Press "Enter" to skip to content

Qarabağ müharibəsi

Birinci halda – güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, məs., Tayvan è Çinlə, Cənubi Koreya è Şimali Koreya ilə, CAR è afrikalılarla, İzrail è ərəblərlə Qərbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün qurulduğu halda – belə məqam əla sövdələşmə şansıdır.

Qarabağ müharibəsi

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. “Qarabağ” toponimi Azəzərbaycan dilindəki “qara” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. 1923-cü ildə Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Problemin kökündə isə isə 18-ci əsrdən başlayaraq Azərbaycana köçürülən ermənilərin ərazi iddiaları dayanır.

Birinci Qarabağ müharibəsi. Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağda yaşayan ermənilər ilə Azərbaycan Respublikası arasında olan etnik və ərazi münaqişəsidir. Birinci Qarbabağ müharibəsi 1991-1994-cü illər ərzində baş vermişdir. Müharibəyə təkan verən əsas amillərdən biri 1987-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının kütləvi deportasiyası olmuşdur. 1991-ci ildə ermənilər tərəfindən qeyri-qanuni qurum olan Dağlıq Qarabağ Respublikasının elan edilməsi Birinci Qarabağ müharibəsinin başlanması ilə nəticələnmişdir. Münaqişənin həlli üçün yaradılan Minsk qrupunun fəaliyyətinə baxmayaraq Dağlıq Qarabağ və ətraf ərazilər bir-birinin ardınca erməni separatçı qüvvələri tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi – Ağdərə, Şuşa, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut və ətrafında yerləşən 7 inzibati rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan daxil olmaqla 20 % ərazisi işğal olunmuş və 1 million əhalisi qaçqın düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT və onun Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdur. Bu qətnamələrdə Ermənistanın təcavüzkar siyəsəti pislənsə də, erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, bu tələblər indiyə qədər yerinə yetirilməmişdir. 1994-cü ildə Rusiyanın iştirakı ilə tərəflər arasında atəşkəs imzalanmışdır. Atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan tərəfi ona riayət etməmiş, dəfələrlə onu kobud şəkildə pozmuş və pozmağa davam etməkdədir.

Azərbaycan xəritəsi

Aprel döyüşləri. Atəşkəs sazişi bağlandıqdan sonra ən şiddətli döyüşlər 2016-cı ilin aprel ayında Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində baş vermişdir. Dördgünlük mübaribə kimi tanınan bu döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Aprel döyüşləri nəticəsində Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun “Lələ təpə” yüksəliyi və Cocuq Mərcanlı kəndi erməni işğaldan azad edilmişdir.

“Lələ Təpə” yüksəkliyi

Tovuz döyüşləri. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan atəşkəs rejimini yenidən pozaraq Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tututmuşdur. Nəticədə general-mayor Polad Həşimov da daxil olmaqla 12 azərbaycanlı hərbiçi və 1 mülki şəxs şəhid olmuşdur. Döyüşlər zamanı Bakı və digər şəhərlərdə minlərlə azərbaycanlı Azərbaycan Silahlı Qüvvələrinə dəstək və Ermənistanın işğalçı siyasətinə etiraz məqsədilə küçələrə axışaraq “Qarabağ”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirmişlər. İyulun 23-dən etibarən Azərbaycan və Ermənistanın təmas xəttindəki gərginlik nisbətən zəifləmişdir.

Genral-mayor Polad Həşimov

İkinci Qarabağ müharibəsi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi – Dağlıq Qarabağ və ona bitişik ətrafyanı ərzazilərdə aparıldı. Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi.

Azərbaycan ordusuna dəstək yürüşü
Bakı, 14 iyul 2020

İkinci Qarabağ müharibəsi “Vətən müharibəsi” və ya “Dəmir Yumruq” əməliyyatı da adlandırılır. Qırx dörd günlük müharibə ərzində Azərbaycan ordusu beş şəhəri işğal altından azad etmişdir. Cəbrayıl 4 oktyabr, Füzuli 17 oktyabr, Zəngilan 20 oktyabr, Qubadlı 25 oktyabr, Şuşa 8 noyabrda işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında 2020-ci il 10 noyabr tarixində atəşkəs müqaviləsi imzalandı. Müqaviləyə əsasən, müharibə dövründə işğaldan azad edilmiş ərazilər Azərbaycanın nəzarəti altında saxlanıldı. Digər işğal altında olan ərazilər Azərbaycana qaytarıldı.

