Press "Enter" to skip to content

Qarmon məktəbi kitabı 2016

taxdalar çox ucuz qiymete maya deyerine satilir tikinti ucun taxdalar satilir ferma tikintisi ucun ev tikintisi ucun hazar zabor cekmek ucun taxdalar apolofqa ucun taxdalar satilir corni pol diktler reykalar atmalar besobesler padon pol ucun taxdalar.

QARMON SATİLİR – Musiqi Alətləri Satışı Alan.az Saytında!

Qarmon satilir – Azərbaycanda musiqi alətləri demək olar ki, hər bir evdə hansısa musiqi alətinə rast gəlmək olur. Ən maraqlı xalq musiqi alətlərindən biri də qarmondur. Alan.az saytında yeni və ikinci əl qarmon satilir. Qarmonlar müxtəlif satıcılar tərəfindən müxtəlif qiymətlərlə təklif olunur. Həmçinin qarmon sifarişi etmək və aksesuarları əldə etmək mümkündür.

Qarmon Kazan

Qarmon Kazan . Ustalar tərəfindən yenilənmiş kazan qarmonlar Yeni köklənmiş, problemsiz qarmonlar İdel və kazan qarmon. H.B. music və ya Azerco dükanımıza yaxınlaşın

  • Hobbi və Asudə
  • Musiqi alətləri
  • Biznes
  • 03.03.2023

Göstərilməyib

Zakaz qarmon

Təcili satılır zakaz Qarmon

1800 AZN

Orijinal Qarmon

1969-cu ildə Rusiyanın Tula şəhərindən 1000 rubl sovet puluna alınıb. Sıfırdan bizdə olub. Toylarda istifadə olunmayıb, arabir həvəskar səviyyədə evdə ifa olunub. 2.5 oktavadır, köklənməsi lazımdır. Xalis sədəf klavişlər. Mikrofonu yoxdur. Çexolu və .

  • Hobbi və Asudə
  • Musiqi alətləri
  • Şəxsi
  • 19.02.2023

1400 AZN

piano royal qarmon temiri ve kőklenmesi

Musiqi aletlerin temiri ve kőklenmesi piano royal qarmon sintezator musiqi aletleri

  • Hobbi və Asudə
  • Musiqi alətləri
  • Şəxsi
  • 26.05.2017

50 AZN

Zakaz qarmon

Qarmonun hec bir prablemi yoxdu,5 planka,futulyari var.. musiqi aletleri

  • Hobbi və Asudə
  • Musiqi alətləri
  • Şəxsi
  • 26.05.2017

1100 AZN

Kazan Qarmon

Heç bir problem yoxdur. musiqi aletleri

  • Hobbi və Asudə
  • Musiqi alətləri
  • Şəxsi
  • 16.04.2017

120 AZN

taxdalar diktler çox çox ucuz qiymete satilir kamazla dolu satilir

taxdalar çox ucuz qiymete maya deyerine satilir tikinti ucun taxdalar satilir ferma tikintisi ucun ev tikintisi ucun hazar zabor cekmek ucun taxdalar apolofqa ucun taxdalar satilir corni pol diktler reykalar atmalar besobesler padon pol ucun taxdalar.

  • Ev və Bağ üçün
  • Təmir və tikinti
  • Şəxsi
  • 25.12.2022

1 AZN

3 qapılı şifoner paltar dolabı

3 qapılı şifoner paltar dolabı satılır andresollu qiyməti 80 manata Ünvan 8 ci mikrorayon qoşa zapravkanın yanı satılır, #paltar dolabı satilir, #şkaf, #sifoner, #şifonyer, #şkaf, #sifoner, #dolab, #şifoner, #wifoner, #skaf, #3qapili sifoner, 3qapılı.

  • Ev və Bağ üçün
  • Mebel və interyer
  • Şəxsi
  • 28.01.2023

80 AZN

3 qapili andresollu sifoner paltar dolabi

3 qapili andresollu sifoner paltar dolabi satilir. 60 manata.Qara qarayevde yerlesir. satılır, #paltar dolabı satilir, #şkaf, #sifoner, #şifonyer, #şkaf, #sifoner, #dolab, #şifoner, #wifoner, #skaf, #3qapili sifoner, 3qapılı dolab, 3 qapili şkaf,#qap.

  • Ev və Bağ üçün
  • Mebel və interyer
  • Şəxsi
  • 11.01.2023

60 AZN

3 qapılı şifoner paltar dolabı

3 qapılı şifoner paltar dolabı satılır.Paltar asmaq və yığmaq üçün yerləri var. Qiymeti 80 manat. Unvan 28 may metrosunun çıxışı satılır, #paltar dolabı satilir, #şkaf, #sifoner, #şifonyer, #şkaf, #sifoner, #dolab, #şifoner, #wifoner, #skaf, #3qapili.

