Press "Enter" to skip to content

Nadir Qasimzade

Ziyarətə gələnlər şəhidin abidə kompleksinin və bulağın açılışından sonra kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.

Qasımzadə nadir

Vətən Müharibəsi şəhidi Nicat Qasımzadə anadan olduğu gündə həm də şəhadətə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, doğum günündə şəhidimizin sakini olduğu rayonun rəhbərliyi və ictimaiyyəti nümayəndələri onun ailə üzvləri ilə görüşüblər.

Ziyarətə gələnlər şəhidin abidə kompleksinin və bulağın açılışından sonra kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.

Böyüdüyü ailədə iki bacının yeganə qardaşı olan Nicatın ad gününə hazırlanan tortu, onunla eyni gündə doğulan əkiz bacısı kəsib. Eyni səngərdə döyüşən silahdaşları şəhidimizin qəhrəmanlığından, şəxsi şücaətindən söhbət açıblar.

Qeyd edək ki, Qasımzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Həmin kənd məktəbini bitirdikdən sonra kollecə qəbul olub. Ancaq kollecdə oxumayıb, rəssamlıq bacarığı olduğundan, arzusu hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq idi.

2019-cu il yanvarında hərbi xidmətə yollanan Nicat cəbhə bölgəsindəki hərbi hissədə nümunəvi əsgər kimi xidmət göstərib. Artilleriya manqa komandiri, kiçik çavuş rütbəli N.Qasımzadə ordudan tərxis olunduqdan üç ay sonra başlayan Vətən Müharibəsində yenidən silaha sarılıb.

Şəhid Nicat Qasımzadə Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar qalmış Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub.

O, Prezidentin sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Surxay Şahbazov

Nadir Qasimzade

Nadir Qasimzade проживает в городе Хызы, Азербайджан. В настоящий момент Nadir 30 лет.

Расширенные данные / Биография Nadir

Страна: Азербайджан
Город: Хызы
Место рождения: нет данных
Возраст: 30 лет
Дата рождения: 21 июля 1993
Знак зодиака: Рак
Семейное положение: неизвестно

Место жительства

Социальные сети

Facebook Nadir Qasimzade
Twitter нет данных
Instagram нет данных
ВКонтакте id285410458
Одноклассники нет данных
Мой Мир@Mail.ru нет данных

Источник информации

Информация получена из общедоступного открытого источника.
За достоверность информации сайт ответственность не несет.

Если это ваша анкета, то вы можете ее удалить. Перейти к удалению анкеты

XEYRİYYƏ MİSSİYASININ BİR HİSSƏSİ

Gənc Azərbaycanlı bəstəkar Türkan Qasımzadənin əsərlərini ABŞ, Isveçrə, Litva və Avstraliyanın tanınmış musiqiçiləri ifa edirlər

Müəllif: Sabirə MUSTAFAYEVA Bakı

Gənc azərbaycanlı bəstəkar Türkan Qasımzadə haqqında bu gün çoxları yazır. Özü də bu, yalnız yerli KİV-lə məhdudlaşmır və sadəcə, faktları sadalayan məqalələr də deyil. Türkan Qasımzadə nadir azərbaycanlılardandır ki, bu gün Nyu-York Konservatoriyasında (Manhattan School of Music) kompozisiya kursu üzrə magistratura təhsili alır. Bu nüfuzlu musiqi müəssisəsində təhsil üçün Türkan Qasımzadəyə maliyyə yardımı Heydər Əliyev Fondu tərəfindən edilib. Bunun hesabına gənc azərbaycanlı bəstəkar üçün dünya musiqi mədəniyyəti ilə ünsiyyət, çağdaş musiqi cərəyanları ilə tanışlıq, yeni musiqi texnikası və musiqi vərdişlərinin mənimsənilməsi baxımından böyük perspektivlər açılıb. Çağdaş dünya musiqisinə çalar verən bu texnika və bacarıqlar olmadan müasir bəstəkarlıq ənənələri ilə ayaqlaşmaq sadəcə mümkün deyil.

Türkan sanır ki, onun bəxti gətirib. “Mən Fondun prezidenti Mehriban xanım Əliyevaya çox minnətdaram, o, milli mədəniyyətin çiçəklənməsi və təbliği istiqamətində çox işlər görür”, – deyə Qasımzadə vurğulayır.