Şuşa qələbəsini qeyd edən azərbaycanlılar

2020-ci il dekabrın 20-də Bakıda Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Zəfər paradı keçirilmişdir. Paradda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Erdoğan iştirak etmişdir. Paradda Azərbaycan və Türkiyənin əsgər və zabitləri iştirak etmişdir. Müharibə zamanı hərbi qənimət kimi ələ keçirilən düşmən hərbi texnikasının bir qismi paradda nümayiş edirilmişdir.

Zəfər paradı

İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin şərəfinə 8 Noyabrın Azərbaycanda Zəfər Günü kimi qeyd olunması qərara alınmışdır. Xarıbülbül nişanı müharibədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinin rəmzinə çevrilmişdir. Bakı şəhərində Vətən müharibəsində qazanılmış qələbənin şərəfinə Hərbi Qənimətlər parkı açılmışıdır. Parkda müharibə zamanını ələ keçirilmiş Ermənistana məxsus hərbi teknika və erməni əsgərlərinin mum manikenləri nümayiş etdirilir.

Hərbi Qənimətlər parkı

Həsrətə son
Bəstəkar: Aygün Səmədzadə

Bütün şərhlər:
Адильбек
Allah bütün şəhidlərimizə rəhmət eləsin

Qarabağ müharibəsi

Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.
Məğlubiyyətin qeyri-hərbi səbəbləri

1. Azərbaycanda ([geo-] siyasi, [geo-] iqtisadi, dini və s.) marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etməsi (dövlətlər səviyyəsində əks tərəfə edilən maliyyələşdirmədən tutmuş, müharibə planının ssenariləşdirilməsinə qədər metodlarla – təbii ki, məxfi planlar və kanallar üzrə);

2. Erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması, və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız, şok vəziyyətində aparması;

3. İlkin mərhələdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam gətirə biləcək hakimiyyət aparatının və ya vahid liderin olmaması;

4. Azərbaycanda hərbi sənaye inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesindən asılı vəziyyətə düşməsi;

5. Müharibə ərzində döyüşlərin gedişatını analiz və proqnoz edən, ssenariləşdirən institutların olmaması, silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alimlərin cəlb edilməməsi (təkcə İkinci Dünya Müharibəsi ərzində “Katyuşadan” tutmuş atom bombasına qədər silahlar icad olunmuşdu);

6. Müharibənin Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi, başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedə-gedə “sıfır”dan başlanıb qurulması;

7. “Neft kontraktları”nın imzalanmasının yubadılması;

Məğlubiyyətin sırf hərbi səbəbləri

1. Bütün müharibə boyu döyüşün yalnız bir stilinə – güc stilinə üstünlük verilib, qalan digər bütün stillərinə – o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir əhəmiyyət verilməməsi;

2. Ordunun döyüş qabiliyyətinin heç bir vasitə ilə stimullaşdırılmaması. Başqa sözlə, fəxri ad və mükafatlar, orden və medallar, rütbə və pul mükafatları verilməsi və s. kimi çoxdan sınanılmış təhrikedici-ruhlandırıcı vasitələrdən istifadə edilməyib, əvəzində, əsgərlərin başının “namus”, “qeyrət”, “vətən”, “borc” və s. kimi köhnə bayatılarla qatılmasına cəhd göstərilməsi;

3. Rotaların komplektləşdirilməsi işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən (!) əhəmiyyət verilməməsi. Məsələn, təkcə mənim xidmət etdiyim artilleriya divizionunda 10-a yaxın tankçı olduğu halda, qonşu tank botolyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş “StroyBat”-çılardan təşkil olunmuşdu. Eyni ilə, qonşu piyada botolyonunda onlarla tankçı, topçu və s. üzrə mütəxəssislər xidmət edirdi;

4. Tarixi, müharibə anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa – təxliyyəyə (evakuasiyaya) heç bir əhəmiyyət verilməməsi (informasiya üçün: təxliyyə – təhlükəli zonadan əmlakın və mülki vətəndaşların, o cümlədən, xəstələrin, qocaların, qadınların, uşaqların və b. köçürülməsi əməliyyatıdır), əksinə, kəndlərdə təxliyyə əməliyyatı aparmaq istəyənləri “təxribatçı” kimi yaxalayıb, “camaat arasında panika yaydığına”, “kəndləri boşaltmağa cəhd etdiyinə” və s. görə həbs edilməsi. Məhz həmin səbəbdən atəşkəs elan edilən vaxt qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (onun da əksəriyyəti mülki vətəndaş, o cümlədən, xəstələr, qocalar, qadınlar, uşaqlar və b. idi) qaldığı halda, qarşı tərəfin Azərbaycanda cəmisi 27 əsiri qalmışdı.

