Bakıda Qarabağ: tarix və irs mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Konfransın materiallarının çap ediləcəyini bildirən Əbülfəs Qarayev Azərbaycan xalqının ağrılı problemini müzakirə edərək dəstəklədiklərinə görə beynəlxalq təşkilatların rəhbərlərinə, alim və mütəxəssislərə təşəkkür etdi, konfransın işinə uğurlar arzuladı.
Qarabağın arxeoloji irsi
Bakıda beynəlxalq elmi konfrans keçirilib
Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, İran, Almaniya və Avstraliyadan arxeoloqlar iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açılış nitqində beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Akademik işğal altında olan əzəli torpağımız Qarabağın tarixən Azərbaycanla üzvi bağlılığını arxeoloji abidələrin də sübut etdiyini vurğulayıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova son illərdə Azərbaycan arxeologiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. Direktor Qarabağ abidələrinin tədqiqi və tanıdılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib, o cümlədən, cəbhəyanı ərazilərdə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji tədqiqatlardan, son dövrlərdə bu tədqiqatların nəticələrini əks etdirən, Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr edilmiş elmi əsərlərdən söz açıb.
Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Rauf Munçayev, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Qarabağın arxeoloji irsinin öyrənilməsinin aktual və mühüm məsələ olduğunu bildiriblər.
Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunublar.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Elmi konfransın proqramına Azərbaycan, Qarabağ regionu və bütünlükdə Avrasiya arxeologiyasının müxtəlif dövrlərini əhatə edən tədqiqatların yekunları üzrə 50-dən çox elmi məruzə daxildir.
Həmçinin konfrans iştirakçılarının və qonaqların Bakı və onun ətrafındakı arxeoloji abidələrə, o cümlədən, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Kompleksinə səfəri təşkil ediləcək.
Konfrans noyabrın 30-da işini başa vuracaq.
Bu kateqoriyaya aid digər yazılar
Bakıda “Qarabağ: tarix və irs” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Noyabrın 10-da “Holiday İnn” hotelində “Qarabağ: tarix və irs” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən, Qarabağ problemindən söz açdı: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü tək torpaqlarımizin itirilməsi ilə hiss etmirik. Beynəlxalq tədbirlərdə, internetdə, mətbuatda, mətbəxdə, kinolarda da bunun şahidi oluruq. Elə ay, il olmur ki, mənfur qonşularımız hər hansı mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə də hiss edirik. Müəyyən vasitələrlə, alimlərin hazırladıqları faktlarla bunun qarşısını almağa çalışırıq. Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətin bir çoxunun – muğam sənəti, çövkən oyunu, tar ifaçılıq sənəti, aşıq musiqisi, xalçaçılıq kimi mirasımızın UNESCO Qeyri-maddi mədəni irs siyahısına daxil olmasına nail olub. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nüfuzu böyük rol oynayıb”.
Nazir diqqətə çatdırdı ki, ölkəmiz Qarabağın işğalı ilə çox böyük mənəvi və mədəni itkilərə məruz qalıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə, 149 yerli əhəmiyyətli abidə, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 heykəl, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və qarət edilib. Dünya əhəmiyyətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, nadir eksponatlara malik Şuşa Tarix Muzeyi, dünyada ikinci olan Ağdam Çörək Muzeyi, Zəngilandakı daş heykəllər ermənilər tərəfindən məhv edilib. Hazırda dağıdılmış və talan edilmiş memarlıq abidələri içərisində Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, eyni zamanda Yaxın və Orta Şərqin ən qədim yaşayış məskənlərindən olan Azıx və Tağlar mağaraları, Üzərliktəpə yaşayış məskəni, kurqanlar və yüzlərlə yerli və ölkə əhəmiyyətli tarixi abidə var.
Konfransın materiallarının çap ediləcəyini bildirən Əbülfəs Qarayev Azərbaycan xalqının ağrılı problemini müzakirə edərək dəstəklədiklərinə görə beynəlxalq təşkilatların rəhbərlərinə, alim və mütəxəssislərə təşəkkür etdi, konfransın işinə uğurlar arzuladı.