  • Ev və Bağ üçün
  • Mebel və interyer
  • Şəxsi
  • 11.01.2023

80 AZN

3 qapili sifoner

3 qapili sifoner. Cemi 30 manata.Orta qapisi acilmir çünki mixlanıb digər 2 qapilari açılır.ona görə dəyər dəyməzinə satlıram. Ünvan Yeni günəşli Bravo marketin yanı satılır, #paltar dolabı satilir, #şkaf, #sifoner, #şifonyer, #şkaf, #sifoner, #dolab.

  • Ev və Bağ üçün
  • Mebel və interyer
  • Şəxsi
  • 28.01.2023

30 AZN

Yataq mebeli desti

Yataq mebeli desti 140 manata Deste daxildir 3 qapili dolab sifoner 2 eded kravat çarpayı doşəkli 2 tumbuçla Güzgü trimo Unvan 28 may metrosunun çıxışı #yataq mebeli, #yatağ dəsti, #yataq dəsti satilir, #yataq mebeli satılır, #yatag otagi mebeli sati.

  • Ev və Bağ üçün
  • Mebel və interyer
  • Şəxsi
  • 11.01.2023

140 AZN

taxdalar satilir yandirmaq ucun ve tikintiye yararli

nolibes yeduz yetmis iki iyrmi alti seksen dord TAXDALAR SATİLİR dogranilmis taxdalar satilir quru taxdalardir curuyu yoxdur tendir ucun manqal ucun sanavar ucun tonqalda yandirmaq ucun istfade ede bilersiniz cox ucuz qiymete satilir bir qazel taxdal.

  • Ev və Bağ üçün
  • Təmir və tikinti
  • Şəxsi
  • 19.03.2023

2 AZN

istlik sistemleri satilir ve ceyran pecleri satilir

istilik sisdemleri satilir her nov istlik sisdemleri keyfiyetli ve ucuz qiymete satilir çox idyal vezyetde heç bir problemi olmayan istlik sisdemleri satilir yagla isleyen rodyatirlar uç gozlu spirali istlik sisdemleri pilteler qaz sobalari tokla isl.

  • Ev və Bağ üçün
  • Məişət texnikası
  • Şəxsi
  • 26.01.2023

20 AZN

taxdalar satilir yandirmaq ucun ve tikintiye yararli

TAXDALAR SATİLİR iki qazeldir yandirmaq ucun taxdalar ferma tikintisi ucun taxdalar manqal tendir ucun taxdalar kabab ve sanavar ucun dogranilmis taxdalar satilir tikintiye yararli olan taxdalarda var ucuz qiymete satilir komur hazirlanmasi ucun taxd.

  • Ev və Bağ üçün
  • Təmir və tikinti
  • Şəxsi
  • 12.03.2023

1 AZN

Qarmon satilir – sərfəli qiymətlərlə

Qarmon satilir – Rus mənşəli musiqi aləti olsa da, illər keçdikcə milliləşdirilmişdir. Azərbaycan toylarında, el şənliklərində mütləq ansamblda qarmon olur. Bakıda və rayonlarda müxtləlif qiymətlərlə çox sayda qarmon satilir. Saytımızdakı elanları araşdırmaqla büdcənizə uyğun və istəklərinizi qarşılayacaq qarmon satın ala bilərsiniz.

Qarmon məktəbi kitabı 2016

Kənan HACI

Qarmona sevgisi hardan, necə yaranmışdı? Xatırlamırdı. Amma ilk dəfə atasının evə alıb gətirdiyi “Kazan” qarmonunu dizlərinin üstünə qoyub barmaqlarını naşıcasına dillərin üstündə gəzdirəndə o qədər sevinmişdi ki. Valideynləri qərara gəlmişdilər ki, uşağı qarmon sinfinə qoysunlar. Məşhur xanəndələrin ustadı olmuş Nəriman Əliyev onun nazik barmaqlarına baxıb atasına demişdi ki, bu uşağı skripka sinfinə qoyun. Amma o, skripkaya meyl etmədi, qarmona aşina oldu və musiqi məktəbini əla qiymətlərlə bitirdi. Həmin uşaq qarmon ifaçısı olmadı, ara-sıra qohum-əqraba məclislərində ondan xahiş edərdilər ki, bir-iki oyun havası çalsın. Tanrı o uşağa başqa bir tale yazmışdı. Beş illik musiqi təhsili ona muğamları sevdirdi və sözsüz, bu sevgi ailədən, ailədəki mühitdən qaynaqlanırdı. Evlərində muğamata sevgi görmüşdü və dərsdə muğamları öyrənə-öyrənə muğam ifaçılıq sənətinin tarixiylə də maraqlanmağa başladı. O uşaq Kor Əhəd haqqında hələ uşaq ikən oxumuşdu və onun kədərli taleyi ürəyini göynətmişdi.

Həmin uşaq mən idim. Uşaqlığımın uzaq dünyasından qulağıma muğamın sədaları gəlir. O sədaların içində Kor Əhədin çalğısı da var.

