Press "Enter" to skip to content

Qasımova vüsalə

Tağıyeva Nərgiz Nazim qızı

QASIMOVA VÜSALƏ İNTIQAM QIZI

02.06.1986-cı ildə Bakı şəhərində anagan olmuşdur. 2006-cı ildə Azərbaycan Dillər Uni versitetini bitirib və Filologiya (xarici dil müəllimliyi) ixtisasına yiyələnib. 2006-2008-ci illərdə Lənkəran Dövlət Universitetinin “Dilşünaslıq” ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır. 2008-2012-ci illərdə Bakı Sosial Pedaqoji Kollecində ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən isə BQU-nin “Xarici dillər” kafedrasının baş müəllimidir.

Genel,Xarici Dillər Kafedrası içində dərc edildi

QARAŞARLI ÇİNGİZ MƏMMƏD OĞLU

15 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmiş bir neçə il orta məktəbdə ingilis dilini tədris etmiş, 1979-1982-ci illərdə Azərbaycan EA İ.Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmiş və 1982-ci ildə «Oğuz qrupu türk dillərində fel tərzləri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ç.M.Qaraşarlı 1983-cü ildən Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş və 2009-cu ildə «Aralıq dənizi regionunda aborigen dillər problemi (E.Ə. I minillik)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ç.M.Qaraşarlı hazırda Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasında professor vəzifəsində işləyir və 2002-ci ildən Bakı Qızlar Universitetinin «Xarici dillər» kafedrasının müdiridir.

Ç.M.Qaraşarlı 4 elmi monoqrafiya, dərs vəsaitləri, tədris proqramları, 70-dən artıq elmi məqalənin müəllifidir. Monoqrafiyalarında («Aralıq dənizi regionunun erkən sakinləri – türklər», 2005, «The Turkic Civilization Lost in theMediterranean Basin», 2011, «Troyalılar türk idilər», 2013 və b.) Qərbi Avropanın erkən sivilizasiyalarının türk mənşəli olduqları regionun qədim onomastikası və epiqrafik abidələri əsasında təsdiq olunur. Əldə olunan elmi nəticənin xalqımızın milli tarixi baxımından vacibliyi nəzərə alınaraq qeyd olunan ingiliscə monoqrafiya dövlət tərəfindən nəşr olunmuş və Avropa ölkələrində təbliğ olunmuşdur.

Xarici Dillər Kafedrası içində dərc edildi

PƏRVIN SAKIT QIZI KƏRIMOVA

13 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1986–cı ildə Salyan şəhərində anadan olmuşdur. 2003–cü ildə Salyan şəhər 6 saylı orta m əktəbi bitirmişdir. Həmin ildə «Azərbaycan Dövlət Pedaqoji Universiteti»nin «Riyaziyyat» fakültəsinə daxil olmuşdur. 2007–ci ildə universiteti bitirmişdir. Elə həmin ildə «Azərbaycan Dövlət Pedaqoji Universiteti»nin «Riyaziyyatın tədrisi metodikası və metodologiyası» ixtisasi üzrə magistratura şöbəsinə daxil olmuşdur. Magistraturanı 2009–cu ildə bitirmişdir.

Hazırda «Bakı Qızlar Universiteti»nin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasında laborant kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti içində dərc edildi

ARIF İBRAHIM OĞLU İSMAYILOV

13 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1951-ci ildə yanvar ayının 31-də Lənkəran rayonunda müəllim ailəsində anadan olmuşdu r. 1967-ci ildə orta məktəbi qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmişdir. Dəfələrlə Respublika riyaziyyat və fizika olimpiyadalarının qalibi olmuş və diplomlara layiq görülmüşdür.

Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə fəlsəfə doktoru, dosentdir. Uzun illər Lənkəran rayonunda müxtəlif orta məktəblərdə direktor, şəhər Təhsil şöbəsində fizika-riyaziyyat fənləri üzrə metodist işləmişdir.

Eyni zamanda Lənkəran Dövlət Universitetində 2007-ci ilə kimi fizika-riyaziyyat kafedrasında müəllim işləmişdir. Məktəb direktoru işləyərkən iş təcrübəsi bir neçə dəfə Respublika və rayon məktəbləri arasında qabaqcıl iş təcrübəsi kimi yayılmağa tövsiyyə olunmuş və yüksək qiymətləndirilmişdir.

