Press "Enter" to skip to content

Qarabağ xanlığı

Haradan

Qarabağ xanlığı

AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ

  • Müdafiə naziri
  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
  • Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
  • Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
  • Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
  • Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
  • Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
  • Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
  • Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
  • “Azərbaycan Ordusu” qəzeti
  • “Hərbi Bilik” jurnalı
  • “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
  • Hərbi And
  • Qanunvericilik
  • Nizamnamələr
  • Bayraqlar
  • Orden və medallar
  • Emblemlər
  • Azərbaycan Milli Qəhrəmanları
  • Geyim qaydası
  • Beynəlxalq hərbi əməkdaşlıq
  • İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
  • NATO ilə əməkdaşlıq
  • Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
  • BQXK ilə əməkdaşlıq
  • Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
  • CISM – Beynəlxalq Hərbi İdman Şurası
  • Azərbaycandakı xarici hərbi nümayəndəliklər
  • Beynəlxalq Ordu Oyunları
  • Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
  • Hərbi Elmi Tədqiqat İnstitutu
  • Hərbi İdarəetmə İnstitutu
  • Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
  • Heydər Əliyev adına Hərbi İnstitut
  • Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
  • Dövlət rəmzləri
  • Bayramlar
  • Ermənistan-Azərbaycan münaqişəsi
  • Vətən müharibəsi
  • Qan yaddaşı
  • Xəbərlər arxivi
  • Cəbhə xəbərləri arxivi
  • Foto arxiv
  • Video arxiv
  • “Azərbaycan Ordusu” qəzetinin arxivi
  • “Azimut” Bülleteninin Arxivi