Qarmon. Gəlin görək, bu sözün semantik çənbərini hansı energetik özək, hansı gövhər müəyyənləşdirib? Mən bu sözü harmoniya kimi mənalandırıram. Bu məna qarmonun enerjisini, plastikasını obrazlaşdırır. Doğrudan da içimdə belə bir qənaət var ki, harmoniya qarmonun energetik nüvəsidir, özəyidir. Açılıb yığılan bu aləti cilalamaq, dilə gətirmək, onun içindən şirin təranələr sədalandırmaq üçün insanın içində də harmoniya olmalıdır. İnsan içindəki harmoniyanı alətə köçürür. Belə.

İnsan üçün ən dəhşətli, vahiməli, qorxunc şey işıqdan məhrum olmaqdır. Dünyaya gəlirsən və tale gözlərinin önünə qara bir pərdə çəkir. Üç yaşlı körpə dünyanı, onun rənglərini doyunca görməyə macal tapmır. O, hələ işığın nə olduğunu bilmir, dərdin, qüssənin balaca ürəyində əbədi yurd saldığından xəbərsizdir. Füzuli demiş, “bilməzlik ilə xoş idi halı”. Qarşıdasa upuzun bir həyat, yaşanılası ömür durur. İşıqsız necə yaşayasan?! Amansız zülməti necə yarasan?! Necə?!

Həyatda qalmaq üçün hardansa, nədənsə güc almalıydı. Kor Əhədə Tanrı böyük istedad bəxş etmişdi. Altı yaşı olanda anası ona yeddi dilli qarmon alır ki, uşaq evdə bununla başını qatsın. Və bu qarmon Əhədi qaranlıqdan işığa çıxarır. Əhəd də əvəzində qarmonu xalqa sevdirir, onun əvəzolunmaz çalğısı qarmon ifaçılığında yeni yol, yeni istiqamət açır. Əlbəttə, ona qədər Kərbəlayı Lətif olmuşdu, Abutalıb var idi. Kor Əhəd isə qarmonun şöhrətini bir az da artırdı. Öz improvizələri ilə qarmona şirinlik və məlahət qazandırıb.

Yanğılı ifaları ilə Əhəd həm də öz nisgilini, qüssəsini anladırdı. Həm də taleyinə meydan oxuyurdu!

Kor Əhədin anadan olmasının 125 illiyində aparıcı, tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir əhvalat danışdı. Həmin əhvalatı Kor Əhədin qızı Leyla xanım xatirələrində yazıb. Bir gün evlərində işıq sönübmüş, Əhəd uşaqlarına deyib ki, qorxmayın, mən sizi işıqsız qoymaram. Stulu ayağının altına qoyub çıxır, sayğaca neyləyirsə, işıq yanır. Gülhüseyn müəllim dedi ki, işıq Əhədin əllərində idi, o, əlini hara toxundururdusa, orda işıq əmələ gəlirdi. Qarmonun dillərinə toxununca ordan insanların qəlbinə işıq səpələnirdi.

Kor Əhəd təkcə qarmon ifaçılığı ilə yetinməyib, bu aləti təkmilləşdirib. Ona qədər qarmonda yarım tonlu qara dillər olmayıb, təkcə ağ tək tonlu dillər olub. İlk dəfə Kor Əhəd o vaxt Bakıda yaşamış yəhudi əsilli sənətkar Karpuşkin vasitəsilə qarmonu bir alət kimi təkmilləşdirdi. “Yəni həmin qarmonda qara rəngli tək tonlu dillər ağ tək tonlu dillərin arasına yerləşdirildi. Bu dəyişiklikdən sonra qarmonda səslənən musiqilər daha düzün və aydın formada səsləndi”. ( Gülhüseyn Kazımlı, “Qarmonun əfsanəsi”, Bakı, 2018, Təhsil nəşriyyatı, səh.161)

Gülhüseyn Kazımov Kor Əhədin həyat və fəaliyyətini araşdırıb və “Qarmonun əfsanəsi” adlı kitab ərsəyə gətirib. Bu kitabda Kor Əhədin tale yolu əhatəli şəkildə əhatə olunub. Onun qızı Leyla xanımın atasıyla bağlı xatirələri də son dərəcə maraqlıdır. Bu xatirələrə əsasən Kor Əhədi bir insan kimi, ata kimi xarakterizə etmək mümkündür.

Unudulmaz muğam tədqiqatçısı Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında Kor Əhəddən də bəhs edir. Bu sətirlərin müəllifi də Kor Əhədin adına ilk dəfə bu kitabda rast gəlib. Amma ilk dəfədir ki, bu misilsiz sənətkar haqqında nəfis tərtibatla geniş, əhatəli kitab nəşr olunur. Buna görə Gülhüseyn müəllimə böyük təşəkkür düşür.

Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev onun ifasını yüksək qiymətləndiriblər və bu barədə də kitabda geniş məlumatlar yer alır. Ən maraqlı cəhət əfsanəvi ifaçının nəticəsi, uzun illərdən bəri Amerikada yaşayan Aleksandriya-Sevinc Sultanzadə fon Brüseldorffun Bakıya gələrək Gülhüseyn müəllimlə birlikdə bu kitabla bağlı araşdırmalar aparmasıdır. Sevinc xanım Amerikada musiqi təhsili alıb və bu gün orada Azərbaycan musiqisini layiqincə təmsil etməkdədir. Ulu babasının Bakıda keçirilən xatirə gecəsində o da iştirak edirdi.

Bu yazıda Əhədin tərcümeyi-halından, sənət yolundan geniş bəhs etmək fikrim yoxdur. Gülhüseyn müəllim “Qarmonun əfsanəsi” kitabında onun ömür və sənət yolunu əhatəli şəkildə qələmə alıb. Bizə kitabı oxumaq qalır. Biz oxuduq, siz də oxuyun. Və Kor Əhədi daha yaxından tanıyın.

MÜƏLLİM

Müəllim kimdir? Bu suala cavab verən insanların cavabları qruplaşdırılarkən tarixlər boyu bir neçə məntiqi cavablara daha çox üstünlük veriblər. Mən də həmin cavabları məqsədyönlü hesab edərək, xırdalamaq istəyirəm.

Müəllim – hamıya hər şeyi öyrədən adam. Bizə qələm tutmağı öyrədən insan. Bizi elmlərin əsaslarına yiyələndirən şəxsiyyət. Müqəddəslik mücəssəməsi. Və nəhayət insanları kamal dünyasına aparan fəzilət, ağıl sahibi. Müəllimin kimliyini səciyyələndirən bu cavablarla yəqin hamı razılaşar. Niyə də razılaşmasınlar. Axı dahilərin ümumiləşdirilmiş belə bir maraqlı fikri var: «Bizi göydən yerə endirən, işıqlı dünyaya gətirən Allahdırsa, bizi yerdən göyə qaldıran, kainatın, gerçəkliyin sirlərinə yiyələndirən müəllimdir». Yəni əsl müəllim. Belə bir müəllimdən söhbət açmaq istəyirəm əziz oxucum. Adının önündə pedaqoji elmlər doktoru, professor, beynəlxalq akademiyanın həqiqi üzvü, rektor, laureat və bu kimi adlar, titullar yazılsa da amma hamı ona «Müəllim!» deyir. Ömrünün yetmişinci baharını yaşayan Fərahim Balakişi oğlu Sadıqovu qırx beş ildən çoxdur ki, beləcə çağırırlar: «Müəllim».

Ona müəllim yoldaşları, tələbələri, dostları, tanışları hamısı belə müraciət eləyir. «Müəllim». Özü də hamı «Müəllim» sözünü elə böyük ehtiramla, hörmətlə deyirlər ki, bu sözün bütün məna çalarlarında ululuğunu, böyüklüyünü, dahiliyini, ülviliyini tam aydın hiss eləmək, başa düşmək olur. Onun özü ilə on dəqiqə söhbət eləyən hər kəs, istəsə də, istəməsə də «Müəllim»in böyük fəlsəfi ibarələri, məntiqi yanaşmaları, hər sözü aydın ifadə tərzi, səsindəki lirik ton, ləngərlik, sifətindəki nur, gözlərindəki aydın ifadə sözün həqiqi mənasında əsir eləyir, öz təsiri altına salır həmsöhbətini. Saatlarla bu şəxsə qulaq asmaq istəyir adam. Və onun ağıllı, müdrik ağsaqqal məsləhətlərinə, milli və dünya folklorundan, dahi şairlərdən, alimlərdən, filosoflardan gətirdiyi məsəllərə, aforizmlərə qulaq asdıqca insanın daxilində bir paklıq, təmizlik yaranır. Ondan ayrılanda isə hər bir adam özündə böyük güc, qüvvə tapır, daxili təmizlənir, paklaşır, çox şeyi öyrənir, çox şeyləri başa düşür, yaşamağa, mübarizə eləməyə marağı artır. Deməli, ona böyük hörmətlə, ehtiramla «Müəllim» deməkdə heç kim yanılmır. Heç kim səhv eləmir. Hərçənd ona «Professor», «Pedaqoji elmlər doktoru», «Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü», neçə-neçə dövlət mükafatlarının sahibi də deyə bilərlər. O, bu fəxri adları, mükafatları yuxusuz gecələrinin, ağır, halal zəhmətinin, ancaq özünün və yalnız özünün bacarığı, biliyi, zəkası hesabına qazanıb. Lakin «Müəllim» deyəndə görürsən ki, bu ad onun daha ürəyincə olur. Elə bil ürəyinə yağ kimi yayılır və döşünə yatır. Hətta özü və yaxınları and içəndə müqəddəslik rəmzi olaraq belə and içirlər:

– Müəllim canı!

