İncəsənət haqqında bildikləriniz və bilmədikləriniz İncəsənət. Rəssamlıq, Heykəltəraşlıq, Musiqi, Ədəbiyyat, Qrafika, Boyakarlıq, Dekorativ-tətbiqi sənət…
Taətdə övladır o qatmaqurşaq.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Qasım bəy Zakir
Qasım bəy Əli bəy oğlu Zakir (1784[1], Şuşa, Qarabağ xanlığı – 1857[1], Şuşa, Şamaxı quberniyası, Rusiya İmperiyası) — Azərbaycan şairi.
Həyatı
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarinin əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.
Qasım bəyi görənlər, o cümlədən Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli,qartal burunlu,uca qamətli,rəngli dişli,zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngli gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxlarını heyran edərmiş. O danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməcazmış. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə həlim, rəhimli və mürüvvətli bir adam imiş.
1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edir.
Zakir 1830-cu ildə könüllü polis dəstələrinin tərkibində Balakənə getmiş, Cardakı üsyanların yatırılmasında iştirak etmişdir. O, dostu Baba bəy Şakirə göndərdiyi “Car müqəddiməsi” adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi igidlikləri tərifləmiş, özünün şücaəti haqqında yazmışdır.
Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Cəmisi 20 evdən ibarət olan bu kəndin illik gəliri 450 manata yaxın idi. O kənddə kəndlilərlə birlikdə işləyər, onlarla bir süfrəyə oturmaqdan çəkinməzmiş.
Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Lakin Zakiri sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərqulu xan Nəva (Raqub Kərimovun yeni çapdan çıxmış “Qasım bəy Zakir və müasirləri” adlı monoqrafiyasında Cəfərqulu xanın heç də sovet dönəmində təqdim olunduğu kimi qəddar biri olmadığı, onun mütərəqqi, maarifpərvər biri olması ilə yanaşı onunla Zakir arasında münasibətlərin çar məmurları tərəfindən bilərəkdən pozulması barədə yeni iddialar yer alıb), Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun qəddar düşmənləri idilər. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axtarır, uyğun məqam gözləyirdilər. Nəhayət belə bir bəhanə tapıldı: K. Tarxan-Mouravov Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başladı. Behbud bəyin qardaşı Rüstəm bəy gecə işdən qayıdarkən qaçaqçı adı ilə tutulur və həbsxanada edam edilir. Çar hakimiyyət orqanları qardaşının intiqamını alacağından qorxduqlarından onu da həbs etmək qərarına gəlirlər. Bəhanə kimi isə onun Orlov familyalı bir rus əsgərini qarət etməsi göstərilir. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Şair bu dəstənin Behbud bəyi axtarmaq üçün gəldiyini güman edirdi. Ona görə oğlu Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi həmin dəstəni qarşılamağa göndərdi. Lakin Tarxan-Mouravov onları öz düşüncəsi ilə qarşıladı: onları Behbud bəyə köməkçi olmaqla ittihamlandırıb hər ikisini həbs etdi və Şuşa qalasındakı həbsxanaya göndərdi. Həmin gün Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşa həbsxanasına gətirdilər. Bununla da ürəyi soyumayan Tarxan-Mouravov Xındırıstan kəndini öz atlılarına qarət etdirdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı. Bu arada Behbud bəy həbsxanada güllələnir. Şairin qızı Nənəş xanım onun meyidini yaxın adamları vasitəsilə qaladan oğurlayaraq dəfn edir. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi isə Tiflisə gətirib, oradan əvvəlcə Voronejə, Voronejdən isə Kaluqaya sürgün etdilər. Şairin ailəsi isə Şuşada qaldı. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı (yazılanlara görə o İ.Qutqaşınlı ilə Car hərbi ekspediyasında olarkən tanış olmuşdular), Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani Zakirin şikayətlərini dinləyib, sürgündən azad olmasına çalışdılar. Bundan başqa Zakir “Səndən” rədifli şeirində bir neçə şəxsin- “gürcü nücəba”larının adını xatırlayır:
Olan dəmdə mənə mənzil Şadno
Hər tərəfə eylər idim təkü do
İvano bəy, Kolyubakin, İliqo
Çalışırdı. əlhəq, bərabər səndən
İvano bəy deyə Zakirin müraciət etdiyi şəxs İvan Silvitiskidir (1820-1874). O, 1850-54-cü illərdə Tiflisdə nəşr edilən “Kavkaz” qəzetinin baş redoktoru olmuş, M.F.Axundovun pyeslərini tamaşaya qoymuşdur. Şeirdə “İliqo” deyə müraciət olunan şəxs knyaz Orbelianidir. Məhz onun sayəsində şairin övladları sürgündən azad olunmuş və şair “Knyaz” şeirində bunu vəsf etmişdir.
Şair bir neçə ay Bakıda sürgün həyatı keçirəndən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.
Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.
Əsərləri haqqında
Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.
Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir. Eyni xüsusiyyətlər Zakirin mənzum hekayələrində də var. Onun müxtəlif mövzularda yazılan “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq və məşuq haqqında”, “Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi itən kəs”, “Dərviş ilə qız”, “Həyasız dərviş”, “Əxlaqsız qazı”, “Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim” kimi mənzum hekayələri vardır.
Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş “Əsərləri”ndə: “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında” (“İlan, Dəvə, Tısbağa”), “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, Qarğa, Kəsəyən, Ahu”) adları ilə altı təmsili çap olunmuşdur.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.
Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Bu əsərlərdə təbliğ olunan ideya şairin dövrü ilə həmahəng idi. O, bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s. kimi nəcib tərbiyəvi məsləhətlər verirdi.
Həmçinin bax
İbrahimxəlil xan Cavanşir
İstinadlar
Faceted Application of Subject Terminology
Mənbə
Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. II cild. Bakı: 1960.
Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 1974.
Kamran Məmmədov. Qasımbəy Zakir. Bakı: 1957.
Kamran Məmmədov. Qasım bəy Zakir. Bakı: 1984.
Kamran Məmmədov. XIX əsr Azərbaycan şeirində satira. Bakı: 1975.
Qasım bəy Zakir (məqalələr məcmuəsi). (tərtib, müqəddimə və izahlar filologiya elmləri namizədi Dilarə Məmmədovanındır). Bakı: 1985.
Süleyman Hüseynov. Qasım bəy Zakir. Bakı: 2010.
Raqub Kərimov. Qasım bəy Zakir və müasirləri. Bakı: 2013.
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
İncəsənət haqqında bildikləriniz və bilmədikləriniz İncəsənət. Rəssamlıq, Heykəltəraşlıq, Musiqi, Ədəbiyyat, Qrafika, Boyakarlıq, Dekorativ-tətbiqi sənət…
Sələflərinin və müasirlərinin çoxundan fərqli olaraq, Zakirin eşqə, məhəbbətə dair mülahizələri ziddiyyətlidir.
Zakirin qoşma, gəraylı, müxəmməs şəklində yazılmış şeirlərində gözəllər “dilbər”, “dilbəri-sadə” adı ilə təqdim olunur.
Şair süni gözəlliyi pisləyir, məşşatələrin vurduğu bəzəyə qarşı çıxır.
“Üzünə” rədifli şeirində yazırdı:
Sən sadə gözəlsən, qoyma sevdiyim, Məşşatələr bəzək taxa üzünə.
Bərgi – gülə bənzər üzari – alın, Nə lazımdır ənlik yaxa üzünə
Gözəlin eyni zamanda namuslu, əhdinə vəfalı və sadiq olmasını vacib sayır.
Gəlsin
Badi-səba, söylə mənim yarıma, Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır, İçilir hər yerdə peymanə, gəlsin!
Bənövşələr salsın başın aşağa, Nərgiz olsun gözlərinə sadağa.
Gül camalın görüb düşsün toprağa, Bülbülü gətirsin əfqanə, gəlsin!
Siyah zülfü tər buxaqda dənlənib, Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib, Oğrun baxa-baxa hər yana, gəlsin!
Barmağında xatəm, belində kəmər, Telində güşvarə, düymə tamam zər.
Qərq olsun yaşıla, ala sərasər, Naz ilə sallanə-sallanə gəlsin!
Sürmə çəksin gözlərinə, qaşına, Gündə yüz yol mən dolanım başına.
Zakirtək yanmağa eşq ataşına, Cürəti var isə, pərvanə gəlsin!
1. Şeir səhər mehinə müraciətlə başlayır.
2. Onun gözəlliyi qarşısında bənövşələr utandığından başın yuxarı qaldıra bilməyəcək fikri səslənir.
3. Əsərdə təsvir olunan gözəl azərbaycanlı-türk qızıdır. Şair həmin gözəli ovçu görmüş marala bənzədir.
4. Şeirin son bəndində əsas diqqət aşiqin mənəvi keyfiyyətlərinin təqdiminə yönəldilir:
Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə, pərvanə gəlsin.
İctimai motivli şeirləri
Zakirin “Dost yolunda cəfa çəkdim, can üzdüm”, “Gözüm yolda qaldı, könül intizar”, “Dost yolu bağlandı, ümid kəsildi”, “Qələtdir qocaya növcavan sevmək” misraları ilə başlanan qoşmalarında, bəzi qəzəl və müxəmməslərində zəmanədən şikayət, haqsızlığın tənqidi əxlaqi-tərbiyəvi ideyalar əsas yer tutur.
“Eylər” rədifli müxəmməsi
1. M.P.Vaqifin “Görmədim” müxəmməsinin təsiri duyulur.
2. Şeirin qəhrəmanı kədərli bir insandır. Onun kədərli olmasının səbəbi ictimai mühitdəki ziddiyyətlərdir. Dünya tamam etibarsızlaşıb. İnsanlar şər qüvvələrin, Əhrimən qoşununun ayaqları altında əzilir. İnsanlar mənəvi cəhətdən pozulmuşlar.
3. Şeir əruz vəzninin həzəc bəhrindədir.
4. Şeirdə çoxlu ərəb, fars sözləri, ifadə və tərkibləri işlənmişdir.