Xəbərlər

25 İyul 2020 10:14

Azərbaycan tarixi daha əhatəli öyrəniləcək

Qarabağ xanlığı

Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiya dağılandan sonra yaranmışdı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığının sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Qarabağ xanlığının banisi Pənahəli xandır (1747-1763).
Pənahəli xan yenicə yaranmış Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı uzun və gərgin mübarizə aparmalı olmuşdu. Daxildə onun hakimiyyəti üçün ən böyük təhlükəni Qarabağın xristian məliklikləri (Çiləbörd, Gülüstan, Xaçın, Vərəndə və Dizaq) yaradırdı. Nadir şahın hakimiyyəti dövründə nisbi müstəqillik əldə etmiş bu məlikliklər müstəqil Qarabağ xanlığının yaranmasını düşmənçiliklə qarşıladılar. Tezliklə Azərbaycan torpaqlarını işğal etməyə çalışan Rusiyanın və onun əlaltısı olan Kartli-Kaxetiya çarlığının əlində oyuncağa çevrilən məliklər Qarabağ xanlığını məhv etmək və onun yerində erməni dövləti yaratmaq üçün fürsət axtarırdılar. Lakin Pənahəli xanın yeritdiyi uğurlu siyasət onlara öz niyyətlərinə çatmağa imkan vermədi.
Qarabağ xanlığının yarandığı ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən biri xanlığın paytaxt şəhərinin yaradılması idi. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə qonşu xanlıqların və İranda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı feodal hakimlərin hücum təhlükəsi Qarabağ xanını güclü müdafiə imkanları olan şəhər-qala tikdirməyə məcbur edirdi. Bu qala, eyni zamanda, Qarabağ xanlığının paytaxtı rolunu oynamalı idi. 1748-ci ildə əsası qoyulmuş Bayat qalası məhz bu məqsədə xidmət edirdi. Lakin qala düşmən hücumlarının qarşısını almaq baxımından kifayət qədər etibarlı olmadığına görə 1751-ci ildə daha bir şəhər-qalanın – Şahbulaq qalasının əsası qoyuldu.
Lakin Şahbulaq qalası da cəmi üç-dörd il ərzində Qarabağ xanlığının paytaxtı funksiyasını yerinə yetirə bildi. Bölgədə getdikcə qızışmaqda olan ara müharibələri Pənahəli xanı daha etibarlı, əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir şəhər-qala tikdirməyə məcbur edirdi. Bu məqsədlə toplanmış məşvərət məclisində Pənahəli xan əyanlara müraciətlə demişdi: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilməməlidir”. Uzun axtarışlardan sonra dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası xanlığın yeni paytaxtı üçün əlverişli hesab edildi və 1753-1754-cü illərdə onun tikintisinə başlanıldı.
1756-/1757-ci illərdə xanlığın paytaxtı Şahbulaq qalasından buraya köçürüldü. Yeni şəhər-qala mövcud olduğu ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırıldı və Qarabağ xanlığının daimi paytaxtına çevrildi.
Şuşa şəhərinin yaranması Qarabağ xanlığının sonrakı hərbi-siyasi tarixində mühüm rol oynadı. Məhz bu qalanın mövcudluğu sayəsində Qarabağ xanlığı çox güclü düşmənlərin hücumlarının qarşısını almış, öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Qarabağ xanlığına ilk belə güclü hücum 1757-ci ildə olmuşdu. Məhəmmədhəsən xan Qacar həmin ilin avqustunda 30 minlik ordu ilə xanlığın paytaxtı Şuşaya hücuma başladı. Xatın arxı deyilən yerdə düşərgə salan Qacar ordusu şəhəri mühasirəyə aldı. Bir aydan artıq davam edən mühasirə zamanı Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla nəticələndi. Böyük itki verən və aclığa davam gətirməyən düşmən ordusunda döyüş intizamı pozuldu. Nəticədə Məhəmmədhəsən xan Qacar Şuşa qalasını ələ keçirə bilmədi və çox böyük itkilər verərək geri döndü.
Məhəmmədhəsən xan Qacarın məğlubiyyətindən az sonra Şuşa Urmiya hakimi Fətəli xan Əfşarın hücumuna məruz qaldı. Faktiki olaraq Qaradağ, Marağa, Urmiya və Təbriz xanlıqlarının hakiminə çevrilmiş Fətəli xan 1760-cı ildə Azərbaycanın şimal xanlıqlarını da ələ keçirmək qərarına gəlmişdi. O, ilk növbədə, Cənubi Qafqazın açarı hesab edilən Qarabağ xanlığını tabe etməyə cəhd göstərdi. Nadir şahın əsas məmurlarından olmuş və İran taxtını ələ keçirməyə çalışan Fətəli xan Əfşar Cənubi Azərbaycanı ələ keçirdi və öz ordusu ilə Qarabağa gəldi.