“Region plus”un əməkdaşı ilə söhbətində Türkan söyləyib ki, o, almanmənşəli tanınmış bəstəkar Reyko Fyutinqin sinfində oxuyur. Qasımzadə Nyu-York Konservatoriyasına ötən il daxil olub və keçən tədris ilində iyirmidən çox əsər yazıb, onların çoxu ABŞ, İsveçrə, Litva və Avstraliyadan olan tanınmış musiqiçilər tərəfindən ifa edilib. Türkanın musiqi karyerasının daha bir önəmli hadisəsi “Saksafon kvarteti üçün axşam musiqisi” əsərinə görə, Nyu-York Konservatoriyasının qalibi olmasıdır və buna görə konservatoriya tərəfindən təsis olunmuş “Jordan Berk Memorial Prize” mükafatına layiq görülüb.

Bu yaxınlarda isə Qasımzadə Avstraliyada gənc bəstəkarlar arasında “Fəzada ardıcıllığın nadir formaları” adı altında keçirilən beynəlxalq müsabiqədə birinci yer tutub. Müsabiqə Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən İtaliya Mədəniyyət Mərkəzi (İMM) tərəfindən keçirilib. Müsabiqəyə bütün dünyada tanınmış italiyan bəstəkarı, dirijor-maestro Karlo Forlivesi rəhbərlik edib. Bu, ilk dəfə Yaponiyada keçirilmiş festival-müsabiqənin sayca ikincisidir. Festivalın məqsədləri sırasına dünyanın müxtəlif ölkələrində konsert proqramlarının təşkili, yeni yazılmış işlərin təbliği və gənc bəstəkarların tanıdılması daxildir.

İMK tərəfindən keçirilən müsabiqə qalan musiqi tədbirlərindən onunla seçilir ki, hər dəfə mütəxəssislərin mühakiməsinə orijinal musiqi konsepsiyaları təqdim edilir. Budəfəki müsabiqə-festivalın ideyası ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan və italyan dili ilə tanışlığı olmayan gənc bəstəkarlar musiqinin italyan dili ilə orqanik rabitəsinin əks etdirilməsi ilə bağlı öz yaradıcılıq potensiallarını nümayiş etdirməli, italyan poetikasına fərdi yaradıcılıq prizmasından müxtəlif yaradıcılıq yanaşmaları təqdim etməlidirlər. Bu məqsədlə finalçı bəstəkarlara 20 italyan şairinin şeirləri göndərilmişdi. Ehtimal edilirdi ki, bu poetik nümunələr yeni musiqi yazılması üçün material kimi istifadə ediləcək və ya ilham mənbəyi rolunu oynayacaq.

Şeirlərin təqdimi gənc italyan şairəsi Rozario Lo Russoya tapşırılmışdı. Dünyanın müxtəlif ölkələrindən olan 60-a yaxın bəstəkar müsabiqədə iştirak üçün öz əsərlərini təqdim etmişdi. Dünyanın musiqi çevrələrində yetərincə tanınan alman, italyan və Avstraliya mütəxəssislərindən ibarət olan münsiflər heyəti onların 11-nin əsərləri ilə kifayətlənib. Belçikadan, İtaliyadan, Çilidən, Malayziyadan, Yaponiyadan, Avstraliyadan və Azərbaycandan olan finalçı bəstəkarlar Melburna dəvət aldılar, onların əsərlərinin tanınmış “ABC” şirkətinin “waki Auditorium” zalında ifası planlaşdırılırdı.

Müsabiqənin ikinci turu dörd finalçının seçilməsi və Adelaida şəhərində onların əsərlərinin ifası ilə keçib. Münsiflər heyətinin qərarı ilə Qasımzadə bu dəfə dördlüyün tərkibinə düşüb. Daha sonra müsabiqənin qalibi seçilib və bu, gənc azərbaycanlı bəstəkar olub. Onun italyan şairi Vivian Lamarkuenin eyniadlı şeirinə həsr edilmiş fortepiano üçün “Vu’ cumpra'” əsəri Adelaidada Kenja Fudjimuranın ifasında səslənib və Avstraliya radiokanallarının biri ilə yayılıb. Qasımzadə də beynəlxalq musiqi festivallarının qaliblərinin gələn ilin fevral ayında İtaliyanın Modena şəhərində keçiriləcək qala-konsertinə dəvətnamə alıb.

