Qarğınsız
23 апр 2015
Jurnal 2017 01qxp jurnal qxd
Aşağı Mülkülüdәki toponimlәri dә, mәqamıdı, burada sadalayıram:
Xunam, Xasadar, Gәdә qobu, Gen qobu, Boz tәpә, Qara quzey, Xanağanın
yataq yeri, Şәmşilinin yataq yeri, Kalvayı Kәrimlinin yataq yeri, Şәriflinin
yataq yeri, Qınıların yataq yeri, Alınçalı, Kalvayı Əsgәrin dәyirman yeri,
Kәrәmin dәyirman yeri, Tat ölәn, Acı vә ya Bağırsaq, Ağdaş, Pul tәpә vә ya
Pullu tәpә, Sәrhәd cığırı, Hacı Şirin düzü, Qışlaq, Kür yaxası, Alagöllәr
(Əlöyüllәr), Torpaqqala, Qara börk, Sümüklü dәrә, Saqqızdı dәrә, Xuman
yolu, Əloyül, Ərtellәr (Artellәr), Kişmişdi tәpә, Sarının yoxuşu, Xәznәlik,
Alümbәt tәpәsi, Babaş tәpәsi.
Qәşәmin tapdığı “Koroğlu”
Qayıdaq mәtlәb üstünә ki, Mülkülüdәki bu hündür dağa niyә elәcә
“Koroğlu” deyirlәr? Bunun açmasını 17-18 il bundan irәli çözmәyi bacaran
bizim Qәşәm Bәhruzәrә hәmişә alxışçıyam. Bir dәfә Xaçın ağzı vә
Qızılqayanın yanı sәmtdәn baxanda Qәşәm dedi ki, bir baxın, indicә tapdım
niyә ona “Koroğlu” deyirlәr. Sonra da әlini uzadıb onu göstәrdi vә
barmaqları ilә dә arxası üstә dirsәklәnib uzanan bahadırın sifәt cizgilәrini
çәkdi ki, odu bax Koroğlu babamızın sinәsi, çәnәsi, dodağı, burnu, eşmә
bığları, gözü, alnı, alın qırışları, qәdim türklәrdә olan sayaq kәkilli hörüklәri,
sifәtinin almacıq sümüyü.
Heyrәtimdәn quruyub qaldım: doğrudan da әsl Koroğlumuz-qoç
Koroğlumuz, azman igidimiz, әrәnimiz, qos-qoca pәhlәvanımızın özüdü-
dirsәklәnib ana torpağın keşiyini çәkir. Tanrı, böyük Yaradan qayanı sanki öz
әli ilә yonub-yonqalayıb nәr Koroğluya döndәrib.
Hәyatda mәnә elә gәlir, heç nә tәsadüfi olmur. Sәhnәdә vә kinoda mәnәvi
atamız Koroğlunun obrazını yaratmaq istәyәndә, ya rәssam onun portretini
işlәyәndә qәhrәmanın ruhu gәlir o rejissorun, o rәssamın qәlbinә hakim
kәsilib surәti gözünә görünür vә obraz kimi, portret kimi yaradır onu
yaradıcı. Böyük Üzeyir bәyin “Koroğlu” operası tamaşaya qoyulanda da
belә oldu: ölmәz Bülbülü elә qrimlәdilәr ki, sanki bizim Mülkülüdәki
Ôîëêëîð âÿ Åòíîãðàôèéà
2017 ¹ 01
“Koroğlu”muzun Qәşәm tapdığı profil dә, elә bil, onun eynidir. Bunu qoyum
ona gedim, bu tapdığımız (әslindә heç nә tapmamışdıq, elәcә oğlumun
bәsirәt gözü açılıb, damarlarındakı qanın diqtәsi ilә alt şüurumu,
tәhtәlşüurumu, genetik kodla ötürülmüş daşlaşmış yaddaşmı oyanıb abidә
dağımızı-“Koroğlu”nu ona olduğu kimi göstәrmişdi) Koroğlu görünüşünü
yeddi arxa dönәni burada yaşayan, özü dә bu torpaqdan әmәlә gәlәn yerli
sakinlәrә, ziyalılarımıza, araşdırmaçılara göstәrmişdim (hәm yerindә natura-
da, hәm dә “Qarğınsız” vә “Keçmiş gәlәcәk” kitablarımda dәrc olunan foto-
larda), onlar әlini birini bәrkdәn o birinә vuraraq: “Bay sәnin, elә bil ki,
pәhlәvandı”,- deyib mat qalmışdılar vә etiraf edirdilәr ki, bәlkә “Koroğlu”ya
min dәfә baxıblar, ancaq o görünüşü heç vәdә görmәyiblәr. Heç keçәnlәrdәn,
ata-babalarından da bu haqda bir şey eşitmәyiblәr.
Qutsal nümunә
Qәhrәmanlıq simvolu olan “Koroğlu”muzun çox böyük ruhi enerjisi var.
Tanrının yaratdığı bu möcüzәli mәkanın halәsi qeyri-adidir. Minilliklәrdәn
bәri onun başında Novruz tonqalları qalanır. Bizim yerin insanları
“Koroğlu”ya әn qutsal abidә kimi yanaşıb ona tapınırlar. Adamlarımız dilәk
dilәyir, muradına yetәndәn sonra fәsәli bişirib, şiriniyyat gәtirib “Koroğ –
lu”nu ziyarәtә gәlәr, ya әhdinә çatıb sevinәndәn sonra bu möcüzә dağ-
abidәdә tonqallar çatarlar. Atamın yaranışı, bir neçә il öncә anam Sәmayәnin
ulu nәnә kimi pak dilәyinә yetmәsini elә biz özümüz, öz nәsilimiz-
kökümüzdә canlı olaraq sınamışıq .
Babam Qәşәm mәşәdi Rüstәmlә nәnәm Xanxanım Murğuzu Tanrı çox
sınağa çәkir. Neçә il dalbadal yaranan körpәlәrdәn heç biri әllәrindә-
Ôîëêëîðå àíä Åòùíîgðàïùé
2017 ¹ 01
ovuclarında qalmırmış. Axır-axırda Yasovulluda әslәn Ərdәbil Ocağının
övladlarından olan Sәlmi ciji Xanxanımı da, tәzә doğulmuş körpәni dә
götürüb qalxır “Koroğlu”ya. Çağanı qoyur qayanın üstünә, sonra da
gәtirdiklәri qatdamanı, fәsәlini, pul nәzirini “verirlәr” qayaya. Hündürdәn üç
dәfә tәkrarlayırlar ki, bax ay qaya, pul-paranı verdik-uşağı aldıq. Adını qoy-
duq Qayadan Verib Aldığımız-Qayvalı.
Allah gözünüzә işıq versin, 1929-cı ildә olan o әhvalatdan sonra atam
Qayvalı Qәşәmlә yanaşı babamın daha üç övladı da dünyaya gәlir, Tanrı
sizinkilәri dә pәnahında saxlasın, indi, törәmәlәri, maşallah, bir obadı.
Uşaqkәn o әhvalatı bildiyimә görә maraqlanıb qalxmışam, başına dönә-
dönә dolanmışam “Koroğlu”nun .
