Press "Enter" to skip to content

Qarabagin arxeoloji irsi beynalxalq elmi konfransin materiallari

Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər mayın 7-dək [email protected] və [email protected] ünvanlarına göndərilməlidir.

Qarabagin arxeoloji irsi beynalxalq elmi konfransin materiallari

Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Mədəniyyət və Təhsil Nazirliklərinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi.

Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstandan gəlmiş alimlər iştirak edirlər.
Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş torpaqlarımızda başlayan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışıb. Rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir: “Bu konfransın keçirilməsində məqsəd Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaqdan ibarətdir. Azərbaycanın memarlıq sahəsində ən qocaman təhsil ocağı kimi bizim universitet memarlıq irsimizin, tarixi abidələrimizin qorunmasına mühüm əhəmiyyət verir. Memarlıq fakültəsində çalışan alimlərimiz tarixi memarlıq irsimizin öyrənilməsi, mühafizəsi və istifadəsi problemlərini tədqiq edir, müxtəlif layihələr işləyir və hər il elmi konfranslar keçiririk. Bu il də Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli” tədbirləri çərçivəsində belə bir konfransı keçirməyi vacib bildik”.

Rektor Gülçöhrə Məmmədova çıxışında memarlıq irsinin qorunub saxlanmasına cavabdeh olan beynəlxalq təşkilatların işğal olunmuş rayonlarda mədəni irsin məhv edilməsinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına məhəl qoymamasına, mövcud vəziyyətdə heyrətamiz biganəlik nümayiş etdirməsinə də toxunub: “Otuz ildən sonra Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək ona məxsus olan əraziləri geri qaytardı və bütün dünya Qarabağda, Şərqi Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma infrastrukturunun qəsdən məhv edilməsi faktını öz gözləri ilə gördü, bu ərazilərə sahib olduqları 30 ilə yaxın müddətdə ermənilər bütün tarixi-memarlıq abidələrini dağıdıblar, şəhərləri yer üzündən siliblər. Beynəlxalq konvensiyaları, xüsusilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və ona dair Protokolları, habelə UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” Konvensiyasını pozaraq, işğalçılar memarlıq abidələrini dağıdıb və ya “erməniləşdirmək” məqsədilə saxtalaşdırıb, tətbiqi sənət abidələrini ölkədən kənara çıxarıb, sonradan özlərininki kimi təqdim ediblər”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib. O bildirib ki, azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatda olmaqla 2600-dən çox tarix-mədəniyyət abidələri var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng monastırı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Onlardan bəziləri bərpa edilib. Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa edilib. Həmçinin Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini xüsusi qeyd edərək onun çox mühüm mövzuya həsr olunduğunu vurğulayıb. Nazir müavini işğaldan azad olunmuş torpaqlarımızda başlayan abadlıq-quruculuq işlərinin başlandığı bir dönəmdə keçirilən bu konfransın həmin işlərə böyük töhfə verəcəyinə ümidvar olduğunu deyib. O diqqətə çatdırıb ki, 30 ilə yaxın davan edən işğal dövründə Qarabağ ərazisində 993 təhsil müəssisəsi dağıdılıb.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə idarənin tabeliyində olan abidələrin bərpası ilə bağlı görülən işlər haqqında danışıb.

Konfransın plenar iclasında AzMİU-nun rektoru Gülçöhrə Məmmədova “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni irsə qarşı həyata keçirilmiş vandalizm”, İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayəndəsi, bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə Azərbaycanın milli mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki “Qarabağın azad edilməsi. Azərbaycan irsinin qorunması və idarə olunması sahəsində irəliləyiş fürsəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Tanınmış yerli və xarici alimlərin iştirakı ilə keçirilən konfransda işğaldan azad edilmiş ərazilərdə yerləşən memarlıq abidələrinin reabilitasiyası üçün müxtəlif fikirlər, təkliflər səsləndirilib.

Konfrans işini sessiyalarda davam etdirir. Sessiyalarda 4 bölmə üzrə Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə dinləniləcək.

Qarabagin arxeoloji irsi beynalxalq elmi konfransin materiallari

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda mayın 21-də keçiriləcək onlayn elmi konfransa tezislər qəbul olunur.

Bu barədə institutdan bildirilib.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:

– Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;

– Qarabağ abidələrinin hazırkı vəziyyəti və aparılacaq tədqiqatların perspektivləri;

– Qarabağın alban irsi;

– Qarabağda etnodemoqrafik proseslər;

– Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;

– Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.

Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər mayın 7-dək [email protected] və [email protected] ünvanlarına göndərilməlidir.

Konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının elektron poçtuna “Zoom” proqramının müvafiq linki göndəriləcək.

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Qarabagin arxeoloji irsi beynalxalq elmi konfransin materiallari

Beynəlxalq elmi jurnal

İmpakt Faktor: 2.255

XIII BEYNƏLXALQ ELMİ ARAŞDIRMALAR

Elmi sahələr

Humanitar və ictimai elmlər
Təbiət elmləri
Dəqiq elmlər
Texnika elmləri

Konfransın işçi dilləri: Azərbaycan və ingilis

Tezislərin qəbulunun son tarixi: 28.04.2023
Konfransın keçiriləcəyi tarix: 10.05.2023

Konfrans ödənişlidir.

Konfrans materialları toplusuna DOI təyin olunur DOI: 10.36719

Konfrans materialları “AZƏRBAYCAN ELM MƏRKƏZİ”nin https://aem.az saytında və
“CROSSREF” təşkilatının
https://search.crossref.org/
bazasında yayımlanır.

Müəlliflərə “CROSSREF” təşkilatı tərəfindən BEYNƏLXALQ SERTİFİKAT verilir.

Konfrans materialları Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilir

Konfrans materialının yazı qaydaları

  • Tezislər A4 formatda, 14 ölçüdə, 1,5 sətirarası intervalla Times New Roman şriftində yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı və soyadı, məs.: Əli Vəliyev, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl, sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
  • Açar sözlər 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Tezislərin sonunda mənbələrin istinad ardıcıllığı ilə (əgər istinad varsa) Ədəbiyyat siyahısı verilməlidir.
  • İstinadlar mətnin daxilində bu qaydada verilməlidir: (Axundov, 2005: 201)
  • Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.

Ünvan: Bakı ş., Mətbuat pr., 529,

«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə.

Tel: +994 50 209 59 68

Comments are closed, but trackbacks and pingbacks are open.