Urmiya hakimi öncə Pənahəli xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət etdi. Lakin Pənahəli xan elçiləri kobud cavablarla geri qaytardı. Rədd cavabı alan Fətəli xan 30 minlik ordu ilə Qarabağa yürüşə başladı. Lakin onun Şuşanı qəfil hücumla ələ keçirmək planı baş tutmadı. Belə olduqda o, Şuşanı mühasirəyə alaraq şəhərin müdafiəçilərini aclıqla taqətdən salıb öz məqsədinə çatmağa cəhd göstərdi. Fətəli xan Əfşar Pənahəli xandan narazı olan bir çox yerli hakimləri və qonşu xanları öz ətrafına toplayaraq Şuşanın 17 verstliyində olan Xocalı kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənahəli xanın başqa silahdaşları bu yerlərə bələd olmayan düşmən qüvvələrini müvəffəqiyyətlə tələyə salaraq qırırdılar. Şuşanın altı aya qədər davam edən mühasirəsi zamanı Fətəli xanın ordusu ciddi itkilərə məruz qaldı. Sonuncu hücumda Urmiya xanı ölənlər və əsir düşənlərlə birlikdə 2 min nəfər əsgər itirmişdi.
Şuşa şəhərini döyüşlə ələ keçirməyin mümkün olmadığını başa düşən Fətəli xan hiyləyə əl atdı. O öz qızını Pənahəli xanın oğlu İbrahimxəlil ağaya ərə vermək və bununla da guya düşmənçiliyə son qoymaq istədiyini bildirdi. Uzun sürən döyüşlər zamanı xeyli qüvvə itirmiş və zəifləmiş Qarabağ xanı təklifin hiylə olduğunu başa duşsə də, buna razılıq verdi. Fətəli xanın düşərgəsinə gələn İbrahimxəlil ağa həbs edildi və Urmiyaya aparıldı. Bununla belə, Fətəli xan Əfşar əsas məqsədinə nail olmadı. Şuşa qalasını ələ keçirə bilmədi.
XVIII əsrin 90-cı illərində Ağa Məhəmməd şah Qacar öz hakimiyyətini Azərbaycanın şimal xanlıqlarına da yaymaq qərarına gəldi. Ancaq onun Qarabağ xanlığını danışıqlar yolu ilə tabe etmək cəhdi heç bir nəticə vermədi. İbrahimxəlil xan Ağa Məhəmməd şahın təklifini nəinki qəbul etmədi, onu hətta hökmdar kimi tanımaqdan imtina etdi.
Məqsədinə dinc yolla çata bilməyən Ağa Məhəmməd şah 1795-ci ilin yayında çox güclü bir ordu ilə Qarabağa hücuma başladı və tezliklə Şuşa şəhərinə yaxınlaşdı. Lakin Qacar ordusunun çox böyük üstünlüyünə baxmayaraq, Şuşanı hücumla ələ keçirmək mümkün olmadı. Bir tərəfdən şəhərin çox güclü hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə Qarabağ əhalisinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması Qacara öz planını həyata keçirmək imkanı vermədi. Vəziyyəti belə görən Qacar Şuşanı mühasirəyə alıb əhalini aclıq yolu ilə təslim olmağa məcbur etmək qərarına gəldi. Eyni zamanda, düşmən artilleriyası Şuşanın qala divarlarını fasiləsiz atəşə tutmaqla onu dağıtmağa çalışdı. Lakin bu da gözlənilən nəticəni vermədi. Ağa Məhəmməd şah müşahidə etdi ki, toplar qalanın hasarını dağıtmağa qadir deyil. Otuz üç gün davam edən hücumun heç bir nəticə vermədiyini və şuşalıların müqavimətini qırmağın mümkün olmadığını görən Ağa Məhəmməd şah şəhərin mühasirəsindən əl çəkməyə məcbur oldu və öz ordusunu Gürcüstana yeritdi. Doğrudur, Qacar hakimi 1797-ci ildə baş vermiş ikinci yürüşü zamanı Şuşaya daxil ola bildi. Lakin cəmi üç gün sonra yaxın adamları tərəfindən qətlə yetirildi.
Çox güclü düşmən hücumları qarşısında baş əyməməsi Şuşanın şöhrətini artırmaqla yanaşı, onun sürətlə inkişaf etməsinə və əhalisinin sayının artmasına gətirib çıxardı. XVIII əsrin sonlarında burada 17 məhəllə mövcud idi. Bu məhəllələrdən 9-u Pənahəli xanın, 8-i isə onun varisi İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) salınmışdı. Müasirlər XVIII əsrin sonlarında Şuşada təxminən 2-3 min ev olduğunu qeyd edirlər ki, bu da 10 min nəfərdən çox əhali deməkdir. Şəhər camaatının əsasını vaxtilə Bayat və Şahbulaq qalalarından köçürülənlər təşkil edirdi. Bununla yanaşı, Şuşanın əhalisi içərisində mənşəcə qarabağlı olmayanların da xüsusi çəkisi böyük idi. Hələ Pənahəli xanın hakimiyyətinin ilk dövrlərində Təbrizdən və Ərdəbildən xeyli əhali, xüsusilə sənətkarlar Bayat qalasında yerləşdirilmişdi.