Unikal abidә
“Koroğlu”muz uzaqdan sal bir qaya kimi görünür. Əslindә “Koroğlu”
başdan-başa tarixi abidәdir. Qaya-dağ aşağıdan mәrtәbә-mәrtәbә hörülәrәk
böyük istehkamlar sisteminә çevrilib vә yenilmәz qala formasına salınıb.
Qalanın elә yeri var , relyefә görә divarın qalınlığı 3-5 metrdir. Aqıl babalar
elә ustalıqla yaradıblar ki, onların әllәrinin yadigarlarına baxanda günü bu
gün dә heyrәtlәnmәyә bilmirsәn. Unikal arxitekturaya malik bu “Koroğlu”ya
baxanda adamın inanmağı gәlmir ki, bu insan әli ilә әrsәyә yetibdi. Doğru –
dur “Koroğlu” öz başındakı qala vә Koroğlu evi deyilәn (әslindә yerlilәrin
bәzәn otaq adlandırdığı o tikili tapınaq yeridir,öz quruluşuna görә mәbәdә
daha çox oxşayır) tikili olmaqla iki abidә şәklindә tarixi abidә kimi dövlәt
qeydiyyatına alınıb. Hәqiqәtdә isә “Koroğlu” özü başdan-başa misilsiz bir
maddi-mәdәniyyәt nümunәsi, ulu babaların indiki nәslә göndәrdiyi ölmәz-
itmәz ismarıncdır. Orada, arxefaktlar, qala divarları, bürclәr, pillәkәnlәr, daş
mağaralar, yeraltı yollar, dәrin-dәrin quyular, istehkamlar, qalaçalar, qüllәlәr,
qayadan çapılmış gözәtçi sığnaqları, daş hovuzlar vә quyular, sәnәtkar
mәhәllәlәri, mәdәni tәbәqә, saxsı vә keramika nümunәlәri, gil möhürlәr, od
vә tüstü ilә xәbәrlәşmәyә xidmәt edәn qüllәlәr. bir sözlә, dünya binnәt
olandan özündә müxtәlif mәdәniyyәtlәri birlәşdirәn elmi faktlar saysız-
hesabsızdır. Tarixin әbәdi izlәrini yaşadan vә elmi yanaşmalarla heç vaxt
öyrәnilmәyәn bu misilsiz abidәmiz öz yandımcan tәdqiqatçısını gözlәyir.
1967-cı il idi. Yay tәtilindә Mülkülüdә dәdә-baba mülkümüzdә idik.
Xәbәr tutduq ki, alimlәr gәlib Dәryәn dağından durbinlә “Koroğlu”nu
“öyrәnir”. Babam onları çağırtdırdı, uşaq vaxtı başına gәlәni danışdı:-Ay
bala-oğul, әvvәla bu “Koroğlu” elә-belә dağ döyül. Bura müqәddәs bir Ocaq
vә adamları muradına çatdıran bir yerdi. Uşaq vaxtı “Koroğlu”nun sinәsindә
Ôîëêëîð âÿ Åòíîãðàôèéà
2017 ¹ 01
mal otaranda bax onun o Ağdağ sәmtindә iri bir daş vardı, ona әlimdәki
ağacla vuranda elә bil, altı çox böyük bir boşluqmuş, mağaraymış kimi әks-
sәda verir, bir müddәt sonra boğuq sәs gәlirdi. Mәslәhәtdi ki, gedib bir ora
baxasınız. “Alimlәr” fikir vermәdilәr, daha şәr qarışdığına görә maşınla –
rına minib getdilәr.
Yeraltı yollar
“Koroğlu”nun Mülkülü sәmt qabağından baxanda yerlilәrin “mağaza”
dediyi bir mağara var vә bu mağaranın dibi görünmür. Adamlar orada bir
müddәt irәli gedәndәn sonra üşәrgәlәnir, hәm daş uçqunu, hәm nәmişlikdәn
vә hәm dә vahimә basdığından irәlilәyә bilmir. Zaman-zaman ora girәn
çәpiş, toğlu gedir vә bir dә geri qayıtmır. Adamlarımız inanır ki, bu,
“Koroğlu”nun, vaxtilә dağ döşündә mövcud olmuş iri yaşayış yeri vә
şәhәrin, indi ondan nişanә qalan şәhәrgahın, qayanın başındakı qalanın gizli
yollarından biridir. Köhnә kişilәr hәm dә deyirmişlәr ki, qayanın altında yol
haçalanır, biri günbatana (babam deyәn), biri isә Kürә doğru istiqamәtlәnir.
Doğrudan da elin-elatın sığınıb istilaçılarla mübarizә apardığı “Koroğ –
lu”dakı qala, iç qala, sarp qaya daşlarından çapılaraq düzәldilmiş sәdd vә
baryer-istehkamların müdafiәçilәri üçün belә yeraltı yolların olması hәyatı
әhәmiyyәtә malik idi. Bәllidir ki, qalaların yeraltı yolları üç mәqsәd daşıyır –
dı: mühasirә zamanı su tәchizatı, silah-sursat vә azuqә çatdırılmasında;
fiәçilәrә әlavә kömәk yetişdirmәkdә; qala Allah elәmәmiş, süqut
edәrsә gecә ikәn onu tәrk etmәk üçün (әtraflı bax www.youtube/behruzerle
Ôîëêëîðå àíä Åòùíîgðàïùé
2017 ¹ 01
kecmisgelecek №-1 Koroğlu).
Hüsnü cәlalә, sfinks vә boz qurd
Vüqar-әzәmәt simvolu olan “Koroğlu”muz dörd bir yandan baxanda
tamam ayrı-ayrı profil vә görkәmlәrdә boy verir. Dedik ki, Mülkülüdәki
Qızılqaya sәmtindәn o, qoç Koroğlunun qayada çapılmış heykәlidir. Tovuz
şәhәrindәn çıxıb üzü Öysüzlü, Mülkülü vә Əlibәyliyә tәrәf irәlilәyәndә isә
“Koroğlu”nun adamı mat-mәәttәl qoyan görünüşü açılır: torpağın әbәdi
qoruyucusu olan şir sfinksi! Pәncәlәri üstә qısılıb daşlaşmış-heykәllәşmiş
şir! 30 ildәn yuxarıdır, bunu insanlara göstәrirәm; tәәccüblәnirlәr ki, yalan
olmasın, min-on min dәfә yanından keçmişik, ya ona biz dә baxmışıq, bә
niyә görmәmişik?! Ariflәr isә qayıdıb söylәyir ki, Vәtәnin daşı-qayasına da
әmәlli-başlı baxmaq lazımdı, başımızı yerdәn qaldırıb bir ucaları da ürәklә
seyr edib gәrәk hәr şeydә mәna axtarasan.
Mülkülüyә çatmamış Yuxarı Öysüzlü dә Çürük dәrә qıyısından baxanda
isә “Koroğlu”nun qayasının yarıqlarında Allah TәbәrrüküTәalanın mübarәk
adının әrәb hürufatı ilә yazıldığını-başqa sözlә “hüsnü cәlalәni” görmәk olar.
