Press "Enter" to skip to content

Qaraca qız acıq ders

Qaraca qız qavalını götürdü. Qızlar gəzməyə və oynamağa getdilər. Ağca xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar. Ağca xanım başına gələni Qaraca qıza nağıl etdi. O da Baba otağından necə çıxdığını ona söylədi. Qızlar tez-tez Baba otağında görüş üçün bir-birinə söz verdilər. Qaraca qız Ağca xanıma qaval çalıb mahnı oxumağı və oynamağı öyrədirdi. Axırda onlar göy otun üstündə oturub söhbət etməyə başladılar. Ağca xanım bu halından çox şad idi. Ancaq anasının tezliklə qayıtması yadına düşdükcə ürəyi sıxılırdı. ( S.S.Axundovdan)

Qaraca qız acıq ders

Müəllif: Sweet Candy

Şərhlər: 0

Baxılıb: 1 932

Səs ver:

Azərbaycan xalqının görkəmli söz ustalarından biri S.S.Axundovdur. O, ədəbiyyatımız tarixində hekayə janrında ən yaxşı əsərlər yazan yazıçılardan biri kimi tanınır. Böyük ədibin 1912-1914-cü illərdə yazdığı «Qorxulu nağıllar» silsiləsinə daxil olan «Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Nurəddin», «Qaraca qız», «Əşrəf hekayələri» ona böyük şöhrət qazandırmışdır.
Biz bu yaxınlarda S.S.Axundovun «Qaraca qız» hekayəsini keçdik. Hekayə mənim çox xoşuma gəldi. Xüsusən Qaraca qız surətini daha çox sevdim, daha çox bəyəndim. Lakin bu məsum qızcığazın ölümü məni sarsıtdı, kədərləndirdi. Onu məhv edən varlılar, dövlətlilər mühitinə, insanlar arasında uçurumlar yaradan pul, mal-dövlət zəmanəsinə nifrət etdim.
Hekayənin ən işıqlı və parlaq surəti Qaraca qızdır. Onun saf təbiəti, böyük və geniş ürəyi vardır. Qaraca qız bir an belə fikirləşmədən dostu Ağca xanımı xilas etmək üçün qorxulu bir işə başlayır, ilanın zəhərini soraraq mehriban rəfiqəsini ölümün pəncəsindən xilas etməyə çalışır. Lakin dostunu ölümdən qurtaran Qaraca qızın özünü də fəlakət gözləyir. Dişinin dibi qanayan Qaraca qız zəhəri sorarkən zəhər tüpürcəklə onun qanına yeriyir. ö z canını dostu uğrunda fəda edən Qaraca qızın həyatını xilas etmək mümkün olmur.
Qaraca qız əsl dost, əsl insan obrazıdır. Onun kiçik həyatı əsl dostluq nümunəsidir, insanlığa ən böyük ibrət dərsidir. Mən arzu edərdim ki, həyatda Qaraca qız kimi saf məhəbbətli, geniş ürəkli bir dostum olsun. Çünki yaxşı dost insan üçün ən böyük tapıntı, ən böyük xöşbəxtlikdir.

Baxılıb: 1 932

Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsində qaraca qız surəti – İnşa

Coğrafiya dərsləri (Dərs 35)

Coğrafiya dərsləri (Dərs 24)

“Nurəddin” əsərinin təhlili – İnşa

Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Qaraca qız acıq ders

Bahar çoxdan girmişdi. Bağçalardan, bağlardan, başı qarlı dağlardan bahar ətri gəlirdi.

Bizim eyvan bu dağlara baxırdı. Burdan hər yer çox gözəl görünürdü. Bəlkə də, elə buna görə qaranquş yuvasını burada tikmişdi. Qaranquş bütün günü çəmənlərdə, bağlarda gəzirdi. Yalnız gün dağların dalına çəkildiyi zaman yuvasına qayıdırdı. O xeyli cükküldəyir, sonra susur, yuxulayırdı.

