Press "Enter" to skip to content

Təbrik edirik: Vüqar Əhməd

Üç roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. AMEA-da ədəbiyyatşünaslıq üzrə dissertasiya şurasının üzvüdür. “Qızıl Qələm”, AHİK-nın (2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunmuşdur.

Qarabağ Azərbaycandır!


Bilməm ömrün qışıdır,
Ya çiçəkli yazıdır,
Deyirlər ki, naşıdır,
Bu yazılan yazıdır.

Mən Rəbbimdən razıyam,
Görəsən o bəs necə,
Bəndəsindən razıdır?
Düşünürəm hər gecə.
İndi dünya pərişan,

Dərddən yanıb alışan,
Vidalaşır tez çaşan,
Yox dünyaya yaraşan.
Dünya bizdən,biz ondan,
Bezirik aram-aram,

Itibdir halal-haram,
Hər şeyi allam vecə.
Necə olacaq, necə?
Nə fərqi, gündüz-gecə,

Yox oluruq beləcə,
Bax beləcə, sadəcə.
Qayıtsa da Şuşamız,
Əsirdir Xan obamız,

Bitməyibdir qovğamız,
Küsər Qarabağımız.
30 ildən sonra biz,
Oğul olduq Vətənə,

Rədd dedik yol ötənə,
Daş atana daş atdıq,
Yetmədik hər yetənə.
Zəfər- ruhun qidası,

Açıldı göy səması
Qarabağın səfası,
Şikəstənin sədası.
Güldü ellər, obalar,

Güldü nənə, babalar,
Tüstüləndi sobalar,
Çalındı şən havalar.
Cənnətə uçdu şəhid,

Mələklər buna şahid,
Nə kafirəm, nə zahid,
Fəqət, Rəbbi sevirəm.
Heç sevmədim sərvəti,

Rəbbə dedim xəlvəti,
Tanrım söylə cahana:-
Qarabağ Azərbaycandır.
İlhamla Ərdoğandır.

Vüqar Əhməd

Təbrik edirik: Vüqar Əhməd

Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar.

Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru – repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır.

O, 1984-1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə “Novruz” qəzeti və “Azərbaycan dünyası” nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır.

Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir. 2005-2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.

Vüqar Əhməd Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru – repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Səbinə Ehmədova adlı xanımla ailəlidir, Hüseyn adlı bir oğlu, Almaxanım adlı bir qızı var. Qızı Almaxanım Əhmədli Beynəlxalq Muğam Mərkəzinin solistidir.

Vüqar Əhmıd filologiya elmlər doktoru elmi dərəcəsi almışdır. «Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007) və s. kimi 25 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Dərbənd Ədiblər Birliyinin “Muğam” assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür. Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir.

Üç roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. AMEA-da ədəbiyyatşünaslıq üzrə dissertasiya şurasının üzvüdür. “Qızıl Qələm”, AHİK-nın (2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunmuşdur.

Nəğməkar şair Vüqar Əhmədin “Ağ saçlı palma”, “Aktyorun rus uşaq ədəbiyyatı”, “Hər kəsin öz səsi” (elmi məqalələr toplusu), “Şahnaz sədası”, “Səsi Quran sədasıdı”, “Mənim nəğmələrim”, “Saf su” (İ.Hüseynov), “Ürəyimdə oxuyuram”, “Söz, musiqi, bir də mən”, “Yaxşı günlər öndədir”, “Cənubi Azərbaycan poeziyasında yenimərhələ”, “Əfsanəvi tarzən”, “Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr”, “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti”, “Nəğməli dünyam”, “İlhamım gələndə”, “Qarabağ yuxusu və yaxud yuxuda qələbə”, “Son nəfəsədək Azərbaycan və s. Kitabları vardır.

Vüqar Əhməd filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin “Muğam” assosiasiyasının üzvüdür. Həmçinin Bakı şəhəri icra hakimiyyəti dini komissiyasının üzvü olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin sədr müavini kimi fəaliyyət göstərmişdir. “Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı» və s. mükafatlarla təltif olunmuşdur.