«Respublika Pedaqoji mühazirəçilər» müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür.

Azərbaycan Pedaqoji Universitetində «Xalq maarifi təşkilatçılarının hazırlanması və ixtisasartırılması» kursunu bitirmişdir.

Bir neçə dəfə «Müəllimlər Qurultayı»nın və YAP-ın Qurultayının nümayəndəsi seçilmişdir.

Beynəlxalq təhsil proqramları ilə tanışdır, 2000-ci və 2003-cü illərdə bu məqsədlə Respublikada keçirilən seminarlarda uğurla iştirak etmiş və Sertifikat almışdır .40-dan çox elmi-metodik əsərin və yazının müəllifidir.

Fəxri fərmanlar və mükafatlarla təltif olunmuşdur. Direktor işlədiyi məktəbdə mülki müdafiə işinin yaxşı təşkilinə görə «Mülki müdafiə əlaçısı» döş nişanına layiq görülmüşdür.

Hərbi təhsillidir, kapitan rütbəsi var. Hal-hazırda Bakı Qızlar Universitetinin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasının dosentidir.

Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti içində dərc edildi

MEHMAN ƏLƏKBƏR OĞLU ŞAHVERDIYEV

13 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1959–cu ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Qardabani rayonu Kalinin kənd orta məktəbini bitirmişdir. 1977–ci ildə V. İ. Lenin adına «Azərbaycan Pedaqoji İnstitutu»nun (indiki ADPU) «Riyaziyyat» fakültəsinə daxil olub, 1981–ci ildə orani bitirmişdir.

1983–1986–cı illərdə Bakı şəhəri 105 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.

1986–1989–cu illərdə Ç. İldırım adına «Politexnik İnstitutu»nun (indiki AzTU) «Aspirantura» şöbəsinə daxil olmuşdur.

1990–cı ildə fizika-riyaziyyat elmləri namizədi adı almışdır.

1990–cı ildən AzTU–nun «Riyaziyyat» kafedrasında baş laborant, 1995–ci ildə baş müəllim, 2009–cu ildə isə dosent vəzifələrində işləmişdir.

«Riyaziyyat–I», «Riyaziyyat–II», «Riyaziyyat–III» və başqa dərs vəsaitləri və məqalələrin müəllifidir.

Hazırda «Bakı Qızlar Universiteti»nin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasında dosent vəzifəsində işləyir. Ailəlidir, iki övladı var.

Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti içində dərc edildi

NURƏDDIN XALƏDDIN OĞLU ŞƏRIFOV

13 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1954–cü ildə Gürcüstan Respublikasının Bolnis rayonunun Arıxlı kəndində anadan olmuşdur. 1971–ci ildə Arıxlı kənd orta məktəbini bitirmişdir. 1972–ci ildə «Bakı Dövlət Universiteti»nin «Mexanika-riyaziyyat» fakültəsinə daxil olmuşdur. 1977–ci ildə universiteti bitirdikdən sonra təyinatla Xaçmaz rayonunun Uzun–oba kənd orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. 1986–ci ildə fizika-riyaziyyat elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1980–1989–cu illərdə «Azərbaycan Texniki Universiteti» nin «Riyaziyyat» kafedrasında baş laborant, 1989–1991–ci illərdə asistent, 1991–1993–cü illərdə baş müəllim, 1993–cü ildən isə həmin kafedrada dosent kimi fəaliyyət göstərmişdir. 38 elmi məqalənin, 11 metodik göstərişin və bir neçə dərs vəsatinin müəllifidir.

Hazırda «Bakı Qızlar Universiteti» nin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasında dosent kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Genel,Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti içində dərc edildi

ƏDALƏT YAVUZ OĞLU AXUNDOV

13 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1966-cı ildə Bak ı Dövlət Universitetinin «Mexanika-riyaziyyat» fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır.

O, 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının «Riyaziyyat və Mexanika İnstitutu» nun aspiranturasına daxil olmuş, 1981-ci ildə «Qeyri məhdud oblastlarda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.

1984-cü ildən Azərbaycan Texniki Universitetinin «Ali riyaziyyat» kafedrasının dosenti olmuşdur.

2002-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır.

2008-ci ildə «Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər» mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

2013-cü ildə professor elmi adını almışdır.Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahəyə aid 50-dən artıq məqalənin müəllifidir. 10-dan artıq elmi məqaləsi xarici ölkələrdə dərc edilmişdir. Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilmiş müxtəlif elmi konfrans və simpoziumlarda iştirak etmiş, məruzələr etmişdir.