Pənahəli xanın və İbrahimxəlil xanın fəaliyyətində Qarabağ xanlığının ərazisini genişləndirmək və son nəticədə pərakəndə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasəti özünü aydın göstərirdi. Pənahəli xan qonşu xanlıqların da torpaqlarını ələ keçirmək siyasəti yeridirdi. Pənahəli xan Şuşa şəhərinin əsasını qoyduqdan sonra əvvəllər Qarabağ xanlığının tərkibində olan Mehri və Sisian mahallarını, Təbriz xanlığının tərkibində olan Zəngəzur və Qafan mahallarını, habelə İrəvan və Gəncə xanlıqlarına məxsus olan bir çox torpaqları ələ keçirib Qarabağ xanlığının tərkibinə qatmışdı.
Pənahəli xanın ölümündən sonra hakimiyyət başına gəlmiş İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. Pənahəli xanın Qarabağ xanlığının sərhədlərini genişləndirmək siyasəti İbrahimxəlil xan tərəfindən uğurla davam etdirilirdi. Tam müstəqil xarici siyasət yeridən Qarabağ xanlığı dövlətlərarası münasibətlərdə müstəqil tərəf kimi qəbul edilirdi. Heç də təsadüfi deyil ki, İbrahimxəlil xanın 1784-cü ildə Sankt-Peterburq şəhərinə göndərdiyi Musa sultan Rusiya tərəfindən böyük bir dövlətin nümayəndəsi kimi qəbul edilmiş, onun şərəfinə təntənəli qəbul düzəldilmişdi.
Beləliklə, XVIII əsrin 60-80-ci illərində Qarabağ xanlığı yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrilmişdi. Bu dövrdə Azərbaycanla qonşu olan Osmanlı Türkiyəsi, İran və Rusiya kimi daha güclü dövlətlər özlərinin Qafqaz siyasətini həyata keçirərkən Qarabağ xanlığının mövqeyi ilə hesablaşmalı olurdular. Bununla belə, XVIII əsrin sonlarından başlayaraq Azərbaycanın şimal xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyi üçün ciddi təhlükə yaranmağa başladı. Ağa Məhəmməd şah Qacarın 1795 və 1797-ci illər yürüşləri, V.Zubovun başçılığı ilə rus ordusunun 1796-cı il yürüşü tezliklə İran-Qacar dövlətinin və Rusiyanın Cənubi Qafqaza münasibətdə daha qətiyyətli addım atacaqlarından xəbər verirdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran-Qacar dövlətində hakimiyyət uğrunda yeni qüvvə ilə qızışan mübarizədən qalib çıxan Fətəli şah 1797-ci ildə İrəvan qalasını ələ keçirdi və Azərbaycan xanlarından, o cümlədən İbrahimxəlil xandan itaət etməyi tələb etdi. XIX əsrin əvvəllərində Qarabağ xanlığı daha güclü bir düşmənin – Rusiya imperiyasının hücum hədəfinə çevrildi. 1801-ci ildə Şərqi Gürcüstanı ələ keçirən bu dövlət az sonra Azərbaycanın Car-Balakən camaatlığını, İlisu sultanlığını və Gəncə xanlığını işğal etdi. 1804-cü ildə başlamış Rusiya-İran müharibəsinin ilk günlərindən hər iki dövlət Qarabağ xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. İran-Qacar dövlətini Qarabağ üçün daha böyük təhlükə hesab edən İbrahimxəlil xan Rusiyanın himayəsi altına keçməklə öz hakimiyyətini saxlayacağına ümid bəsləyirdi. Elə bu səbəbdən o, Qafqazdakı rus qoşunlarının komandanı general P.Sisianovun Rusiyanın himayəsi altına keçmək təklifini qəbul etdi və danışıqlara başladı. Uzun sürən bu danışıqlar 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsinin bağlanması ilə nəticələndi. Kürəkçay müqaviləsi ilk baxışdan Qarabağ xanlığının müstəqilliyinin saxlanılması görüntüsü yaratsa da, əslində onun imzalanması həm İbrahimxəlil xan, həm də onun xanlığı üçün ağır nəticələrə gətirib çıxardı. Ruslar 1806-cı ildə İbrahimxəlil xanı ailə üzvləri ilə birlikdə çox böyük amansızlıqla qətlə yetirdilər. 1813-cü ildə İran-Qacar dövləti ilə müharibəni qələbə ilə başa vuran çar hökuməti bundan bir qədər sonra, daha doğrusu, 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi.

