Press "Enter" to skip to content

Qaynanamı necə yatağa salım

Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, qayınana və gəlinin daim mübahisə etməsi gündəmdən düşməyən bir mövzudur. Onların mübahisələrinin əsas səbəbi də qısqanclıqdır. Belə ki, qayınana oğlunu gəlinə qısqandığı üçün nadir hallarda onu ürəkdən sevə bilir. Bununla yanaşı, qayınana ilə münasibətlərdə yaşanan problemlərdə bioloji faktorlar da müəyyən rol oynayır: “Nəzərə alın ki, uşaqlar böyüyüb, ailə qurduqda çox vaxt ananın klimaks dövrünə təsadüf edir. Bu xəstəlik olmasa da, insana mənfi təsir göstərir. Qadında bu dövrdə əsəbilik, qısqanclıq, həddindən artıq emosionallıq müşahidə olunur. Ona görə də, klimaks dövrünü qadınlar kifayət qədər ağır keçirirlər. Bəziləri bu dövrü qocalığa bir addım kimi hesab edirlər. Axı indi onlara yalnız ana və qayınana yox, həm də nənə deyirlər. Bu fikir kimisə sevindirir, kimisə kədərləndirir və xoşagəlməz hadisələrin, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır”.

Qayınana ilə necə dil tapmaq olar?

Bu heç kimə sirr deyil ki, qayınana ilə gəlin heç vaxt yola gedə bilmir və bir-birinin dalınca danışmağa adət ediblər. Əksər hallarda gənc ailələrin boşanmasına da qayınananın gəlini qəbul edə bilməməsi və bu üzdən də gəlinlə daim kofliktə girməsi, qəsdən oğlunu gəlindən soyutması səbəb olur.

Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, qayınana və gəlinin daim mübahisə etməsi gündəmdən düşməyən bir mövzudur. Onların mübahisələrinin əsas səbəbi də qısqanclıqdır. Belə ki, qayınana oğlunu gəlinə qısqandığı üçün nadir hallarda onu ürəkdən sevə bilir. Bununla yanaşı, qayınana ilə münasibətlərdə yaşanan problemlərdə bioloji faktorlar da müəyyən rol oynayır: “Nəzərə alın ki, uşaqlar böyüyüb, ailə qurduqda çox vaxt ananın klimaks dövrünə təsadüf edir. Bu xəstəlik olmasa da, insana mənfi təsir göstərir. Qadında bu dövrdə əsəbilik, qısqanclıq, həddindən artıq emosionallıq müşahidə olunur. Ona görə də, klimaks dövrünü qadınlar kifayət qədər ağır keçirirlər. Bəziləri bu dövrü qocalığa bir addım kimi hesab edirlər. Axı indi onlara yalnız ana və qayınana yox, həm də nənə deyirlər. Bu fikir kimisə sevindirir, kimisə kədərləndirir və xoşagəlməz hadisələrin, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır”.

Qayınana oğlunun daha yaxşı gəlinə layiq olduğunu düşündüyü üçün də çox vaxt gəlinlə mübahisə edir və oğlunun seçimi ilə heç cür barışa bilmir. Bu cür düşünən qayınanalar fürsət düşən kimi oğlunu həyat yoldaşına qarşı edir. Gəlinin xasiyyətinin və davranışının mənfi tərəflərini qabardaraq tənqid edir, oğluna onun haqqında mənfi fikirlər söyləyir. Oğlunun ailə həyatına və nəvələrin tərbiyəsinə müdaxilə edir, mübahisə zamanı, hətta gəlin haqlı olduqda belə oğlunun tərəfini tutur.

Çox vaxt deyirlər ki, qayınana və gəlin ayrı yaşadıqda hörməti və mehriban münasibəti qismən qoruyub saxlamaq olur. Amma psixoloq bu fikirlə tam razı deyil. Ona görə ki, gəlin və qayınana ayrı yaşasalar belə, daim mübahisə edən, uzun illər, bəzən isə ömür boyu küsülü qalan ailələr var. İstər ayrı, istərsə də birgə yaşayanda arada olan hörməti qoruyub saxlamaq lazımdır.