Elmi pedaqoji kadrların hazırlanmasında xidmətləri vardır.

Ailəlidir, iki övladı vardır.

Genel içində dərc edildi

VALEH MAHMUD OĞLU MƏMMƏDOV

13 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

1943–cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. O, kənddəki orta məktəbi bitirdikdən sonra 1961–1962–ci illərdə Qardabanidə inşa edilən TbilQRES–də fəhlə işləmişdir. 1962–1967–ci illərdə APİ–nin (indiki ADPU) «Riyaziyyat» fakültəsində oxumuşdur. 1967–ci ildən 1971–ci ilə qədər orta məktəbdə riyaziyyat müəllimi işləmişdir. 1971–1974–cü illərdə ETPEİ–nin aspiranturasında oxumuşdur. 1974–cü ildən 2002–ci ilə qədər həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi işləmişdir. Həmçinin Müəllimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarında dərs demişdir. ADPU–da eləcə də ADU–da pedaqoji təcrübəyə rəhbərlik etmişdir.

2002–ci ildən Azərbaycan Müəllimlər İnstitunda işləyir. Respublika və Beynəlxalq konfranslarda çıxış etmişdir. 90–a yaxın elmi–metodik məqalənin, 5 metodik Vəsaitin, derslik və proqramların müəllifidir.

Hazırda riyaziyyat təliminin aktual problemləri üzərində tədqiqatını davam etdirməklə yanaşı ixtisası üzrə dərs aparır, müəllim hazırlığında işini davam etdirir. Eyni zamanda «Bakı Qızlar Universiteti»nin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.

Genel içində dərc edildi

ÇINGIZ MUXTAR OĞLU HƏMZƏYEV

7 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

Çingiz Muxtar oğlu Həmzəyev 1953-cü il may ayının 17-də Bakıda ziyalı ailəsində anadan olm uşdur.

1970-ci ildə Bakı şəhəri 31 №-li orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) İstehsal Proseslərinin Avtomatlaşdırılması fakültəsinin Tətbiqi Riyaziyyat ixtisasına daxil olmuşdur.

1975-ci ildə İnstitutu bitirərək təyinat üzrə Azərbaycan Neftayırma və Neftkimya Sənayesi nazirliyinin Kust Hesablama Mərkəzinə işə göndərilmişdir və 1981-ci ilə kimi orada mühəndis-proqramçı, qrup müdiri vəzifələrində işləmişdir.

1981-ci ildən 1996-cı ilə kimi Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun «Kibernetika» Xüsusi Konstruktor bürosunda sektor müdiri, şöbə müdiri, layihənin baş konstruktoru vəzifələrində işləmişdir. 1996-cı ilin fevral ayından Bakı Qızlar Universitetinin «Riyaziyyat, informatika və onların tədrisi» kafedrasında dosent vəzifəsində işləyir.

1989-cu ildə müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti içində dərc edildi

HƏMİDULLA İSRAFİL OĞLU ASLANOV

7 Fevral 2015 tarixində Admin tərəfindən göndərildi

Həmidulla İsrafil oğlu Aslanov 1950–ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan ol muşdur. 1967–ci ildə «Azərbaycan Dövlət Universiteti» nin (indiki BDU) «Mexanika–riyaziyyat» fakültəsinə daxil olmuş, 1972–ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976–cı ildə namizədlik, 1996–cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1997–ci ildə professor elmi adını almışdır.

Diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir. 150–dən artıq elmi əsərin müəllifidir. 15–dən artıq məqaləsi xaricdə çap edilmişdir. «Adi diferensial tənliklər və riyazi fizika tənlikləri», « Çoxdəyişənli funksiyalar, çoxqat, əyrixətli və səth inteqralları. Meydan nəzəriyyəsinin elementləri», «İnteqral tənliklər, təqribi həll üsulları, EHM–də tətbiqləri», «Riyazi fizika tənliklərinin şəbəkə üsulu ilə həlli» dərs vəsaitləri vardır. Moskva, Sankt–Peterburq, Novosibirsk, Nalçik, Kiyev, Tbilisi, Batumi, Ujqorod, Səmərqənd, Tehran, Təbriz, İstanbul, Mersin, Varna şəhərlərində keçirilmiş beynəlxalq konfranslarda iştirak etmiş, məruzələrlə çıxışlar etmişdir. 1994–95–ci illərdə İran İslam Respublikasının «Təbriz Universiteti»nə dəvət olunmuş, mühazirələr oxumuşdur.