2016-2018-ci illərdə AMEA-nın Ədəbiyyat İnstitutunda “Ədəbiyyatşünaslıq” Yaradıcılıq Birliyinin sədri olmuşdur.

Üç roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda “Azad Azərbaycan” teleradio şirkəti Bədii şurasının üzvüdür. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda “Azad Azərbaycan” teleradio şirkəti Bədii Şurasının üzvü, “Dünya TV”-nin Bədii Şurasının sədr müavinidir.

Qeyd ermək yerinə düşər ki, AzTV-nin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi, istedaflı gənc xanəndə Almaxanım Əhmədli onun övladıdır.

Vuqar Ehmed – Wikipedia

Vüqar Əhməd (tam adı: Vüqar Mikayıl oğlu Əhməd; 17 aprel 1963 , Bakı ) — şair, ədəbiyyatşünas, alim.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
    • 3.1 Kitabları
    • 3.2 Məqalələri
    • 3.3 Xarici ölkələrdə dərc olunmuş məqalələri
    • 3.4 İştirak etdiyi konfranslar
    • 6.1 Sosial media hesabları

    Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984–1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə “Novruz” qəzeti və “Azərbaycan dünyası” nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-cı ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir. [1] 2005–2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.

    Ailəsi

    Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru — repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Səbinə Əhmədova adlı xanımla ailəlidir, Hüseyn adlı bir oğlu, Almaxanım adlı bir qızı var. Qızı Almaxanım Beynəlxalq Muğam Mərkəzinin solistidir. [2]

    Fəaliyyəti

    Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin “Muğam” assosiasiyasının üzvüdür. Həmçinin Bakı şəhəri icra hakimiyyəti dini komissiyasının üzvü olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin sədr müavini kimi fəaliyyət göstərmişdir. 2016–2018-ci illərdə AMEA-nın Ədəbiyyat İnstitutunda “Ədəbiyyatşünaslıq” Yaradıcılıq Birliyinin sədri olmuşdur. 4 roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda “Azad Azərbaycan” teleradio şirkəti Bədii Şurasının üzvü olmuşdur. 2021-ci ildən Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının akademiki [3] və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilmiş, “Türk dünyasına xidmət” beynəlxalq qızıl ulduz ordeni ilə təltif olunmuşdur. [4] 2021-ci ildə Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib [5] 2022-ci ildə Dünya Söz Akademiyasının fəxri üzvü seçilib [6] 2022-ci ildə “Turan”ın xalq şairi” fəxri adı verilib. [7] [8] 2022-ci il iyun ayında Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib [9]

    Yaradıcılığı

    Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşünaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran.2008), “Ş.M.Xiyabani” (Bakı 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası, M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), M.Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri. (2016), “Cənubi Azərbaycan poeziyası” (2014), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I–II kitab (2017–2018) və s. kimi 40 kitab və 500-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya, Belçika, Meksika, ABŞ, Hindistan, İtaliya, Rusiya, Qazaxstan, Özbəkistan, Başqırdıstan, Qırğızıstan və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. [10] 2019-da Hindistanda “Ayın şairi” seçilib [11] 2021-ci ildə Urmiyada keçirilən “Rezavvi” beynəlxalq şeir festivalının qalibi olmuşdur [12] 2021-ci ildə ABŞ-ın Texas ştatında keçirilən beynəlxalq şeir müsabiqəsinin qalibi olmuşdur. 2022-ci ildə “ŞUŞANIN DAĞLARI BAŞI VÜQARLI” adlı kitabı çap olunmuşdur [13]