5. Qoşunların taktiki və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi, başqa sözlə, həm hücum, həm də müdafiə (səngərdə növbətçilik) əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli botolyonlar həyata keçirdiyi halda, hücum əməliyyatları – döyüş stili həmişə dərhal seçilən, əskərlər arasında “smertniklər botolyonu” adı ilə tanınan, xalis muzdlulardan təşkil edilmiş xüsusi təyinatlı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi. Ayrı-ayrı zonalarda (Ağdam, Füzuli və s.) irəliləmək lazım olanda, bu bir diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kəndlər yerli botolyonlara təhvil verilib, geri qayıdılırdı;

6. Botolyonların komplektləşdirilməsi işində döyüş gedən ərazinin coğrafi xüsusiyyətlərinin nəzərə alınmaması. O cümlədən, məsələn, dağlıq şəraitdə (ələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (məs., 60 tonluq ağır tankların), düztuşlanan bütün artilleriya növlərinin (məs., «Qradların») və b.-nın «Faydalı İş Əmsalı» «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını, əsasən bu tip silahlarla təchiz etməyə çalışırdı. Qarşı tərəfsə, əksinə, öz qoşunlarını, hər daşı bir səngər olan dağlıq şərait üçün bu baxımdan maksimum effektli olan yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə – hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki ədəd düşür, ya düşmürdü) Şvarsneggersayaq tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verirdi. Bizimkilərsə, deyildiyi kimi, bunları «iqruşka» hesab edirdi.
Səbəb çox, nəticə isə birdir – məğlubiyyət. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə almadıqda, səhv nəticələr alına bilər. Və təəssüf ki, bugünə qədər də bu məsələdə marağı olan müxtəlif tərəflər problemin həlli ilə əlaqədar orientasiyaları çaşdırmaqdadırlar və vaxtı ilə buraxılan səhvlər problemin bu mərhələsində də, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə də, Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq üçün indiyə qədər onlarla variantlardan istifadə etsə də, indiyə qədər bu cəhdlərin hamısı, demək olar ki, nəticəsiz qalıb. Özünü «müstəqil politoloq» adlandırıb, bir-birinin dediyini təkrarlayan və xarici qrantlarla televiziyalara çıxan şərhçilərin izahına görə bunun səbəbləri əsasən aşağıdakılardır:

1. Hansısa lobbilərin güclü anti-Azərbaycan fəaliyyəti;
2. Xaricdə Azərbaycan həqiqətləri barədə lazımi informasiyanın çatışmaması;
3. Rusiya kimi bir nəhəngin Ermənistanın arxasında durması;
4. Azərbaycanın xaricdə qeyri-demokratik imicə malik olması
Azərbaycan rəhbərləri də bu yoldakı cüzi belə mövcud olan bütün baryerləri neytrallaşdırmaq məqsədilə özünün Qarabağla bağlı siyasətində bu diaqnozları nəzərə alıb onların aradan qaldırılması üçün mütəmadi tədbirlər görür. Məs., xaricdə Azərbaycan diasporasının formalaşması üçün görülən tədbirlər, imkan düşən hər bir beynəlxalq tribunadan xaricdə Azərbaycan həqiqətlərinin yayılması üçün istifadə etmək, çoxsaylı hüquqi islahatlar və b. bu qəbildəndir. Bizim fikrimizcə isə səbəblər aşağıdakılardır:

1. Qərbin Qarabağ problemindən həm Azərbaycan və həm də Ermənistana qarşı təzyiq aləti (idarəedici pult, rıçaq) kimi istifadə edib, onların hər ikisinin xarici iqtisadi, siyasi, mədəni kursunu Rusiyadan özünə sarı döndərmək və öz nəzarəti altında saxlamaq marağı;

