Press "Enter" to skip to content

Qaranlıq web tez-tez verilən sualları necə edə bilərəm

www.connect.az saytı və saytda mövcud onlayn çat, 159 Məlumat Mərkəzi, mətbuatda çıxan məlumatlar və müxtəlif sosial şəbəkələr – www.facebook.com/CONNECT.LTD/, www.facebook.com/nntvaz/, www.instagram.com/connect_azerbaijan/, www.instagram.com/nntv_azerbaijan/ səhifələr vasitələri ilə hər bir yenilik təqdim olunur.

Qaranlıq web tez-tez verilən sualları necə edə bilərəm

Tez-tez verilən suallar

  1. Bəzi mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Bu məsələ Qanunla necə tənzimlənir?
    1. Satışa çıxarılmış bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Qiymət kağızının arxa tərəfində isə məsul şəxsin imzası və onun doldurulma tarixinin olması vacibdir.
    2. Mənbə: Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında” 1998-ci il tarixli qərarı
    1. Satıcı məhsul haqqında istehlakçıya hansı məlumatları verməlidir?
      1. Satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilmə şərtləri, təminat öhdəlikləri, malın işlədilmə, saxlanılma və təhlükəsizlik qaydaları barədə dolğun məlumat verməlidir. Ərzaq məhsullarında isə ən vacib elementlər tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlığa zərər vuran maddələrin miqdarı və digər məsələlərdir. Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək hüququ var.
      1. Məhsulun zəmanət müddəti necə müəyyən edilir?
        1. Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
        1. Zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalıq aşkar olunduğu zaman istehlakçı hansı hüquqlara malikdir? Alıcının hüquqları hansı halda və necə təmin edilir?
          1. İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır. İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
          1. Zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı nə etməlidir?
            1. İstehlakçı satıcı (istehsalçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
            2. Mənbə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddə 589.2
            1. Onlayn alış-verişdə alıcı nələrə diqqət etməlidir?
              1. Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır. İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir. Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir.
              1. Əşyanın yararlıq müddəti nədir və necə hesablanır?
                1. Yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına müəyyənləşdirilən müddətdir. Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanır, istifadəyə yararlığını göstərən vaxt ilə və ya əşyanın yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
                2. Mənbə: Mülki Məcəllə, maddə 584
                1. Telefonla birgə satılan aksesuarlara zəmanət verilirmi?
                  1. Köməkçi aksesuarların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) zəmanət müddətindən az olmamalıdır.
                  1. Məhsulun təmir müddəti uzandıqda istehlakçı hansı hüquqlara malikdir?
                    1. İcraçı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və işi vaxtında bitirmirsə, istehlakçının müqavilədən imtina etmək və zərərin ödənilməsini tələb etmək hüququ var. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı itirdikdə, korladıqda, zədələdikdə alıcıya keyfiyyət və qiyməti uyğun olan digər məhsul təqdim etməlidir. Bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın dəyərini və dəymiş zərəri 1 (bir) aydan gec olmayaraq ödəməlidir.
                    1. Məhsul haqqında hansı sənədlər istehlakçıya mütləq təqdim edilməlidir?
                      1. İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri təqdim etməyə borcludur.
                      1. Məhsulun dəyişdirilməsi necə həyata keçirilir?
                        1. Satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə, alıcı qeyri-ərzaq məhsulunu ona verildiyi andan 14 gün müdətində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Dəyişmək üçün zəruri mal olmadıqda alıcı malı qaytara və ödədiyi pulu geri ala bilər. Geri qaytarılan məhsul işlənmiş olmamalı, istehlak xassələri qorunub saxlanılmalıdır. Eyni zamanda alıcı məhsulu məhz həmin yerdən aldığına dair sübutlar təqdim etməlidir.
                        1. Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
                          1. Nazirlər Kabinetinin 1998-ci il tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilib.
                          2. Həmin məhsullar:
                          3. -qızıl və qızıl məmulatları;
                          4. -qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
                          5. -istehsal qüsurları istisna olmaqla bütün növ parçapar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr);
                          6. -parfümer-kosmetika malları;
                          7. -bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
                          8. -məişət kimyası malları;
                          9. -şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
                          10. -uşaq oyuncaqları;
                          11. -istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar;
                          12. -ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
                          13. -dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
                          1. İstehlakçı məhsulun keyfiyyətini, ölçüsünü, çəkisini və qiymətini aldığı yerdə yoxlaya bilərmi?
                            1. İstehlakçı aldığı məhsulun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini alandan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.
                            1. Məhsul alarkən müqavilənin bağlanması zəruridirmi və bu necə həyata keçirilir?
                              1. İstehlakçı və qarşı tərəf arasında münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır. İcraçı öhdəliklərini icra etmədiyi hallarda dəymiş zərərə görə istehlakçı hüquqlarını həmin müqavilə əsasında müdafiə edə bilər.
                              1. Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə hansı qaydada aparılmalıdır?
                                1. Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə yazılı formada rəsmiləşdirilir. Sifarişçiyə isə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və digər məsələlər əksini tapmalıdır.
                                1. Mənşə sertifikatı nədir və sahibkarlara hansı üstünlüklər verir?
                                  1. Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.
                                  1. Keyfiyyət sertifikatı nədir və kimlərə verilir?
                                    1. Keyfiyyət sertifikatı məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sənəddir. Keyfiyyət sertifikatı Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün təsdiqedici kod nömrəsi almış müəssisələr tərəfindən məhsulların ixracı zamanı verilir.
                                    1. Məhsulda yaranan hansı qüsurların aradan qaldırılmasına satıcı cavabdehdir?
                                      1. Əgər alıcı əşyanın qüsurlarının aldığı vaxtdan əvvəl əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
                                      1. Hansı reklam üsullarından istifadəyə yol verilmir?
                                        1. Reklamlarda əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.
                                        1. Hansı reklamlar istehlakçıların çaşdırılmasına səbəb olur?
                                          1. Əmtəənin mənşəyi, hazırlanma üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və digər məsələlərlə əlaqədar istehlakçını çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə edilməsi;
                                          2. Əmtəənin satışı, yaxud sövdələşmə zamanı istehlakçının sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