    Kitabları

    1. Rus uşaq ədəbiyyatı və Azərbaycan. Bakı: 1992.
    2. Hər kəsin öz səsi (elmi məqalələr toplusu). Bakı: Azərbaycan dünyası,
    3. 1993.
    4. Şahnaz sədası. Bakı: Şərq-Qərb, 1994.
    5. Ağ saçlı palma. 1995
    6. Aktyorun dəfni.1995
    7. Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı. Bakı: 1998.
    8. Səsi Quran sədasıdı. Bakı: Araz, 2002.
    9. Mənim nəğmələrim. Bakı: Araz, 2002.
    10. Saf su (İ.Hüseynov). Bakı: El-Alliance, 2003.
    11. Ürəyimdə oxuyuram. Bakı: El-Alliance, 2003.
    12. Söz musiqi bir də mən. Bakı: “MBM” MMC, 2003.
    13. İlhamım gələndə. Bakı-2003
    14. Nəğməli dünyam.Bakı-2004
    15. Yaxşı günlər öndədir. Bakı: Şur, 2005.
    16. Azərbaycan Uşaq Ədəbiyyatı. Bakı: Müəllim, 2006.
    17. Anam mənim (Köçürən, ön söz yazan Savalan). Tehran: 2007.
    18. Ədəbiyyatşünaslıq. Bakı: Müəllim, 2008.
    19. Cənubi Azərbaycan poeziyasında yeni mərhələ (2001-2010-cu illər).
    20. Əfsanəvi tarzən. Bakı,2010
    21. Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr.Bakı-2010
    22. Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti.Bakı-2010 [14]
    23. Şeyx Məhəmməd Xiyabani.Bakı-2010
    24. Qarabağ yuxusu və yaxud yuxuda qələbə. Bakı-2013
    25. Son nəfəsədək Azərbaycan.Bakı-2014
    26. Qaradağlılar” Roman.Trilogiya.Bakı-2014
    27. Cənubi Azərbaycan poeziyası.(1950-2010).Bakı, “MBM”,-2014.
    28. M. Şəhriyar. Seçilmiş əsərləri. (M. Şəhriyarın farsca yazılan əsərlərinin
    29. poetik və filoloji tərcümələri. ).Bakı. 2016.
    30. “Ədəbi-elmi portretlər”. Bakı, 2017.
    31. “Cənubi Azərbaycan şeir Antologiyası” Bakı, 2018(müştərək D. Rzayeva)
    32. Plyus bədii yaradıcılıq (ədəbi almanax)II kitab, Bakı, Elm və təhsil, 2018 [15]
    33. “Son nəfəsədək Azərbaycan” romanı (təkrar nəşr). Bakı, 2019.
    34. “Koroğlu” romanı. Bakı, 2020.
    35. “Molla Nəsrəddin” ensiklopediyası (tərtib edən). Bakı, 2020
    36. XX əsr uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920) – Monoqrafiya. Bakı, 2021
    37. “Bu yol gedir Savalana” şeirlər kitabı. Təbriz 2021
    38. “Arı və Mirat” jurnalları yeni əlifbada (müştərək). Bakı, 2021
    39. “ŞUŞANIN DAĞLARI BAŞI VÜQARLI” Bakı, 2022
    40. “Xeyirxahlıq mücəssəməsi” monoqrafiya. Bakı, 2022 [16]