Səhər onun yuvadan nə vaxt uçub getdiyini heç kəs görə bilmirdi. Babam deyirdi ki, quşlar insanlardan tez oyanır. Çünki günəşin ilk telləri onların gözünə düşür. Bizim qaranquş da hamıdan qabaq oyanıb bağlara uçurdu. (X.Hasilovadan)

Bir gün səhər qaranquş yenə uçub getmişdi. Ancaq birdən yuvadan zəif cükkültü səsi gəldi. Babam dedi ki, yəqin, qaranquşun balası çıxıb.

Bir neçə gün də ötüb keçdi. Ana qaranquş dimdiyində yem gətirmişdi. Biz bala qaranquşun sarı dimdiyini, hələ tüklənməmiş xırdaca qanadlarını gördük. O ancaq anası gələndən-gələnə cükküldəyirdi. Sonra onun bir neçə dəfə atılıb yuvanın üstünə çıxdığını gördük. Onun qanadları yavaş-yavaş möhkəmlənməyə başlayırdı. İndi o, günün çox vaxtını yuvanın üstündə keçirirdi. Hətta bir dəfə yuvanın üstündə oynarkən yerə düşmüşdü. O hələ uça bilmirdi. (X.Hasilovadan)

Xuraman və yoldaşları

Axşam yeməyindən bir az keçmiş otağın qapısı aralandı. Oradan bir neçə uşağın başı göründü. Xuraman yoldaşlarını mənimlə tanış etməyə gətirmişdi. Ancaq uşaqlar içəri girməyə utanırdılar. Mən onları çağırdım. Hamıdan əvvəl iri alagözlü Taras, onun dalınca sarışın Nataşa içəri girdi. Qıyıqgözlü, xırdahörüklü bir qız isə qapının ağzında durmuşdu. Bu, qazax qızı Gülümcan idi. Onlar divanda oturdular. Öz aralarında nə isə pıçıldaşırdılar. Sonra Xuraman çəkinə-çəkinə uşaqların nağıl istədiklərini bildirdi.

Mən onlara bir neçə nağıl danışdım. Bu nağıllar onların öz ataanaları, xam torpaqlar haqqında idi. (X.Hasilovadan)

Qaraca qız və Ağca xanım

Qaraca qız qavalını götürdü. Qızlar gəzməyə və oynamağa getdilər. Ağca xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar. Ağca xanım başına gələni Qaraca qıza nağıl etdi. O da Baba otağından necə çıxdığını ona söylədi. Qızlar tez-tez Baba otağında görüş üçün bir-birinə söz verdilər. Qaraca qız Ağca xanıma qaval çalıb mahnı oxumağı və oynamağı öyrədirdi. Axırda onlar göy otun üstündə oturub söhbət etməyə başladılar. Ağca xanım bu halından çox şad idi. Ancaq anasının tezliklə qayıtması yadına düşdükcə ürəyi sıxılırdı. ( S.S.Axundovdan)

Qara köpək və Qaraca qız

Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bəzi vaxt Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı.

Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı. Əllərini yalamağa başladı. Bu vaxt Qaraca qız gözlərini açdı. Yuxulu olduğu üçün Qara köpəyi tanımayıb qışqırdı.Onun səsinə Piri kişi cəld içəri girdi. (S.S.Axundovdan)

Qaraca qız

Piri kişi qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri ğirib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyibheybətli bir halət ilə ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı, əlini yalamağa başladı. Bu vaxt qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün qara köpəyi tanımayıb qışqırdı. Onun səsinə Piri kişi cəld içərigirib dedi:

– Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?

– Baba, burada ayı var.

– Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? Sonra Qara köpəyə: “çəkil” – deyib onu bayıra qovladı.

– Yat, qızım,hələ tezdir.

– Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.