Hәmin o yazının hәkk olunduğu sütun qayaların sinәsindә dә çoxlu sirli-
sehirli yazılar vә işarәlәr! Oxuyub dәrk edib yayanlara alqışlar olsun!
Əlibәylidә “Dağdağanın dibi”ndәn baxanda “Koroğlu”nun görünüşü
ağzını göyә tutub ulayan boz qurdu andırır.
Tarixin hekayәti vә xalqın hikmәti
Bәnzәrsiz “Koroğlu”muz Tanrının yonduğu qayalarıynan, taxçalarınnan,
tәbii-corğafı şәraitinnәn, daha sonra babalarımızın, insan oğlunun yaratdığı
bürclәr, qalalar vә istehkamlarla çox qeyri-adi vә unikaldır. Burada bir bala-
ca lazımi hazırlığı olsa bir uşaq belә bu qala-tapınaqda bir qoşunun qabağını
saxlayasıdı. Elә bu hündürlükdәn, mәtәrislәndiyi o qayaların dalından
düşmәnin üstünә daş hellәtsә, qatran töksә, od-alov yağdırsa mәnәm deyәn
qoşunlar pәrәn-pәrәn olasıdı.
Buradakı silinmәz izlәr, ölmәz-itmәz yadigarlar göstәrir ki, bu, elә belәcә
dә olub. Zaman-zaman bu hәndәvәrlәrdәn qırılmış qılınc, nizә parçaları,
indiki insan sümüklәrindәn az qala üç-dörd dәfә iri olan kәllә, sklet, çoxlu
döyüş lәvazimatlarının qalıqları, qalanın içindәn vә “Koroğlu”nun
döşündәki şәhәrgahdan türkdilli alban tayfalarına aid svastika, günәş, ay vә
müxtәlif sәma cisimlәrini özündә әks etdirәn gil möhürlәr, üstündә hәndәsi
vә nәbati fiqurları, onlardan da daha çox ağacın yarpaq ayası hәkk edilmiş
sinә daşları tapılıbdı. Bәzәn hәvәskarların, çox vaxt da qızılaxtaranların vә
qara arxeoloqların apardıqları qazıntılar zamanı çoxlu maddi-mәdәniyyәt
nümunәlәri üzә çıxıb. Maraqlıdır ki, buradakı çox qәdim qәbirstanlıqdan
Ôîëêëîð âÿ Åòíîãðàôèéà
2017 ¹ 01
sinә vә baş daşı qoyularaq tam şәkildә hazırlanmış qәbir kameralarının
bәzisindә heç bir skletә rast gәlinmәmişdir. Bәzisindә isә İslama qәdәrki
dәfn adәtlәrinә aid vә tarixi çox qәdim olan küp qәbir mәdәniyyәti nümunә –
lәri ilә qarşılaşmışlar.
. Adamın burada sinәsi qabarır, duyğulanır. Şükranlıqla ürәkdәn
deyirsәn:-Allah sizә rәhmәt elәsin torpaq qoyub-yadigar qoyub gedәnlәr!
Bizә necә gözәl torpaqlar, necә gözәl yurdlar әmanәt qoyubsunuz! Bizimsә
borcumuz bu әmanәtlәri necә var elәcә saxlamaq, ayağımızı yerә bәrk
dirәyib babalarımızdan әmanәt qalan yadigarları qoruyub saxlamaqdır. Onda
onların ruhu da bizim alxışçımız olar vә bizi yaşadar- biz dә, nәsillәrimiz dә
çörәk taparıq, hәyat taparıq-yaşayarıq. Qoy onların daim başımız üstündә
olan alxışçı ruhları-“Koroğlu” kimi yadigarlarını vaxtaşırı ziyarәt etdiyimiz
ruhlar daim bizlәrә, övladlarımıza, Vәtәnimizә vә millәtimizә yar olsun!
. “Koroğlu”nun gizlinlәri demәklә başa gәlәn deyil. Mülkülü Qızılqa –
yasının qabağından “Koroğlu”ya baxanda azman, әsl Koroğludu ki durub:
arxası üstә dirsәklәnib Vәtәn keşikçisidir. Bundan da etibarlı keşikçi ola
bilmәz. “Koroğlu”muz nәr kimi, qoç kimi Vәtәn keşiyindә dayanır. Bu tor-
paq müqәddәs vә qeyri-adi torpaqdır! Möcüzә torpağımızın “Koroğlu”su
qoy hәyat neçә ki var, o da var olsun! Ondan da sәdaqәtli vә sadiq Vәtәnә,
tor pağa, millәtә ikinci bir övlad ola bilmәz! Qoy var olsun “Koroğlu”muz.
Yaşa, Koroğlum, Yaşa! Yaşa, qoç Koroğlu, yaşa! Yaşa-yaşa bizi dә yaşat,
millәti dә yaşat! Sәnin ruhun, elә bir enerjin var ki, mәdәni-ruhi cәhәtdәn da –
şıdığın mәna min illәr indәn sonra da bu millәti dimdik ayaqda saxlayasıdır.
Dәyәrli oxucu, gәrәk bağışlayasan ki, “Koroğlu”ya müraciәtlә mәn özü –
mü saxlayammayıb daha çox alqışlarımı söylәdim. Axı, “Koroğlu”nun mә –
nә vi-ruhi qavrayışı elәdir ki, bu, elә-belә dә olmalıdır! Eyni zamanda bu
dağ lar vә babalarımızın yaratdığı möhtәşәm qalalar (“türmә” yox ha, hәyat –
da әbәdi var olub qalmaq mәnasını verәn qala!) tәkcә müdafiә istehkamı rol-
unu oynamayıb, o, hәm dә keçmişdәn bu günә gәlib çatan maddi-mәdә niy –
yәt nümunәlәri, babaların, ötәnlәrimizin-әrәnlәrimizin bizlәrә isma rıcıdır.
Legend in Oghuz Land’s Nature
The presented article is about toponyms related with our hero “Koroghlu”
and its traces in one of the legendary land of Azerbaijan – Tovuz and its vil-
lages. The author gives several examples and explains their meanings and
ethymology. He emphasizes that these mountains and towers are not only
defence fortification, but also inheritance of our ancestors.
