Qarnım niyə böyüyür? 4 təhlükəli səbəb
Ağrı müxtəlif forma və davametmə müddətinə malikdir. Bu göstəricilərə əsasən qarın ağrısının səbəbləri aşağıdakı qruplara bölünür:
Qarın ağrısının səbəbləri
Qarın ağrısı bəzən qidalanma pozğunluğu və ya stresslə əlaqədar meydana çıxır. Digər hallarda isə ciddi xəstəliklərin əlaməti sayılır. Bunu ayırd etmək üçün ağrının xarakterinə fikir vermək lazımdır.
Qarın ağrısının səbəbləri hansılardır?
Ağrı müxtəlif forma və davametmə müddətinə malikdir. Bu göstəricilərə əsasən qarın ağrısının səbəbləri aşağıdakı qruplara bölünür:
- kəskin appendisit (ağrı sönmür, əksinə yayılır). Ağrının itməsi bağırsağın deşilməsindən xəbər verir. Belə vəziyyətlərdə təcili tibbi yardım gərəkdir;
- kəskin pankreatit (qarnın yuxarı hissəsində güclü ağrılar yaranır, bir sıra hallarda kürəyə yayılır). Həmçinin xəstələrdə ağızda quruluq, xoşagəlməz dad, qusma müşahidə edilir;
- kəskin qastrit. Qida qəbulundan sonra göbəkdən yuxarı hissədə ağırlıq və ağrı hissi formalaşır. Bu narahatlıq insanı gəyirməyə, hətta qusmağa vadar edir. Mədədə qastriti olan şəxslər mütləq qastroenteroloqun müayinəsindən keçməlidir.
Qarın ağrısının digər səbəbləri
- bağırsaq sancıları. Göbək ətrafında qəfil yaranır, tutmaşəkilli olur. Adətən halsızlıq və titrətmə ilə müşayiət olunur. Xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün yataq rejimi və xüsusi preparatlar təyin edilir. O cümlədən qidalanma rasionuna da fikir vermək lazımdır;
- böyrəyin iltihabı. Bel və qarın nahiyəsində ağrı əmələ gəlir, bədən temperaturu yüksəlir;
- böyrək daşının tərpənməsi. Bu tip ağrılar kəskin xarakterli olub, bel, qarın və aralıqda yaranır. Sidik ifrazı tezləşir. Belə hallarda isti vanna və spazmolitiklər köməyə gəlir. Əgər sidikdə qan aşkarlanarsa, təcili şəkildə həkimlə əlaqə saxlamaq lazımdır;
- mədə və onikibarmaq bağırsağın xəstəlikləri. Vaxtaşırı qarnın yuxarı hissəsində, göbək ətrafında ağrı yaranır. Yanaşı olaraq, xəstələr gəyirmə və qarında köpdən şikayətlənirlər.
Qarın ağrısının səbəbləri – növbəti 3 hal
- xora. Ağrının əsas xüsusiyyəti yeməkdən sonra itməsidir. Xəstələrdə mədə qıcqırması , ağızda turş dad, dilin üzərində ağ ərp olur. Bundan əlavə xoradan əziyyət çəkən insanlarda səhər saatlarında ürəkbulanma, qusma, qəbizlik və köpə rast gəlinir
- xolesistit. Sağ qabırğaaltında, qarında vaxtaşırı ağrılar müəyyən edilir. Ağrı kürəyə vurur. Xolesistitin digər əlamətlərinə iştahsızlıq, qəbizlik, qusma, ağızda quruluq, gəyirmə aiddir;
- stress. Qarnın aşağısında sızıltılı ağrı baş verir. İnsan həddindən artıq aktiv və ya əksinə, passiv olur. Stress halında kofein tərkibli məhsullardan (qəhvə, çay və s.) imtina edilməli, sakitləşdirici dərmanlar içilməlidir.
Qarın ağrısının səbəbləri və təcili yardım tələb edən hallar
Aşağıdakı hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır:
- qarında güclü ağrı səbəbindən bayılma, tənəffüs çatışmazlığı. Belə vəziyyətlər qaraciyər çatışmazlığı, kəskin pankreatit, daxili qanaxma fonunda yaranır;
- şiddətli ağrı səbəbindən indan tərpənə bilmədikdə;
- qarında ağrı dalbadal qusma törətdikdə və qusuntu kütlələrində qan aşkarlandıqda;
- kəskin ağrı ilə yanaşı nəcis ifrazının mümkünsüzlüyü. Bu hal həzm traktının keçməməzliyinə işarədir;
- düz bağırsaqdan qan axdıqda.
Qarın ağrısının səbəbləri və müalicəsi
Yuxarıda izah etdiyimiz kimi qarın ağrısının səbəbləri müxtəlifdir. Bununla əlaqədar müalicə qastroenteroloq,ümumi cərrah, nefroloq kimi mütəxəsislər tərəfindən aparılır. Patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq, konservativ (dərman) müalicə və ya cərrahi əməliyyat həyata keçirilir.
