Qasımov mülki müdafi
Layihəyə sərmayə qoyan investorların arasında “Karat Holdinq”in adı çəkilir. Eyni vaxtda 400 nəfərin müalicə ala biləcəyi bu sanatoriya “Holiday Inn.” şirkətinin layihəsi əsasında tikilib. “Karat” MMC deputat Əsabil Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşıyıb. “Karat MMC” 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi də qeydə alınıb. 2006-cı ildən isə “Karat MMC”-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra, onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də, faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir.
Şəhidlərimiz — I Qarabağ Müharibəsi
Rüzigar Qasımov 1956-cı il dekabrın 31-də Gəncə şəhərində anadan olmuşdur. Erkən yaşlarından atasını itirən Rüzigar qardaşı Füzulinin himayəsində böyümüşdür. O, orta təhsilini 8 saylı orta məktəbdə almışdır. Sonra 1983-cü ildə Baza İnşaat Texnikumunu bitirmişdir. Gəncə Gil-Torpaq kombinatında foto-usta, «Əməkçi» qəzetində foto-müxbir işləmişdir. Jurnalistlər birliyinin üzvü Rüzigar Qasımov müxtəlif yaradıcılıq müsabiqələrinin qalibi olmuşdur. O, 1976-1978-ci illərdə Minsk şəhərində həqiqi hərbi xidmətdə olmuş, kiçik leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. Bir müddət ixtisası üzrə çalışmışdır. 1985-1986-cı illərdə Smolensk şəhərində zabit kursunu bitirmişdir.
Erməni qovğası başlanan ilk gündən Könüllü Müdafiə Dəstəsi yaratmışdır. Dəfələrlə Nüvədi kəndinə getmişdir. Gəncəbasarda könüllülərdən ibarət «Boz Qurd», «Oğuz», «Qatır Məmməd» kimi dəstələr yaratmışdı.
Füzuli Qasımov şəhid qardaşı Rüzigar Qasımov haqqında belə deyir: «Leytenant Rüzigar Qasımov «Boz qurd» adlı dəstə yaratmışdı. Gənc komandir yeni yaratdığı dəstə ilə gecə-gündüz səngərlərdə mübarizə aparırdı. Dəstə 12 nəfərdən ibarət idi. Todan və Nüvədinin vətəndaşları Rüzigarla Abbasqulunu özlərinə fəxri vətəndaş seçmişdilər».
O, ağrılı günlərdə bir dəstə nüvədilinin mətbuatdakı ürək sözlərini indi də yaxşı xatırlayıram: Rüzigargil Gəncədən gələndə elə bildik ki, arxamızda dağ yaranıb, onlar kəndimizə hərbi qüvvə gətirdilər.
2 aylıq «səfərdən» qayıdan kimi evdə otura bilmədi. O günü Rüzigarın düz-əməlli üzünü görmədik. Bir stəkan çay içib birbaş Todana yollandı.
1990-cı il yanvarın 12-də axşamüstü acı xəbər bütün gəncəni sarsıtdı. Rüzigar Qasımov, Abbasqulu Məmmədov və Bəxtiyar Əliyev qəhrəmancasına həlak olmuşdurlar. Beləcə, ölkədə ilk şəhid yaraları Gəncəbasar elinə vuruldu. Gəncə şəhəri təlatüm içində idi. Bir ara meyitləri tapa bilmədilər.
1990-cı il yanvarın 14-ü gününü Gəncəlilər yaxşı xatırlayırlar. Qədim şəhərin küçələri ilə, dolanbac yollarla, baş meydandan məzarlığa qədər olan yollarda üç nakamın cənazəsi qara bayraq kimi əllər üzərində gəzirdi».
Rüzigar Qasımov ailəli idi. Aysel adlı bir qızı yadigar qalmışdı. Şəhərin küçələrindən biri Rüzigarın adını daşıyır. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 1990-cı ildə məzarının üstündə tuncdan büstü qoyulmuşdur. 2000-ci ildə isə mərhumun ruhuna yüksək hörmət əlaməti olaraq yaşadığı Dədə Qorqud küçəsində anasının və qardaşlarının təşəbbüsü ilə gipsdən «Rüzigar bulağı» xatirə kompleksi düzəldilmişdir. Hər iki abidə heykəltaraş Məşdi Rüstəmzadənin rəhbərliyi ilə təmənnasız inşa edilmişdir.