Ôîëêëîðå àíä Åòùíîgðàïùé
2017 ¹ 01
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Qarğınsız
23 апр 2015
В группе 11 участников
TOVUZUN ŞEIR-SƏNƏT DÜNYASI Keçən yüzilliyin birinci yarısında əsası qoyulmuş H.Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin özünəməxsus tarixi və inkişaf yolu vardır. Vaqif Paşayevin “Xunan Şəmşəddil Tovuz” (Bakı-1997. səh.153) kitabında oxuyuruq: “Dünya ədəbiyyatında layiqli yer tutan Azərbaycan poeziyası bu gün də öz milli və bəşəri dəyərləri ilə oxucuların hüsn-rəğbətini qazanmaqdadır. Bu böyük ədəbiyyatın inkişafında Tovuzun özünəməxsus yeri vardır. Ədəbiyyat aləmində tarixləşən H. Bozalqanlı, Xəyyat Mirzə, Əlimərdanlı Nəcəf, Şair Vəli, Öysüzlü Səməd, Aşıq Əsəsd və Aşıq Mirzənin, onlardan sonra gələn, təcnisi Füzuli qəzəlləri səviyyəsinə qaldıran İsmayıl Sadıxlının, duzlu qoşma və gəraylıları dillər əzbəri olan Həsən Mülkülünün, Bayramlı Zükurun, bütün Türk dünyasında Dədə Qorqud timsallı Mikayıl Azaflının, şerləri klassiklərlə yanaşı orta məktəblərdə tədris olunan, hər birinin özünə məxsus ədəbi dəsti-xətti olub resbpubilkanın hüdudlarını aşan Məstan Əliyevin (Məstan Günərin), Məmməd İsmayilin, Məmməd Namazın, yaradıcılığı ellərin qəlbinə hopub xalq hikmətinə çevrilən Səlim Həsənovun, Rasim Kərimlinin, Qovlarlı Rəsulun, Bakıda yaşayan və bir neçə kitabları çap olunan Şəmşəd Rzanın, Məzahir Fitrətin, Zirəddin Qafarlının, adlarını iftixarla çəkə bilərik. Ustadlarının estafetini ləyaqətlə irəli aparan, rayonda yaşamalarına baxmayaraq kitabları ilə pərəstişkarlarını sevindirən Müzəffər Sarıoğlu, Vəli Əhməd, İdris Həbib oğlu, şer toplularında,qəzet və jurnallarda çap olunan İbrahim Rüstəm, Alay Səmədov, Əli Paşayev, Hüseyn Quliyev, Nürəddin Hüseynoğlu, Əbülfət İslam, Bəsti Əlibəyli, Yaqut Ələkbərova,Vaqif Bahaduroğlu, Səfər Tovuzlu, Məmiş Arzulu, Kazım Ələkbərov, Cəbrayıl Bayramov və başqalıarının şeirləri oxucuların səmimi rəğbətini qazanmışdır. Aşıq şarlərimiz: mərhum Əkbər Cəfərov, İmran Həsənov, İdris Alakollu, Cavan Səməd, Xalıqverdi Bozalqanlı və başqaları müasirliyin nəfəsi duyulan şerləri ilə sələflərinin yolunun müvəffəqiyyətlə davam etdirmiş və etdirirlər. Onu da qeyd etmək istəyirəm ki, Bozalqanlı Hüseyndən üzü bu yana 90 il ömür sürmüş Həsən Mülkülü də olmaq şərtilə yuxarıda adlarınını çəkdiyim şairlərin əksəriyyəti müxtəlif zamanlarda H. Bozalqanlı adına “Varislər” Ədəbi Birliyində iştirak etmiş, püxtələşib pərvazlanmış və sənət aləminə vəsiqə almışlar. Bir neçə kəlmə həmin birliyin yaranma tarixindən danışmaq istəyirəm. Tovuz şeir həvəskarlarının böyük qayğıkeşi, Mehman təxəllüsü ilə özü də gözəl şerlər yazan, uzun müddət “Həqiqət” qəzetinin redaktoru işləmiş Musa Musayev həmin tarixi mənə belə diktə etmişdir: 1939-cu ildə H. Bozalqanlı, Aşıq Nəcəf Aşıq Əsəd və Aşıq Mİrzə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunurlar. İttifaqın tapşırığı ilə müasirlərinin “əli qılınclı” şair adlandırdığı H. Bozalqanlı rayona qayıdan kimi “Qızıl Tovuz” qəzetinin redaksiyasına gəldi mənə təklif etdi ki, tanıdığım şeir yazanların siyahısını tərtib edim. Belə də etdik. Məclisə H. Bozalqanlı, şair Nəcəf, Mülkülü Həsən və başqa həvəskarlarla yanaşı çalıb-oxuyan aşıqlardan Mirzə Bayramov, Əsəd Rzayev, Yusif Yusifov, Məhəmməd Rzayev də gəlirdilər. Müharibə illərində məclisin fəaliyyəti dayandı. 1946-cı ildə “Sosializm kəndi” adlanan qəzetimizdə elan verdik. Lakin hələlik məclisimizə müntəzəm gələn yox idi. Bu, müharibənin vurduğu zərbənin nəticəsi idi. 1957-ci ildən bəri qızğın mübahisələrlə keşən məclislərin canlı şahidiyəm. O vaxtdan yuxarıda adlarını çəkdiyim şair və aşıqlar məclisə gəlir, bəyənilən şeirlər qəzet səhifələrinə çıxarılırdı. 1962-66-cı illərdə inzibati ərazi dəyişikliyinə görə Şamxor, Tovuz və Qazax rayonlarında əhatə edən “Qalibiyyət bayrağı” qəzeti Ağstafa şəhərində çap olunurdu. Həmin illərdə Şamxordan Səyavuş Sərxanlı, Tovuzdan Həsən Mülkülü, Məmməd İsmayıl, Telmam Tovuzlu, Bünyad Musayev, İbrahim Rüstəm Qazaxdan, Qara Qafqazlı, Müzəffər Şükür və başqaları Ələddin İncəlinin rəhbərlik etdiyi dərnəkdə fəal iştirak edirdi. 1966-cı ildən rayonumuzda “Həqiqət” qəzeti nəşrə başladı və biz də öz ocağımızın başına topladıq. 1970-ci ilə qədər dərnəyimizə Musa müəllim və İbrahim Əsrikli rəhbərlik edirdi. Sonra təvazökarlıqdan uzaq olsa da rəhbərliyi mənə etibar etdiklərinə görə qarşınızda hesabat xarakterli çıxışı lazım bildim. Yetmişinci illərdən sonra yeni güclü ədəbi qüvvələr Süleyman Osmanoğlu (Qazaxlı, Tovuzda müəllim işləyirdi) Dilqəm Hüseynov, Vaqif Nəsib, Məhərrəm Qasımlı, Süleyman Hüseynov, Ənvər Abbasov,Ənvər Cahan, Lətif Qasımov, Vaqif Qədirzadə, Kamran Eyyublu, Ramiz Çıraqlı, Məmiş Arzulu, Akif, Namiq Əhmədov qardaşları, Bəsti Əlibəyli, Vaqif Bahaduroğlu, Murad Köhnəqala, Teyyub Məhərrəmov, Qəşəm Cahan, Məhəbbət Əhmədov və başqaları gəldilər ki, onların arasından da şairliklə yanaşı filologiya elmləri namizədləri Məhərrəm Qasımlı, Namiq Əhmədov, Mikayıl İlhamlı kimi gənc ziyalı elm adamları yetişdi, Səksəninci illərdən qəzetə redaktorluq eden Bəhruzər Rüstəmov öz sələfinin xeyirxahlığını daha da genişləndirərək “ədəbiyyat səhifələri” ilə yanaşı “Oğuz yurdunun folklor inciləri”, “Ağrılı misralar” və s. bu kimi rubrikalar açdı. Burada Məftun Əziz,”Şair Fətəli”, “Səlim Sinədəftər” İdris Alakollu, Bimar İsgəndər, şair Rəsul Öysuzlü Səməd va Mehbalıyev qardaşları (Suzan və Ahəngarım təxəllüslü) haqqında məlumat və şerlərindən nümunələr dərc etməyə başladı. 