Qarabağın arxeoloji irsi beynlxalq elmi konfrans bakı
Nazir müavini bildirib ki, konfransda münaqişə zonalarında irsin qorunması və Ermənistanın işğal etdiyi ərazilərdəki mədəni irslə davranışı, toponimlərin dəyişdirilməsi ilə bağlı maraqlı çıxışlar səsləndirilib. Ermənilərin iddia etdiyi Azərbaycanın hər qarış torpağına, hər bir mədəni sərvətinə dair bizdə və dünyanın müxtəlif arxivlərində kifayət qədər tarixi sənədlər, dəlillər mövcuddur ki, bu iddiaların əsassız olduğunu sübut edəsən.
Azərbaycan Milli Elmlər Akademiyası
Qarabağın arxeoloji və etnomədəni irsinə dair konfrans keçiriləcək
21 may 2021-ci il tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn elmi konfrans keçiriləcək.
Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:
– Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;
– Qarabağ abidələrinin hazırkı vəziyyəti və gələcək tədqiqatların perspektivləri;
– Qarabağın alban irsi;
– Qarabağda etnodemoqrafik proseslər;
– Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;
– Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.
Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər 7 may tarixinə qədər pashaoglu@mail.ru və parviz.gasimov.pr@gmail.com elektron ünvanlarına göndərilməlidir.
Tezislərin tərtibi qaydaları:
– Tezislərin müəllif(lər)inin işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir;
– Tezislər 3 dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər;
– Tezislərin mətnləri Times New Roman, 14 şrifti ilə, 1,5 intervalla yığılmalıdır;
– Tezislərin açar sözləri göstərilməlidir.
Qeyd edək ki, konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının e-poçtlarına “ZOOM” proqramının müvafiq linki göndəriləcək.
Qarabağın arxeoloji irsi beynlxalq elmi konfrans bakı
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: tarix və irs” mövzusunda elmi konfransa noyabrın 11-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək iştirakçılara konfransın işinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, IRCICA 35 ildən artıqdır ki, İslam irsinin qorunmasında, təbliğ olunmasında dəyərli layihələr həyata keçirir, öz mühüm missiyasını yerinə yetirir. Qədim tarixi, zəngin maddi və qeyri-maddi mədəni irsi olan Azərbaycanın Qarabağ bölgəsinin bu institut tərəfindən diqqətə alınması, araşdırılması da bizi sevindirir. Konfransın sessiyalarında edilən çıxışlar, alimlərin təqdimatları bu istiqamətdə atılan çox vacib addımdır.
Nazir müavini bildirib ki, konfransda münaqişə zonalarında irsin qorunması və Ermənistanın işğal etdiyi ərazilərdəki mədəni irslə davranışı, toponimlərin dəyişdirilməsi ilə bağlı maraqlı çıxışlar səsləndirilib. Ermənilərin iddia etdiyi Azərbaycanın hər qarış torpağına, hər bir mədəni sərvətinə dair bizdə və dünyanın müxtəlif arxivlərində kifayət qədər tarixi sənədlər, dəlillər mövcuddur ki, bu iddiaların əsassız olduğunu sübut edəsən.
Nazir müavini deyib ki, AMEA-nın bu konfransa dəstəyi də bir daha akademiyanın müxtəlif institutlarının elmi əməkdaşlığa açıq olmasını göstərir. Bu məqamda Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyətini vurğulamaq lazımdır. Qarabağ da daxil olmaqla bütövlükdə Azərbaycan mədəniyyətinin və irsinin tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən çox mühüm layihələr həyata keçirilib.
S.Məmmədəliyeva deyib: “İnanıram ki, IRCICA-nın bu istiqamətdə apardığı araşdırmaları davam edəcək və Qarabağın tarixi-mədəni irsinin olduğu kimi tanınması, qorunması üçün beynəlxalq elmi ictimaiyyətin, bu kimi institutların səsi daha da ucadan gələcək”.
O, IRCICA ilə gələcəkdə də sıx əməkdaşlıq edəcəklərinə inandığını deyib.