Axı müəllim adına böyük hörmət, ehtiram gətirən, bu ada maraq artıran kimdir? Kimdir o şəxsiyyət ki, bu adın ululuğunu, bu adın böyüklüyünü özünün mübarizliyi, pak əməlləri, saflığı ilə qoruyan, onu ucaldan?

Gəlin həmin şəxslə daha yaxından tanış olaq, əziz oxucu.

Bu şəxs pedaqoji elmlər doktoru, professor, Yusif Məmmədəliyev, Mikayıl Müşfiq, Mehdi Mehdizadə adına Respublika mukafatları laureatı, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü Fərahim Balakişi oğlu Sadıqovdur.

Onu mən çoxdan tanıyıram. Lap çoxdan. O, həmin vaxtlar idi ki, Masallıda mədəniyyət, təhsil, idman intibah dövrünü yaşayırdı. On altı yaşlı Fərahim artıq bir neçə il idi ki, həm mədəniyyət evində olan xalq çalğı alətləri ansamblının fəal üzvü idi, həm təşkilati, yaradıcı işlərdə mədəniyyət evinin bədii rəhbəri Şakir Həsənova yaxından köməklik edirdi, həm idmanın güləş növü ilə məşğul olurdu, həm yerli «Çağırış» qəzetində özünün maraqlı yazıları ilə çıxış eləyirdi, həm də rayonda keçirilən tədbirlərdə aparıcı olurdu. Aramızda üç yaş fərq olmasına baxmayaraq, biz, ona artıq müəllim, ağsaqqal kimi hörmət eləyirdik. O, özünün oturuşu-duşuşu, ağlı, fərasəti, bacarığı sayəsində qazanmışdı bizdən «Müəllim», «Ağsaqqal» adını. Deməli, bu adlar artıq Fərahim Sadıqovla birlikdə əlli ildən çoxdur ki, yol gəlir. Özünün yeniyetməlik yaşından o, bu yolla addımlayır. Və keçən illər axarında cilalanıb bu adlar. Ululuq, böyüklük, dahilik zirvəsinə qədər yüksəlib. «Ustadlıq», «Dədəlik» kimi müqəddəs sözlər qədər uca olub.

Dadva kənd ibtidai məktəbində də, Masallı şəhər səkkizillik məktəbində də, Nəriman Nərimanov adına 2 nömrəli şəhər orta məktəbində də şəkli heç vaxt şərəf lövhəsindən düşməyən bu, bənzəri olmayan, hər işində, hərəkətində heç kimi təkrarlamayan istedad sahibinin ağıllı canfəşanlığı elmin intəhasız zirvəsinə can atmasından xəbər verirdi. Bu yolda idman, musiqi, bədii yaradıcılıq eşqi ona həmdəm idi. Hələ 1984 -cü ildə görkəmli alim-publisist Şamxəlil Məmmədovun «Azərbaycan müəllimi» qəzetində Fərahim müəllimə həsr etdiyi «Qoşa qanad» adlı oçerkində də iki amil-elm və musiqi sevgisi onun həyatının əsas leytmotivi kimi səciyyələndirilirdi. Fərahim Sadıqvun elmin çətin yollarındakı uğurlarının qazanılmasında onun parlaq istedadının təkanverici qüvvəsini onun yüksək bədii zövqə malik olmasında görürdü Şamxəlil müəllim. Əslində görkəmli mütəfəkkirlərimizin bədii zövqü ön plana çəkmələri təsadüfi deyil. Orası da təsadüfi deyil ki, həmin mütəfəkkirlər ayrı-ayrı elm sahələrinə dair əsərlər yaradanda öz istedadlarının bünövrəsini yüksək bədii zövqə malik olmağın zəruriliyi ilə şərtləndiriblər. Yəni istər dəqiq elmlərə, istər təbiət elmlərinə, istərsə də humanirat elmlərə dair əsərlər yaratmağın təkanverici qüvvəsini bədii zövqdə görüblər həmin mütəfəkkirlər. Bunu sübut etmək üçün isə həmin mütəfəkkirlər özləri məhz bədii yaradıcılıq nümunələrini ortaya qoyublar. Aristotel, Demokrit, Fərabi, Əbu-Əli İbni Sina, Bəhmənyar, Nəsirəddin Tusi, Səfiyyəddin Urməvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Saib Təbrizi və sair bu kimi düha sahibləri musiqini ilkin bədii zövq mənbəyi kimi vəsf ediblər. Görkəmli filosof Əl-Fərabi «Fi-Əl-Musiqi» əsərində musiqinin elmi-nəzəri tərəflərini ilkin olaraq şərh etmişdirsə, böyük mütəfəkkir Səfiyyəddin Urməvi dünyada ilk dəfə «Musiqi əlifbası»nı icad etmişdi. Poeziyanın Allahı hesab olunan Nizami Gəncəvi «Xəmsə»də yüzdən artıq müsiqi alətlərimizin estetik dəyərini, muğamlarımızın bədii zövq və fəlsəfi imkanlarını poetik şəkildə şərh eləyir. Məhəmməd Füzuli isə «Həft cam» (“Yeddi cam”) da musiqi alətlərimizin yaranma tarixindən bizə maraqlı fikirlər xəbər verir və bizi o maraqlı, sirli dünyaya aparır.