1992-ci il həmyerlimiz filologiya elmləri namizədi Vaqif Paşayevin ağır zəhməti nəticəsində Tovuz-Qazax şairlərindən toplanıb işıq üzü görmüş “El yaddaşı dinəndə” kitabının birinci cildi çap olundu. Burada şeirlərdən nümunələr verilmiş 84 şairin 54-ü tovuzludur ki, onların da 19 nəfər “Varislər” Ədəbi Birliyinin iştirakçılarıdır. (1995-ci ilin hesabatından)” İstedadlı qələm sahibləri professor Məhərrəm Qasımlının “AŞIQ SƏNƏTİ” (BAKI 1996 səh 219) Bəhruzər Rüstəmovun “Qarğınsız” (Bakı 2009) kitablarında göstərildiyi kimi Tovuz şeir-sənət şəcərəsinin kökləri Dədə Qorquddan üzü bəri XVI-XVII əsrlərə söykənir. Aşıq Ovalar, (XVI əsr), Aşıq Şıvıldıq (XVIII əsr), Bozalqanlı Cəfərqulu (XVII XIX əsr), Bozalqanlı Məmmədquru (XIX əsr) sənətkarlarımızın yaradıcılığı bu gün də ustad aşıqlarımızın yaddaşında yaşamaqdadır. “Varislər” Ədəbi Birliyi bu gün də öz fəaliyyətini davam etdirməkdədir. İsa Cavadoğlu, Əbülfət İslam, Safruh, Qədir Hümmət, Musa Qənbərli, Yunus Oruclu, Hüseyn Seyidvəli oğlu, Mədəniyyət Bəşir, Novruz Mizani Hafiz, kimi tanınmış qələm sahibləri iylə yanaşı İntiqam Tovuzlu, Məhəmməd Mehdixanlı, Telman Axınca, Nəbi Hüseyni, Briliyant, Qətibə Rzayeva, Bəhruzər Rüstəmov, Gülnar Səma, Rübabə Sahib kimi ümidverici gənclər də fəal iştirak edirlər. Çağdaş Azərbaycan ədəbiyyatının öncülləri sırasında bu birlikdən pərvazlanan onlarca şairin və digər qələm sahibinin adlarını iftixarla çəkə bilərik. Bütün türk dünyasında tanınmış Məmməd İsmayıl, Məstan Günər, Filologiya elimləri doktoru professor Məhərrəm Qasımlı, Akif Əhmədgil, Bəsti Əlibəyli, Elxan Zal Qaraxanlı, Murad Köhnə Qala, Mikayıl İlhamlı, Vaqif İsaqoğlu, Əkbər Qoşalı, Bağman Baba. Professor Qəzənfər Paşayevin, Millət vəkili Qənirə Paşayevanın əsil vətənpərvərlik təşəbbüsü və təşkilatçılığı, Namazalı Məmmədovun böyük xeyriyyəçiliyi ilə dünyasını dəyişmiş şairlərimizdən H.Bozalqanıl, Xəyyat Mirzə, Mikayıl Azaflı, Həsən Mülkülü, Məftun Əziz, Rasim Kərimli və başqalarının kitabları çap edilib geniş miqyasda təqdimatı keçirilmiş və həmin tədbir ardıcıl qaydada davam etdirilir. Əyalətdə yaşamalarına baxmayaraq Azərbaycan Yazıçılar və Juralistlər Birliyinin üzvləri İsa Cavadoğlunun, Əbülfət İslamın, Safruh Qədir Hümmətin, Fəxrəddin Harayın, Hafizin həmçinin Yunus Oruclunun, Hüseyn Seyidvəli oğlunun, Novruz Mizani, Mədəniyyət Bəşirin yaradıciliqları həm yazılı, həm də şifahi şəkildə geniş oxucu kütləsi arasında rəğbətlə qarşılanmış yayılmış, yayılmaqdadır. Məqsədimiz oxucu kütləsinə əsasən əyalətdə yaşayıb yaradan qələm sahiblərindən nümunələr çatdırmaq olduğu üşün Hüseyn Bozalğanlı adına “Varislər” ədəbi birliyindən ucalıb bu gün ədəbiyyat aləminində özünü təsdiqləmiş Məmməd İsmayıl, Məhərrəm Qasımlı, Murad Köhnəqala, Bəsti Əlibəyli, Elxan Zal Qaraxanlı, Akif Əhmədgil, Mikayıl İlhamlı, Məhərrəm Hüseynli, Əkbər Qoşalı, Məmməd Namaz, Zirəddin Qafarlı kimi şair və yazıçılarımızın yaradıcılığından nümunələr daxil etmədik. Ağrılı-acılı sevincli-nəşəli dunyanın duyğu yükünü daşıyandı ədəbiyyat. Azərbaycan ədəbiyyatını nəhəng bir çaya bənzətsək onun əbədiçağlayan bir qolu da “Varislər” Ədəbi Birliyində iştirak edən və etməyən qələm sahibi həm-yerlilərimizin qəlblərindən süzülüb çağlayır, sellənir, zaman-zaman güclənir. İsa Cavadoğlu İsayev Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin rəhbəri.
Комментарии 1
3 мая 2020
Tovuz şerinin saf ruhudur Safruh Qədir Hümbət
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 13 апреля 2016 в 16:47
Salam əziz dostlar! Sizlərdən bir ümdə xahişim var.Tovuzlu nakam şair Əziz Məftunun şerlərini axtarıram.Çox yanıqlı şerləri olub.Di gəl ki , tapa bilmirəm heç yerdə.Xahiş edirəm köməklik edəsiz.Onun iki cilddə şerləri çap olunub .Çox gözəl şer və poemalar müəllifidir.Çox xahiş edirəm onun kitabı kimdə varsa bir neçə şerlərini göndərsin.Facebook sosial şəbəkəsində Əziz Məftun səhifəsi açmışam.Açmışam ki, bu cür şair kölgədə qalmasın,unudulmasın.Ancaq təəsüf şerlərini tapa bilmirəm.Cəmi bir şerini bilirəm o da ki, bir müəllimin dilindən götürmüşəm.Sizinlə paylaşıram. Əziz Məftun Sevgi-məhəbbətdən divan qurulsa aparmayın məni ora Leylisiz. qorxuram yarıma çata bilməyəm dərdim səməndimi yora Le
Qarğınsız
Mikayıl Binnət oğlu Əsgərov (Bozalqanlı) 19 dekabr 1958-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib, orta təhsilini 1967-ci ildən 1977-ci ilədək olan müddətdə elə həmin kəndin məktəbində – Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində bitirib.
