
20.03.2023
19.03.2023
Ən çox oxunan xəbərlər
44 GÜNLÜK IKINCI QARABAĞ MÜHARİBƏSININ NƏTICƏLƏRI
16.11.2020 10:52 Фото: 9 Канал–> Analitika A- A A+
Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarına, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq və tədqiqatlar aparılacaq. Bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz “məğlubedilməz erməni ordusu” mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət təslim olmağa vadar etdi. İkinci Qarabağ Müharibəsi aşağıdakı nəticələrlə tamamlanıb: – Hərbi əməliyyatların deskalasiyası və işğal altında olan ərazilərin deokkupasiyasının həyata keçirilməsi. İşğal altında olan ərazilərimizin bir hissəsi hərbi yolla, digər hissəsini isə Ermənistan üçün kapitulyasiya aktı kimi dəyərləndirilən 10 noyabr Bəyanatından irəli gələn öhdəlik əsasında azad edilir. Dekabrın 1-də Azərbaycanın bütün ərazisi üzərində siyasi-hüquqi suverenliyimiz və ərazi bütövlüyümüz bərpa ediləcək. Beləliklə Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü təmin ediləcək. – 10 noyabr Bəyannaməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq, dövlətlərarası xarakterini bir daha təsdiqləmiş oldu. Ermənilərin onu 1988-1991-ci ildə SSRİ-nin tərkibində olduğu kimi daxili münaqişə formasında saxlamaq cəhdləri birdəfəlik aradan qalxdı. Dağlıq Qarabağın statusu məsələsi danışıqların predimetindən çıxmış oldu, orada yaşayan ermənilərə öz müqəddəratını təyin etmə prinsipinin heç daxili aspekti də şamil edilməyəcək. Onlar adi Azərbaycan vətəndaşına verilən hüquqlardan yararlanmalı olacaqlar. – Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi bazası yenilənməlidir. Azərbaycan BMT TŞ-nın 4 qətnaməsini təkbaşına icra etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutaraq fərdi qaydada həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu. BMT TŞ-da 10 noyabr Bəyanatının müddəalarına uyğun yeni qətnamə qəbul edilməli və onun bazasında ATƏT-in Minsk Qrupu yeni sülh müqaviləsi hazırlamalıdır. Bundan əlavə, Azərbaycanın öz daxili qanunvericiliyində bir sıra dəyişikliklər olmalıdır. Bu xüsusən də konseptual sənədlərimizlə (Milli Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina və s.) daha sıx bağlıdır. – İran İslam Respublikası ilə dövlət sərhəddimizin 132 km-lik hissəsi işğaldan azad edilib və orada sərhəd zastavaları qurulub. Uzun müddət həmin istiqamətdə transmilli cinayətkarlığın bəzi təzahürləri geniş inkişaf etmiş və kriminal işbirliyi forrmasında həyata keçirilmişdir. Artıq həmin ərazilər öz həqiqi sahibinin nəzarətindədir. – Dəhlizlərin mübadiləsi ideyası gerçəkləşəcək. Bu Azərbaycanla Naxçıvan, Ermənistanla Xankəndi arasında birbaşa quru yolunun olması deməkdir. Ermənistana yalnız Laçın dəhlizi vasitəsilə və qarşıdan gələn 3 il ərzində o istiqamət üzrə inşası nəzərdə tutulan yolla Azərbaycana daxil olmağa icazə verildiyi halda, Azərbaycana isə həm Laçın, həm də ölkəmizin digər qərb rayonları vasitəsilə Naxçıvana çıxış imkanı verilir. Şübhəsiz, Azərbaycandan Naxçıvana, ordan isə Türkiyəyə çıxış, əks istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiya və Çin Xalq Respublikasına kimi nəhəng türk zolağı uzanacaq. Bu ideyanın müəllifi Pol Qobl 1992-ci ilin iyununda hazırlağı sülh planına belə bir müddəa daxil etmişdir. Strateji əhəmiyyətə malik olan bu plana 1992-ci ilin yayında (o zaman Azərbaycan Şuşanı və Laçını itirmişdi) Azərbaycan, Ermənistan, İran, hətta Rusiya mənfi münasibət bildirmişdir. Qeyd edilən plan ABŞ və Türkiyənin maraqlarına cavab verirdi. P.Qoblın bu planına əsasən, o vaxt “Penzoyl” neft şirkətinə yaxın olan ABŞ prezidenti ata Buş Azərbaycan neftini məhz həmin dəhlizlə keçirməklə İranın Ermənistana çıxışını əngəlləməyə, Ermənistanı bu lahiyəyə qoşmağa və Rusiyanın təsirindən xilas etməyə çalışıb. Türkiyəyə isə bayaq