Press "Enter" to skip to content

Qaraqoyunlu dövləti

Qaraqoyunluların oğuzların hansı boyuna mənsub olması ilə bağlı yekdil fikir yoxdur. Faruq Sumer XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olduğunu bildirir. Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu ilə Qaraqoyunluların nəsli qohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunu Qaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvə damğasına bənzəməsi ilə əsaslandırırlar.

Qaraqoyunlu dövləti: Qara Yusif

XIV əsrin sonu – XV əsrin əvvəlləri Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası və bu uğurda mübarizəsi kimi tarixə daxil olmuşdur. Azərbaycanda Monqolların ağalığına son qoyulmuş, eyni zamanda Orta Asiyadan yeni təhdit Teymurilərin hücumları başlanmışdır. Bu gərgin dövrdə xalqımızın azadlığı, dövlətçilik ənənələrinin bərpası kimi ağır missiyanı Qaraqoyunlu tayfaları öz üzərlərinə götürmüşdür.

Qaraqoyunluların mənşəyi:

Tarixi qaynaqlardan məlum olur ki, bu tayfa (Qaraqoyunlu, həmçinin də Ağqoyunlu) birləşməsi “Türkman” adlanan etnik qrupa mənsub olub. Bu frazanın yaranması ilə bağlı müxtəlif fikirlər var. Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları “türk manənd” (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə “Türkmən-türkman” ifadəsi meydana çıxmışdır. Tarixçilər isə bu ifadənin yaranmasın başqa cür izah edirlər. V.V.Bartold bu barədə yazır: “Türkmən” bu söz XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində – “Türkmanan” formasında, türklər “oğuz”, ərəblər “quzz” mənasında işlətmişdir. “Türkmən” istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində “ət-türkman” və yaxud “türkmaniy-yun” şəklində xatırlanmışdır. “Türk manənd” (“Türkman”) – əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars etimologiyasına əsasən “türkə bənzər”, “türkə oxşar” şəklində təqdim etmişdir. Mahmud Qaşğari yalnız oğuzlan deyil, qarluqların da özlərini “türkman” adlandırdığın qeyd edir. Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara “türkmən və ya türkman” deyilmişdir. Bu barədə V.V.Baritold yazır: “müsəlman oğuzlar həmçinin . türkman” (türkmənlər) adlandırılmağa başlandılar. V.İ.Jirmunski qeyd edir: . Türkmən” etnik istilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur. Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin məlumatlarına əsaslanmış və “türkman” adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir. Faruq Sümer də Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara “türkman” deyildiyini qəbul edir”. Digər tərəfdən “türkman” sözünün hələ VIII əsr Çin ensiklopediyası “Tundyan”da “te-qomen” formasmda işləndiyini göstərmişdir. Tarixi mənbələrdə oğuzların islamı qəbul etməsi X əsrə təsadüf edir ki, bu halda VIII əsr Çin ensiklopediyasında “Türkman” ifadəsinin işlənməsi yuxarıda qeyd edilən fikirlərlə ziddiyyət təşkil edir. Bu fakt hələ də aydınlaşdırılmamışdır. Bununla bərabər müasir tarixşünaslıqda “türkmən” sözü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi qəbul olunur. “Türkmən” istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. Müasir Azərbaycan dilində “tərəkəmə” kəlməsinin mövcud olması bununla əlaqələndirilir. Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları “türkmən” adı ilə təqdim etmişdir.

Qaraqoyunluların oğuzların hansı boyuna mənsub olması ilə bağlı yekdil fikir yoxdur. Faruq Sumer XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olduğunu bildirir. Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu ilə Qaraqoyunluların nəsli qohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunu Qaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvə damğasına bənzəməsi ilə əsaslandırırlar.

Qaraqoyunluların Azərbaycanda məskunlaşması:

XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar təşkil etmişdir. Bu tarixə III (həmçinin sonuncu) türk axını kimi düşərək Azərbaycan xalqının formalaşmasını başa çatdıran hadisə hesab olunur. Bu axında Ağqoyunlu və Qaraqoyunlu tayfalarının da olduğu və həmin tayfaların Azərbaycana X-XI əsrlərdə məskunlaşması qeyd edilir. Türk dünyasının ən qədim epik abidələrindən biri sayılan “Kitabi-Dədəm Qorqud” eposuna diqqət yetirsək boylarda ağqoyunlu və qaraqoyunluların yaşam tərzinin tam əks etdirildiyini müşahidə edərik. Nəzərə alsaq epos oğuzların islamiyyətdən öncəki, islamiyyətin ilk çağlarındakı və sonrakı dövrləri əhatə edir və bu hadisələrin mütləq əksəriyyəti Azərbaycan və Şərqi Anadoluda baş verir, ona demək olar oğuzlar (qaraqoyunlular və ağqoyunlular) Azərbaycanda III Türk axınından qabaq mövcud olublar. Görkəmli alimlərimiz Z.Bünyadov və O.Əfəndiyevin “ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar” fikri yuxarıda qeyd etdiklərimin dolayısı ilə doğru olması anlamına gəlir. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XI əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır. Bu versiyanı gücləndirəcək digər fakt isə türk tarixçisi F.Kırzıoğlunun qaraqoyunluların mənşəyini “Kitabi-Dədəm Qorqud” eposuna əsaslanaraq III əsrdə Şərqi Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirməsidir. Eyni zamanda VIII-IX yüzilliklərdə yaşamış Əbuməhəmməd Əbdülməlik ibn Hişam adlı ərəb tarixçisi Kitabül-tican fi mülük himyər (Himyər hökmdarları barədə taclar kitabı) adlı tarixi əsərində beşinci ərəb xəlifəsi I Müaviyə (661-680) ilə çağdaşı olan Übeyd ibn Şəriyyə əl-Cürhumi haqqında maraqlı yazı vermişdir.

Müaviyə söhbət əsnasında Übeydə müraciət edərək, Azərbaycan haqqında onu fikrini öyrənmək istəyərək deyir: “Sən allah, Azərbaycan haqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir?”

Übeyd ibn Şəriyyə belə cavab verir: Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər.

Qaraqoyunlu dövləti

Mənşəcə Oğuzlann Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumatlar verir. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən bu tayfalar XIV əsrin II yarısında Elxanilər dövlətinin süqutundan sonra Bayram Xocanın rəhbərliyi altında mərkəzi Ərciş və Van şəhərləri olan güclü tayfa birliyi yaratmışlar. XIV əsrin sonunda dövrün siyasi hadisələrinə qatılan Qaraqoyunlular Sürməli, Xoy və Naxçıvan bölgələrlndə möhkəmlənərək Qara Yusifin başçılığı altında bir neçə dəfə Təbrizi ələ keçirmişlər. Əmir Teymurun yürüşləri zamanı Cəlairi Sultan Əhmədlə birlikdə ciddi müqavimət göstərən Qara Yusif öncə Osmanlı sultanına, sonra isə Misir sultanına sığınmaq məcburiyyətində qalmışdır. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında başlanan mübarizədən istifadə edən Qara Yusif 1406-cı ilin oktyabrında Teymuri Əbu Bəkiri Naxçıvan yaxınlığında, 1408-ci ilin aprelində isə Təbriz yaxınlığında Sərdrud döyüşündə məğlub edərək, Teymurilərin Azərbaycandakı ağalığına son qoymuşdur. Qara Yusif 1410-cu ilin avqustunda Təbriz yaxınlığında Cəlairi Sultan Əhmədi məğlub edərək Cəlairilər dövlətinə son qoymuş və mərkəzi Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratmışdı. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb Iraqı və Əcəm Iraqı daxil olmuşdur. 1453-1458-ci illərdə Cahanşahın (1436-1467) dövründə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində dövlətin şərq sərhədləri Xorasana kimi genişləndirilmişdir. 1458-ci ildə Herat tutulsa da, Teymuri Əbu Səidlə bağlanan müqaviləyə görə Qaraqoyunlular Heratı tərk etmişlər.
Cahanşah 1467-ci ilin noyabrında Ağqoyunlular üzərinə yürüş zamanı Muş yaxınlığında Səncək adlı yerdə Uzun Həsənin hücumuna məruz qalmış və öldürülmüşdür. Uzun Həsən 1468-ci ildə Cahanşahın oğlu Həsənəli üzərində qələbədən sonra Qaraqoyunlu dövlətinə son qoymuşdur.
Paytaxtı Təbriz şəhəri

Hakimiyyətdə olan hakimlər:
1392-1420 Qara Yusif
1421-1438 Qara İsgəndər
1429-1431 Əbu Səid
1438-1467 Cahanşah
1467-1468 Həsənəli