1980-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitunun (indiki ADU) “Fəhlə fakültəsi” adlanan hazırlıq bölməsində 1 il hazırlıq kursu keçdikdən sonra, 1981-ci ildə həmin universitetin Alman dili fakültəsinin əyani şöbəsinə qəbul olunub. Universitetdə oxuduğu müddətdə ictimai işlərdə fəal iştirak edib və həmin ali təhsil ocağını 1985-ci ildə fərqlənmə diplomu ilə bitirib. Bundan sonra təyinat üzrə iki il Şamaxı rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. Bir il Çuxuryurd kəndində Təlim-tərbiyə üzrə direktor müavini, bir il isə Qonaqkənd kəndində xarici dil və rus dili müəllimi vəzifəsində işləyib. Təyinatı üzrə pedaqoji fəaliyyətini bitirdikdən sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetində laborant, baş laborant, saathesabı müəllim, daha sonra isə 1997-ci ilədək ştatda olan alman dili müəllimi kimi fəaliyyət göstərib. Universitetdə pedaqoji fəaliyəti ilə paralel olaraq uzun müddət bir sıra alman firması və təşkilatları ilə birlikdə çalışaraq, Azərbaycan və Almaniyada tərcüməçilik fəaliyyəti ilə məşğul olub.
1997-ci ildən etibarən müstəqil işləmək və xarici dilin tədrisində özünün istədiyi metodları tətbiq etməklə xarici dili öyrənənlərə daha sürətlə və qısa müddətdə mənimsətmək üçün Azərbaycanda ilk özəl xarici dil məktəbi olan “Alman Dili Mərkəzi”ni təsis edib. Kiçik, lakin son dərəcə yaradıcı, işgüzar və mehriban bir kollektivə rəhbərlik etməklə bu günədək yüzlərlə yeniyetmə və gənclərə alman dilini sevdirərək və öyrədərək onlara Almaniyada öz təhsillərini davam etdirmək arzularında təmənnasız dəstək olub. İndiyədək bu mərkəzin vasitəsi və köməkliyi ilə yüzlərlə azərbaycanlı yeniyetmə və gənc öz təhsilini bakalavr və magistr dərəcəsində davam etdirmək üçün Almaniyanın müxtəlif ali təhsil müəssisələrinə gedib və hal-hazırda bir çoxları təhsillərini davam etdirir, bir çoxları isə bakalavr və magistr diplomalarını aldıqdan sonra müvafiq olaraq ixtisasları üzrə Azərbaycan və Almaniyada fəaliyyət göstərirlər.
Mikayıl müəllim asudə vaxtlarını mütaliə ilə keçirməyi uşaq vaxtlarından özünə sevimli məşğuliyyət növü olaraq seçib. Elə buna görədir ki, ilk öncə jurnalist, ədəbiyyatşünas və ya kinematoqraf olmaq fikrində olub. Özünün dediyi kimi, xarici dillərə olan marağı sonda hər bir istəyi üstələdi və tərcüməçi-pedaqoq olmaq qərarına gəldi.
Aşıq yaradıcılığına, saza və sözə, bu işığın ətrafına toplaşan duyğulu insanlara marağı olduqca böyükdür. Son vaxtlar asudə olduğu hər anını, hər zamanını belə camiyələrdə, məclislərdə və digər yaradıcılıqla bağlı olan tədbirlərdə keçirməkdən zövq aldığını deyir. Ədəbi mühitlə, bu mühitdə olan insanlarla tanışlığı və dostluğu yetərincədir.
İndiyədək xarici dilin tədrisi ilə əlaqədar kitab və məqalələri nəşr edilib.“Dünya məndən inciməsin” adlanan şeir kitabı ədəbiyyat sahəsində müəllifin ilk kitabıdır. Müəllif bunu kiçik yaşlarından yazmağa başlasa da, nəşr olunmağa o qədər də böyük istəyinin olmaması ilə əlaqələndirir və bildirir ki, bu kitabda əlində olan şeirlərinin yalnız bir hissəsi toplanıb. Sonda onu da dedi ki, ömür vəfa etsə daha yeni kitabların olması da gözlənilir.
Modern.az Mikayıl Əsgərovla söhbəti təqdim edir:
– Mikayıl müəllim, müasir dövrdə yazılan qoşmaları, gəraylıları təhlil edərkən bir çox nəzəri qaydaların qorunmadığının şahidi oluruq. Belə şeirlərdə məzmun zəifliyi, qafiyə sayının düzgün gəlməməsi, poetik axıcılığın görünməməsi, bədii-fəlsəfi fikirlərin qıtlığı və s. kimi nöqsanlar hiss olunur. Sizcə əsl şair şeirlərini hansı kriteyalarla yazmalıdır?
– Hər şeydən öncə onu qeyd etmək istərdim ki, sualın qoyuluşu kifayət qədər əhatəlidir. Ola bilər ki, bu sualla əlaqədar subyektiv fikirlərim hər hansı bir yaradıcı insanı bu və ya digər dərəcədə razı salmasın. Amma çalışacağam ki, bacardığım qədər suala dair fikir və düşüncələrimi bölüşüm.
Yaradıcılığın bütün sahələrində müəyyən qayda və qanunlar, ölçü və çərçivələr mövcuddur. İnsan şüurunun, dərrakəsinin, bilik və bacarıqlarının, vərdişlərinin iştirak etdiyi bütün proseslərdə dəyərləndirmə baxımından “yaxşı” və “pis”, “zəif” və “qüvvətli” anlayışları daim mövcud olub və bu gün də mövcud olmaqdadır. Söhbət poeziyadan gedirsə, ahəng, forma, musiqililik, obrazlılıq kimi amillər özünü daha qabarıq büruzə verir. Bunlar bütövlükdə ölçü və ya vəzn adlandırılır. Şeirin əmələ gəlməsində, formalaşmasında, cilalanmasında vəzn, səslərin nizamı, qaydası və tənasübü mühüm şərtdir. Şerin mənası, məzmunu, hərəkətliliyi də məhz vəznlə bağlı olan məsələdir. Şeirin üzərinə düşən poetik axıcılılıq, bədii-fəlsəfi fikir yükü, sadəcə, mətnlə, söz yığını ilə ifadə edilə bilməz. Qafiyənin, heca sayının düzgün gəlməməsi də şeirin və poeziyanın texniki qüsurları kimi dəyərləndirilir. Şeirin beyində şeir kimi formalaşması, yazıya köçürülməsi və oxucuya çatdırılması prosesləri öz-özlüyündə poeziyanın yaradıcılıq texnikasının tərkib hissəsidir. Təbii ki, əgər sadalanan bu amillərə fikir verilməzsə və ya həmin amillərdə bu və ya digər dərəcədə yanılışlıqlar olarsa, bu, son nəticədə, sizin də qeyd etdiyiniz kimi, məzmunun zəifliyi, poetik axıcılığın görünməməsi, bədii-fəlsəfi fikirlərin qıtlığı və s. kimi nöqsanlara rəvac verir, şerin oxunaqlığı zəifləyir, bədii təsir gücü gözlənildiyindən aşağı olur. Ona görə də şeiri yazarkən bir sıra kriteriyalara diqqət yetirmək lazım gəlir. Buna misal olaraq janr, vəzn, heca, qafiyə, ritm, bədiilik, musiqililik, axıcılıq, təbiililik və sair amilləri göstərmək olar.
