Qarabağ – Gent: Heyətlər açıqlandı
Azərbaycanın cənub-qərbində yerləşən Füzuli şəhəri yaxınlığındakı Azıx mağarası dünyada ən qədim insan məskənlərindən biridir: burada ilk insanların Paleolit dövründə məskunlaşdığı güman edilir. 1968-ci ildə azərbaycanlı paleontoloq Məmmədəli Hüseynov 350 000-400 000 il əvvəl mağarada yaşamış neandertal qadının alt çənə sümüyünü tapıb. Divarları əhəng daşından olan mağaranın sahəsi təxminən 8 000 km2-dir. Burada uzunluğu 600 metrə çatan dəhliz mövcuddur.
gözoxşayan təbiət mədəniyyətin beşiyi
Qarabağ hər bir azərbaycanlının qəlbindədir. Bu qədim diyarımız həm də mədəniyyətin beşiyi sayılır. Qarabağ – qədim alban məbədlərindən dünyanın yeganə Çörək muzeyinə kimi tarixi abidələr, dahi şəxsiyyətlər və Kiçik Qafqaz dağlarının füsunkar təbiətidir.
gözoxşayan təbiət mədəniyyətin beşiyi
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. 2020-ci ildə 44-günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən şanlı Azərbaycan ordusu tərəfindən azad olmuş Qarabağ bu gün yenə də əvvəlki əzəmətini bərpa etdirir. Gəlin Qarabağdakı milli irsimizin bir hissəsi ilə tanış olaq:
Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa Qarabağın döyünən qəlbidir. Şuşa qalası və bir vaxtlar öz möhtəşəmliyi ilə seçilən Yuxarı Gövhər ağa məscidi burada yerləşir. Azərbaycanın mədəniyyət tarixində mühüm rol oynayan şəxsiyyətlər – müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyli və sonuncu Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvan bu şəhərdə anadan olmuşlar.
Qarabağın digər tarixi şəhəri Ağdam, təəssüf ki, müharibə zamanı, demək olar, tamamilə dağıdılıb. Müharibədən əvvəl bu şəhər qeyri-adi memarlığa malik üçmərtəbəli Çay evi, nadir Çörək muzeyi ilə məşhurlaşmışdı. Bura həm də son illər Avropa və Çempionlar Liqasında çıxış edən “Qarabağ” futbol komandasının vətənidir.
Qarabağ dedikdə həm də qızılı-qonur rəngli, öz etibarlılığı, dözümlülüyü ilə məşhur olan yaraşıqlı, vəfalı Qarabağ atları yada düşür. Bu cins atlar tarixən müxtəlif beynəlxalq sərgilərin mükafatını qazanıb. 1956-cı ildə Zaman adlı Qarabağ ayğırı SSRİ rəhbərliyi tərəfindən Britaniya kraliçası Yelizavetaya hədiyyə edilib. Hazırda Ağdam Atçılıq Zavodunda Qarabağ atları cinsinin qorunması üzərində işlər gedir.
Qarabağda yerləşən tarixi kilsələr e.ə. III əsrdən eramızın VII əsrinə kimi indiki Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövrünün yadigarıdır. V-VI əsrlərdə Laçın rayonu ərazisində Ağoğlan çayının sahilində inşa edilmiş Ağoğlan monastırı da Azərbaycanda alban memarlığının ən gözəl nümunələrindəndir. Daş sütunları, ensiz pəncərələri və tağ-tavanı möhkəm bazalt daşlarından tikilmiş monastıra xüsusi gözəllik verir.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksi Azərbaycanın xristian memarlığına ən möhtəşəm abidələrindən hesab olunur. Xudavəng məbədinin apostol Fadeyin şagirdi Dadın şərəfinə tikildiyi güman olunur. Kompleksə məbədlə yanaşı, bir necə bazilika, təsərrüfat və yaşayış binaları, tövlə və qala divarları aiddir. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir.