Qayınanaların 8 tipi

Əslində qayınananı günahlandırmaq və dalınca danışmaq əvəzinə gəlinlər onları başa düşməyə, tanımağa çalışsalar, həyatları daha rahat olardı. Psixoloqun dediyinə görə, qayınanaların 8 tipi var və gəlinlərin bu haqda bilməsi münasibətlərdə harmoniyanın yaranmasına müsbət təsir edəcək.

Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.

İdarə edən qayınana. O, ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.

Günahlandıran qayınana. Belə qayınanalar, hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.

Eqoist qayınanalar. Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon – o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar.

Özünü qurban verən qayınana. Elə tip qayınanalar var ki, özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. Lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.

Nazlı qayınana. Bəzi qayınanalar isə özlərini ərköyün balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var.

İdeal qayınana. Bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir.

Xeyirxah qayınanalar. Adətən belə qayınanalar özləri vaxtı ilə qayınanalarından pis münasibət görüblər. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.

Müasir gəlinlərin səhvləri

Qayınana və gəlin problemi hər bir dövrdə olsa da, müasir zamanda gənclərin böyüklərə olan hörmətinin azalması bu problemi daha da qabardır. Psixoloq A.Ağabalayeva hesab edir ki, qayınana gəlininə qızı gözü ilə, gəlin isə qayınanasına sevdiyi və hörmət etdiyi həyat yoldaşının anası kimi baxsa, münasibətlərdəki gərginliyi azaltmaq olar: “Gəlinlər qayınana ilə dil tapmaq üçün onun dediklərini pis qəbul etməməyə çalışmalıdırlar. Yaxşı olar ki, qayınananın dediklərindən bir nəticə çıxarıb onun rəğbətini qazanmağa çalışsınlar. Lakin müasir gəlinlər nadir halda bunu edir və ya bunu etməyə cəhd göstərirlər. Qayınanalar isə çox vaxt oğlunu gəlinə qısqandığı və gəlinin oğlunu əlindən alacağından qorxduğu üçün konfliktə girirlər. Yaxşı olar ki, qayınanalar da bu cür neqativ fikirlərdən uzaqlaşıb ailənin xoşbəxtliyini düşünsünlər”.

Fikir vermisinizsə, əksər hallarda qızları öz anaları danlayanda və ya bir məsləhət verəndə, yol göstərəndə bunu pis qəbul etmirlər. Amma qayınana nəsə deyəndə hər zaman onun sözlərinin mənfi tərəflərini düşünürlər. Bu da gəlinlərdə qayınanaya qarşı nifrət hissini formalaşdırır ki, bu hiss də onlara mehriban yaşamağa imkan vermir. Əslində isə gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qayınana da bir anadır. Qayınana yoldaşınızın anasıdır və o, öz anasını heç vaxt sizin gözünüzlə görə bilməz. O, anasında hansısa nöqsanları görsə belə, bunu sizə etiraf etməyəcək.

Gəlinlərin qayınana ilə münasibətdə buraxdığı səhvlərdən biri də, qayınananı öz anası ilə müqayisə etməsidir. Bununla yanaşı, həyat yoldaşının uğursuzluqlarında qayınananı günahlandırmaq da ona qarşı aqressiyanı çoxaldır. Nəticədə yola getmək çətinləşir. Qayınana ilə ünsiyyətdə olmaq, onunla məsləhətləşmək, ona hörmət etmək, güzəştə getməyi bacarmaq, təcrübə və məsləhətlərindən faydalanmağa çalışmaq isə ailədəki mübahisələri minimuma endirir. Bunu etmək çətin olsa da, xoşbəxtliyinizi qorumaq üçün dəyər.