Bəstəkar özü etiraf edir ki, validenyləri heç zaman onun həyat yolunun musiqi sahəsi ilə kəsişəcəyini gözləmirmişlər, bəs Türkanın öz taleyini musiqi ilə bağlaması necə olub? Sən demə, Türkan hələ erkən uşaqlığından mərhum babası, Azərbaycanın tanınmış şairi Qasım Qasımzadənin və atası, “Qurani-Kərim”in məşhur tərcüməsinin müəllifi Nəriman Qasımoğlunun əhatəsində özünü yaradıcı insan rolunda təsəvvür edirmiş. “Yeri gəlmişkən, mənim atam həm də şairdir, maraqlı şeirlər yazır, bizim milli alətimiz olan tarda da pis ifa etmir. Musiqi, mədəniyyətin çox önəmli bir elementi kimi qiymətləndirilib və qiymətləndirilir, ona sevgi hər hansı bir əyləncə ehtiyacı kimi deyil. Erkən uşaqlıqdan mən bunu hiss edirdim və düşünürdüm ki, yəqin ki, mən də atam və babam kimi yaradıcılıq yolu keçməliyəm. Adi orta məktəblə yanaşı, mən 6 saylı uşaq musiqi məktəbində pianoçuluqda oxuyurdum. Bu alətdə çaldığım fortepiano kompozisiyaları məndən ötrü o qədər cəlbedici idi ki, fasiləsiz olaraq saatlarla öz improvizələrimi təkrar edirdim. Əlbəttə ki, bu improvizələr çox primitiv idi, amma onları çox sevirdim, tez-tez lentə yazır və özüm qulaq asırdım. Beləliklə, öz taleyimi musiqi ilə möhkəm bağlamağa qərar verdim. Bir dəfə isə gördüm ki, ilk işimi not kağızına köçürürəm”, – deyə bəstəkar söyləyir.

Yaddaşın alt qatlarından axıb-gələn bu musiqili improvizə Türkanı öz arxasınca musiqi karyerasına doğru dartırdı. Həmin andan başlayaraq o, bəstələməyə başladı. Onun ilk işləri Xəyyam Mirzəzadə və Arif Məlikov tərəfindən konservatoriyaya daxilolma tələbi kimi qəbul edilib. Arif Məlikov onun ifasına qulaq asaraq, birbaşa bildirib ki, Türkanın Bakı Musiqi Akademiyasının (BMA) bəstəkarlıq bölməsinə daxil olmağa tam haqqı çatır.

Müəllimlər sarıdan da onunku gətirib. İlk müəllimi Xəyyam Mirzəzadə olub və onları çox səmimi münasibətlər bağlayır: “O, mənim babamla dost olub və indi də atamla dostluq edir. Atam danışır ki, uşaq olanda yay vaxtları balkonda yatırmış və gecələr balkon qonşumuz Xəyyam müəllimin öz əsərlərini necə bəstələdiyinə qulaq asırmış. Mən çox şeyləri həm ondan, həm unudulmaz və həyatdan erkən getmiş İsmayıl Hacıbəyovdan və həm də Aydın Əzimovdan öyrənmişəm. Bu tanınmış adamların bəstəkarlıq dərsləri yaradıcılıq baxımından mənim üçün çox məhsuldar olub. Mənim BMA-da yazdığım işlər arasında həm kamera, həm vokal, həm də simfonik əsərlər var. Sonuncular sırasına simfonik orkestrin böyük tərkibi üçün nəzərdə tutulmuş rəqs suitası, simfonik orkestrin böyük tərkibi üçün nəzərdə tutulan simfoniya və kamera orkestri üçün musiqi aiddir. 2006-cı ilin əvvəlində Moskvada Rusiya Bəstəkarlar İttifaqı və başqa musiqi mərkəzləri tərəfindən keçirilən gənc bəstəkarların V beynəlxalq “Büllur kamerton” müsabiqəsinin qalibi olmuşam. 2007-ci ildə Daşkənddə gənc bəstəkarların beynəlxalq “Omnibus laboratorium” festivalının III seçim turunun qalibləri sırasına çıxmışam”.

Hazırda Türkanın musiqi karyerası vətənindən uzaqda inkişaf edir. Qasımzadə bildirir ki, ABŞ-da Azərbaycan musiqisinin təbliği istiqamətində az iş görülmür. Azərbaycanla ABŞ arasında coğrafi məsafə böyük olsa da, bizim mədəniyyət nümayəndələrimizin ABŞ-a qastrolları, Azərbaycan icmasının təşəbbüsü ilə təşkil edilmiş konsertlər, ABŞ-da bu yaxınlarda yaradılmış “Qarabağ” ictimai fondunun fəaliyyəti məhz bu məqsədə xidmət edir.

“Özümün bu xeyriyyə missiyasının tərkib hissəsi olduğumu görmək mənim üçün çox xoşdur. Bu ilin mart ayında amerikalılar Nyu-Yorkun prestijli muzeylərinin birində fortepiano və vokal üçün işlədiyim xalq mahnımız “Laçın”ı eşitdilər. Mahnını Azərbaycan dilində istedadlı vokalçı Nani Kanq ifa edib, fortepianoda isə mənim müəlimim Reyko Fyutinq müşayiət edib”-deyə Türkan Qasımzadə vurğulayır.

Comments are closed, but trackbacks and pingbacks are open.