Fərahim müəllim də istər ümumi pedaqogikaya, istər ümumi pedaqogika tarixinə, istər didaktikaya, istər tərbiyətşünaslığa, istər xalq pedaqogikasına, istər müqayisəli pedaqogikaya dair əsərlər, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri yazanda musiqi dünyamızın, estetik zövqümüzün milli dəyərlərimizin mayası olduğunu özünəməxsus şəkildə şərh edir və onları yüksək səviyyədə açıqlayır. Əlbəttə, bütün bunları deməklə mən Fərahim Sadıqovu dahi mütəfəkkirlərimizlə müqayisə etmək istəmirəm. Amma əsas istədiyim onun mənalı ömrünün, bir insan olaraq dəyərli düşüncəsinin polifoniyasını-çalarlarını açmaqdır. Fikrimi bir neçə tərəfdən izah etsəm deməliyik ki, «Esseistika» bir elm sahəsi olaraq həm də bir şəxsiyyətin həyatını, düşüncə vahidlərini məntiqi əsaslara söykənən faktlarla, müqayisəli məqamlarla, müqayisə önəmliyi ilə qələmə almağı, bu insanın sözlə portretini çəkməyi, obrazlı ifadələri yerində işlətməyi tələb edir. Əlbəttə, bu şərtlə ki, müqayisə amilləri heyranedici, inandırıcı olsun.

Ona görə də bu müqayisələri Fərahim Sadıqovun yaradıcılığında axtarmaq daha maraqlı olardı. Niyə? Birincisi, ona görə ki, məhz Fərahim müəllim məmləkətimizdə ilk dəfə olaraq «Müqayisəli pedaqogika»nın əsasını qoyub. İkincisi, müqayisə nəzəriyyəsinin banisi professor Nurəddin Kazımovun yaratdığı «Müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi» adlı seçmə kursdan uzun illərdir ki, tələbələr qarşısnda mühazirələr oxuyur. Üçüncüsü, elmi ezamiyyətdə olduğu Amerika, Avropa, Asiya qitələrinin ən aparıcı ölkələrindən tutmuş kiçik məmləkətlərdə belə müqayisə etdiklərini müqayisəli şəkildə şərh edərək elmi əsaslarla ümumiləşdirən alimlərdən biridi Fərahim Balakişi oğlu.

Onun yazılarındakı müqayisələr təkcə Azərbaycan təhsilini Amerika, Almaniya, Fransa, İtaliya, İspaniya, Norveç, Yaponiya, Çin, Finlandiya, Misir, Tailand, Malaziya, Sinqapur, Ərəb əmirlikləri, Orta Asiya ölkələri, Ukrayna, Rusiya təhsili ilə müqayisə ilə məhdudlaşmır. O, elmi, ədəbi-bədii, tarixi faktların, ədiblərin, klassiklərin, mütəfəkkirlərin, ictimai-siyasi xadimlərin həyatı, yaradıcılıqları və fəaliyyətləri ilə bağlı hadisə və faktların da müqayisəli təhlilinə əsərlərində geniş yer verir və bunları məntiqi şəkildə sübut edir. Əlbəttə ki, belə müqayisələr oxucunun elmi dünyagörüşünü zənginləşdirir və onda elmə maraq artırır.

Fərahim müəllimin yazılarının birində Nizami Gəncəvi ilə Məhəmməd Füzulinin yaradıcılığındakı oxşarlıqlar tutuşdurur. Bu zaman yeddi rəqəminin islam dəyərlərində müqəddəs rəqəm olması elmi şəkildə əsaslandırılır. Onun müqayisəli şərhinə görə Nizami «Yeddi gözəl», Füzuli isə «Həft cam» (“Yeddi cam”) deməklə bu rəqəmin müqəddəsliyinə işarə etdiblər. Məhəmməd Peyğəmbər həftənin yeddinci günü göyün yeddi qatına (Peyğəmbərin ərş səfəri) qalxmış, yeddi rəngi (göy qatının yeddi qurşağı), yeddi səyyarəni seyr etmiş, göyün yeddi qatının hər birində bərqərar olan yeddi peyğəmbərlə görüşmüşdü. Həftənin yeddi gündən ibarət olması, muğamların və notun yeddi, rənglərin də yeddi olması alimin müqayisəli şərhində bu əsasda və məntiqi şəkildə izah olunur.