Aynurə Məmmədova
Milli.Az

Azərbaycanda qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ

Qaynanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Taleh Səfərov 11 aprel 2016-cı ildə saat 18:00 radələrində qaynı Radiq Səlimov (ad və soyad şərti verilib) ilə birlikdə Oğuz rayonunun Bucaq kəndində yerləşən “Region 48” adlı kafedə yeyib-içib. İçki məclisi gecəyarısınadək davam edib.

Bir gün sonra – aprel 12-də, gecə saat 01:00 radələrində Taleh Səfərov qaynı ilə birlikdə sonuncunun evinə gəlib. O, qaynanası Xatun Səlimovanı (ad və soyad şərti verilib) yatmış vəziyyətdə görüb və onu zorlamaq fikrinə düşüb.

Taleh qaynının yuxuya getməsini gözləyib . Qaynı yatandan sonra kürəkən soyunaraq qaynanasının yatağına girib. O, səs salmaması üçün öncə əli ilə Xatun Səlimovanın ağzını tutub. Müqavimət göstərdiyi üçün Taleh qaynanasını döyüb.

Xatun Səlimova kürəkəninin əlindən çıxaraq qaçmaq istəyib. O, özünü döşəməyə atıb. Bu vaxt Taleh Səfərov qaynanasını “zərərsizləşdirmək” üçün döşəmənin üzərində uzanıqlı vəziyyətdə olan Xatun Səlimanın əllərini şarfla bağlayıb və soyunduraraq onunla cinsi əlaqədə olub. Qaynanasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Taleh Səfərov həbs edilib.

“Qaynımın telefonunda pornoqrafik videolara baxdıq”

Taleh Səfərov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik kollegiyasında araşdırılıb.

Məhkəmədə ifadə verən Taleh Səfərov bildirib ki, aprelin 11-də qaynı Radiqlə birlikdə Oğuz şəhər bazarının yanındakı kafedə pivə içib: “Həmin gün saat 20 radələrində Oğuz rayonunun Bucaq kəndinə gedərək yolun kənarında olan kafedə Radiqlə birlikdə yemək yedik. Hərəmiz təxminən 750 qram araq içdik və həmin vaxt qaynımın mobil telefonunda pornoqrafik videolara baxdıq”.

“Qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 00 radələrində qaynının yaşadığı evə gedib: “Biz evə çatdıqda artıq qaynanam Radiqlə mənə digər otaqda yataq açmışdı, özü isə eyvanın girəcəyinə yaxın olan otaqda yatmışdı. Radiq dərhal yuxuya getdi. Mən də bir qədər yatağımda uzandıqdan sonra gecə paltarında həyətə düşərək siqaret çəkdim. Kafedə pornoqafik videolara baxdığım üçün ehtiraslı olduğumdan qaynanam ilə cinsi əlaqədə olmaq qərarına gəldim”.

“Qaynanamı soyundurdum”

Taleh Səfərov bildirib ki, qaynanası yatan otağa girərək paltarlarını çıxarıb: “Qaynanamın yatdığı çarpayıya əyləşdim. Bu zaman qaynanam yuxudan ayıldı və qışqırmaq istədikdə əlim ilə ağzından tutaraq qışqırmasına imkan vermədim. Qaynanam çabalayaraq əlimdən çıxmağa çalışarkən çarpayıdan yerə yıxıldı. Mən də çətinliklə bir əlim ilə qaynanamın ağzından tutdum, digər əlim ilə orada olan şarfla qaynanamın əllərini öndən bağladım. Sonra qaynanamı soyundurdum (Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsində qaynanası ilə cinsi əlaqədə olmasını çırpaqlığı ilə danışıb. Buna görə də onun ifadəsinin həmin hissəsini dərc etmirik – red.)”.