35 il müddətində respublikanın müxtəlif ali məktəblərində fəaliyyət göstərmişdir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda «Funksional analiz» şöbəsinin müdiridir. Elmi kadrların hazırlanmasında xidmətləri vardır. Onun rəhbərliyi ilə 3 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2002 – ci ildən «Bakı Qızlar Universiteti» nin «Riyaziyyat, informatika və təbiət fənləri» kafedrasının müdiridir. Ailəlidir, üç övladı var.

Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti içində dərc edildi

Kafedralar

  • Genel
  • Riyaziyyat və Təbiət fənləri kafedrası müəllim heyəti
  • Tarix Kafedrası müəllim heyəti
  • Xarici Dillər Kafedrası

Qasımova vüsalə

Vüsalə Qasımova

İş telefonu: (+994) 12 510 33 64

QISA BİOQRAFİK MƏLUMAT

1982-ci il, martın 4-də Şamaxı şəhərində anadan olub.

1989-1993-cü illərdə Moskva şəhəri 5 saylı orta məktəbində, 1993-1999-cu illərdə Bakı şəhəri 158 saylı orta məktəbdə oxuyub.

1999-2003-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin bakalavr pilləsində, 2003-2005-ci illərdə magistratura pilləsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

2012-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin dissertantıdır.

2006-cı ildən hal-hazıra qədər Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin “Cəbr və həndəsə” kafedrasında çalışır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1999-2003-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin bakalavr pilləsində, 2003-2005-ci illərdə magistratura pilləsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

2012-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin dissertantıdır.

ƏMƏK FƏALİYYƏTİ

2006-cı ildən BDU-da çalışır.

Apardığı dərslər: Riyaziyyat ixtisası: Cəbr və ədədlər nəzəriyyəsi – 1,2,3; Riyaziyyat müəllimliyi ixtisası: Cəbr – 1,2,3; Mexanika ixtisası: Cəbr; Fizika fakültəsi: Ali cəbr

11 elmi əsərin müəllifidir.

SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. Исследование решения почти всюду одномерной смешанной задачи для одного нелинейного уравнения Кортовега-де Фриза-Бюргерса Тезисы научной конференции, посвященной 75-летию члена-корреспондента НАНА, заслуженного деятеля науки, лауреата Государственной Премии, доктора физико-матема-тических наук, профессора Я.Д.Мамедова Бакы 2006, 1 səh.
  2. О связях квазипериодических многообразий со страфицированными многообразиями. AMEA-nın müxbir üzvü, fizika-riyiziyyat elmləri doktoru, professor Q.T.Əhmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş respublika elmi konfransının tezisləri. Bakı, 17 dekabr 2007, 1 səh
  3. Kommutativ halqanın spektrində topoloji strukturun təyin edilməsinin xassələri Bakı Dövlət Universitetinin 90-illik yubileyinə həsr olunmuş tələbə, magistrant, aspirant və gənc tədqiqatçıların «Riyaziyyat və Mexanikanın aktual problemləri» adlı elmi konfransının materialları. Bakı, 29 aprel 2009, 1 səh
  4. Global existence and nonexistence results for a class of semilinear hyperbolic system. Math Methods in the Applied Sciences (16 jan 2012), pp.1133-1144
  5. Глобальная разрешимость задачи для систем полулинейных уравнений четвертого порядка. AMEA, Məruzələr, LXVIII cild, №2, 2012, səh.24-31
  6. Задача Коши для одного класса систем полулинейных гиперболических уравнений четвертого порядка. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları. Bakı 2013, səh.7-9.
  7. Mathematics and mechanics series of physical-technical & mathematical seience. ХХХЫЫЫ №1, «Elm», Baku 2013, pp.13-20
  8. Задачи Коши для систем двух полулинейных гиперболических уравнений с диссипациями и с анизотропными эллиптическими частями. Рийазиййат вя Механиканын актуал проблемляри, Щ.Ялийевин анадан олмасынын 90 иллик йубилейиня щяср олунмуш Бейнялхалг конфранс, Bakı 29-31 may 2013, səh.148-149.
  9. Existence and nonexistence of global solution of Cauchy problem for a class of system of semi-linear hyperbolic equations of fourth order with damping. Proccedings of IMM, “Elm”, June 2014, vol.40, no.1, pp. 80-92.
  10. Смешанная задача для полулинейных гиперболических систем четвертого порядка «BDU Xəbərləri» 2015.
  11. Global Existence and energy decay of solution for a class system of fourth order semi-linear hyperbolic with damping and source terms Institute of Mathematics and Mechanics of NAS of Azerbaijan, «Mathematical analysis, Differential Equations and their Applecations» MADEA 7, september 08-13, Bakı 2015.
  12. Mixed Problem for one Class Semilinear Fourth-order Hyperbolic Systems. International Ecoenergy Academy ISSN: 1560-4055 Caspian journal of applied mathematics ecology and economics Volume 5 №1 July 2017 page 16-24
  13. On the Non-Existence of Global Solutions of the Mixed Problem for One System of the Fourth Order Semilinear Hyperbolic Equations. Applied Mathematical Sciences, HIKARI Ltd, ISSN: 1312-885X, Vol. 12, 2018, no. 11, 505 – 515