– Müasir texnikanın inkişafı nəticəsində kitab çapı asanlaşıb. Yazıçı və şairlər çoxlu kitablar çap edirlər. Bir çoxlarının əsərləri oxunmur. Müasir oxucu hansı əsərləri istəyir? Həmçinin şairlər şeir yazarkən oxucuların zövqlərini nəzə alırlar?
– Texnikanın, eləcə də, çap məhsulları texnikasının sürətlə inkişaf etməsi danılmaz faktdır. Bu isə öz növbəsində kitab nəşrini həm sürətləndirir, həm də onun maya dəyərini aşağı salır. Nəticə etibarı ilə çap məhsullarının, eləcə də, şeir kitablarının kütləsi kifayət qədər artır, oxuculara daha çox “hazır çap məhsul”, yəni kitab təklif edilir. Təbii ki, çap olunmuş bütün kitablar arzuedilən, gözlənilən və xüsusi həvəslə oxunan kitablar olmur. Kitab elə bir şeydir ki, çap olunduğu andan etibarən öz ömrünü yaşamağa başlayır. Maraqlılığından asılı olaraq onlar ya masaüstü kitab olaraq birnəfəsə oxunur, ya da əlçatmaz, toz basan rəflərdə, piştaxtalarda illərlə toplanaraq qalır.
Oxucuların hansı mövzunu istəməsi və ya gözləməsi, təəssüf ki, heç də həmişə birbaşa düzgün təyin edilə bilən istiqamət deyil. Bundan başqa, düşünmürəm ki, şairlər də oxucuların sifarişindən qaynaqlanan yaradıcı ruha köklənir, oxucuların maraqlarından irəli gələn mövzulardan yazırlar. Bu cür yanaşma heç düzgün sayıla da bilməz. Ruh adamının, söz adamının, şairin əhvalı, düşdüyü mühit, onu duyğulandıran fikirlər, hisslər, situasiyalar şeirin yaranması baxımından daha həlledici olur. Həm də ki, yaradıcı insan öz zövqünü oxucuların zövqü ilə tənzimləmir, tam əksinə, oxucularda daha yüksək zövq, daha yüksək duyum, daha yüksək mütaliə, mülahizə və analiz qabiliyyətləri formalaşdırmağa çalışır. Qısaca desək, oxucuların arxasınca getmir, sözün müsbət mənasında, onları öz arxasınca aparmağa cəhd edir. Lakin bunun nə dərəcədə alınıb-alınmaması fərdi məsələdir.
– Maraqlıdır şeirlərinizi necə yazırsız.
– Əslində şeir yazmaq bir peşə deyil, bu hiss, duyğu, eşq, ruh məsələsidir. Şeirin harada, necə yaranacağı əvvəlcədən planlaşdırıla bilmir. Bu təxminən qəfil sancı kimi bir şeydir, harada tutursa orada da ağrısını çəkirsən və bir də görürsən ki, şeir dünyaya gəldi. Bir də ki, heç bir şair, heç bir yazar qarşısına yaxşı və ya pis bir şeir, yaxşı və ya pis pir əsər yamaq məsələsini qoymur. Şairin şeirləri ona çox doğma olur, istəkli olur – ən yaxın adamı kimi, övladı kimi. Heç bir valideyn istəməz ki, onun övladı çirkin və ya müəyyən qüsurlarla dünyaya gəlsin. Amma belə bir hadisə baş verirsə bu valideynin iradəsi xaricində baş verir. Şairlər də eynən belədir, hər şair öz şeirini daha poetik, daha oxunaqlı, dah qüvvətli görmək istəyir. Amma gerçəklikdə şeir qüvvətli, poetik, bədii, axıcı, rəvan, musiqili alınırmı? Bax, bu andan, əhvaldan, situasiyadan və təbii ki, şairin fəlsəfi düşüncələrindən, poetik yanaşma tərzindən, bədii təfəkküründən, poeziyanın qaynaqlandığı və təşəkkül tapdığlı bədii yaradıcılıq vasitələrindən necə istifadə edə bilməsindən və etməsindən asılıdır. Bunun nəticəsidir ki, ən güclü şairin zəif şeiri və ya ən zəif şairin yadlarda qalan hər hansı qüvvətli bir şeiri də ola bilir.
– Müasir Tovuz ədəbi mühiti haqqında söhbət açardınız.
– Tovuz ədəbi mühiti bütöv Azərbaycan ədəbi mühiti tarixinin ayrılmaz tərkib hissəsi olmaqla onun şərəfli səhifələrindən biridir, desək, elə bilirəm ki, səhv etmiş olmarıq. Tovuz aşıq-ozan, şeir-sənət şəcərəsinin tarixi kökləri Dədə Qorqud dövrünə, XVI-XVII əsrlərə söykənir. Hal-hazırkı günümüzdə də yaradıcılıqları ağızdan-ağıza, yaddaşdan-yaddaşa ötürülən, aşıqlarımızın dilindən düşməyən aşıq Ovalar, (XVI əsr), Aşıq Şıvıldıq (XVIII əsr), Bozalqanlı Cəfərqulu (XVII XIX əsr), Bozalqanlı Məmmədqulu (XIX əsr) kimi ustad aşıqlarımız zamanında yaşamış və yaratmışlar.
Getdikcə daha da pərvəriş tapan aşıq-ozan yaradıcılığının Tovuz ədəbi mühitində birinci dalğası Öysüzlü Səməd (1840), H.Bozalqanlı (1868), Aşıq Əsəd (1874), Xəyyat Mirzə (1885), Aşıq Mirzə Cilodarlı (1888), Əlimərdanlı Nəcəf (1900), Şair Vəli(?) və sair kimi adlı-sanlı ustadlarla başlayır. Bu siyahını ola bilsin ki, hazırda yadıma düşməyən adlarla bir qədər uzatmaq da olardı.
İkinci dalğada Aşıq Əkbər Cəfərov, İmran Həsənov, Mikayıl Azaflı, Çopur Ələsgər (Ələsgər Tağıyev), Xanlar Məhərrəmov, Aydın Çobanoğlu, İdris Alakollu, Cavan Səməd, Xalıqverdi Bozalqanlı kimi ustad aşıq-şairlər gəlirlər. Bu dalğanın davamçıları ustad aşıq Əli Quliyev, Mahmud Məmmədov, Əlixan Niftaliyev olmaqla yaradıcılıq estafetini daha sonrakı, bugünkü nəslə aid olan aşıqlardan Zülfiyyə İbadovaya, Şəhriyar İbrahimliyə, Elməddin Məmmədova, Firudin Tovuzluya, Məhərrəm Hüseynliyə, Samirə Əliyevaya, aşıq Günel Tovuzluya vermişlər.
Sevindirici haldır ki, Tovuz rayonunda aşıqlar və ozanlar ocağının alovu, odu sönmür, əksinə, daha da şölələnir. Ustad Çopur Ələsgər ocağından Kamandar Tağıyev, ustad Azaflı Mikayıl ocağından Dilara və Gülara Azaflı bacıları, Roman Azaflı, Ulduz Azaflı, ustad Aydın Çobanoğlu ocağında Səyyad Aydınoğlu kimi aşıqlarımız pərvazlanmış və respublikamızda kifayət qədər tanına bilmişlər.
