Press "Enter" to skip to content

10 Noyabr razılaşması bəyanatdır; hüquqi yox, siyasi sənəddir, ona görə də təəssüf ki. ” – AÇIQLAMA

Görəsən, Azərbaycan tərəfi 10 Noyabr razılaşmasına əsasən Qarabağa daxil olacaq Rusiya sülhməramlıları qarşısında öncədən ölkənin milli maraqları, suverenliyi və ərazi bütövlüyü ilə bağlı konkret şərtlər qoya bilməzdimi? Məsələn, Azərbaycan dövlətinin tanımadığı, üstəlik, barələrində cinayət işi qaldıraraq İnterpola verdiyi separatçı rəhbərlərlə problemlərin müzakirəsi üçün tərəf kimi görüşmək olmaz, tərtib olunan xəritələrdə Azərbaycan ərazilərindəki toponimlər(məsələn, “Stepanakert” yox, Xankəndi, “Mardakert” yox, Ağdərə və s.) ermənilərin adlandırdığı kimi yox, respublikamızın rəsmi dövlət xəritələrində olduğu kimi adlandırılmalıdır və s.

Qəhrəmanlar ölmür “Natiq Qasımov”

Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə doğulub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. Dəhşətli Xocalı faciəsindən sarsılan Natiq yenidən «Qarabağ şahini»nə dönür.

Natiqin atası Qasimov Səlimin dedikləri: «Xocalı soyqırımından sonra evdə yazıb qoyduğu məktubdan bildik ki, o, yenə də Y.Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Yazırdı ki, Qarabağda xalqımızı qırırlar, ana-bacılarımızın namusu tapdanır, belə vaxtda mən evdə otura bilmərəm».

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Burada bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürülmüş Xocalı sakinləri içərisindən yaşlı bir kişini — Cəfərov Cəfər Məhəmməd oğlunu çağırıb ona bildirirlər ki, məbəddəkilər təslim olmasalar, bütün xocalıları güllələyəcəklər. Bu xəbərdarlığı çatdırmaq üçün Cəfər Cəfərovu Azərbaycan döyüşçülərinin olduğu yerə göndərirlər.

Girovluqdan azad ediləndən sonra Cəfər müəllim bu hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına belə danışıb:

-Mənə dedilər ki, sizin türklər bizim Qriqoryan kilsəsini (Alban məbədini! A.H.) tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək. Sonra məni özləri ilə bir ormana gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər:

-Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar et ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın qoymayıblar.

Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb ayağa qalxanda onlar qışqırdılar ki, yerə yatım. Yerə uzandım, başımı qaldırıb baxanda gözümə 3-4 meyit göründü, başa düşdüm ki, bizimkilərdir. Ayağa durub irəli getdim ki, qoy mənə bizimkilərin gülləsi dəysin. Qapının ağzında yerə oturub bütün səsimlə çığırdım:

-Ay igidlər, ay vətən oğulları, burada sizlərdən kim var?! Qalxın ayağa, düşmən yaxındadır! Xocalıdan girov götürülənlərdənəm, məni sizin yanınıza göndəriblər!

Bir azdan içəridən öskürək və hənirti gəldi, diksindim, həm də sevindim ki, burada bizimkilər var! Güclə eşidilən səs eşitdim, məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir əl pulemyotu, bir avtomat silah, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksən? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev. A.H.) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam-deyərək döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim:

–Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur. Sonra apaydın görünən Ağdamı göstərib soruşdum– gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan?

–Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim?-dedi.

Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi….

Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olundu…

Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı. Fikrət Qoca «Bayraq tutan oğlullar», Alim Fərzəliyev «Qeyrət qalası» poemalarını Natiqə həsr etdilər… Özü isə sanki qeyb oldu.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

İgid eloğlumuzun taleyi naməlum qalsa da, öz həmvətənlərinə, hətta düşmənlərinə də bir şeyi sübut etdi: Belə oğullar yetirən vətən torpağı düşmən ayağı altında qalmayacaq! Natiq kimi igidlərimizdən ibrət götürən gənclərimiz tezliklə torpaqlarımızı azad edəcəklər!

Mənbə: «Azərbaycan» qəzeti

“10 Noyabr razılaşması bəyanatdır; hüquqi yox, siyasi sənəddir, ona görə də təəssüf ki. ” – AÇIQLAMA

Görəsən, Azərbaycan tərəfi 10 Noyabr razılaşmasına əsasən Qarabağa daxil olacaq Rusiya sülhməramlıları qarşısında öncədən ölkənin milli maraqları, suverenliyi və ərazi bütövlüyü ilə bağlı konkret şərtlər qoya bilməzdimi? Məsələn, Azərbaycan dövlətinin tanımadığı, üstəlik, barələrində cinayət işi qaldıraraq İnterpola verdiyi separatçı rəhbərlərlə problemlərin müzakirəsi üçün tərəf kimi görüşmək olmaz, tərtib olunan xəritələrdə Azərbaycan ərazilərindəki toponimlər(məsələn, “Stepanakert” yox, Xankəndi, “Mardakert” yox, Ağdərə və s.) ermənilərin adlandırdığı kimi yox, respublikamızın rəsmi dövlət xəritələrində olduğu kimi adlandırılmalıdır və s.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Cümşüd Nuriyev bunları bildirib:

“Təəssüf ki, öncədən belə şərtləri qoymaq mümkün deyildi. Ona görə ki, 10 Noyabr razılaşması bəyanatdır; hüquqi yox, siyasi sənəddir. Bu cür şərtlər qoyulması üçün ikitərəfli hüquqi-siyasi saziş də imzalanmalıydı. Belə bir saziş olmadığı üçün deyilən şərtləri qoya bilmərik. Amma başqa məsələləri qoya bilərik.

Beynəlxalq hüquqda sülhməramlıların haraya yerləşdirilməsindən asılı olmayaraq səlahiyyət və vəzifələri var. Rusiya sülhməramlıları Azərbaycan ərazisində həm səlahiyyətlərini aşdılar, həm də öz vəzifələrini icra etmədilər. Bunların əsas vəzifəsi 5 km-lik Laçın “dəhlizi”ndə ermənilərin sərbəst gediş-gəlişini və Azərbaycan ordusunun nəzarətində olmayan ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etməkdir. Ancaq rus hərbçilər Hadrutun iki kəndi ilə bağlı səhv iş gördülər, aləmi qatdılar. Və bu, Rusiyaya başucalığı gətirmədi və o, səhvini düzəltməyə məcbur oldu. Burada Azərbaycan dövlətinin iradəsi də özünü göstərdi. Bundan əlavə, Ağdamın Papravənd kəndində post qurublar. Və orada nəinki Ermənistan bayrağı, üstəlik, heç həmin işğalçı ölkənin də tanımadığı separatçı rejimin əski parçası da asılıb. Bu, yolverilməzdir. ” – deyə politoloq vurğulayıb. /Moderator.az

“10 noyabr razılaşması Azərbaycanın tarixi qələbəsidir”

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu bəyanatın ən birinci böyük əhəmiyyəti ondan ibarətdir ki, 30 ildir pozulmuş ərazi bütövlüyümüz bərpa olunur:

“Əlbəttə ki, Azərbaycanın tam qələbəsini özündə ehtiva edən bu bəyanata Azərbaycan Prezidenti, Ali Baş Komnandan İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi, xalqımızın birliyi və müzəfər ordumuzun şücaəti nəticəsində nail olunub.

Döyüşlər başlayan ilk vaxtlarda Ermənistan kimlərəsə ümid edirdi, düşünürdü ki, Azərbaycana beynəlxalq təzyiqlər olacaq və bizi dayanmağa məcbur edəcəklər. Lakin cənab Prezident İlham Əliyev bütün beynəlxalq təzyiqlərə sinə gəldi, bunun Azərbaycanın haqq işi olduğunu bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bəyan etdi ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər döyüşlər dayanmayacaq. Bununla belə dövlət başçısı Ermənistana bir şans verdi, torpaqlarımızdan öz xoşları ilə çıxacaqları halda döyüşlərin dayanacağını bildirdi. Lakin Ermənistan yenə də öz işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi və bunun da acı sonluğu ilə barışmağa məcdur edildi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu”.

Deputat qeyd edib ki, bu razılaşmanın digər mühüm əhəmiyyəti isə odur ki, işğalçı qüvvələr torpaqlarımızdan tamamilə çıxarılır: “Ermənistan bu razılaşmanı imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu. Döyüşlər başlayan ilk vaxtlardan etibarən cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan sülhə hazırdır və Ermənistan işğal olunmuş torpaqlardan çıxmaqla bağlı konkret cədvəl təqdim edərsə, Azərbaycan döyüşləri dayandıra bilər. İmzalanan bu sənəddə artıq belə bir qrafik təqdim olunub. Belə ki, noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçından işğalçı qüvvələr çıxarılır. Bununla da içğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyulur”.

A.Hüseynov vurğulayıb ki, sənəddə digər vacib məqamlardan biri odur ki, Dağlıq Qarabağa hər hansı bir status verilməsindən söhbət getmir: “Əgər əvəllər Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa, bu gün ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar vəziyyəti dəyişib, Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir ki, bunun da böyük siyasi əhəmiyyəti var”.

Deputat qeyd edib ki, həmçinin razılaşmanın mühüm əhəmiyyətindən biri də odur ki, Naxçıvanın blokadasına son qoyulur, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya, rabitə yaradılmasıdır: “Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır ki, bunun da eyni zamanda iqtisadi baxmdan böyük əhəmiyyəti var. Bu onu deməyə əsas verir ki, Azərbaycanın Vətən müharibəsini qələbə ilə başa çatdırması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması tarixi hadisə ilə yanaşı, əhəmiyyətli iqtisadi zəfər kimi də mühüm əhəmiyyət kəsb edir”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.