Qasımova vüsalə

Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

ağır cinayətlər məhkəmələri üzrə:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Əsgərova-Məmmədova Leyla Səyavuş qızı

Məmmədzadə Səbinə Adil qızı

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Hüseynov Nahid Nəsir oğlu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

Rzayeva Aynur Tapdıq qızı

inzibati məhkəmələr üzrə:

Bakı İnzibati Məhkəməsi

Almazova Aysev Mehman qızı

Məlikov Tural Rauf oğlu

Şəki İnzibati Məhkəməsi

Hacızadə Fəxri Hümmət oğlu

Şirvan İnzibati Məhkəməsi

Hüseynova Amilya Aqil qızı

Nəcəfov Hilal Nəcəfalı oğlu

kommersiya məhkəmələri üzrə:

Bakı Kommersiya Məhkəməsi

Əhmədova Nərmin Məzahir qızı

Gəncə Kommersiya Məhkəməsi

Quliyeva Gülnaz Elxan qızı

Sumqayıt Kommersiya Məhkəməsi

Alıyeva Həlimə Rəşid qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Sadıqova Aynurə Vahid qızı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Hacıyeva Sahibə Cavid qızı

Hacıyeva Sülhanə Sərdar qızı

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

Dadaşova Şəfa Əliövsət qızı

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

Əlisoy Xalidə Kəramət qızı

Əfəndizadə Mehriban Xalid qızı

Tağıyeva Nərgiz Nazim qızı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Qədirli Nigar Aftandil qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

İmanova Nigar Arzu qızı

Qədirova Şəbnur Şakir qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Ağcabədi Rayon Məhkəməsi

Nuriyev Rəşad Mövsüm oğlu

Bərdə Rayon Məhkəməsi

Babaşov Fuad Bəhruz oğlu

Gəncə Şəhər Məhkəməsi

Cəfərli Orxan Nazim oğlu

Əliyev Asif Əmrah oğlu

Quliyev Camal Yusifəli oğlu

Səfərli Xədicə Əlicabbar qızı

Goranboy Rayon Məhkəməsi

Mustafayev Taleh Məhəmmədəli oğlu

Xaçmaz Rayon Məhkəməsi

Qasımova Vüsalə Yadigar qızı

Qusar Rayon Məhkəməsi

Cəlilov Əli İsa oğlu

Lənkəran Rayon Məhkəməsi

Ağabəyov Nicat Rauf oğlu

Aslanov Murad Şamxal oğlu

Mingəçevir Şəhər Məhkəməsi

Cəbrayılzadə Elza Vaqif qızı

Sabirabad Rayon Məhkəməsi

Allahverdiyev Səlim Məhərrəm oğlu

Şəmkir Rayon Məhkəməsi

Məmmədova Şəfəq Ənvər qızı

Şirvan Şəhər Məhkəməsi

Məmmədova Səidə Hüseynağa qızı

Tovuz Rayon Məhkəməsi

Əliyev Fərid Nadir oğlu

Yevlax Rayon Məhkəməsi

Əliyev Kamil Çingiz oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rasim Sarı oğlu Kazımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilsin.

Comments are closed, but trackbacks and pingbacks are open.