Press "Enter" to skip to content

Qarın ağrısı və ishal hansı xəstəliklərin əlaməti ola bilər

Pomidor+1 xiyar+½ qırmızı bibər+½ sarı bibər+1 kərəviz+1 kiçik soğan+1 diş sarımsaq+1 ç.q. üzüm sirkəsi+bir neçə sap istənilən növ göyərti+1-2 x.q. zeytun yağı+duz

Qarını necə arıqlatmaq olar?

Arıqlamaq üçün bir çox effektiv üsullar vardır. Qadınların əksəriyyətini qarın və bel nahiyəsindəki piylər narahat edir. Təəssüf ki, klassik metodlarla qarını arıqlatmaq çox çətindir. Bəs qarını necə arıqlatmaq olar? Bu məqalədə Sizi bölgəsəl arıqlamağa yardımçı olan menyular və yeməklərlə tanış edəcəyik.

İri qarını necə arıqlatmaq olar?

Oturaq və passiv həyat tərzi keçirən insanlar qarını arıqlatmaq, beli incəltmək məqsədilə bu pəhrizi tuta bilər.

Səhər yeməyi (bu variantlardan birini seçin)

  • Üzərinə pendir səpilmiş qarğıdalı sıyığı
  • Suda bişirilmiş və meyvə dilimləri qatılmış yulaf əzməsi
  • 2 yumurtanın omleti

Arada acsanız yağsız kefir içə bilərsiniz.

Nahar (zövqə əsasən)

  • Sobada bişirilmiş balıq, kələm və xiyar salatı
  • Toyuğun döş əti, tərəvəz salatı

Axşam yeməyinə qədər portağal və ya alma yeyə bilərsiniz.

Axşama (istəyə görə)

  • Soyutma kalmarla qatıq
  • Kiçik ölçülü avokado ilə tərəvəz salatı. Ora zeytun yağı və ya limon suyu əlavə edin.
  • Yağsız toyuq əti/balıq/qırmızı ət və bir qədər çiy tərəvəz. (“/” – və ya deməkdir).

Unutmayın: ərzaqları qızartmaq olmaz, multibişiricidə, suda qaynatmaqla və ya sobada bişirə bilərsiniz. Pəhriz 1 həftəlikdir. 3-5 kq çəki atmağa, qarını arıqlatmaq və bel hissədəki yağları əritməkdə kömək edir.

Bəs qarını daha sürətlə necə arıqlatmaq olar? Paralel şəkildə arıqlamaq üçün idman hərəkətlərini yerinə yetirsəniz, nəticəni tezləşdirəcəksiniz.

Pomidorla qarını necə arıqlatmaq olar?

Sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasından olan bu menyu 4 günlükdür.

1-ci gün

  • Səhər yeməyi: 1 dilim qara çörək, orta ölçüdə tərəvəz, şəkərsiz südlü qəhvə
  • Nahar: 2 diş sarımsağı xırdalayıb 1 xörək qaşığı bitki yağında qızardın. Üzərinə 150 ml su, 1 xör.qaş. limon suyu, duz, istiot, qatıq əlavə edib qarışdırın. Sonra spagetti (makaron) bişirib bu sousla yeyin.
  • Axşam: ispanaqlı makaron.

Makaronun resepti

400 qram ispanaq, 60 qr spagetti və sürtkəcdən keçirilmiş pendiri qarışdırın. Həmin qaba bir qədər su töküb, sobada bişirin. Spagettini öncədən suda qaynatmaq lazımdır.

2-ci gün

  • Səhər – 80 qr kəsmik, moruq və ya turş meyvə
  • Günorta – 100 qr toyuq soyutması, pomidor+cəfəri salatı
  • Axşam – qaspaço

Qaspaçonun resepti

Pomidor+1 xiyar+½ qırmızı bibər+½ sarı bibər+1 kərəviz+1 kiçik soğan+1 diş sarımsaq+1 ç.q. üzüm sirkəsi+bir neçə sap istənilən növ göyərti+1-2 x.q. zeytun yağı+duz

Bütün komponentləri blenderdən keçirin, soyuducuya qoyun. Soyuq halda yeyin.

3-cü gün

  • Səhər – digər 2 günün səhər yeməyindən birini seçin.
  • Naharda – yaşıl bolqar bibəri, 150 qr boranı, 2 x.q bitki yağı, kiçik doğranmış 100 qr pomidor, 50-75 qr qatıq, xırdalanmış 1 diş sarımsaq və yarım ədəd soğanı qızardın. Bu sousa 60 qr bişmiş makaron əlavə edin. Sobada bir az da bişirib götürün.
  • Axşama – tərəvəz və meyvə salatı, çay.

4-cü gün

  • Səhər – çörək, 1 dilim pendir, pomidor, kofe
  • Nahar – 1 dilim çörək, pendir, pomidor və kahıdan buterbrod
  • Axşam – kartofdan başqa digər tərəvəzlərdən salat

Bu pəhriz qarını necə arıqlatmaq olar deyənlər üçün faydalı sayılır. Sadəcə menyuya düzgün riayət edin ki, nəticədən razı qalasınız.

5 günə qarını necə arıqlatmaq olar?

Qarın arıqlatmaq üçün bu pəhrizlə 5 günə 3 kq itirəcəksiniz.