Qarın ağrısının səbəbləri və profilaktikası
- özünüzü stressdən qoruyun. Fitnes, yoqa, üzgüçülüklə məşğul olun. Bu üsullar insana daxili rahatlıq bəxş edir;
- müntəzəm şəkildə fiziki hərəkətlər edin. Aktiv həyat tərzi qəbizliyin qarşısını alır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin idman bağırsağın təmizlənməsinə səbəb olur, mədənin normal fəaliyyətini təmin edir;
- qida rasionunuza nəzarət edin. Yağlı, qızardılmış, hisə verilmiş məhsulların qəbulunu məhdudlaşdırın;
- artıq çəkidən qurtulun. Alimlərin fikrincə piy qatı mədəyə təzyiq göstərir, nəticədə mədə şirəsi qida borusuna qayıdır. Bu isə mədə yanması , qıcqırma törədir;
- gün ərzində ən azı 2 litr su qəbul edin. Bağırsağın mütəmadi şəkildə boşalması, qidanın mənimsənilməsi üçün xeyli maye tələb olunur. Əks halda babasil, xroniki qəbizlik halları qaçılmazdır;
- əmək və istirahət rejiminizi normaya salın. Çünki yuxusuzluq, daimi gərginlik ciddi fəsadlara gətirib çıxara bilər.
Xülasə
Məqalədə Sizi qarın ağrısının səbəbləri ilə ətraflı tanış etdik. Əlbəttə ki, hər hansı bir xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Sadaladığımız 6 qaydaya əməl edin və sağlamlığınızın qayğısına qalın.
Qarnım niyə böyüyür? 4 təhlükəli səbəb
Qarnın böyüməsi ciddi xəstəliklərin simptomu ola bilər.
Bu səbəbdən əgər siz özünüzdə bu simptomu müşahidə edirsinizsə, diqqətli olun, həkimə müraciət edin və lazım olduqda müayinələrdən keçin.
Saglamolun.az xəbər verir ki, qarnın böyüməsi müxtəlif pozulmalar nəticəsində inkişaf edir. Bu pozulmalar arasında:
– Abdominal piylənmə (piylərin qarın boşluğunda yığılması). İnsanın orqanizmində müəyyən miqdarda piy olmaldır. Bu normal fizioloji haldır. Lakin orqanizmdə piylərin normadan artıq yığılması təhlükəlidir. Artıq piy qarın boşluğunda yığılmağa başlayır ki, nəticədə insanın qarnı böyüyür. Buna visseral piy deyilir.
Visseral piy orqanların (mədənin, qara ciyərin, böyrəklərin, bağırsaqların) ətrafında yığılır və onların qan dövranını pozur. Piyin burada yığılması ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini artırır.
Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi bel çevrəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən, bel çevrəsi kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması abdominal piylənmənin inkişafına işarə edir.
– Assit (qarın boşluğunda mayenin yığılması). Normada qarın boşluğunda cüzi miqdarda maye olur. Bu maye bağırsaqların daha rahat sürüşməsinə kömək edir və bitişmələrin əmələ gəlməsinə mane olur. Lakin bəzi ağır xəstəliklər zamanı (qara ciyər sirrozu, qara ciyər xərçəngi, bəzi ürək xəstəlikləri, şiş xəstəlikləri və s.) maye burada çoxlu miqdarda yığılır və nəticədə qarın böyüyür. Bu çox təhlükəli simptomdur.
– Qarın boşluğu şişləri qarnın böyüməsinə səbəb ola bilər.
– Qadınlarda bəzi ginekoloji xəstəliklər zamanı (mioma, yumurtalıqların kistaları, yumurtalıqların xərçəngi) qarın xeyli böyüyə bilər.
Saglamolun.Az
Qarın ağrısı
Qarın ağrısı – qastroenteroloji, cərrahi, ginekoloji, uroloji, proktoloji və infeksion xəstəliklərin tipik əlamətidir. Həmçinin yayılmış qarın ağrısı onurğa və döş qəfəsi orqanlarının xəstəlikləri ilə əlaqədar ola bilər. Ağrının differensial diaqnostikası üçün laborator, rentgenoloji, ultrasəs, endoskopik və az invaziv cərrahi üsullardan istifadə edilir. Müalicə ağrını törədən səbəb nəzərə alınmaqla aparılır: bir sıra hallarda konservativ, medikamentoz, digərlərində isə cərrahi müdaxilə (planlı və yaxud təcili) göstərişdir.
Qarın ağrısı haqqında ümumi məlumat
Qarın ağrısı – əksər xəstəliklərin «çoxsimalı» müşayiətçisidir. Bu əlamət həm kəskin, o cümlədən təcili cərrahi yardım tələb edən təxirəsalınmaz vəziyyətlər, həm də lənggedişli xroniki xəstəliklər üçün xarakterikdir. Qarın ağrısı qida zəhərlənməsindən tutmuş, qarındaxili qanaxma və peritonit kimi həyat üçün təhlükəli vəziyyətlərdən xəbər verə bilər. Bu səbəbdən ona laqeyd yanaşmaq olmaz.
