Rusiya Qarabağdan çıxacaq – Telman Qasımov
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Qasımov himalay xx sr az dbiyyatşünaslığı msllri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Müstəqillik yollarında: liderlik missiyası
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Rusiya Qarabağdan çıxacaq – Telman Qasımov
“Ermənilərin son günlər Azərbaycan-Ermənistan sərhəddində atəşkəsi tez-tez pozmaqda məqsədləri budur ki, Fransa və Amerika qüvvələrini bölgəyə cəlb etsinlər. Düşünmürəm ki, belə bir hadisə baş verəcək və bunu bacara biləcəklər, amma Ermənistanın Azərbaycanı müharibəyə cəlb etmək məqsədi də yoxdur”.
Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
Ekspert bildirib ki, Qərb Rusiyadan Qarabağdakı sülhməramlı mandatını almağa çalışır:
“Sərhəddə atəşkəsi pozan ermənilərin əsas məqsədlərindən birincisi Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır. Təbii ki, onlar bunu özbaşına etmirlər. Qərbin və Amerikanın əsas planı budur ki, Zəngəzur dəhlizi açılmasın və layihələr başa çatmasın. Çünki bilirsiniz ki, bu saat Amerikanın və Qərbin İranla münasibətlərini yaxşılaşdırmaq və İranın qazını, neftini Avropaya daşımaq istəyirlər ki, Rusiyanı “ofsayda” qoysunlar və onu çökdürsünlər. Bu da təbii ki, Avropadan, Qərbdən gələn tapşırıqlardır ki, həmin bu yolla Rusiyadan sülhməramlı mandatını alsınlar və Fransanın, Amerikanın və digər qüvvələrin ora yerləşdirilməsinə nail olsunlar. Amma bu, alınan bir şey deyil, çünki artıq proses var. Paşinyan həmin protokallara qol çəkib, öhdəliyə götürübdür və Rusiya da öz mandatını alıbdır. Düşünmürəm ki, Qərbin bu planı alınan bir şeydir.
Bu regionda artıq təkcə Rusiya deyil, Qərbin bu planları həm də Türkiyənin nəzərdə tutulan iri layihələrdən kənarda qalması deməkdir. Türkiyə bunu çox gözəl anlayır. Rəcəb Tayyib Ərdoğanın da Şuşaya səfəri zamanı bir çox məsələlər orada açıqlanacaq, protokollar imzalanacaq. Proseslərdə əsas Rusiya ilə Türkiyədir ki, Qərb və Avropa istəyir ki, bu məsələlərdə onlara zərbə vursun. Qərbin əsas məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır, bu məsələlərin üzərində çox işləyirlər və Ermənistana da göstəriş verirlər ki, bu məsələni qabartsın ki, Fransanın, Amerikanın NATO kontingenti gəlib Qarabağda, Ermənistan-Azərbaycan sərhəddində sülhməramlı kimi iştirak etsinlər. Bu da mümkün deyil. Mən yaxın gələcəkdə belə bir şeyin baş verəcəyinə inanmıram, real deyil.
Rusiya gec-tez Qafqazdan çıxacaq. Çünki Rusiyanın bu dəqiqə öz vəziyyəti olduqca ağırdır. Həm kontingenti saxlamaq üçün çox böyük məbləğdə maliyyə vəsaiti lazımdır, digər yandan da iqtisadiyyatı çökməkdədir. II Qarabağ müharibəsində hərbi sənayesi özünü doğrultmadı. Türkiyə hərbi sənayesi Rusiya hərbi sənayesini üstələməkdədir. Əlində iki-üç raketi, bombası var, o demək deyil ki, Rusiya fövqəl gücə sahibdir. İqtisadiyyatının artacağı da indiki vəziyyətdə mümkünsüzdür. Rusiya sülhməramlı kontingentinin Qarabağdan çəkilməsi reallaşacaq, başqa yolu yoxdur. Digər yandan dəhlizlər açılarsa, Rusiyanın iqtisadiyyatı düzələcəksə, o yollarla yüklər daşınacaqsa və iqtisadiyyatında dəyişiklik olacaqsa, Rusiya Qarabağı əlində saxlayıb, orada o qədər pullar xərcləməyi nə edir?! Petrosyan belə deyə bilər, Köçəryan, Sarkisyan, Ter-Petrosyan Rusiyanın bir nömrəli vassalına çevrilmiş adamlardır. Gec-tez Rusiya nəinki Azərbaycan torpaqlarından, Ermənistandan da çıxıb gedəcək. Əgər Rusiya ilə Türkiyə arasında əməkdaşlıq inkişaf etsə, daha da böyüsə, artıq Rusiyanın “102”ci bazasının Ermənistanda qalmasına ehtiyac qalmayacaq. Yəni əsas məqsəd budur. Bu gedişat də ona doğru gedir”.