“Başımın üzərində polislərin dayandığını gördüm”

Taleh Səfərov ifadəsində daha sonra əlavə edib ki, qaynanası ilə cinsi əlaqədə olandan sonra eyvana çıxaraq paltarlarını geyinib və yatağında uzanıb: “Yatağımda uzanandan bir qədər sonra qaynım Radiqin telefonuna zəng gəldi. Radiq yatağından duraraq paltarlarını geyindi və getdi. Bundan sonra yuxuladım. Saat təxminən 4 radələrində yuxudan oyananda başımın üzərində polis əməkdaşlarının dayandığını gördüm. Həmin polis əməkdaşları məni polis şöbəsinə gətirdilər”.

“Kürəkənimi yatağımda görəndə qorxdum”

Zərərçəkmiş şəxs qismində dindirilən Xatun Səlimova bildirib ki, aprelin 11-də Taleh və Radiqin evə gəlmələrini gözləyib: “Həmin axşam yatdıqdan bir neçə saat sonra Talehi çarpayımda oturmuş gördüm. Qışqırmaq istədikdə Taleh ağzımı əli ilə tutdu, mənim qışqırmağıma imkan vermədi. Talehin əlindən çıxmaq istədikdə, çarpayıdan yerə yıxıldım. Taleh yenə də bir əli ilə ağzımdan bərk tutdu. Protez dişlərim dodaqlarımı əzdiyi üçün ağzım qanadı. Həmçinin Taleh ağzımı tutduğu üçün gücəndiyimdən boğazımın damarları şişərək ağrıdı. Həmin ağrını aradan götürmək üçün boğazıma yodla spirt sürtmüşəm. Taleh üzərimə uzanması və sinəmi sıxması nəticəsində döş qəfəsimdə ağrılar yaranıb”.

“Yeznəmin məni döyməsini bildirdim”

Xatun Səlimovanın sözlərinə görə, kürəkəni tərəfindən zorlanandan sonra qorxuya düşüb və əynini geyinərək həyətə düşüb: “Qonşuluqda yaşayan qaynımoğlugilə getdim. Onları səslədim. Qaynım oğlu və həyat yoldaşı çölə çıxdılar. Onlar məndən nə baş verdiyini soruşdular. Hadisəni onlara danışdım. Onlara oğlumun evdə yatdığını, bir bəhanə ilə onu çağırmalarını xahiş etdim. Qaynım oğlu da Radiqə mesaj yazdı və onu evinə çağırdı, bir neçə dəqiqə sonra Radiq ora gəldi. Oğlum məni orada görərkən təəccübləndi və orada olmağımın səbəbini soruşdu. Hadisə barədə oğluma danışdım. Rahib də mobil telefonu ilə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdi. Başıma gələn hadisədən utandığım üçün və el içində biabır olacağımdan qorxduğum üçün həkimlərə yeznəmin məni döyməsini bildirdim”.

Şahid ifadələrini dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə Taleh Səfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Taleh Səfərovun vəkili Emil Əliyev apellyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Müdafiə tərəfi onu da qeyd edib ki, zərərçəkmiş şəxs ilkin şikayət ərizəsində DİN-in “102” xidmətinə edilən şikayətdə, xəstəxanadakı həkimlərə verdiyi məlumatda yeznəsinin onu döyməsini qeyd edib, sonradan isə istintaq orqanına zorlandığını bildirib: “Hadisə yerinə təhqiqatçı gedib, dərhal hadisə yerinin şəkillərini çəkmiş və sair istintaq hərəkətləri aparıb. Həmin şəkillərdə isə otaqda hər hansı bir dağınıqlıq, səliqəsizlik, iki şəxsin arasında olan dava-dalaş və müqavimətə xarakterik heç bir görüntü yoxdur. Hesab edirik ki, müstəntiq tərəfindən istintaq eksperimenti keçirilsəydi, zərərçəkmiş şəxsin ifadəsinin şər və böhtan olması öz təsdiqini tapacaqdı”.

Vəkilin şikayəti Şəki Apellyasiya Məhkəməsində araşdırılıb. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara görə, Taleh Səfərovun apellyasiya şikayəti təmin edilməyib. (teleqraf.com)

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.