Tarixin yetişdirərək bizə ərməğan etdiyi bu milli dəyərlərimizi, saz-söz dünyasının fədailərini, onların yaradıcılığını və adlarını nəsillərdən-nəsillərə ötürmək, yaşatmaq, saxlamaq bizim vətəndaşlıq, mənəvi və ruh borcumuzdur. Bu mənada Millət vəkili Qənirə Paşayevaya, professor Qəzənfər Paşayev, xeyriyyəçi Namazalı Məmmədova minnətdarlığımızı bildiririk. Onların təşəbbüsü, zəhməti, təşkilatçılığı, maliyyə dəstəyi ilə H.Bozalqanlı, Xəyyat Mirzə, Mikayıl Azaflı, Həsən Mülkülü, Rasim Kərimli, Məftun Əziz və başqalarının kitabları nəşr edilib.
“El yaddaşı dinəndə”(1992) və “Xunan Şəmşəddil Tovuz”(1997) kitabına görə həmyerlimiz Vaqif Paşayevə, “Aşıq sənəti”(1996) kitabına görə professor Məhərrəm Qasımlınıya, “Qarğınsız”(2009) kitabına görə Bəhruzər Rüstəmova, “Elim mənə ilham verib”(2007 ) kitabına görə Qənirə Paşayevaya, “Tovuz aşıqları” kitabına görə Məhərrəm Hüseyinliyə, “Çopur Ələsgər”(2007) kitabına görə ustad aşığın oğlu Eldar Tağıyevə də dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Cavabımın aşıq yaradıcılığı ilə bağlı olan hissəsinin sonunda onu da qeyd etmək istərdim ki, bütün dünyada yeganə olan “Aşıq-ozan” muzeyi mənim doğma kəndimdə, aşıqları, sazın, sözün fədailəri ilə bütün Azərbaycanda və onun sərhədlərindən kənarda məşhur olan Tovuz rayonunun Bozalqanlı kəndində yerləşir. Bunun bir təsadüf olduğunu zənn etmirəm.
Aşıq-ozan yaradıcılığından, deyəsən bir az uzun danışdım. Bu, yəqin ki, içimizdə olan saz yanğısı, söz aclığı ilə bağlı olan məsələdir.
Çağdaş Tovuz ədəbi mühitinin qoşa qollarından biri də özünü publisistikada, jurnalistikada, yazıçılıqda və şairlikdə görən, ömrünü-gününü buna həsr edən eloğlularımızdır. Burada da tarixə səfər etmək, üzü keçmişdən bəri gəlmək də olar. Amma verilmiş sualdan daha çox kənarlaşmamaq naminə birbaşa müasirlərimiz olan publisistika, jurnalistika, yazıçılıq, poeziya və söz sənətində olan insanlarımızdan söz açmaq istərdim. Bu sırada Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, şair-publisist, Əməkdar jurnalist, Dövlət Mükafatı laureatı Nəsir Əhmədli, türk dünyasının ünlü şairi, Çanaqqala Universitetinin professoru Məmməd İsmayıl kimi nəhənglərlə bərabər İsa Cavadoğlu, Murad Köhnəqala, Çingiz Qəribli, Əkbər Qoşalı, Ehtiram İlham, Elxan Zal, Zirəddin Qafarlı, Akif Əhmədgil, Məmməd Namaz, Dilqəm Hüseynov, Vaqif Nəsib, Süleyman Hüseynov, Ənvər Abbasov, Ənvər Cahan, Lətif Qasımov, Vaqif Qədirzadə, Kamran Eyyublu, Ramiz Çıraqlı, Məmiş Arzulu, Vaqif Bahaduroğlu, Teyyub Məhərrəmov, Qəşəm Cahan, Məhəbbət Əhmədov, Bəsti Əlibəyli, Rübabə Sahib, Günay Həsənli, Gülnar Səma, Mikayıl İlhamlı, Vaqif İsaqoğlu, Bağman Baba kimi yazarların adlarını sadalamaq istərdim. Sadalanan bütün bu adlar publisistikanı, poeziyanı, sözü dəyərləndirən, sevən oxuculara yaxşı tanışdır. Adları çəkilən bu yaradıcı insanlar istər KİV-də, istərsə də sosial şəbəkədə kifayət qədər aktiv fəaliyyətləri, sözə yanaşma dəsti-xəttləri ilə sevilir və oxunurlar.
Bir çox yazarlarımız, şairlərimiz var ki, mərkəzdən kənarda, Tovuz şəhərində və onun müxtəlif kəndlərində yaşamasına baxmayaraq Azərbaycan Yazıçılar və Juralistlər Birliyinin üzvləridir və ya olublar. Bunlara misal olaraq Əbülfət İslamı, Safruh Qədiri, Novruz Mizani Hafizi, İsa Cavadoğlunu, Fəxrəddin Harayı, Hümməti, Hafizi, Yunus Oruclunu, Fəxrəddin Harayı, Hüseyn Seyidvəli oğlunu, göstərmək olar.
– Şeir yazarkən daha çox hansı mövzulara müraciət edirsiz? Şeirlərinizdən oxucularımzla paylaşsaz sevinərdik.
– Mövzunu əslində insanın özü yox, sevgisi və ya narahatçılığı seçir. Sevərkən də, narahat olarkən də mövzu eyni ola bilər, məsələn, ana kimi, vətən kimi, sevgi kimi, təbiət kim, qəhrəmanlıq kimi. Sevərkən sözlərdə başqa rəng, başqa çalar, başqa istilik olur, başqa ahəng olur. Narahat olarkən isə rəng də, çalar da, istilik də, ahəng də dəyişir. Bu həm də musiqiyə qulaq asmaq istəyi kimi bir şeydir. Hərdən klassika yada düşür, hərdən modern. Yəni, yaradıcılığın səddi, sərhəddi olmur. Yönü hara düşürsə, quşu hara qonursa, mövzu olaraq da onu seçir. Hərdən elə də olur ki, özünə güc gəlib əvvəlcədən fikrində tutduğun bir mövzuya aid nəsə cızma-qara etmək istəyirsən, yazıb qurtarıb ayağa duranda görürsən ki, özün də bilmədən tamam başqa bir mövzudasan. Sözümün canı odur ki, hətta özünü məcbur etmək istəsən belə, bir şey alınmır. Söz özü gəlməlidir, şeir özü yaranmalıdır, sən isə yalnız sözə, şeirə mərhəmət göstərib onu kağıza köçürməlisən. Bunu etməsən bir də görürsən ki, dünən başında olan bir fikir, bir söz uçub gedib, indi yerində başqası durur. Oxucularla paylaşmağa gəldikdə isə, əlbəttə, azdan-çoxdan nələrsə var, böyük məmuniyyətlə.
SALAM OLSUN
Bu dünya hal dünyasıdı,
Duyunlara salam olsun.
Halımızı xəbər alıb,
Sayanlara salam olsun.
Çalış edəsən fəzilət,
Hər kəsə eyləsin ləzzət.
Ustadlara hörmət, izzət
Comments are closed, but trackbacks and pingbacks are open.