Qeyd: “Leyli və Məcnun” poeması (N.Gəncəvi), “Leyli və Məcnun” poeması (M.Füzuli), “Dastani-Əhməd Hərami” poeması, “Dəhnamə” poeması (Ş.İ.Xətai) əruz vəzninin həzəc bəhrindədir.
“Durnalar” qoşması
1. İctimai məzmunludur.
2. Zakir bu şeiri Bakıda sürgündə olduğu zaman yazmışdır. Şeirdə vətən həsrəti, qürbət sıxıntısı poetik bir dillə ifadə olunur.
3. Şeir beş bənddən ibarətdir.
Zakirdən əlavə xalq dastanlarında, aşıq şeirlərndə, M.V.Vidadi və M.P.Vaqif kimi şairlərin yaradıcılığında durnalara müraciət olunmuşdur.
Şair durnaların timsalında özünə dost, həmdərd tapmışdır.
Satiraları
Şair görkəmli satirik kimi də məşhurdur. Satira yazmasının əsas səbəbləri: Şəxsi həyatı ilə bağlı narazılığı və ailə məhrumiyyətləri.
Zakir satirasının əsas tənqid hədəfləri:
- Çarizmin müstəmləkəçilik siyasətinə xidmət edən qayda-qanunlar;
- Hakimlərin rüşvətxorluğu, idarə və məhkəmələrdə olan süründürməçilik;
- Xalqı aldadan yalançı ruhanilər.
Şair “Qarabağ qazisi”, “Şuşa mollaları haqqında”, “Üsuli və təriqət şeyxlərinin həcvi” kimi şeirlərində din xadimlərinin eybəcərliyini göstərir. Bu satiralarını əruz vəznində yazmışdır.
“Bax” rədifli satirası
- Satira məktub şəklindədir. M.F.Axundzadəyə yazılmışdır.
- Qoşma janrındadır.
- Şeirdə sözü ilə işi düz gəlməyən vaizlərin ikiüzlülük və yalançılığı ifşa olunur:
Vaiz bizə söylər şəri-Mustafa, Hərama mürtəkib olmayın əsla!
Özü lum-lum udur batində, amma, Zahirdə dediyi mənaya bir bax!
- Satirada şair XIX əsrin 40-cı illərində çar höküməti tərəfindən nəşr edilmiş “Kəndli əsasnamələri”ni də tənqid edir.
“Xəbər alsan bu vilanın əhvalın” satirası (“Vilayətin məğşuşluğu haqqında”)
Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti – Qarabağ. Həqdi, bundan əqdəm görübsən sən də, Hanı o qaidə, o qanunsəyaq?
Qüttəüttəriqin vüfuru vardır, Yaylaqda, aranda qatar-qatardır. Yenə ötür-ötür, apar-apardır; Bizim başımızda çatdadı çanaq.
Zərgər, Drağarda aləm-aşıkar,
Bir ucdan oğurlar, bir ucdan satar.
Vay odur, sahibi at başı tutar,
Yüz yerdən tökülər üstünə çomaq.
Əgər xəbər alsan Molla Şəfini,
Oğru dürüst quraşdırıb kefini.
O, Qalada biçər ölü kəfəni
Çöldə üç atını soyublar çılpaq.
Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah qaçar hərə bir yana;
Tənbeh etmək ilə Xındırıstana,
Xub saldı nizama ölkəni qoçaq.
Birindən şikayət edəsən əgər,
Danışmağa qoymaz, sözünü kəsər.
Qardaş malı kimi, ortadan bölər,
Murovlar olublar oğruya ortaq!
Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti, malı.
Xandəmirov caldı, çapdı mahalı,
O ki tutub özün keçəl qurumsaq.
Üləmalar üz döndərib Xudadan,
Usanmaz bir ləhzə cövrü cəfadan.
Başı əmmaməli seyid-molladan
Taətdə övladır o qatmaqurşaq.
Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yarıdıq, nə də ki, qışda;
Ya Rəb, neyləmişdik, bu dağılmışda?
Haram oldu bizə bir qarış torpaq.
Çəkilib köksümə dağlar, düyünlər,
Kafirə olmasın nəsib bu günlər.
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.
Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edəm əlhal.
Bir parasın yazıb, eylədim irsal,
Bu şərt ilə nə diş bilsin, nə dodaq.
Qasım bəy zakir şeirləri
Zəngin yaradıcılığı ilə ədəbiyyatımızda şərəfli yer tutan Zakir yalnız lirik şeirləri ilə deyil, kəskin satiraları ilə də məşhurdur.
Yada salın
− Vətən həsrətinin, qəribliyin ifadə olunduğu hansı əsərləri xatırlayırsınız?
− Bu əsərlərdə, başlıca olaraq, hansı hislər əksini tapır?
− Uzaq keçmişin – yazıldığı dövrün ictimai eyiblərini əks etdirən əsərlərin bu gün öyrənilməsinin əhəmiyyəti nədir?
Oxuda aydınlaşdırın
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Mən sevmişəm onun ala gözünü,
Nəsib ola, bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa, durnalar!
Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar,
Qorxuram, toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!
Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!
DURNALAR
Comments are closed, but trackbacks and pingbacks are open.