                                          3. İstehlakçını çaşdıra bilən tərzdə öz əmtəəsinin rəqibin əmtəəsi ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya informasiya materialı kimi təqdim olunması;
                                          4. Əmtəənin istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərlə (o cümlədən fərqləndirici nişan və ya marka ilə) təchiz edilməsi və bununla əlaqədar reklamın verilməsi;
                                          5. Müəyyən edilmiş standartlara uyğun olmayan əmtəənin təklif edilməsi, yaxud əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
                                          1. Hansı reklamlar haqsız reklam hesab edilir?
                                            1. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən:
                                            2. -reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən başqa istehsalçıların əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və ya əmtəəni göstərməklə müqayisə aparıldıqda;
                                            3. -müxtəlif vasitələrlə bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;
                                            4. -əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;
                                            5. -müəlliflik hüquqlarından qeyri-qanuni istifadə olunduqda;
                                            6. -reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;
                                            7. -reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;
                                            8. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.-ci maddəsinə əsasən haqsız reklama yol verilmir.
                                            1. Reklam materiallarının saxlanma müddəti nə qədərdir?
                                              1. Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.
                                              2. Mənbə: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun, maddə 18.
                                              1. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün tikinti-quraşdırma işləri kim tərəfindən, necə aparılır?
                                                1. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir.
                                                2. Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisindən istifadə üçün sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi müvafiq olaraq təchizatçı müəssisələrin vəsaiti hesabına təmin edilir.
                                                1. Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisinin alqı-satqısı və onlardan istifadə üçün sayğaclarla təchiz edilməsi necə həyata keçirilir?
                                                  1. Su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrin bağlanılması zamanı üçüncü şəxslər, o cümlədən binaların mülkiyyətçiləri, yaxud idarəetməni həyata keçirən şəxslər (təsərrüfat cəmiyyətləri, mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s.) hər hansı formada iştirak etmədiyindən onların su, qaz və elektrik təchizatı üzrə yaranan münasibətlərdə tərəf hesab edilmələri istisna edilməlidir.
                                                  2. Lisenziyası olan podratçıların siyahısı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında yerləşdirilib.
                                                  3. Mənbə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 13.
                                                  1. İstismar müddəti bitmiş elektrik sayğacı yenisi ilə əvəz edilərkən protokol tərtib edilməlidir?
                                                    1. Elektrik sayğacının dəyişdirilməsi zamanı istehlakçının (abonent) iştirakı ilə bağlı tələb nəzərdə tutulmayıb.
                                                    1. Gecikdirilmiş borca görə istehlakçıya məxsus digər borcu olmayan mənzilinin də su təchizatı dayandırıla bilər?
                                                      1. Bir ünvanda yaranmış borca görə istehlakçıya məxsus borcu olmayan digər mənzil və ya obyektin su təchizatı borc tam ödənilənədək dayandırıla bilər.
                                                      1. Uyğunluq sertifikatı nədir?
                                                        1. Uyğunluq sertifikatı sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən sənəddir. Vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır.
                                                        2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
                                                        1. Sahibkarlar elektron satınalmada necə iştirak edə bilər?
                                                          1. Sahibkarlar asan və ya elektron imza ilə dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) qeydiyyatdan keçir, fəaliyyət istiqamətlərinə uyğun istənilən müsabiqə üzrə real vaxt rejimində iştirak haqqını ödədikdən sonra həmin müsabiqənin əsas şərtlər toplusunu əldə edirlər. Daha sonra tələb olunan müvafiq sənədləri portal vasitəsilə satınalan təşkilata təqdim etməklə elektron satınalmada iştirak edə bilərlər.
                                                          1. Qiymət təklifi həddindən artıq aşağı olduqda müsabiqədən kənarlaşdırıla bilərmi?
                                                            1. Satınalan təşkilat hər hansı sahibkarın təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha çox aşağı olmasını müəyyən etdiyi hallarda, satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən sahibkardan onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat alır. Bundan sonra da şübhələr qaldıqda belə təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
                                                            1. Satınalan təşkilat hansı hallarda qiymət təklifinin kənarlaşdırılması barədə qərar qəbul edir?
                                                              1. Sahibkarlar tərəfindən təqdim edilmiş qiymət təklifi şərtlər toplusunun tələblərinə uyğun gəlmirsə, ehtimal olunan qiymətdən yüksəkdirsə, sahibkar hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa, saxtakarlıq və maraqların ziddiyyəti halları mövcuddursa, satınalan təşkilat təklifin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir.
                                                              1. Satınalan təşkilat hansı hallarda bütün təklifləri kənarlaşdıra bilər?
                                                                1. Satınalan təşkilat tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda və tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
                                                                1. Tender təklifinin təminatı hansı hallarda geri qaytarılır?
                                                                  1. Tender təklifinin təminatı bu hallarda geri qaytarılır:
                                                                  2. 1.tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda;
                                                                  3. 2.tender prosedurları ləğv olunduqda;
                                                                  4. 3.İddiaçılar tenderdə ilk üç yerdən birini tutmayıbsa, tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
                                                                  5. 4.tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara, tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
                                                                  6. 5. tender qalibinə, satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra;
                                                                  7. 6. tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara, tender qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.