dediyimiz üstünlük veriləcəkdi. – İşğaldan azad edilmiş ərazilər qeyri-qanuni iqtisadi fəaliyyətlərdən, cinayətkar qruplaşmalardan (terrorçulara orda təlim düşərgələrinin salınması, narkotiklərin becərilməsi və trafiki, Rusiyadan 1992-1996-cı illərdə qanunsuz yolla gətirilmiş 1 milyard dollar dəyərində silahların işğal altında olan ərazilərdə gizlədilməsi və s.) və məskunlaşmalardan (Suriya, Livan və s. Yaxın Şərq ölkələrindən erməni və kürd ailələrini burada yerləşdirməklə həmin əraziləri erməniləşdirmək və kürdləşdirmək) azad edilərək Azərbaycana qaytarılır. Həmin ərazilərin təbii ehtiyyatlarının istismarından, yaxın gələcəkdə isə azad edilmiş ərazilərimizin rekreasiya potensialından ökəmizin və xalqımızın rifahı üçün istifadə ediləcək və Ermənistan son 27 il ərzində ölkəmizə vurduğu ziyanı ödəməli olacaq. Bu günlərdə Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan deyib ki, “biz bu razılaşma ilə təkcə əraziləri vermədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq. Hazırda bu istiqamətdə Azərbaycanda ciddi işlər görülür. Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb. Təzminatın məbləğinin artacağı istisna edilmir. – Düşüncə psixologiyasının dəyişməsi (məğlub ölkədən qalib millətə çevirilmək). 44 günlük müharibə Azərbaycan xalqının qürurunu, mənliyini və şərəfini özünə qaytardı. Xalqımızım və ordumuzun milli vətənpərvərlik ruhu və mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Müasir döyüş sirlərinə dərindən bələd olan, döyüş meydanında intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan Ordusu haqqında stereotip formalaşmaqdadır. Apardığı peşəkar əməliyyatlarla dünya qərargahlarını şoka salan Müzəffər Azərbaycan Ordusunun beynəlxalq reytinqdə irəliləyəcəyi heç şübhə doğurmur. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək. VƏ BÜTÜN DÜNYA YENİ AZƏRBAYCANLA HESABLAŞMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQ. Artıq Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət və səmimiyyətdən asılı olacaq. 44 günlük müharibənin erməni milli şüurunda radikal dəyişikliyə yol açacağı inkar edilmir. Onlar üçün qonşulara ərazi iddiaları irəli sürüb kimlərinsə çirkin geosiyasi planlarnın alətinə çevrilməkdənsə, normal və müstəqil dövlət kimi öz maraqlarını təmin etmək məqsədilə ətraf ölkələrlə etibarlı və qarşılıqlı mənfəətə söykənən əməkdaşlıq yolu seçmək daha perspektivlidir. Nə Soros, nə də hansısa tarixi müttəfiq balaca Ermənistanı triumf ölkəyə çevirmək iqtidarında deyil. MİATSUM, BÖYÜK ERMƏNİSTAN, TSEXAKRON, ARMENİZM kimi millətçi-faşıst ideologiyalar Ermənistana yol göstərmək iqtidarında deyil. Artıq onun GÜCLÜ AZƏRBAYCANA və QÜDRƏTLİ TÜRKİYƏYƏ qarşı oynamaq halı qalmayıb. Bu iki nəhəng məngənə arasında köhnə düşüncə tərziylə yaşamaq qeyri-mümkün və potensial özünəqəsd siyasətidir. ƏRKÖYÜN, TƏXRİBATÇI və FORPOST ERMƏNİSTANDAN, MÜSTƏQİL, SAĞLAM, ETİBARLI və TƏRƏFDAŞ ÖLKƏYƏ çevrilmək zamanıdır. Ermənistanın qurtuluşu özünütəcriddən birgəyaşayışa və inteqrasiyaya, özünümüstəsnalıqdan tolerantlığa keçiddən asılı olacaq. Zəfər Nəcəfov, beynəlxalq münasibətlər üzrə ekspert Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Dağlıq Qarabağla bağlı sülh bəyannaməsi bizə nə verir? – İZAH
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu sənəd münaqişənin hərbi fazasının yekunlaşması və sülh yolu ilə işğal altında olan digər ərazilərimizin Azərbaycana qaytarılmasını özündə ehtiva edir:
“9 bənddən ibarət olan bu sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur, Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərin qəbul edilməsidir. Birincisi, cənab Prezident söyləyirdi ki, Ermənistanın baş naziri öhdəlik götürsün və qrafik əsasında torpaqlarımızın işğaldan azad olunmasına imza atsın. Həmin bu bəyannamədə belə bir qrafik öz əksini tapıb.