– Çox yaxşı edirsən, qızım, adamgərək sənər tezdən dura ki, bədəni sağlam ola.

Qaraca qız paltarını geyib dedi:

– Baba, əl- üzümü harada yuyum?

– Budur, daxmamızın yanında su axır, get orada yu.

Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız üzünü yuyub içəri girdi.

– Al, qızım, üzünü sil, otur çay içək.

– Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl- üzünü qurudub süfrəyə oturdu, hər ikisi yeyib- içməyə məşğul oldular.

Çaydan sonra Piri kişi Qaraca qıza dedi:

– Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün meyvə dərək.

Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir cəvərən verdi. Evdən bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya – bulaya Qaraca qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı. Qara köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:

– Qızım, zəhmət çəkmə. Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə yatmaz.

– Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.

Bunu deyib Qaraca qız Qara köpəyin qabağında çöməldi və onun gözlərinə baxaraq dedi:

– Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.

Qaraca qız cəvərəni yerə onun boynuna saldı. Bu dəfə Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın üzünə baxa- baxa yanınca getdi. O da sevincək dedi:

– Afərin, Qaraca köpəyim! Baba, gördünmü?

– Görürəm, qızım və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. Indi isə hətta cəvərəni də aparır.

– Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə ğörmüşəm, ancaq baba, adam heyvanı əzizləyə- əzizləyə öyrətməlidir, yoxsa döymək ilə bir şey olmaz. Amma qorxutmağın eybi yoxdur. Bax, Yusif ayını döydü, o da onu parçaladı.

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmğin oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.

Упражнение. Переведите на азербайджанский язык следующие предложения:

1. Книга, прочитанная Ахмедом, лежит на столе. 2. Мальчик, ушедший в школу, пока не вернулся. 3. Хлопкоробы, перевыполнившие план, награждены. 4. Студенты, окончившие институт, распределены по различным районам республики.

Упражнение. Допишите предложения, вставив сказуемые по смыслу.

1. Aşılmış qapı . . . . . 2. Görüşən dostlar . . . . . 3. Dəhlizdə gəzən . . . . . 4. Teatra gedən tələbələr. 5. Yorulmuş adam . . . . . 6. Yazdığım ərizə. . . . . 7. Olmuş hadisə . . . . . 7. Təmir olunmuş mənzil. 8. Yuduğum paltar . . . . . 9. Qurumuş yarpaq . . . . . 10. Dinlədiyin musiqi . . . . . .

1. Yaşıl yarpaqların arasında qırmızıyanaq almaları görəndə balaca Sevincin ağzı sulandı (B. Həsənov). 2. Qoçaq alpinistlər sal qayalara dırmandılar. 3. Yazı dərsində düzgün, gözəl, təmiz və səliqəli yazmağı öyrənirik. 4. Bütün insanlar varlı və şən həyat sürməlidirlər. 5. Məktəblilər qızmar günəş altında qaynar qumun üstündə uzandılar. 6. Yaşadığımız hündür evin pəncərələri uca dağlara açılır.

Упражнение. Составьте предложения со словами:

Pambıq, ot, meşə, çiçək, duz, üz, motor, dil, kamal, meyvə, yağmur, yağ, tufan, könül.

Дата добавления: 2015-10-26 ; просмотров: 148 | Нарушение авторских прав

Читайте в этой же книге: Классификация азербайджанских согласных звуков. | Самостоятельные части речи. | Kərpickəsən qoca | Azərbaycan | Грамматические темы. | Poçt qutusu | Изменение имен существительных по лицам в местном и исходном падежах. | Azərbaycanın musiqi mədəniyyəti tarixindən | Uuml;zeyir Hacıbəyov |

| следующая страница ==>
Ah və xidmətçi | Ccedil;ƏRİŞƏHƏR

mybiblioteka.su – 2015-2023 год. (0.013 сек.)

Comments are closed, but trackbacks and pingbacks are open.