    Məqalələri

    1. Görkəmli pedaqoq Qafur Rəşad Mirzəzadə. “Azərbaycan məktəbi” jurnalı. Bakı, 1989.
    2. Uşaq jurnalımızda rus və dünya ədəbiyyatının təbliği. “Müxbir” jurnalı, №8. Bakı, 1989.
    3. Yetkinlik. (S.Əhmədovun iki cildliyi). “Azərbaycan” jurnalı. Bakı, 1992.
    4. Peyğəmbərin poetik obrazı. Tehran. “Barlıq” jurnalı. 1994; iyun, avqust.
    5. Böyük Füzulimizin yadigarı mən özüməm. Tehran. “Barlıq” jurnalı, 1994.
    6. Batı Trakyalı Fəyyaz Salam. “Türk ədəbiyyatı” məcmuəsi. Yunanıstan, 1995.
    7. İran mehriban qonşumuzdur. “Əhli qələm” jurnalı. Tehran. 1995.
    8. M.C.Pişəvərinin bədii yaradıcılığı. N.Tusi adına APU-nun filologiya məsələləri. №2. Bakı, 1996.
    9. Pişəvəri və bədii tərcümə. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin filologiya məsələləri. Humanitar elmlər seriyası, №1. Bakı, 1996.
    10. Pişəvərinin klassik ədəbi irsə münasibəti. ADPU “Xəbərləri”. Humanitar elmlər seriyası, №1. 1997.
    11. Pişəvərinin publisistikası. ADPU “Xəbərləri”. Pedaqoji, psixoloji elmlər seriyası, №2, 1997.
    12. Pişəvərinin həyatı və mühiti. ADPU “Xəbərləri”. Pedaqoji, psixoloji elmlər seriyası, 1997. №1.
    13. Pişəvəri və dövrü mətbuat. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 1997.
    14. Pişəvəri.Güney Azərbaycan və ziyalılarımız. “21 Azər” jurnalı, 1998.
    15. Pişəvərinin müəmmalı ölümü. “Azərbaycan” jurnalı, 1999.
    16. Pişəvəri həyatı və yaradıcılığının qısa xülasəsi. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 2001.
    17. Pişəvərinin ilk məhsulları. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 2001.
    18. M.C.Pişəvərinin uşaqlıq və gənclik illəri. Əmək fəaliyyətinin Bakı mərhələsi. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinin əsərləri. Bakı, 2002.
    19. Cənubi Azərbaycan poeziyasında ictimai motivlər. Azərbaycan MEA “Elmi xəbərlər”;. 2006.
    20. Mənəvi dəyərlərimizə yenidən qayıdaq. Azərbaycan Dillər Universitetinin konfrans materialları, 2006.
    21. Qafur Rəşad Mirzəzada. AMİ-nin “Xəbərləri”, N2, 2007.
    22. Novruz dini bayram deyil. “İdeal” jurnalı. 2008.
    23. M.C.Pişəvəri və Azərbaycan demokratik firqəsinin yaranması. “Önər” jurnalı, №2. 2003.
    24. Pişəvərinin “Zindan xatirələri”. “Azərbaycan” jurnalı. №11, 2004.
    25. Çayoğlunun yaradıcılığı. “Bakı-Təbriz”, 2006.
    26. Çağdaş Güney Azərbaycan poeziyası. “Bakı-Təbriz”, №3.
    27. “Vətən dili” – keçmişimiz, bu günümüz. AMİ-nin xəbərləri. 2008.
    28. Memuarı o realnıx sobıtiyax proşloqo. “Azərbaycan məktəbi” 2007.
    29. XX əsrin əvvəllərində uşaq ədəbiyyatı uğrunda mübarizə. “Sənətkar” jurnalı.
    30. Cənubi Azərbaycan lirikasında ictimai motivlər. Az.MEA “Ədəbiyyat” məcmuəsi. “Elm”. Bakı, 2006.
    31. Ədəbi qaynaqlar yeni baxımdan tədqiq edilməlidir. Azərbaycan dili və ədəbiyyatın tədrisi. Bakı, 2007.
    32. Arzum-arzuların çin olsun. Professor V.Arzumanlı Soraq kitabı. “Qartal”. Bakı, 2007