Təhməz Əsədov
Milli.Az
Himalay duzu
Dəniz kənarında, dağ ətəklərində insan özünü daha yaxşı hiss edir və həmin mühitdə mənfi ionların olması ovqata müsbət təsir göstərir. Bu baxımdan görünüşü xoş, faydası isə əvəzsiz olan Himalay duz lampaları ətrafda əsl sağlamlıq ab-havası yaradır.
Həkim-fitoterapevt Fizuli Hüseynov deyib: «Himalay duzu yüksək təzyiqin normalaşdırılmasına xidmət edir, böyrəklərdə olan daşları əridir, xərçəng hüceyrələri yaranmasının qarşısını alır. Ətrafa mənfi ionları daha çox yaydığına görə insanlarda əhvali-ruhiyyənin yaxşılaşmasına səbəb olur, stressi aradan qaldırır.
Həmin lampalar həm də ion lampaları da adlanır. Lampa duz parçasını isidir və ətrafa mənfi ionlar yayılır. Nəticədə insan orqanizmi duzun tərkibində olan 84 mineraldan yararlana bilir».
Onun dediyinə görə, duz lampaları havaya neqativ ion ifraz edən generator hesab olunur: «Müasir dövrdə insanı çoxlu elektrik cihazları əhatə edir və həmin cihazların havaya buraxdığı müsbət ionlar insanlarda fiziki və mənəvi yorğunluq, ruh düşkünlüyü, depressiya, yuxarı tənəffüs yollarının infeksiyalarına qarşı davamsızlıq yaradır».
Himalay duz lampaları qan dövranının yaxşılaşması, immunitetin güclənməsi, tənəffüs yollarının təmizlənməsi, astma sindromları, allergiyanın azalması və digər xəstəliklər zamanı kömək edir. Həmin lampaları hər büdcəyə uyğun müxtəlif ölçüdə və formada əldə etmək mümkündür.Hər zaman təbiət qoynunda vaxt keçirmək mümkün olmasa da, Himalay duzu sayəsində təbiəti qismən də olsa evimizə gətirmək olar.
Himalay Duzunun Faydaları:
1) Yüksək təzyiqi normallaşdırır;
2) Böyrək daşlarının əriməsinə kömək edir;
3) Ürək ritmini tənzimləyir və ürək damar xəstəliklərinə qarşı faydalıdır;
4) Xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və müalicəsində istifadə olunur;
5) Vücudun Ph tarazlığını qoruyur, xroniki yorğunluq, baş və boğaz ağrısına qarşı faydalıdır;
6) Həmçinin nəfəs yolu xəstəlikləri, şəkər, astma, allergiya, bronxit, ağ ciyər iltihabı, larengit, farengit, pnevmaniya, qrip, soyuqdəymə, öskürək və dəri xəstəliklərinə qarşı olduqca faydalıdır.
Himalay Duz Lampası– “Havanın Vitamini”
Himalay Duz Lampası həmçinin ion lampası da adlanır. Dəniz kənarında, dağ ətəklərində və ya bir şəlalənin yaxınlığında özümüzü daha yaxşı hiss edirik. Bu cür mühitlərdə havada çox miqdarda mənfi ionlar olur. Mənfi ionlar sağlamlığımız üçün olduqca faydalı olub, havaya canlılıq verir və havadakı mikrob və bakteriyaları azaldır. Tərkibində insan organizmi üçün faydalı olan 84 mineraldan ibarət Himalay Duzundan hazırlanan Himalay Duz Lampası, içində yanan lampa ilə isinərək ətrafa mənfi ionlar yayır. Təbii bir ion generatoru olan Himalay Duz Lampaları havadakı mənfi ion sayını ən az 300 % artıraraq mikrob və bakteriyaları azaldır və havanın keyfiyyətini artırır.
Himalay Duz Lampasının faydaları:
1) Qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir;
2) Tənəffüs yollarını təmizləyir;
3) Astma simptomlarını, allergiyanı azaldır;
4) Serotonini artırır;
5) Stressi azaldır;
6) Yuxunu yaxşılaşdırır;
7) İstifadə etdiyimiz mobil telefon, kompyuter, wifi, televizor, mikrodalğalı sobalar və s. yaranan şüaları azaldır;
8) Havadakı mənfi ion sayını artıraraq mikrob və bakteriyaları azaldır və havanın keyfiyyətini artırır.
Mənbə: sonxeber.az
- Teqlər:
- himalay duzu
- , himalay duzunun faydaları
- , himalay duz lampası
Comments are closed, but trackbacks and pingbacks are open.