Fərahim Balakişi oğlunun yazılarında bütün fənnlərin tədrisi üçün zəngin biliklərə rast gəlmək olur. Məsələn, tarix müəllimləri üçün topladığı müqayisəli faktlardan birinin, oxucular üçün də maraqla qarşılanacağını nəzərə alıb təqdim edirəm.

Artıq dünya alimləri tərəfindən təsdiq olunmuş tarixin intibah dövrü Şərq mədəniyətində sivilizasiyanın meydana gəlməsi ilə bağlıdır. Bu dövrdə Çin və Osmanlı imperiyalarının sivill mədəniyyəti qərbi ayağa qaldırdı. Həmin XV əsr bu hadisələrlə özünün qızıl səhifəsini yaradırsa, bu əsrdə Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin, Kəmaləddin Behradın, Rəfailin, Kolumbun, Vasko de Qamanın, Leonardo Do Vinçinin, Mikelanjelonun dünyaya gəlişi ilə yadda qalır.

Yaxud onun başqa bir tarixi müqayisəli faktına diqqət edək: Napaleon 1760-da, Hitler isə 1889-da anadan olublar. Fərq 129 il; Napoleon 1804-də, Hitler isə 1933-də hakimiyyətə gəliblər. Fərq 129 il; Napoleon Vyanaya 1809-cu ildə, Hitler isə 1938-ci ildə daxil olublar. Fərq 129 il; Napoleon Rusiyaya 1812-ci ildə, Hitler isə 1941-ci ildə hücum ediblər. Fərq 129 il; Napoleon müharibəni 1816-cı ildə, Hitler isə 1945-ci ildə uduzublar. Fərq 129 il. Hər ikisi hakimiyyətə 44 yaşında gəliblər. Hər ikisi də Rusiyaya 52 yaşında hücum ediblər. Hər ikisi də müharibəni 56 yaşında uduzublar. Maraqlıdır, deyilmi?

Elə burada yerinə düşür ki, öz essemın ənənəsinə uyğun olan başqa bir müqayisəni edim. Özü də, Fərahim müəllimin həyatı, fəaliyyəti, nailiyyətləri, elmi yaradıcılığında əksini tapan, müşki-ənbər saçan özəllikləri, şərəfli ömür yolunun mənəvi gözəllikləri, elmi ictimaiyyətin bəyənib təqdir etdiyi, əsl pedaqoq alim kimi dəyərləndirdikləri keyfiyyətlərini təqdim edim. Əvvəlcə, «adamsız», «dayısız» heç kimin edə bilmədiyni edən, başqalarının bacara bilmədiklərini bacaran Fərahim Sadıqovdan danışım. Öz sənəti üzrə Cənub bölgəsi üçün qızıl səhifələr yazıb Fərahim Balakişioğlu. Cənub bölgəsinin ilk pedaqoji elmlər doktorudur Fərahim müəllim. Ona qədər Salyandan Lerik dağlarına qədər hələ heç kəs bu elmi adı, elmi dərəcəni qazana bilməmişdi. Onun həyatda elə nailiyyətləri var ki, təkcə Cənub bölgəsi üçün yox, məmləkətimiz və bütün Şərq aləmi üçün örnək hesab olunur. Zərb alətlərinin ilk not sistemi, qarmon məktəbi, xüsusi məktəblər üçün «Ana dili» dərsliyi. Yəqin ki, bu sahələr üzrə müqayisə tərəfi tapmaq çətindir. Deyilmi.

Bu məqamda gəlin daha ürəyəyatımlı bir müqayisəyə diqqət edək. Bunun üçün Fərahim Sadıqovun 60 illik yubileyi münasibəti ilə yazdığım, hazırladığım «Bir alim ömrünün səlnaməsi» kitabıma müraciət etməli olacam.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili, Naxçıvan Dövlət Universitetinin rektoru, indi isə Milli Elmlər Akademiyasının vitse prezidenti İsa Həbibbəyli ilə mərhum yazıçı-publisist Ağəddin Mansurzadənin dediklərini nəzərdən keçirsək, fikrimizcə ən layiqli müqayisələrin şahidi olarıq: «Milli pedaqogika elmimizin layiqli təmsilçisi olan pedaqogi elmlər doktoru, professor Fərahim Sadıqov geniş dünyagörüşə, çoxsahəli fəaliyyətə malik olan tanınmış alim, gözəl şəxsiyyətdi. Fərahim müəllimin çoxcəhətli xidmətləri arasında onun maarifçilik sahəsindəki çoxillik və səmərəli fəaliyyəti xüsusi ardıcıllıq təşkil edir. O, demək olar ki, maarifçi prosesin bütün mərhələlərini addım-addım keçib, sıravi müəllimlikdən rayon Təhsil şöbəsinin məsul işçisinə, rektorluğa qədər məsuliyyətli və şərəfli bir məsafə qət edib. Yaxından tanıyanlar yaxşı bilir ki, poeziya ilə ünsiyyət baxmından Fərahim müəllimlə müqayisə edilə biləcək bir şəxs tapmaq çətindi. Bu cəhətdən o, vaxtı ilə həmin sahədə xüsusi bir məktəb yaratmış görkəmli Azərbaycan ziyalısı, akademik Fərəməz Maqsudovun adı ilə bağlı ənənələrin bu gün nadir davamçılarından biridi». İsa Həbibbəyli.