    33. Novruz dini bayram deyil. “İdeal” jurnalı. Bakı-mart, 2008
    34. Xiyabaninin həyatı, mühiti, yaradıcılığı. “Kredo” qəzeti. 31 yanvar.2009
    35. H. X. Qaradaği:dövrü, həyatı və yaradıcılığı” Azərbaycan Müəllimlər İnstitutunun xəbərləri. Bakı-“Müəllim”NI-2009.
    36. Güney Azərbaycanda ilk demokratik milli hökumət I yazı. “Xalq cəbhəsi” qəzeti. 30 aprel.2010.
    37. Güney Azərbaycanda ilk demokratik milli hökumət II yazı.Xalq cəbhəsi” qəzeti. 1 may,2010.
    38. Çağdaş Ərdəbil ədəbi mühiti”. “İmpuls” qəzeti, 18 noyabr, 2011.
    39. Şəhriyar yaradıcılığında xalq adət və ənənlərindən istifadə”. “Yeni təfəkkür” qəzeti, 2 noyabr, 2012.
    40. Cənubi Azərbaycan lirikasında icrimai motivlər. Ədəbiyyat Məcmuəsi. Bakı-Elm. 2015.
    41. Vüqar Əhməd. Savalan yaradıcılığı. O, xalq ruhunun dərinliklərinə yaxından bələd idi. ”Xalq cəbhəsi.” 2014.28 oktyabr.s.13.
    42. Vüqar Əhməd. Zaman dönə, bircə görəm üzünü Səhəndin “Araz”poeması. “Xalq cəbhəsi” qəzeti,2015, 1 iyul.s.14
    43. Vüqar Əhməd. Yurdumuzun şöhrətidir dilimiz. Ataların, babaların gəldiyindən, keçdiyindən. (Səhəndin “Sazımın sözü”). “Xalq cəbhəsi” qəzeti.2015,25 aprel.s.4
    44. Vüqar Əhməd. İbrahim Zakirin qəzəlləri. “Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər-I. Bakı, Elm və təhsil,2015.s.59-65
    45. Vüqar Əhməd. “Şəhriyarın farsdilli poeziyada yeri”.Azərbaycan şərqşünaslığı, 2016,№11.
    46. Vüqar Əhməd. Cənubi Azərbaycan poeziyasında janr və forma müxtəlifliyi. “Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər-II. Bakı, Elm və təhsil, 2016.s.59
    47. Vüqar Əhməd. M. Şəhriyarın fars poeziyasında yeri və mövqeyi. “Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər-III. Bakı, Elm və təhsil,2016.s.58.
    48. Vüqar Əhməd. Hacı Mailin həyatı, mühiti və yaradıcılığı. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat
    49. İnstutunun əsərləri. XXVII cild. Bakı, “Elm və təhsil”, 2016.s. 59-69.
    50. Vüqar Əhməd. “Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses”.
    51. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstutunun əsərləri. 29-cu cild. Bakı, “Elm və təhsil”,2017.
    52. Vüqar Əhməd. “İran İslam inqilabından sonra Cənubi Azərbaycanda poeziya”.(1979-2015). AMEA “Xəbərlər” humanitar elmlər. Bakı, Elm, 2017,№1.
    53. Vüqar Əhməd. “İran İslam inqilabından conra Cənubi Azərbaycanda ədəbi proses”. Dövlət və Din jurnalı. 2017,№2 .
    54. Hüseyn Cavidin “Səyavuş” faciəsinin dili və tamaşa tarixi”. “Ədəbiyyat məcmuəsi” XXXI cild. 2017. s.32-40
    55. Qafur Rəşad Mirzəzadə. “Beytüs-Şəfa” davamçıları. 2017.say 3.s.20-27
    56. Seyid Cəfər Pişəvəri. “Azərbaycan Şərqşünaslığı”. 2017. Say.2. s.45-52.
    57. Şəhriyar və fars poeziyası. “Dövlət və Din” İctimai fikir toplusu. Say 05(52). Sentyabr-oktyabr.2017. s. 61-70.
    58. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses. “Ədəbi proses-2016. IV cild. “Hədəf “ nəşrləri Bakı-2017. S. 433