2. Rusiyanı (eləcə də, İranı) üzük qaşı kimi mühasirəyə almaq və imkan düşdükcə bu həlqəni daraltmaq işində bu dövlətlərin coğrafi əhəmiyyətindən bəhrələnmək niyyəti;

3. Bu hər iki Qafqaz dövlətini davamlı qarşıdurma ilə üzərək, bu hər iki dövlətdə həyat səviyyəsini gün-gündən ən aşağı həddə qədər endirmək və bununla da onların hər ikisinin xoş günlər, ali həyat tərzi üçün nəzərdə tutduqları hər şeylərini – işçi qüvvəsini, intellekt potensialını, ali dəyərlərini, qadınlarını, incəsənət məhsullarını, təbii sərvətlərini, kəşflərini, dövlət sirlərini və s. ölməmək üçün dəyər-dəyməzinə ixrac etməyə, su qiymətinə Qərbə satmağa vadar etmək məqsədi;

4. Konkret olaraq varlı Azərbaycanın sərvətlərini ələ keçirmək uğrundakı rəqabətdə bu kartı, böyük dövlətlərin Azərbaycanı güzəştə məcbur etmək işində təzyiq aləti kimi görməsi;

5. Azərbaycana qoyduğu milyardlarla dollarlıq investisiyasını sığortalamaq, Qarabağı bunun girovu kimi saxlamaq marağı;

6. Milli münaqişələri yaradıb və bunun günahını Rusiyanın üstünə yıxmaqla Rusiyaya qarşı narazılıq formalaşdırmaq və arada yaranmış ziddiyyətlərdən bəhrələnmək fəndi;
Məhz bu səbəbdən, görülən tədbirlər heç bir bəhrə vermir. Aşağıda bu və digər faktorları da nəzərə almaqla, bu kitabda izah olunan metodlar prizmasından bu problemin cəmi həlli variantlarının ümumiləşdirilməsinə cəhd olunur:

1. HÜQUQİ baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son on-on iki illik təcrübəsi qədərincə isbatlayıb. Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə də, qanunların özü də gücə tabedir. Təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir. Qanunlar heç vaxt gücü olmayan tərəfi haqlı çıxarmır – hətta dünyanın ən ədalətli dövlətlərində və ya beynəlxalq tribunallarda belə. Məhkəmə səviyyəsinə çıxarılmamış mübahisələrin özlərində də hamının nəzərində lap əvvəldən güclü tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq məğlub tərəfdir.

2. Bu problemin SİYASİ yolla həllinin iki variantı mümkündür:

Birinci halda – güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, məs., Tayvan è Çinlə, Cənubi Koreya è Şimali Koreya ilə, CAR è afrikalılarla, İzrail è ərəblərlə Qərbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün qurulduğu halda – belə məqam əla sövdələşmə şansıdır.

İkinci variant siyasət – bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya ↔ ABŞ, ABŞ ↔ Avropa və ya Rusiya ↔ Avropa arasındakı siyasi; ABŞ ↔ Avropa, Avropa ↔ Yaponiya və ya Yaponiya ↔ ABŞ arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana bilməsindən asılıdır. Bu ziddiyyət – Rusiya ilə həmsərhəd, və ya Qərblə iqtisadi əlaqəli, yaxud bölgədə ABŞ-ın maraqlarının təmsilçisi bir dövlət kimi, Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər Bu qütbləşmədə Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün istifadə etməsi onun başlıca təsir rıçağıdır.

Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq gərəkdir ki, Qarabağ – bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın) buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir.

3. Qarabağ probleminin HƏRBİ yolla həlli variantı – bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız [yalnız və yalnız!] çox məhdud olan aşağıdakı şərtlər çərçivəsində mümkündür:

a) Qarabağ-Ermənistan sərhədini – hansı ki, Azərbaycana təzyiq göstərmək istəyən xarici dövlətlərin ermənilərə başlıca hərbi dəstək kanalıdır – hər hansı fəndləsə [o cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik təminatına qarşı edilən istənilən güzəştlə] ələ keçirib, Laçın dəhlizini tam bağladıqdan sonra. Yalnız ondan sonra istənilən razılaşmanı pozub [Siyasətdə ”kişi sözünün”, sənədin, razılaşmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qədər olduğunu Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir] danışıqların ardını ”Kalaşnikov dilində” davam etdirmək olar. Ona qədərsə bu addımı atmağın, altıdəlik çəlləyə su doldurmaq cəhdindən heç bir fərqi olmayacaq. Əks halda isə, hər bir münaqişədən yararlanmaq istəyən və buna görə də, onun sonsuzluğa qədər uzanmasına əlindən gələn hər cür gizli yardım göstərən kifayət qədər xarici qüvvə tapılacaq – necə ki, Əfqanıstan, Fələstin, Çeçenistan və s. variantlarında olduğu kimi;

b) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi binalarının bütün heyəti ilə birlikdə hansısa qəfil zərbə ilə dağıdıldığı saatlarda;

c) Qlobal miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz problemləri və ya daha ciddi olan nə iləsə qarışdığı mərhələlərdə (məs., 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində olduğu kimi);

d) Bütün aparıcı böyük dövlətlərin hamısı ilə (ələlxüsus Rusiya və ABŞ-la) eyni vaxtda razılığa gəlindikdən sonra (əks halda, Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə başlayan, elə onun kimi də, axırda hər dəfə o birinin süngüsünə rast olub geri qayıtmaq məcburiyyətində qalasıdır); və s.

Qarabağ problemində, faktik olaraq bu faktorların hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii proseslərin nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər ki, bu konsepsiyadan da əsas məqsəd bunun mümkün yollarını izah etmək idi.
Bu kitabda, əsasən aşağıdakı məsələlər barədə danışıldı, bunun mümkün yolları göstərildi:

1. Türk xalqlarını, ərənlik psixologiyasından çəkindirib, müasir siyasi texnologiyaları, nəhayət ki, onlara necə aşılamaq;
2. Qarabağ probleminin istər hüquqi, istər siyasi və istərsə də hərbi həlli üçün zəruri olan həmin münbit zəmini süni yolla necə formalaşdırmaq və prosesin istənilən mərhələsində situasiya üzərində nəzarət imkanını necə əldə etmək;
3. Azərbaycanın manevr imkanlarının diapazonunu və istər Qərb, istərsə də Ermənistana qarşı tətbiq edə biləcəyi təzyiqlər arsenalını necə genişləndirmək;
4. Problemin siyasi tərəfini həll etmək məqsədilə bölgədə və ya heç olmazsa Azərbaycanda nəhəng derjavaların maraqlarını necə uzlaşdırmaq və bunun ən optimal variantını müəyyənləşdirənə qədər, onların qüvvələr balansını olduqca geniş diapazonda necə dəyişdirmək və ya bir-biri ilə mümkün olan bütün variantlarda necə kombinasiya etdirmək;
5. Ermənistanı beynəlxalq arenada necə təkləyib, hüquqi münasibətlərdə dominant mövqeni necə qazanmaq;
6. Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı, daxili iğtişaş və ya siyasi durumun qeyri-sabitliyini süni şəkildə necə təşkil edib, onu necə zəiflətmək və ya müharibəyə başlamaq üçün münbit zəmini necə formalaşdırmaq;
7. Vəziyyət müharibə həddinə çatarsa, bunu müxtəlif siyasi, iqtisadi, ideoloji və s. diversiya metodlarının geniş tətbiqi ilə necə həyata keçirib, Milli Ordunun güc əmsalını birə min qat necə artırmaq (əgər məsələ bu variantların köməyi ilə elə yarıyolda həll olunmayıb, müharibə mərhələsinə qədər gəlib çatarsa) və s.

İzah edilən hər bir metod dünya təcrübəsindən seçilən nümunələrlə əsaslandırılırdı.

Mənbə : Cabbar Məmmədov – Diplomatik psixologiya.

Qarabağ müharibəsi

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Bu məqsədlə, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalanmışdır. Fərmandan irəli gələrək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır. Müvəqqəti komendantlıqların nəzdində də müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmış, vəzifələri müəyyən edilmişdir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olmuşdur.

04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 13360 yaşayış və qeyri yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

2020-ci ilin 27 sentyabr – 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutmuşdur.

08 oktyabr, 03, 04 və 08 noyabr 2020-ci il tarixlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər «Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurmuş, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmış və aparılmış, habelə terrorçuluq cinayəti törədilmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir.

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edir. Bununla da, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini, Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2 (1) və 3 (2) maddələrində müəyyən edilmiş təminatlar da daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır.

Comments are closed, but trackbacks and pingbacks are open.