Ağəddin Mansurzadə isə fikrini belə ifadə edir: «Son illər Fərahim müəllimlə xeyir-şər məclislərində, müxtəlif yubiley tədbirlərində, el şənliklərində tez-tez görüşürdük. Bu məclislərin əksəriyyətində Fərahim müəllimə söz verilir. Bunu səmimi qəlbdən etiraf edirəm: onun bütün çıxışları hüsn rəğbətlə, böyük maraqla qarşılanır, məclis iştirakçılarında xoş əhvali-ruhiyyə yaradır. Bu sözləri mənim yanımda da, kənarda da deyiblər: «Alim belə olar. Alim olan kəs belə olmadıdı, belə danışmalıdı. Ustadına bərəkallah. ”

. Elmdən, ədəbiyyatdan, incəsənətdən, şəriətdən, daha nədən, kimdən söz düşəndə elə maraqlı əhvalatlar danışır ki, ona heyranlıqla qulaq asmaq istəyirsən. Belə hallarda mən sanki Fərahim Balakişi oğlunu yenidən kəşf edirəm, onu sanki, bir kitab kimi oxuyuram».

Beləcə on dörd il Azərbaycan televiziyasının birinci proqramında apardığı «Örnək» və «Kamillik» verilişlərində seyrçilər ona heyranlıqla qulaq asıb, onun kamil düşüncə tərzindən zövq alıb, bəhrələniblər.

Bütün ömrü boyu, işləyə-işləyə, mütaliyə eləyə-eləyə, öyrənərək öyrədib Fərahim Sadıqov. Həqiqətən həyatda özünüyaratma yolu keçib bu böyük insan. Öz içindən göyərəndir bu istedadlı şəxsiyyət. Dostum, eloğlum filoloq-filosof qardaşım Rahid Ulusel demişkən: «Yalnız özünü yaratmağa qadir insanlar yetgin cəmiyyəti yarada və onun subyekti ola bilər. İnsan öz içindən göyərməsə, ona hər cür komplekslərin geydirilməsi mümkündür. İnsan öz içindən göyərməlidir ki, Yer üzündə həyat qaynaqları daim yaşar, daşar, yaradıcı qüvvəsində olsun. İsa Peyğəmbər də deyərmiş: «İlahi səltənətin qapısı yalnız özündən doğulanların üzünə açılacaq».

Deməli, özünü yarada-yarada elmi xarüqələr yaradır bu insan

Məhəmməd Peyğəmbər (s.ə.) bir an kitaba, yazıya baxmağı, mütaliə etməyi 60 illik ibadətdən üstün hesab edir. İmam Əli isə «Elmin qapısı daim açıqdır, kim nə qədər istəsə götürə bilər» deyərək insanları elm öyrətməyə çağırmışdı. Yetmiş illik şərəfli ömrünün qırx ildən çozunu elmə həsr edən, 70 kitabın, 600-ə yaxın sanballı məqalənin müəllifi olan bu ürfan sahibi haqqın dərgahından görən nə qədər pay alıb. Elmin açıq qapısından içəri girərək oranın ömürlük sakini olan bu fəzilət sahibinin görən kimdənsə umacağı varmı.

Bütün şərəfli ömrünü elm öyrətməyə, həyatını şam edib qaranlıqdan işığa can atan pərvanə kimi xalqı, milləti üçün özünü oda atan, universitet yaradıb qapılarını tayba-tay xalqın balalarının üzünə fəxarətlə açan, minlərlə insana özünün böyük səxavətindən pay verən, qaçqınların, köçgünlərin, Qarabağ müharibəsi faciəsinə məruz qalan ailələrin övladlarına təmənnasız köməklik göstərən, neçə-neçə ailələrin pənahı olan Fərahim Balakişi oğlu Sadıqov inanmıram ki, kimdənsə nəsə uma!

Axı o, əsl müəllimdir. Əsl müəllim!

P.S. Bu mənim Fərahim Sadıqova həsr etdiyi ikinci essemdir. Ulu Tanrıdan diləyim bu idi ki, bu görkəmli alimlə 70 illik yubileyində bir daha görüşüm. Şükür Böyük Yaradanın kəramətinə. Artıq bu il Fərahim Balakişi oğlunun sentyabr ayında 70 illik yubileyini qeyd edəcəyik.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Sentyabr 2009-cu il. Bəzi əlavələr aprel 2017-ci ildə olub

Comments are closed, but trackbacks and pingbacks are open.