    Xarici ölkələrdə dərc olunmuş məqalələri

    1. “Güney Azərbaycan və ziyalılarımız.” “21 Azər.” İctimai, siyasi və ədəbi dərgi. 1998 dekabr. №1. Dortmund, Almaniya.
    2. Baba yurdu dinlə bəni sən Allah!-Gürcüstan qəzeti.26 dekabr, 1992
    3. “Anam mənim” (poema), Tehran, 2008.
    4. Peyğəmbərin poetik obrazı. Tehran, Varlıq jurnalı. Iyun-avqust,1994.
    5. Borcalı. “Qeyrət” qəzeti.aprel-may.1994.
    6. ”Duzsuzluq” . hekayə. Gürcüstan.“Qeyrət” qəzeti. 13 avqust,1994.
    7. Böyük Füzulinin yadigarı mən özüməm. Tehran, Varlıq jurnalı. Yanvar may 1995.
    8. Batı Trakyalı Fəyyaz Sağlam. Türk ədəbiyyatı məcmuəsi, Yunanıstan, 1995.
    9. İran mehriban qonşumuzdur. Tehran. “Əhli-qələm” qəzeti. 1995.
    10. “Seyid Cəfər Pişəvərinin müəmmalı ölümü” “Azərbaycan” qəzeti.№1. 1999. Koln Almaniya.
    11. Bioqrafik məlumat və “Anam mənim” şeiri. Tehran. 2006.
    12. “Həllac Mənsur, İmadəddin Nəsimi və Fridrix Nitşenin yaradıcılığında insana baxış”. “Xudafərin” jurnalı,Tehran,2016,№12(145).
    13. “Şəhriyarın fars şeirində yeri və mövqeyi”. “Xudafərin” jurnalı. Tehran, 2016, №13(146).
    14. Həsən Məcidzadə Savalan. “Xudafərin” jurnalı, Tehran.2017, №150.s.48
    15. “Место и положение шахрияра в персидской поэзии. ” МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ И НАУКИ РФ МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ РБ БАШКИРСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ТЕОРЕТИЧЕСКОЙ И ПРИКЛАДНОЙ ФИЛОЛОГИИ Материалы III Международной научно-практической конференции, посвященной 35-летию кафедры иностранных языков гуманитарных факультетов (г. Уфа, 11 – 12 апреля 2017 г.s.64)
    16. “Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses”. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstutunun əsərləri. 29-cu cild. Bakı, “Elm və təhsil”,2017.
    17. “İran İslam inqilabından sonra Cənubi Azərbaycanda poeziya”.(1979-2015). AMEA “Xəbərlər” humanitar elmlər. Bakı, “Elm”, 2017,№1
    18. “İran İslamİnqilabına qədər Cənubi Azərbaycanda ədəbi prosesin xüsusiyyətləri”(1959-1979). “Dövlət və Din”jurnalı. 2017,№2 .
    19. Həsən Məcidzadə Savalan. “Xudafərin” jurnalı, Tehran.2017, №150.s.48
    20. “Xudafərin dərgisi və Hüseyn Şərqi”. “Xudafərin” jurnalı. Tehran.2017,say 152. S.36
    21. “İmadeddin Nesiminin düşünce dünyasının keçmişini vurğulayaraq Mansur İbni Hallac, İmadeddin Nesimi və Friedrich Nietzchen”in düşüncelerində insanoğlunu yerinin karşılaştırmalı şekilde incelenmesi.”.”Kültür Evreni” (üç ayda bir yayımlanan uluslararası hakemli dergi).Ankara-Türkiye. 2017,say 31.s.171.
    22. “Görkəmli ədəbiyyatşünas alim-İsa Həbibbəyli”. “Xudafərin” jurnalı. 2017. Say 155.s.71.
    23. “İlyada, Dədə Qorqud və Şahnamə əsərlərində qadın obrazları.”fars dilində,(müştərək) “Xudafərin” jurnalı. 2017. Say156.s.13
    24. “Olmadı”, İnsanlıq əzəli Abşeronumdur”,”Tale hara gedim sənin əlindən”,Vətən, ,“Qazan yox”,”Alınma” (şeirlər). “Xudafərin” jurnalı. 2017. Say 151.s.74.
    25. “İran İslam inqilabına qədər Cənubi Azərbaycanda ədəbi prosesin xüsusiyyətləri”(1959-1979). “Cənubi Azərbaycan ədəbiyyatı:-Tədqiqlər- IV.” Bakı: “ULU”İKF.2017,s.32.
    26. “Kazan yok”. (şeir) “ Külliye”-Türkiye Dil ve Edeiyyat Dernegi”. Amasya. 2017,s.44.
    27. “M. Şəhriyarın fars poeziyasında yeri və mövqeyi”. “Shahriyar’s place and position in Persian poetry “(ingilis dilində) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Ədəbi əlaqələr (toplu). XI-cild.2017c. 45
    28. Gənc şairənin poetik dünyası” . “Xudafərin” say 157. 2017. s.48
    29. “Nasimi poetics” “Xəzər” Dünya Ədəbiyyatı jurnalı.(Tomson).2017. say 2. s.30-37
    30. “İkiyüz ilin Cənub poeziyası” “Xudafərin” 2018, say 164. s. 24-41
    31. “Dünya şöhrətli akademik A. Əlizadə” “Xudafərin”, 2018, say 161. s.69-71.
    32. Savalanın lirikası” “Varlıq”, 2018, №5. s. 180-193.
    33. “Elm və bədii yaradıcılığın qovuşuğunda” “Ədəbiyyat” qəzeti. 2 iyun, 2018. [17]
    34. “İkiyüz ilin Cənub poeziyası” “Xudafərin” 2018, say 164. s. 24-41
    35. “Dünya şöhrətli akademik A. Əlizadə” “Xudafərin”, 2018, say 161. s.69-71.
    36. Savalanın lirikası” “Varlıq”, 2018, №5. s. 180-193.
    37. Elm və bədii yaradıcılığın qovuşuğunda” “Ədəbiyyat” qəzeti. 2 iyun, 2018.
    38. “Yəhya Şeydanın ədəbi fəaliyyəti”. “Xudafərin” say 173, 2019, s.84-90