Mərasimdə çıxış edən IRCICA-nın baş direktoru Halit Eren bildirib ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoydu: “Bizim məqsədimiz Qarabağın və eyni zamanda Ermənistanın yerləşdiyi ərazilərin tarixi, mədəni olaraq Azərbaycana bağlılığı və Azərbaycanın tarixi torpaqları haqqında məlumatları bütün İslam dünyasına çatdırmaqdır. Bunu sübut etmək heç də çətin məsələ deyil. Arxivlərdə ermənilərin bu ərazilərə köçürülməsi haqqında çoxlu məlumatlar var. Eyni zamanda arxeoloji, tarixi və memarlıq abidələri də bu torpaqların Azərbaycana məxsus olmasında heç bir şübhə doğurmur. IRCICA olaraq bu istiqamətdə bundan sonrada Azərbaycanın haqq səsini yaymaqda davam edəcəyik. IRCICA olaraq bu mövzunu gündəmdə saxlayacağıq və Qarabağ mədəniyyətini tanıtmaq üçün çalışacağıq”.
Halit Eren qarşıdakı illərdə də bu cür konfransların davamlı olaraq keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, bununla da ermənilərin Azərbaycan və Türkiyə haqqında dünyaya yaymağa çalışdığı yalan məlumatların qarşısını alacağıq.
Qeyd edək ki, iki gün davam edən konfransda “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr”, “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi”, “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” mövzularında sessiya və müzakirələr aparılıb. Konfransın materialları elmi nəşr kimi çap ediləcək.
Qarabağın arxeoloji irsi beynlxalq elmi konfrans bakı
“Qarabağın tarixi – mədəni irsi” – KONFRANS
16:40 01-11-2022 | 323 | Cəmiyyət
Bu gün, noyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı keçirilib.
Versus.Az xəbər verir ki, Konfransda Milli Azərbaycan Tarixi Muzeyi (MATM) ilə yanaşı Respublikanın müxtəlif muzey, ali məktəb və digər elmi müəssisələrinin əməkdaşları, tədqiqatçılar, tarixçi alimlər, elmi işçilər iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı və iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı giriş sözü ilə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq, MATM-də Qarabağın tarixi-mədəni irsinin tədqiqi və təbliğinə böyük diqqət ayrıldığını, bu istiqamətdə elmi işlərin mütəmadi davam etdiyini bildirib. O, 44 günlük Vətən Müharibəsindəki zəfərdən sonra isə bu tədqiqatların genişlənməsinə daha çox imkan yaratdığını qeyd edib və konfransın iştirakçılarına müvəffəqiyyət arzulayıb.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru Əliyeva Nərgiz “Bir açarın izi ilə”; Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, t.ü.f.d. Məmmədov Aydın “XIX əsrdə Şimali Azərbaycanda baş verən siyasi proseslərin Şuşanın demoqrafik vəziyyətinə təsiri XXI əsr Azərbaycan tarixşünaslığında”; Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə dokoru, dosent Quluzadə Nasir “Qarabağın maddi mədəniyyətinin öyrənilməsində Dolanlar arxeoloji kolleksiyasının əhəmiyyəti”; AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliyeva Afaq “Siyasi repressiya qurbanlarından biri – Firidun bəy Köçərli” mövzularında məruzə ilə çıxış ediblər. Daha sonra konfrans öz işini iki seksiya üzrə davam etdirib. Konfrans çərçivəsində “Qarabağ tarixinin muzey kolleksiyalarında təbliği məsələləri”, “Qarabağın tarixi”, “Qarabağın arxeoloji tədqiqi”, “Qarabağın etnoqrafiyası”, “Qarabağın mədəni irsi” mövzusunda 30-a yaxın tarixçi alim, muzeyşünas, elmi işçinin məruzələri dinlənilib. Məruzəçilər İştirakçılar tərəfindən verilən suallara ətraflı cavab veriblər.
Ayəndə Dadaşova
Versus.Az
Comments are closed, but trackbacks and pingbacks are open.