Xocavənd rayonu ərazisində yerləşən, tarixi IV əsrə dayanan Amaras monastırı dünyanın ən qədim xristian monastırlarından biridir. Ağ daşlardan inşa edilmiş kilsə XIII əsrdə monastıra çevrilib, sonrakı yüzillərdə dəfələrlə təmir və bərpa edilib, nəhayət, XIX əsrdə indiki görkəmini alıb. Düzbucaq plana malik Amaras monastırı dairəvi bürclərlə möhkəmləndirilib.
XII əsrdə Atabəylər dövlətinin hakimiyyəti dövründə Araz çayı üzərində inşa edilmiş Xudafərin körpüləri Qumlaq və Xudafərin kəndləri arasındakı iki möhtəşəm körpüdən ibarətdir. On beş tağlı böyük körpü hələ də keçmiş əzəmətini qoruyur. Digər körpünün isə cəmi üç tağı qalıb. Hər iki körpüdən orta əsrlərdə hakimiyyət uğrunda mübarizələr zamanı istifadə edilib, eyni zamanda bu körpülər İpək Yolu üzərindəki ticari və mədəni əlaqələri asanlaşdırmaq baxımından mühüm rol oynayıb.
Azərbaycanın cənub-qərbində yerləşən Füzuli şəhəri yaxınlığındakı Azıx mağarası dünyada ən qədim insan məskənlərindən biridir: burada ilk insanların Paleolit dövründə məskunlaşdığı güman edilir. 1968-ci ildə azərbaycanlı paleontoloq Məmmədəli Hüseynov 350 000-400 000 il əvvəl mağarada yaşamış neandertal qadının alt çənə sümüyünü tapıb. Divarları əhəng daşından olan mağaranın sahəsi təxminən 8 000 km2-dir. Burada uzunluğu 600 metrə çatan dəhliz mövcuddur.
“Qarabağ” – “Gent”: Heyətlər açıqlandı
UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Gent” matçı üçün heyətlər açıqlanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandalar saat 21:45-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
“Qarabağ”: 23. Luka Quqeşaşvili. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 77. Ramil Şeydayev, 9. Musa Qurbanlı
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica
“Gent”: 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo
Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Seleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr
Milli.Az
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
Qarabağ FK News на Facebook. Если вам интересны новости Qarabağ FK News, регистрируйтесь на Facebook сегодня!
Qarabağ FK News на Facebook. Если вам интересны новости Qarabağ FK News, регистрируйтесь на Facebook сегодня!
Qarabağ FK News
@FCQarabaghAz
О пользователе Qarabağ FK News
Klubun tam adı: “Qarabağ” Futbol Klubu
Rəngləri: Göy-Ağ,
Ləqəbləri: “Atlılar”, “Qaçqın klub”, “Qafqazın “Barselona”sı
Yaranma tarixi: 1951/1987
Stadionu: “Azersun Arena” / Tofiq Bəhramov adına Respublika Stadionu
Tutumu: 5.800 / 31.200
Fəxri prezident: Abdulbari Gözəl
Prezident: Tahir Gözəl
Vitse-prezident: Fevzihan Aras
Klub direktoru: Əmrah Çəlikəl
Maliyyə direktoru: Murat Karaman
İdarə və Maliyyə işlər üzrə menecer: Asif Əsgərov
Mətbuat katibi: Gündüz Abbaszadə
Baş məşqçi: Qurban Qurbanov
“Qarabağ” Futbol Klubu – Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra, İmarət stadionundan didərgin düşən komanda, hazırda Bakıda fəaliyyət göstərir.
Adları:
• “Məhsul”: 1951-1977
• “Şəfəq”: 1977-1982
• “Kooperator”: 1982-1987
• “Qarabağ”: 1987-2001
• “Qarabağ-Azərsun”: 2001-2004
• “Qarabağ”: 2004-cü ildən indiyə kimi
Qeyd edək ki, komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, “Qarabağ” adı ilə 1987-ci ildə yaranmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.