Hər gün səhər: 1 portağal, 1 ədəd xlebçı, şəkərsiz çay və qəhvə

I gün

Nahar – 1 dənə soyutma yumurta, 1 stəkan kefir, 1 portağal

Axşam – 2 dənə soyutma yumurta, suxari, pomidor

II gün

Nahar – 1 meyvə, 200 ml qatıq, 1 dənə yumurta, kefir

Axşam – 150 qr mal ətinin soyutması, 1 ədəd portağal, 1 ədəd pomidor, suxari, 1 stəkan kefir

III gün

Nahar – 1 ədəd portağal, 400 ml qatıq, 1 xlebçı, soyutma yumurta

Axşam – 150 qr buxarda bifşteks, 1 meyvə, kefir, suxari

IV gün

Nahar – 150 qr yağsız kəsmik, 1 xiyar, 1 pomidor, 1 xlebçı

Axşam – 150 qr mal ətinin soyutması, 1 alma, pomidorlu tost

V gün

Nahar – suda bişmiş 200 qr balıq, 400 ml kefir, 2 pomidor, 2 kahı yarpağı

Axşam – 1 yumurta, 5 kahı yarpağı, 2 pomidor

5 günlük pəhriz sayəsində qarını necə arıqlatmaq olar kimi düşüncələrlə özünüzü yormayacaqsınız. Qarnınız düz olacaq.

Xülasə

Bu məqalədə qarını necə arıqlatmaq olar sualına ətraflı məlumat verməyə çalışdıq. Reseptlər və dietalardan başqa, bölgəsəl incəlməyə kömək edən, məhz qarın hissədən arıqlamaq üçün aparatlar mövcuddur. İstədiyiniz üsulu seçə bilərsiniz.

Qarın ağrısı və ishal hansı xəstəliklərin əlaməti ola bilər

Əgər insanda gün ərzində 3 dəfədən artıq defekasiya (bağırsaq boşalması) varsa və yanaşı olaraq xaric olan kütlə duru və formalaşmamışdırsa, bu ishal sayılır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ishalı yaradan əsas səbəblər nədir?
1. İnfeksiyalar (bakteriya, virus, qurd invaziyaları)
2. Antibiotik mənşəli (geniş təsirli antibiotiklərin uzun müddət ərzində qəbulu)
3. Nevroloji səbəb (stress və s.)
4. Nazik və yoğun bağırsağın xəstəlikləri (bağırsaq limfoması, Çölyak xəstəliyi, 12 barmaq bağırsağı xorası və s.)
5. Qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri
6. Endokrinoloji səbəblər (zob, şəkərli diabet )
7. Bəzi qarın boşluğu əməliyyatlardan sonra (öd daşı əməliyyatı, mədə rezeksiyası) və s.
İshal kəskin və xroniki formada özünü biruzə verir. 3 həftədən artıq davam edən ishal xroniki ishal hesab olunur. İnsan buna çox diqqətli və məsuliyyətli yanaşmalıdır.
Xroniki ishal Enteral (Nazik bağırsaq mənşəli ) və Kolitik (Yoğun Bağırsaq mənşəli) olur. Xəstədə ilk növbədə bunu ayırd etmək lazımdır!
Nazik bağırsaq mənşəli ishal zamanı insanda günlük defekasiya sayı az olur (gündə 2-3 dəfə), lakin xaric olan nəcis kütləsinin miqdarı çox olur. Bəzən nəcisdə qida qalıqları aşkar olunur. Yağlı nəcis ifrazı (Steoteroya) müşahidə edilir. Bu hal əsasən mədəaltı vəzin fermentativ pozğunluğu və ümumi öd axarının daşı zamanı rast gəlinir.
Yoğun bağırsaq mənşəli ishal zamanı isə günlük defekasiya sayı çox olur (gündə 4-10 dəfə ), lakin xaric olan nəcisin miqdarı az olur. Həmçinin nəcisdə bol selik, bəzən qan müşahidə edilir.
İshalın digər çox rast gəldiyimiz bir növü “hiperkinetik tipli ishaldır”. Bu cür ishal əsasən “Həssas bağırsaq sindromu” olan insanlarda rast gəlinir. Əsas səbəbi psixonevroloji pozğunluqdur. Xəstəliyin 3 əsas əlaməti var:
– qarında göbəkətrafı sancılar
– köp
– ishal.
Praktiki olaraq qeyd edim ki, uzun müddət davam edən ishal “ÇÖLYAK XƏSTƏLİYİ” əlaməti ola bilər! Xəstəliyin digər adı Qlüten enteropatiyasıdır. Qlüten bağırsağa zərərli təsir edən təbii maddədir. Əsasən buğda, arpa, çovdar və yulaf məhsullarında olur. İnsan bu dənli bitkilərin məhsullarından istifadə etdikdə qlüten nazik bağırsaqlara toksiki təsir edir və bağırsağın divarı zədələnir.
Xəstəliyin əsas əlaməti kəskin qarın ağrısı və ishaldır. Bəzən çəki azlığı və anemiya (qanazlığı) da müşahidə edilir.
Bu xəstəlik uşaqlarda daha çox rast gəlinir. Qlüten enteropatiyası xüsusən uşaq süddən kəsilib sıyıqlar, suxarı, çörək və s. bu kimi qidalarla qidalandırılmağa başladıqda yaranır!
Bir sözlə, əgər istənilən şəxsdə xroniki ishal yaranıbsa mütləq bunun səbəbi və mənşəyi araşdırılmalıdır.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.