Hazırladı: Günay TAĞIYEVA, “Azərbaycan Ordusu”

Qarabağ xanlığı

Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan döv­lət­lərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istə­mə­yən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sür­gün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Nadir şah Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tap­salar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi. Belə­lik­lə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti – Qarabağ xanlığı yarandı. Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri – doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı dəyərli quruculuq uğuru sayılmalıdır. Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan – türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər. Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: “Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana “xan” adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı”. Adil şahın fər­manı, əslində gecikmiş bir sənəd idi. Həqiqi “hakimlik” şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı. Pənah xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: “Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq”. Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: “…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi”. Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: “Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi”.

Kürəkçay müqaviləsi

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir. Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: “Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…”. Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri – məlikliklər haqqında yazırdı: “Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır. İkincisi – Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuş­lar. Üçüncü – Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı – Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəvsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar. Dördüncü – Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik omuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi… Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur”.

Qarabağ məliklikləri

Məlikliyin adı

Qarabağa gəlmələri

Nə vaxt

Haradan

Qarabağ xanlığı

Qarabağ xanlığının yaranması və ərazisinin genişləndirilməsi. Əfşar dövlətinin süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən birinin-Qarabağ xanlığının əsasını Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Pənahəli bəy Cavanşir qoymuşdur. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlu və Baharlı türk tayfaları təşkil etmişdir. Otuz iki oymaqdakı tayfaların birləşməsindən yaranan Otuzikilər tayfası Qarabağın qədim və güclü tayfalarından biri olmuşdur. Mənbələr göstərir ki, bu adın yaranması XVI əsrə aiddir. Həmin tayfa birləşməsində Cavanşir tayfasının nümayəndələri də vardı. Onlar çox vaxt Otuzikilər tayfa birləşməsinə başçılıq etmişlər.

Pənahəli xan da Cavanşir elinə mənsubdur. Cavanşir tayfasına aid olan kəndlərin bir çoxu XVIII əsrin sonlarında indiki Tərtər, Kəlbəcər, Bərdə, Goranboy, Yevlax, Ağdam bölgələrində yerləşir. Rusiya işğalından sonra yaranmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olan Cavanşir qəzası əsasən həmin tayfaların yaşadıqları ərazini əhatə etmişdir.

Qarabağ xanlığının yaranmasının çox maraqlı tarixi vardır. Qarabağ xanlığının vəziri olmuş tarixçi-salnaməçi Mirzə Camal yazır: «Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb inandığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları arasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gəlmişdir ».

Lakin Muğan qurultayından sonra Nadir şah hakimiyyətinə qarşı çıxmış Qarabağ tayfalarını cəzalandırır. Onları Xorasan vilayətinə və Əfqanıstana sürgün edir. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli bəy edam olunur. Bunu görən Pənahəli bəy Nadir Xorasanda olduğu zaman, fürsət taparaq bir neçə qohumu və yaxın adamı ilə 1738-ci ildə Qarabağa qaçır. Mirzə Camal Cavanşir yazır: «Şah Pənah bəyin qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çapar göndərir. Lakin onu tutmaq mümkün olmur. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərir ki, Pənah bəyi harada tapsalar, tutub şahın hüzuruna gətirsinlər».

Beləliklə, hələ Nadir şahın sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərir. Nəticədə Nadirin ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti-Qarabağ xanlığı yaranır.

Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd olan Qarabağ xanlığı Arazla Kür arasında yerləşirdi. Qarabağ xanlığı müs­təqil dövlət elan edildikdən sonra onun möhkəmləndirilməsinə nail olmaq başlıca vəzifəyə çevrilir. Pənahəli xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini doğma torpağa qaytarmaq olur. Bu tədbir Qarabağ xanlığını gücləndirir. Sürgündən qayıdanların içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil ağa da var idi.

Qarabağ xanlığı yarananda onun ərazisində Gəncə, Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan, Dərbənd kimi şəhərlər olmamışdır. Halbuki belə siyasi və iqtisadi mərkəzlərin olması xanlığın gələcək inkişafı üçün çox mühüm idi. Ona görə də yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənahəli xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə Azərbaycan türk tayfası olan bayatların adı ilə bağlı olan Bayat qalasının inşası olur. Mirzə Camal Cavanşir yazır: «Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər». Pənahəli xanın müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti onun rəsmən tanınması ilə nəticələnir. Mirzə Camal Cavanşir yazır: «Müsləman tarixi ilə 1161, xristian tarixi ilə 1748-ci ildə Adil şahın (Pənah xana) «xan» adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə sərdar Əmiraslan xanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı». Adil şahın fərmanı əslində gecikmiş bir sənəd idi. Həqiqi hakimlik şah fərmanından əvvəl, ondan asılı olmayaraq qazanılmışdı.

Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Çələbinin Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır. Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildirdilər ki, «Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir təxir edilərsə, sonra onun qarşısında durmaq mümkün olmaycaqdır». Hacı Çələbi Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır və bir aylıq mühasirə heç bir nəticə vermir.

Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: «… Bu qalibiyyətdən sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi». «Bayat savaşı» eyni zamanda, bu qalanın gəlcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxarır. Buna görə də Pənahəli xan 1751-ci ildə Şahbulağı adlanan yerdə yeni paytaxt-qala saldırır. Mirzə Adıgözəl bəy yazır: «Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bərpa etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (bazar meydanı) və hamamlar tikdirdi. Xan oranı dövlətinə mərkəz etdi».