                                                                  Qaranlıq web tez-tez verilən sualları necə edə bilərəm

                                                                  Bəli, Siz Elektron Hökumət Portalına (www.e-gov.az) daxil olmaqla “Azərişıq” ASC-nin təkmilləşdirilmiş Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) vasitəsilə elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edə bilərsiniz. Qeyd olunan sistem üzərindən müraciət zamanı sizdən heç bir sənəd təqdim etməyiniz və ya elektron nüsxəsini göndərməyiniz tələb olunmur. Sözügedən elektron sistem digər dövlət orqanlarının oxşar sistemləri ilə inteqrasiya edildiyindən, sadəcə olaraq, həmin sənədlərin qeydiyyat nömrələrini onlayn tətbiqetməyə daxil edib, tikinti obyektinizə tələb olunan gücü seçməklə müraciətinizi həyata keçirdə bilərsiniz.

                                                                  Bəli, Siz elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət zamanı tələb etdiyiniz gücə uyğun olaraq sistem tərəfindən ödəyəcəyiniz məbləğ avtomatik olaraq hesablanır. Əgər tikinti obyektiniz mövcud 0,4 kV-luq şəbəkənin əhatə dairəsindədirsə, yəni ki güc mənbəyindən olan məsafə 400 metr-ə qədər olduqda sistem sizə onlayn ödənişi həyata keçirməyə icazə verir.

                                                                  a) Onlayn müraciət üçün kifayət qədər təcrübəsi olmayan sahibkarlar, enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətlərini kiçik və orta biznes evləri və “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirdə bilərlər. b) Eyni zamanda sahibkarlar “ASAN Kommunal” mərkəzlərində yaradılmış özünəxidmət pəncərələrindən ASAN könüllülərinin köməyindən istifadə edərək onlayn müraciət edə bilərlər.

                                                                  Sahibkarlar mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi ilə birlikdə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilərlər. Əgər mülkiyyətçi özü deyil, onun yerinə digər bir şəxs müraciət edərsə, mülkiyyətçinin notarial qaydada həmin şəxsə verdiyi etibarnaməni təqdim etməlidir. Tələb olunan sənədlər barədə geniş məlumatı https://asan.gov.az səhifəsindən əldə edə bilərsiniz.