IRCICA-nın baş direktoru Halit Eren konfransın rəhbərlik etdiyi qurumla Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olduğunu söylədi. Layihənin məqsədi Azərbaycanın Qarabağ bölgəsindəki mədəni və memarlıq irsinə diqqət çəkmək və bu irsi qorumağa töhfə verməkdir. Bu layihə problemi müzakirə etməyə və sənədlər toplamağa, dünya ictimaiyyətini məlumatlandırmağa və Qarabağın mirasının qorunmasına yönəlmiş elmi, professional və təcrübi təşəbbüsdür. Layihəyə əsasən bölgənin tarixi ilə bağlı qaynaqların nəzərdən keçirilməsindən mirasın qorunması və restavrasiyasına qədər müxtəlif istiqamətlər, bunlarla bağlı sahələr mütəxəssislər tərəfindən müzakirə ediləcək.
Bildirildi ki, təşkilatın 56 üzv ölkəsi bu mövzu ilə yaxından maraqlanır. Qurumun toplantılarında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarında demoqrafik, mədəni və fiziki quruluşu dəyişdirməyə yönəlmiş, mədəni mirasın və müqəddəs yerlərin dağıdılması və işğal edilməsi, iqtisadi və digər sahələrdə qanunsuz fəaliyyətlərindən narahatlıq ifadə edilir. Bu baxımdan qurum üzv dövlətləri effektli tədbirlər görməyə çağırır.
Qurumun mədəni və memarlıq irsinin qorunması istiqamətində onillərə dayanan təcrübəsinin olduğunu söyləyən Halit Eren Qarabağın mədəni və memarlıq irsi ilə bağlı geniş layihəni IRCICA-nın illik proqramlarına saldıqlarını və bu mövzunu diqqətdə saxlayacaqlarını vurğuladı. Qeyd olundu ki, layihənin nəticələri qurumun sənəd və nəşrləri yolu ilə tanıdılacaq.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Eneolit və İlk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, professor Hidayət Cəfərov işğal altında olan tarixi abidələrimiz və onların öyrənilməsi xronologiyası barədə danışdı. Qeyd etdi ki, Qafqazda arxeoloji tədqiqatların öyrənilməsi ilk olaraq Azərbaycanın Qarabağ bölgəsindən başlanıb. Azıx və Tağlar mağaralarında Daş dövrünün bütün mərhələləri əks olunub. Qarabağın coğrafi şəraiti insanların məskən salması üçün çox əlverişlidir.
Qeyd edək ki, iki gün davam edəcək elmi konfransda “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr”, “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi”, “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” mövzularda sessiya və müzakirələr aparılacaq.
Qarabağın arxeoloji irsi beynəlxalq elmi konfrans bakı
1 noyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, Respublikanın müxtəlif muzey, ali məktəb və digər elmi müəssisələrinin- Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, tədqiqatçıları, tarixçi alimləri, elmi işçiləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb və iştirakçılar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açıb və iştirakçıları salamlayıb. Akademik muzeydə Qarabağın tarixi-mədəni irsinin tədqiqi və təbliğinə böyük diqqət ayrıldığını, bu istiqamətdə elmi işlərin mütəmadi davam etdiyini bildirib. Həmçinin, Qarabağ mövzusunda elmi araşdırmaların muzey əməkdaşları və digər alimlər, tədqiqatçılar qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu vurğulayıb. N.Vəlixanlı 44 günlük Vətən Müharibəsi nəticəsində Qarabağın işğaldan azad edilməsinin bu tədqiqatların genişlənməsinə daha çox imkan yaratdığını qeyd edib və məruzəçilərə müvəffəqiyyət arzulayıb.
Sonra muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.ü.e.d., dosent Nərgiz Əliyeva “Bir açarın izi ilə” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı alim məruzədə Xocalının tarixi, Xocalı Rayon Maarif Şöbəsinin keçmiş müdiri Murad Şükürova məxsus muzeydə qorunan və simvolik məna daşıyan açarın tarixçəsi və digər materiallar haqqında məlumat verib. Murad Şükürovun özünün, həyat yoldaşının və döyüş yoldaşlarının Xocalı işğal olunan günlə bağlı xatirələri məruzədə geniş yer almış və bu məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Daha sonra iki seksiya üzrə davam edən konfrans çərçivəsində “Qarabağ tarixinin muzey kolleksiyalarında təbliği məsələləri”, “Qarabağın tarixi”, “Qarabağın arxeoloji tədqiqi”, “Qarabağın etnoqrafiyası”, “Qarabağın mədəni irsi” mövzusunda 30-a yaxın tarixçi alim, muzeyşünas, elmi işçinin məruzələri dinlənilib. Verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.