Ölkədə cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr gənc dövlətin təhlükəsizliyi üçün yeni yerin seçilməsini zəruri edir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşirin yazdığına görə Pənahəli xan yeni paytaxt yaratmaq fikrində olarkən Şahbulaqda geniş Məşvərət Şurası çağırır. Şurada iştriak edənlərə belə bir müraciət edir: «. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi, sarsılmaz qala tikək ki, onu ən güclü düşmən belə mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir».

Qarabağ xanlığının yeni paytaxtı Azərbaycanın qədim yaşayış məskənlərindən olub monqollar tərəfindən dağıdılmış Şuşa qalası olur. Qısa müddətdə burada bərpa işləri aparılır. Buraya qarabağlılardan əlavə, qonşu xanlıqlardan da gələnlər olur. Bunu Şuşa şəhərindəki bir çox küçə və məhəllələrin adları- Təbrizli, Aqulisli, Qazançılı, Köçərli, Culfalar da sübut edir.

Şuşa məhəllələrinin hər birində tədriclə məscidlər, hamamlar, məhəllə bulaqları tikilir. Şəhərdə qalıqları dövrümüzə qədər gəlib çatmış güclü kanalizasiya sistemi yaradılır. Şəhərin cənub-qərbindəki Cıdır düzü adlanan geniş düzəngah gəzmək və təlim keçmək üçün, şimal-şərq hissəsindəki ərazi isə təsərrüfat, əhali, qoşun və başqa məqsədlər üçün ayrılır.

Separatçılığa (bölüşüdürücülüyə) qarşı mübarizə. Pənahəli xanın dövlətçilik siyasətində Qarabağ məliklərinin mərkəzi hakimiyyətə tabe etdirilməsi və onların separatçılıq əməllərinə son qoyulması mühüm yer tutur. Bu iş həm hərbi, həm də diplomatik bacarıq tələb edir. Çünki onlar bir tərəfdən mərkəzləşdrimə prosesinə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı hücumların təşkilində və həyata keçirilməsində iştirak edir, onun müstəqilliyini sarsıtmağa çalışırdılar. Ona görə də məlikləri tabe etmək məsələsi mahiyyətcə Qarabağın, bütövlükdə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə idi.

Pənahəli xanın hakimiyyəti gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların-məliklərin pozuculuq fəaliyyəti də artır. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri məsələyə çevrilir. Xanlığın ərazi-inzibati bütövlüyünü itirmək təhlükəsini dəf etmək üçün yeganə çıxış yolu separatçılığa qarşı mübarizədən keçirdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir. Qarabağ salnaməçilərinin yazdıqları kimi, Xəmsə məliklərindən yalnız Xaçın əhalisi yerli idi. Digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmişdilər. Özü də bu əhali erməni yox, keçmiş alban nəsillərinə mənsub idi. Buna görə də erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddialarına «haqq» qazandırmaq üçün həmin məliklərə «erməni dövlətçiliyi»nin davamı kimi baxmaları elmi saxtakarlıqdır.

Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra, kiçik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman da bir-biri ilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bu xüsusiyyətləri ilə məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər.

Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadellilərlə birlikdə Qarabağa hücumda iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik münaqişə olmayıb, Qarabağ xanlığının müstəqilliyinə qarşı yönəlmiş qəsdlər əleyhinə mübarizə idi.

Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliyi Şahnəzər tanıyır. Bu tanıma həm də «nikah diplomatiyası» vasitəsi ilə möhkəmləndirilir; onun qızı Hürzətlə İbrahimxəlil ağa nikahlanır. Xaçın məliyi Məlik Mirzənin tabe olmaqdan imtina etməsi Pənahəli xanın onun üzərinə yürüş etməsinə səbəb olur. O, Ballıqaya adlı yerdə baş vermiş döyüşdə məğlub olduqdan sonra mərkəzi hakimiyyəti tanımaq məcburiyyətində qalır. Dizaq, Çiləbörd, Gülüstan (Talış) məliklərinin də düşmənçilik siyasəti iflasa uğrayır. Bir müddətdən sonra onlar da xan hakimiyyətinə tabe olurlar.

«Bayat savaşı»ndan sonra Qarabağ xanlığının ərazisi xeyli genişlənir. Şamaxı, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanlıqları Pənahəli xanla yaxınlaşmağa çalışırlar. Pənahəli xan isə öz növbəsində Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirərək onların idarəsini öz adamlarına tapşırır. Çiləbörd və Talış məliklərinin Pənahəli xana qarşı yaratdıqları ittifaq da iflasa uğrayır. Onlar Ağdərə döyüşündə məğlub olaraq Cermux qalasında gizlənirlər.

