Press "Enter" to skip to content

Qarnizon və Qarovul Xidməti Nizamnaməsi

“Tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda saxlanılırlar.”;

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsin”də, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8, № 10, maddə 1968; 2019, № 2, maddələr 180, 181) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 333.4-cü maddədə “Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və” sözləri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Şöhrət” ordeni və ya” sözləri ilə əvəz edilsin;

1.2. 349.2-ci maddədə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı və ya Azərbaycan Respublikasının” sözləri “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni və ya” sözləri ilə, “olunmuş” sözü “edilmiş həqiqi hərbi xidmətdən” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 312, № 6, maddə 415; 2007, № 8, maddə 754; 2008, № 8, maddə 709; 2010, № 4, maddə 274, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2016, № 1, maddə 9; 2018, № 1, maddə 9, № 10, maddə 1967) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 192-ci maddəsinin üçüncü hissəsinə “məlumat verir:” sözlərindən sonra “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”,” sözləri əlavə edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12 (I kitab), maddə 2207; 2018, № 12, maddə 2488; 2019, № 2, maddə 180; 2020, № 6, maddə 669, № 7, maddə 827) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə 3 saylı Əlavə – “Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi Qaydaları”nın dördüncü hissəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın” sözləri əlavə edilsin.

Maddə 4. “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 641; 2009, № 2, maddə 46) 3-cü maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasda “iki dəfə” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının,” sözləri ilə əvəz edilsin və həmin abzasdan “və onlara bərabər tutulanların” sözləri çıxarılsın;

4.2. üçüncü abzasa “Azərbaycanın Milli Qəhrəmanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının,” sözləri əlavə edilsin və həmin abzasdan “və onlara bərabər tutulanların” və “azı iki” sözləri çıxarılsın.

Maddə 5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157, № 11, maddə 2192; 2020, № 6, maddə 674) 2-ci maddəsinin üçüncü hissəsinin “c” bəndində “Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə 582, № 8, maddə 1382, № 11, maddə 1684; 2020, № 6, maddə 670, № 7, maddə 828) 5.9-cu maddəsində “Milli Qəhrəmanlar” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanları” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 575) 6.1.7-ci maddəsinə “incəsənət xadimlərinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2021-ci il

Qarnizon və Qarovul Xidməti Nizamnaməsi

Скачать Qarnizon və Qarovul Xidməti Nizamnaməsi 1.0.4 APK

ID: com.Qarnizon_Qarovul_Xid_Niz

Гарантия безопасной установки, без дополнительной рекламы или вредоносных программ

Описание Qarnizon və Qarovul Xidməti Nizamnaməsi

Bu Nizamnamə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, alayda (briqadada) və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir. Nizamnamədə göstərilməyən vəzifəli şəxslərin xidmət vəzifələri müvafiq əsasnamələr və təlimatlarla müəyyənləşdirilir.
This Charter defines the general duties of servicemen of the Armed Forces of the Republic of Azerbaijan, the relations between them, internal rules and regulations in the regiment (brigade) and its units, as well as the service duties of key officials. Duties of officials not specified in the charter shall be determined by relevant regulations and instructions.

Показать больше

Qarnizon və Qarovul Xidməti Nizamnaməsi 1.0.4 APK для Android 4.1+

Версия 1.0.4 для Android 4.1+
Обновить 2020-06-25
Устанавливает 0++
Размер файла 16.339.325 bytes
Разрешения просматривать разрешения
Какие новости Optimallaşdırma işləri aparıldı.

İlham Əliyev Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsində dəyişiklikləri təsdiq edib

Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, həmin nizamnamənin “Hauptvaxt haqqında” 4 nömrəli əlavəsi üzrə 3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün hauptvaxtlar müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir.”;

32-ci maddənin mətni həmin maddənin ikinci hissəsi hesab edilir və həmin maddəyə aşağıdakı məzmunda birinci hissə əlavə edilir:

“Tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda saxlanılırlar.”;

Aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilir:

“32-1. Tutulmuş və həbs edilmiş hərbi qulluqçuların hauptvaxtlarda hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və onların təcrid edilməsinə yönəlmiş qaydaları təmin edən rejim müəyyən edilir. Hauptvaxtda rejim bu əlavə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

33-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilir:

“Tutulmuş və həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.”;

33-cü maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilir:

“Hauptvaxtın rəisi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvəqqəti saxlama yerlərinin müdiriyyəti üçün müəyyən edilmiş vəzifələri daşıyır.”.

Comments are closed, but trackbacks and pingbacks are open.