    İştirak etdiyi konfranslar

    1. İran azərbaycanlıların Birinci Beynəlxalq Musiqi və Ədəbiyyat seminarı. 2002
    2. II seminar. Tehran Milli musiqi alətlərimiz. 2005
    3. Həbib Sahir və M.Ə.Sabir əncümən üzvlərinin iştirakı ilə Beynəlxalq konfrans. Tehran 2005
    4. Slavyan Universitetində “Ədəbiyyatımız-mənəviyyatımız” elmi praktik konfrans. Milli-mənəvi dəyərərə yenidən baxaq”. Bakı 2007
    5. AMİ-nin təşkil etdiyi “Cümhuriyyət günü” elmi-praktik konfransında məruzə. 2007
    6. Milli Dirçəliş gününə həsr olunan məruzə . “Ana dili” Elmi Seminarında məruzə. Bakı. AMİ. 2009
    7. Dünya Azərbaycanlılarının Beynəlxalq Konfransı. ”Azərbaycanın Avrasiyada yeri və mövqeyi. Heydər Əliyev azərbaycançılıq” mövzusunda məruzə. 2013. İsveç, Malmö şəhəri. 10 may
    8. Qarabağ konfransı. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına bir nəzər. Respublika elmi konfrans. Bakı, ADPU. 24 aprel 2021
    9. Nizaminin dini-fəlsəfi görüşləri. “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda respublika elmi konfransı. Bakı, 21 may 2021
    10. Hindistanın Kəlküttə şəhərində (Our Poetry Archive- MONTHLY WEB YOURNAL)-(журнал-поэзии) İngilis jurnalisti Mariya Miraqliya ilə müsahibəsi. 2019, 1 oktyabr. @ourpoetryarchive
    11. “Место и положение шахрияра в персидской поэзии. ” МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ И НАУКИ РФ МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ РБ БАШКИРСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ТЕОРЕТИЧЕСКОЙ И ПРИКЛАДНОЙ ФИЛОЛОГИИ Материалы III Международной научно-практической конференции, посвященной 35-летию кафедры иностранных языков гуманитарных факультетов (г. Уфа, 11 – 12 апреля 2017 г.s.64)
    12. Vüqar Əhməd. “Nizami Gəncəvinin dini görüşləri”. Uluslararası Huquq ve Sosial Bilimlər Simpoziumu 13-14 kasım, 2021, Roö Royal Otel, Antalya.

    Mükafatları

    Vüqar Əhməd “Qızıl Qələm“, AHİK-nın (2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunmuşdur. “Araz” ali ədəbi, “Abdulla Şaiq“, “Məmməd Araz“, “İlin nəğməkar şairi“, 2 dəfə “Zirvə“, “İlin mahnısı“, “Simurq” və s. mükafatların laureatıdır. 2017-ci ildə Vüqar Əhməd çoxşaxəli və geniş elmi — tədqiqat fəaliyyətinə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “İlin alimi” adına layiq görülmüşdür.

    Həmçinin bax

    Xarici keçidlər

    • HƏYATI: Vüqar Mikayıl oğlu Əhməd
    • Yaradıcılığı: Məqalələr
    • Cəfər Cabbarlının 101 yaşlı “Ana”sı Alim Qasımovun səsi ilə — TƏQDİMAT

    Sosial media hesabları

    • Instagram hesabı
    • Facebook səhifəsi
    • Google məlumat paneli

Comments are closed, but trackbacks and pingbacks are open.