Xarici siyasət. Qarabağ xanlığı kimi bir dövlətin yaranması ətrafdakı xanları və hakimləri ciddi narahat edir. Onlardan biri də Astrabad hakimi Məhəmmədhəsən xan Qacar olur. O, güclü qoşunla 1757-ci ildə Qarabağ xanlığı üzərinə yürüşə başlayır. «Xatın arxı» deyilən yerdə baş vermiş döyüş Qarabağ qüvvələrinin qələbəsi ilə nəticələnir.

Xanlıq 1759-cu ildə Urmiyalı Fətəli xanın hücumuna məruz qalır. Urmiyalı Fətəli xanın Qarabağ xanlığı üzərinə yürüşünü Qarabağ salnaməçiləri ətraflı şəkildə təsvir edirlər. Əhməd bəy Cavanşir bu barədə belə yazır: «… Rumlu (Urmiyalı-red.) Fətəli xan adlı birisi 30 min nəfərlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı qəflətən tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı tərəfdən hücuma keçmişdir. Deyilənə görə bu tərəfdən qala üzərində elə bir sükut hökm sürürdü ki, hücum edənlər dərələrdə və divarların arxasında gizlənmiş seçmə dəstələri görmədən sərt qayalarla dırmaşaraq, atəş açmadan qalanı tutmaq ümidində idilər. Lakin qala divarlarının yaxınlığında mühasirəyə alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmamış «qonaqlar»ın üzərinə cumdular və onlarla əlbəyaxa vuruşmaya girdilər. ». Səkkiz aylıq mühasirədən sonra Pənahəli xan Fətəli xandan asılılığı qəbul etməli olur.

Tezliklə Kərim xan Zəndin Fətəli xan Əfşar üzərinə hücumu və Pənah xanı öz müttəfiqinə çevirməsi ilə bu asılığığa son qoyulur. Urmiya xanlığı tutulduqdan sonra Kərim xan burada dustaq olan İbrahimxəlil ağanı buraxdırıb hakimiyyət fərmanı ilə Qarabağa yola salır. Pənahəli xan isə «Şiraz qonaqlığı»na aparlılır. Beləliklə, Qarabağ xanlığına ciddi zərbə vurulur. Xanlığın banisi hakimiyyətdən uzaqlaşdırılır.

Mirzə Camal yazır: «Mərhum Pənahəli xan az bir müddət Kərim xanın paytaxtı Şirazda qaldıqdan sonra əcəli çatıb Şirazda Allahın rəhmətinə getdi. Cənazəsini böyük hörmətlə Qarabağa gətirib indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı, halal mülkündə dəfn etdilər».

Qarabağa qayıdan İbrahimxəlil xan bu vaxt atasının tapşırığı ilə xanlığı idarə edən qardaşı Mehrəli bəylə münaqişəyə girməli olur. Bu münaqişədə Mehrəli bəy məğlub olur və Quba xanlığına qaçır. 1785-ci ildə Mehrəli bəyin öldürülməsi ilə bu münaqişəyə son qoyulur.

Ölkənin birləşdirilməsi uğrunda mübarizəni davam etdirən İbrahimxəlil xan özünə müttəfiq axtarır. O, Car-Balakən camaatlığının başçısı Ümmə xanın bacısı ilə evlənir. Bu «nikah diplomatiyası» sonralar da onun işinə yarayır. Pənahəli xandan sonra başlanan mərkəzdənqaçma qüvvələrin qarşısı alınır. İbrahimxəlil xan öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yayır.

Məliklərlə mübarizə yenə də Qarabağ xanlığının dövlətçilik siyasətində mühüm yer tutur. Dizaq, Çiləbörd və Gülüstan məlikləri mərkəzi hakimiyyətdən üz döndərirlər. Vərəndə və Xaçın məlikləri isə mərkəzi hakimiyyətə sadiq qalaraq 1781-ci ildə xanın qoşunları ilə separatçıların gizləndiyi Tuğ qalasını mühasirəyə alırlar. Dizaq məliyi təslim olur, hakimiyyətə məlik Bahtam gətirilir. Lakin tezliklə o da dönük çıxır.