Mərhumun qardaşı Füzuli Rüzigarın sifarişi ilə Leninqrad Rəssamlıq Akademiyasının məzunu, tanınmış istedadlı rəssam Faiq Abdullayev 1990-cı ildə 125 sm x 155 sm ölçüdə kətan üzərində yağlı boya ilə «Rüzigar» portreti çəkmişdir. Şəkildə 3 Rüzigar təsvir olunmuşdur:
özü – dünəni;
suyun içərisində-şəhidliyi,
daşlaşmış forması – əbədiliyi ifadə edir.
1991-ci ilin oktyabrında Gəncə şəhər Siyasi-Maarif evində keçirilən sərgidə Respublika Mədəniyyət Fondunun yüksək qiymətləndirdiyi həmin portret müəllifi Faiq Abdullayev tərəfindən mərhumun anası Sakit Əliyevaya təmənnasız olaraq hədiyyə edilmişdi.
Haqqında 3 poema (Musa Sadigin «Rüzigar», Qədir Nüvədilinin «Rüzigar bulağı», Lətif Zərgərin «Şəhid oğlumuz»), yüzlərlə bədii əsər, bir neçə tişə və rəsm əsərləri, o cümlədən unudulmaz mahnılar bəstələnib. Onlardan birinin sözləri Qədir Nüvədilinin, musiqisi isə Yaşar Həsənovundur. Qardaşı Füzuli Rüzigar «Rüzigarlı Rüzigarsız dünyam» xatirə-romanını yazmışdır. Hal-hazırda Füzuli Rüzigarın təsisçisi və baş redaktoru olduğu «Rüzigar» qəzeti 2006-cı ildən etibarən Respublikanın bütün rayonlarında yayılır.
Qasımov mülki müdafi
Rusiyanın kurort şəhəri olan Yesentukidə Azərbaycanın sərmayəsi hesabına tikdirilən yeni sanatoriya istifadəyə verilib. “İstoçnik” adlı sanatoriyanın tikintisinə 1,5 milyard rubl xərcləndiyi bildirilir. GUNDEMİNFO.AZ yazır ki, Haqqın.az Fineko/abc.az-a istinadən xəbər verir ki, sanatoriyanın açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və digər rəsmi şəxslər iştirak ediblər.
Layihəyə sərmayə qoyan investorların arasında “Karat Holdinq”in adı çəkilir. Eyni vaxtda 400 nəfərin müalicə ala biləcəyi bu sanatoriya “Holiday Inn.” şirkətinin layihəsi əsasında tikilib. “Karat” MMC deputat Əsabil Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşıyıb. “Karat MMC” 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi də qeydə alınıb. 2006-cı ildən isə “Karat MMC”-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra, onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də, faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir.
Deputat seçilənə qədər sahibkarlıq fəaliyyətilə məşğul olan deputat Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər daxildir. Bu sırada “Karmen” un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən “Karat” dəyirmanını, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. Hazırda oğlu Taleh Qasımov tərəfindən idarə olunan “Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir.
Əsabil Qasımov 79 saylı İmişli Seçki Dairəsindən deputatdır, YAP-ın üzvüdür. Ötən illər ərzində “Karat Holding”in Gürcüstanda və hətta Ermənistanda da biznes qurduğu, burada taxıl və un məhsullarının monopolisını əlində saxladığı haqqında yazılar dərc olunub.
Qasımov mülki müdafi
“Əməkdar mühəndis”, 1990-1995-ci ildə Azərbaycan Ali Sovetinin Xalq deputatı Əhməd Qasımov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, o, bu gün torpağa tapşırılacaq.
Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədidə dünyaya gəlib. 1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışıb. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi “Azərkəndtexnika” İB-nin “Avtomobil Təmiri” zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilib və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik edib.
1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilib, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərib. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilib. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Milli Məclisdə Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olub. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışıb.
1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirib. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışıb.
Mükafatları:
4 aprel 1970-ci ildə “V. İ. Leninin 100 illik yubileyi” ilə əlaqədar təltif edilib.
23 may 1979-cu ildə “SSRİ-nin Mülki Müdafiə əlaçısı” döş nişanı ilə təltif edilib.
20 mart 1980-ci ildə “V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası” ilə təltif edilib.
10 may 1980-ci ildə “Əməkdar mühəndis” adına layiq görülüb.
Comments are closed, but trackbacks and pingbacks are open.