Category : Qara Qoyunlu

Kara Koyunlu; Karakoyunlular; 黑羊王朝; Kara Koyunlu; Turcomans dau Moton Negre; Garagoýunly döwleti; Қара-Қуюнлӯ; Qereqoyûnî; 카라 코윤루; Қара-Қоюнлу; Kara-kojunlo; Karakojunluská říše; Qara Qoyunlu; Kara Koyunlu; Qara Qoyunlu; Кара Којунлу; 黑羊王朝; Kara Koyunlu; Qaraqoyunlular; Qara Qoyunlu; قبيلة قره قويونلو; Karakojunlu; Kara Koyunlu leinua; Kara Koyunlu; Qara Qoyunlu; Ҡара Ҡуйлылар; Qara Qoyunlu; Կարա-Կոյունլուներ; 黑羊王朝; Qereqoyûnî; ყარა-ყოიუნლუ; 黒羊朝; دولة قراقویونلو; קארה קויונלו; 黑羊王朝; Kara Koyunlu; Kara Koyunlu; 黑羊王朝; Кара-Каюнлу; 黑羊王朝; Kara Koyunlu; Qora qoʻyunlilar davlati; قرہ قویونلو; Μαυροπροβατάδες; قاراقویونلولار; Confederação do Cordeiro Negro; Кара-Коюнлу; قراقویونلو; Kara Koyunlu; Kara Kojunlu; Statul Qaraqoyunlu; Karakoyunlu; Kara Koyunlu; قرہ قویونلو; Kara Koyunlu; Kara Kojunlu; Хара Хонид улас; Kara Kojunlu; Кара-Коюнлу; Кара-Койунлу; 黑羊王朝; 黑羊王朝; Kara Qoyunlu; Каракојунлу; Kara Koyunlu; Kara Kojunlu; 1380-1469 yılları arasında bugünkü Doğu Anadolu Bölgesi, Güney Kafkasya, Azerbaycan ve Kuzey Irak topraklarında egemenlik sürmüş Oğuz Türklerinin kurduğu bir devlet; oguz török törzsszövetség; гістарычная дзяржава; historisch land; средневековое объединение кочевых племён; 1375–1468-cu illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi Azərbaycan dövləti,tayfa ittifaqı; historischer Staat; keskiaikainen valtio Lähi-idässä; Persianate Muslim Turkoman monarchy; قبيلة تركمانية من أتراك الأوغوز أسست دولة; 14世紀土庫曼人建立的王朝; دودمانی ترکمان، ایرانی‌مآب و مسلمان که در سده‌های ۱۴ و ۱۵ میلادی بر مناطقی چون قفقاز، آذربایجان و شرق آناتولی فرمانروایی کردند; Turcomanos Qara Qoyunlu; Qara Qoyunlu; Moutons Noirs Turcomans; Kara Koyunlu; Кара Коюнлу; Кара Куйунлу; Кара-Куюнлу; Кара-Койунлу; Кара Койунлу; Кара-Кюнлу; Qara-Qoyunlu; Karakoyunlu; Horde der Schwarzen Hammel; Reich der Schwarzen Hammel; Karakonyunlu; Schwarze Hammel; Կարա Կոյունլու; Կարա-Կոյունլուների պետություն; Karakoyunlu Devleti; カラコユンル; カラ・コユンル; قره قویونلو; قره‌قویونلوها; ترکمانان قراقویونلو; قراقوینلو; قراقیونلو; قره قویونلوها; قره‌قویونلو; Karakojunlu; Qara Qoyunlu; Qara Qouyunlu; Kara Kouyunlu; Qara Kouyunlu; Кара Коюнлу; Qaraqoyunlu dövləti; Kara Koyunlu; Història dels Kara Koyunlu; Karakojunlu; Karakojunluská ríša; Qara Qoyunlu; Čierna ovca; Čierny baran; Kara Koyunlu; Kara Koyunlu; Kara Koyunlu; Kara Koyunlu state; Qaraqoyunlu; Black sheep Turkomans; القره قويونلو; القراقويونلو; الخرفان السود; الخروف الأسود; قراقويونلو; قبيلة الخروف الأسود; قبيلة الخروف الاسود; ذوو الأغنام السوداء; الأغنام السوداء; أصحاب الأغنام السوداء; Кара Којунлу; каракојунски; دیا باکر

Persianate Muslim Turkoman monarchy

  • historical country (1468–)
  • absolutism
  • 1468 (statement with Gregorian date earlier than 1584)

Q324470
Library of Congress authority ID: sh85071594
National Library of Israel J9U ID: 987007541186505171

See also categories: Jalayrid Sultanate and Sutayids – predecessors.
See also category: Aq Qoyunlu – successors.

Subcategories

This category has only the following subcategory.

Comments are closed, but trackbacks and pingbacks are open.