1783-cü ildən etibarən İbrahimxəlil xanla separatçı məliklər arasında münasibətlərin pisləşməsi Rusiyanın təhriki ilə daha da güclənir. Rusiya onların köməyi ilə Qarabağda xristian dövləti yaratmağa çalışırdı. İbrahim xan diplomatik bacarığını işə salmaqla separatçıları Şuşaya toplayır. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanətini sübuta yetirərək həbs etdir. Məliklərdən ikisi Şuşa qalasında həbsxanada saxlanır, digəri isə siyasi məhbus kimi Ərdəbil xanına verilir. Sonra isə xəyanətkar məliklərin müttəfiqi Qansazar monastırının katolikosu beş qardaşı ilə birlikdə ələ keçirilir və layiqli cəzalarını alırlar.

Şuşa həbsxanasından qaçmağa müvəffəq olan məliklər Tiflisə gələrək buradan II İrakli və rus ordusunun polkovniki Burnaşovla birlikdə yeni qəsd hazırlayırlar. Birləşmiş qüvvələrin «xaç yürüşü» 1787-ci ilin sentyabrında başlayır. Onlar Gəncəyə qədər irəliləyirlər. Lakin 1787-1791-ci illərin Rusiya-Osmanlı müharibəsinin başlanması bu avantüranın dayandırılmasına səbəb olur. İbrahimxəlil xan Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bilir.

İbrahimxəlil xan XVIII əsrin 60-cı illərindən etibarən öz mövqeyini möhkəmləndirərək müstəqil xarici siyasət yeritməyə başlayır. Bu, İbrahimxəlil xanın İranın təcavüzünü dəf edə biləcək hərbi-siyasi qüvvəyə malik olmasından irləli gəlir. Qarabağ xanlığı ilə Gürcüstan arasında müttəfiqlik münasibətləri vardı. Müttəfiqlər 1780-ci ildə Gəncə xanlığını ələ keçirərək, onun gəlirindən birgə istifadə etməyə başlayırlar. Lakin çox keçmir ki, II İrakli 1783-cü il Georgiyevsk traktatına arxalanaraq Qarabağ xanlığını Gəncədən sıxışdırmağa nail olur. Odur ki, İbrahim xan gürcü çarının nümayəndələrinin Gəncədən qovulmasına nail olur.

Əhalinin məşğuliyyəti. Qarabağ xanlığında əhali əkinçilik və maldarılqla məşğul olurdu. Bağçılıq, bostançılıq, arıçılıq və sənətkarlıq inkişaf etmişdi. Şuşa ticarət mərkəzi idi. Burada «pənahabad» adlı pul kəsilirdi. Xanlıqda əhalinin vəziyyətini ağırlaşdıran əsas amillərdən biri burada 17 əsas vergi və mükəlləfiyyət növünün olması idi.

Qarabağ xanlığı Şuşa şəhərindən və 638 kənddən ibarət olmuşdur. Əhalinin ümumi sayı 90000 nəfər idi. Təbii-coğrafi şərait əkinçiliyin və heyvandarlığın inkişafına əlverişli şərait yaradırdı. Əkinçilik təsərrüfatında taxıl, arpa, darı, çəltik, pambıq, küncüt, gəngərçək kimi bitkilər yetişdirilirdi. Düyü Qarabağ xanlığında taxıldan sonra ikinci qida məhsulu idi. İpəkçiliyin inkişafı xanlığın illik ipək məhsulunun 1700 puda çatmasına imkan verirdi. Qarabağ xanlığının ixtiyarında olan 500000 hektara yaxın yaylaq-otlaq sahəsi burada külli miqdarda iribuynuzlu heyvan və qoyun saxlamaq üçün əlverişli idi.

Salnamələr Qarabağ xanlığında sənətkarlığın da inkişaf etdiyini xəbər verir. Sənətkarlar əsasən Şuşa şəhərində fəaliyyət göstərirdilər. Eyni zamanda kəndlərdə də ev şəraitində xammalın ilkin təmizələnməsi, ip əyirilməsi, xalça toxunması ilə məşğul olurdular. Şuşa sənətkarları tüfəng, tapança lülələri və silah qundaqları hazırlayırdılar. Dabbaqlar camış və inək dərisindən ayaqqabı, xüsusilə çarıqlıq gön emal edirdilər. Şuşada yundan müxtəlif şeylər toxumaq üçün dəzgahlar da var idi.

Comments are closed, but trackbacks and pingbacks are open.