Qarın ağrısının növləri
Qarın ağrısı lokalizasiyasına, intensivlik və xarakterinə görə fərqlənir. Ağrı lokal (epiqastral nahiyə, göbək, qarnın aşağı hissəsi, qabırğaaltı və qalça nahiyəsi) və bütün qarına yayılmış ola bilər. Bəzən ağrı kəmərləyici xarakter daşıyaraq, eyni zamanda qarın və bel hissəni əhatə edir.
İntensivliyinə görə abdominal (qarın) ağrılar zəif, mülayim və ifadəli olur. Güclü ağrılar dözülməz olub, xəstəni məcburi vəziyyət almağa vadar edir. İlkin diaqnostika aparan klinisist üçün qarında ağrının yaranma vaxtı və şərti (acqarnına, yemək vaxtı və yaxud ondan sonra, gecə saatlarında baş verməsi) mühüm əhəmiyyət kəsb edir.
Xarakterinə görə qarın ağrısı kəskin, küt, sızıltılı, dartılan, tutmaşəkilli, kəsici, deşici, yandırıcı formalara bölünür.
Qarın ağrısının səbəbləri
Ağrını törədən bütün səbəblər şərti olaraq, bir neçə qrupda cəmləşdirilmişdir. Bu amillər istənilən yaş dövrü və hər 2 cinsin nümayəndələri üçün səciyyəvidir:
- qastroenteroloji patologiyalar: qastrit, xolesistit, öd daşı xəstəliyi, pankreatit;
- yoğun bağırsağın xəstəlikləri: kolit, qıcıqlanmış bağırsaq sindromu, divertikulit;
- kəskin cərrahi vəziyyətlər: appendisit, peritonit, bağırsaq keçməməzliyi;
- infeksion xəstəliklər: helmintozlar, virus hepatitləri, dizenteriya, rotavirus infeksiyası;
- uroloji xəstəliklər: sistit, sidik daşı xəstəliyi;
- digər patologiyalar: kökcük sindromu, ürəyin işemik xəstəliyi, alt paycığın pnevmoniyası.
Qarın ağrısı kişi və qadınlarda müxtəlif səbəblərdən baş verə bilər. Gender fərqi ilk növbədə daxili cinsiyyət orqanlarının zədələnməsi ilə bağlıdır. Belə ki, qadınlarda qarnın aşağı hissəsindəki ağrılar cinsiyyət sisteminin iltihabi xəstəlikləri (adneksit, endometrit), şiş patologiyaları (yumurtalığın kistası), kəskin qarın sindromu (uşaqlıqdan kənar hamiləlik, yumurtalığın burulması) üçün xarakterikdir. Kişilərdə isə qarın ağrısı vezikulit və qasıq yırtığının əlaməti kimi formalaşa bilər.
Qarın ağrısının diaqnostikası
Qarında ağrı heç bir xəstəliyin yeganə əlaməti olmur. Adətən bu narahatlıq digər klinik təzahürlərlə müşayiət olunur. Yanaşı simptomlar differensial-diaqnostik əhəmiyyətə malikdir. Abdominal ağrı əksər hallarda qıcqırma, gəyirmə, iştahsızlıq, qarında köp, ishal və yaxud qəbizliklə müştərək formada rast gəlinir. Qızdırma, qusma (xüsusən qan qarışıqlı), bayılmaönü hal həyəcan siqnalı sayılır.
Buna baxmayaraq, yalnız klinik əlamətlərə əsasən ağrının səbəbini müəyyənləşdirmək mümkün deyil. Bütün hallarda əlavə müayinələrə ehtiyac yaranır:
- fiziki: qarnın palpasiyası, küylərin auskultasiyası, perkussiya;
- laborator: qan və sidiyin ümumi analizi, biokimyəvi göstəricilərin (qaraciyər sinaqları, mədəaltı vəzinin fermentləri, kəskin faza zülalları);
- instrumental: qarın boşluğu və sidik-cinsiyyət sisteminin USM, qastroskopiya, rentgenoqrafiya və s.;
- invaziv: diaqnostik laparoskopiya, laparosentez.
Qarın ağrısına qarşı nə etməli?
Ağrı qəfildən yarandıqda, intensivliyi yüksək olduqda və xəstənin vəziyyətini pisləşdirdikdə təcili yardım çağırmaq lazımdır. İlkin yardım qismində:
- xəstəni uzandırmaq;
- qarnına soyuq kompress qoymaq;
- həkimin təyin etdiyi dərman varsa, onu içirtmək lazımdır.
Aşağıdakıları isə etmək qadağandır:
- həkim məsləhəti olmadan dərman vermək;
- qarına istiqac qoymaq;
- yemək yemək;
- imalə və işlədicilərdən istifadə etmək.
Comments are closed, but trackbacks and pingbacks are open.