Digər vacib məqamlardan biri odur ki, Naxçıvanın blokadasına son qoyulur, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya, rabitə yaradılması və onun təhlükəsizliyinin təmin olunması öhdəliyi götürülür. Bundan əlavə bu sənəddə vacib məsələlərdən biri odur ki, ilk dəfə olaraq tənzimlənmə prosesində Türkiyənin iştirakı reallaşır və Türkiyə sülhməramlıları Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərəcək.
Bəyannamədə ən vacib məsələlərdən biri də odur ki, heç bir halda Dağlıq Qarabağa status verilməsi haqqında bir kəlmə də söhbət getmir. Bütövlükdə sənəddə bizim üçün ən fundamental məsələlər öz həllini tapıb. Bu da ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qan tökmədən Laçın, Kəlbəcər və Ağdamın yerdə qalan hissəsi Azərbaycana qaytarılacaq və orada bir nəfər də erməni əsgəri qalmayacaq, yəni işğalçı ordunun Azərbaycan ərazisində mövcudluğuna son qoyulur.
Doğurdan da bu tarixi bir nailiyyətdir və xüsusilə Şuşanın azad olunması bu tarixi nailiyyətin baş tutması üçün unikal imkanlar yaratdı. Bu möhtəşəm qələbənin memarı cənab Prezident İlham Əliyevdir, müzəffər Azərbaycan ordusudur, Azərbaycan xalqıdır”.
Milli.Az
Dağlıq Qarabağda kimin qanunları işləyəcək? – Sülh bəyannaməsinin DETALLARI
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, bəyannamədə Azərbaycan əsas məqsədinə nail oldu: “Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu, o deməkdir ki, həmin sənədə əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılacaq və bununla da bu bəyanat regionda uzunmüddətli sülhün bərqərar olmasına yol açacaq”.
Deputat vurğulayıb ki, bəyanatın hər bir bəndi Azərbaycanın milli maraqlarına tam uyğun gəlir:
“Artıq Dağlıq Qarabağdakı qondarma rejim də olmayacaq, bu, bizim üçün heç vaxt olmayıb və olmayacaq da. Ərazilər tam olaraq Azərbaycanın nəzarəti altına keçir və burada Azərbaycanın qanunları işləyəcək, pozulmuş beynəlxalq hüquq bərpa olunacaq. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönəcək, orada yaşayacaq.
Düşünürəm ki, bu bəyanat böyük perspektivlər açır. Hərbi əməliyyatlar dayandı, atəşkəs bərqərar olundu və bu da o deməkdir ki, artıq qan tökülməsinə son qoyuldu. Digər işğal altında olan ərazilərimiz qan tökülmədən bizə qaytarılacaq və mən düşünürəm ki, bu, çox müsbət bir haldır və biz bunun faydasını hələ gələcəkdə görəcəyik”.
Comments are closed, but trackbacks and pingbacks are open.