                                                                  a) “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 (iyirmi) və 10 (on) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği müəyyən edilmişdir. http://www.e-qanun.az/framework/38679 b) Eyni zamanda Siz tələb olunan gücə görə ödəyəcəyiniz vəsaiti www.azerishiq.az internet səhifəsində yerləşdirilmiş KALKULYATOR vasitəsi ilə hesablaya bilərsiniz.

                                                                  Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.

                                                                  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə sözügedən Fərmanla müvafiq qurumların nümayəndələrindən ibarət Texniki Şura yaradılmışdır. Texniki Şura elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunla nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə Texniki Şura bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində üzv qurumlarla birlikdə tikinti obyektinə ən yaxın məsafədə yerləşən enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.

                                                                  Tikinti obyektinin ETŞ-yə qoşulması ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir. Tikinti-quraşdırma işləri yekunlaşan gün ETŞ-yə fiziki qoşulma həyata keçirilərək tikinti obyektinə elektrik enerjisinin verilməsi təmin edilir. İşlər yekunlaşan gün qeyd olunan sənədlər toplusu sahibkara təqdim edilir: texniki şərtlər, layihə sənədləri, ETM ilə sifarişçi arasında qoşulma aktı və elektrik enerjisinin alqı-satqı müqaviləsi

                                                                  Sahibkar ETM tərəfindən verilmiş sənədlər toplusunu və ya sənədlərdən hər hansı birini itirdikdə, sənədlərin dublikatını almaq üçün KOB evlərinə, “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir.

                                                                  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.7-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir.

                                                                  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3.8 bəndinə əsasən, Qoşulma aktı imzalandığı halda ETM elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina edə bilməz.

                                                                  Tez-tez verilən suallar (FAQ)

                                                                  Tarif dəyişikliyi üçün abunəçi özü şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşmalı və mütləq abunəçinin balansı yeni tarif planına uyğun məbləğə çatdırılanadək tamamlanmalıdır.

                                                                  www.connect.az saytı və saytda mövcud onlayn çat, 159 Məlumat Mərkəzi, mətbuatda çıxan məlumatlar və müxtəlif sosial şəbəkələr – www.facebook.com/CONNECT.LTD/, www.facebook.com/nntvaz/, www.instagram.com/connect_azerbaijan/, www.instagram.com/nntv_azerbaijan/ səhifələr vasitələri ilə hər bir yenilik təqdim olunur.

                                                                  Abunəçi 159 Məlumat Mərkəzinə zəng etməklə İVR sistemi vasitəsi ilə və ya operatordan balansını yoxlaya bilər.

                                                                  Fiber optik internetin müvəqqəti dayandırılmasını istədiyi halda yazılı şəkildə müraciət edə bilər. 30 günlük dondurulma 3 AZN, 60 günlük dondurulma 6 AZN, 90 günlük dondurulma isə 10 AZN təşkil edir.

                                                                  İnternet , ödəniş terminalları (pay point), Müştəri xidmətləri və diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəyə bilərsiniz.

                                                                  Müştərinin balansında vəsait olmadığı halda, xidmət avtomatik dayandırılır və əlavə olaraq 22 gün hesab aktiv saxlanılır. Bu müddət ərzində ödəniş olmadıqda müqavilə ləğv edilir. Təkrar qoşulma haqqı 5 AZN təşkil edir.

                                                                  Müqavilənin bağlandıqdan sonra 3 (üç) iş günü ərzində həyata keçirilir.

                                                                  Fiber-optik internet xidmətinə qoşulma üçün abunəçi şəxsiyyətini təsdiq edən sənədlə Müştəri Xidmətləri, Diler şəbəkələrinə yaxınlaşmalı və ya Məlumat Mərkəzi (159), www.connect.az saytında onlayn çat vasitəsilə müraciət edib sifariş qoymalıdır.

                                                                  Hesablaşma dövrü təhvil-təslim aktı imzalandığı və xidmət aktivləşdiyi gündən etibarən başlayır. Hesablaşma dövrü 1 ay təşkil edir.

                                                                  – FTTB (Fiber To The Building) binaya qədər fiber optik kabel anlamını verir. Sadə sözlərlə desək, optik lif bizim şəbəkə mərkəzindən yaşadığınız binaya qədər çəkilir, daha sonra Ethernet vasitəsilə (xüsusi naqil istifadə olunmaqla) mənzillərə paylanır.

Comments are closed, but trackbacks and pingbacks are open.