Qaynaq işlrinin texnologiyasi
Həmçinin belə zədələr təkcə qaynaq şüalarından yaranmır. Oxşar effektlər müxtəlif tibbi və məişət cihazlarına, günəş vannasına tamaşa edərkən də baş verir. Bundan başqa, sayrışan neon reklam lövhələrinə də uzun müddət baxmağınız məsləhət görülmür, əks halda, qaynağa baxmış kimi göz zədələri qazanacaqsınız.
Bəzi legirlənmiş poladları qaynaq etmək üçün olan elektrodların texniki göstəriciləri
*– “Ц” kiril hərfi latına çevrildikdə, “TS” kimi qəbul edilmişdir.
Termiki möhkəmləndirilmiş poladların qaynaq edilməsi .Yaymadan sonra termik emal edilməklə möhkəmləndirilmiş və kifayət qədər qaynaq edilə bilən yüksək möhkəmlikli azlegirlənmiş poladlardan qaynaq konstruksiyalarında geniş istifadə edilir. Onları O2ilə yaxşı kəsmək olur, yüksək dərəcədə plastiklik xassəsinə malikdir. Qaynaq konstruksiyalarının bu poladlardan hazırlanması onların çəkisini artırır, yüksək dözümlülük qabiliyyətini və işləmə müddətini azaldır, eləcə də iqtisadi cəhətdən əlverişli olur. Termiki möhkəmləndirilmiş poladlar qaynaq edildikdə, qızmanın təsirindən tikişyanı termik təsir zonasının möhkəmliyi bir qədər azalır. Bu poladların qaynaq texnologiyası və rejimi əsas metalın möhkəmliyinə bərabər möhkəmlikdə qaynaq birləşməsi alınmasını təmin etməlidir. Bu poladların əl-qövs qaynağı üçün aşağıdakı rejim məsləhət görülür.
Qaynaqlama kalsium-flüorid örtüklü elektrodlar tətbiq etməklə əksqütblü sabit cərəyanla və hər qat qoyulduqdan sonra tikişi soyutmaqla aparılır. Termiki möhkəmləndirilmiş poladların hər bir markası üçün qaynaq rejimini təcrübə üsulu ilə əldə edilən nəticələr əsasında seçmək məsləhət görülür.
Aşağıdakı cədvəllərdə müxtəlif tərkibli poladları qaynaq etmək üçün istifadə edilən elektrodların texniki göstəriciləri əks olunmuşdur.
İstiliyədavamlı poladları qaynaq etmək üçün olan elektrodların texniki göstəriciləri
Qaynaq işlrinin texnologiyasi
Elektrik qaynaqçısı texniki təhlükəsizlik üzrə Telmiat Təlimat 1.Elektik qaynaqçısı üçün texniki təhlükəsizlik üzrə təlimat inşaat norma və qaydalarının tələblərini nəzərə almaqla tərtib edilib. 2.Elektik qaynaqçısı işə başlamazdan əvvəl iş icraçısında texniki təhlükəsizlik təlimatı almalıdır. 3.Xüsusi geyim və ayaqqabı geyməlidir. 4Qaynaq aparatının sazlığını yoxlamalı.Nasazlıq aradan götürülməyincə işə başlamamalıdır. 5.Lazım olan alətlərin sazlığını yoxlamalı. 6.Qoruyucu vasitələrin;maskanın,şitin və s sazlığını diqqətlə yoxlamalı. 7.Cərayan ötürücü naqillərin və tutqacın izoliyasiyasını,qaynaq aparatının və qaynaq olunan məmulatın yerlə birləşməsini yoxlamaq lazımdır. 8.Qayanaq aparatını işə saldıqda ətrafda olan adamları xəbərdar etmək lazımdır. 9.Cərayan ötürücü naqillər sıradan çıxdıqda mütləq iş icraçısını xəbərdar etmək lazımdır.Ötürücü naqlləri nəmilikdən,yüksək temperaturadan və mexaniki təsirdən qorumaq lazımdır. 10.Təzyiq altında olan boru və məmulatları qaynaq etmək olmaz. 11.Qaynaq eden zaman üz və gözləri xüsusi rəngli şüşəli şit və ya şlemlə qorumaq lazımdır. 12.Cərəyan gücünə müvafiq elektrodla işləmək lazımdır. 13.Başqa cərəyan gücünə kecdikdə tutqacdakı elektrodu dəyişmək lazımdır. 14.Yanğın təhlükəli yerlərdən 5 m aralı sahədə qaynaq işləri aparılmalı. 15.Naqilləri elektrik şitinə birləşdirən zaman generator və transformator söndürülməlidir. 16.Nəm otaqlarda və ya metal rezervuarlarda qaynaq işləri apardıqda rezin qaloşdan və yaxud rezin döşənəkdən istifdə etmək lazımdır. 17.Əlvan metaların (mis,bürünc,tunc) qaynağı respiratorla aparılmalıdır. 18.İşi qurtardırdan sonra cərəyanı söndürmək lazımdır. 19.İşi qurardıqdan sonra iş yerini səhmana salmaq lazımdır. 20.Bütün çatısmamazlıqlar haqqında iş icraçısına xəbər vermək lazımdır. 21.Yadda saxla ki,bu təlimatı yerinə yetirməməklə sən istehsalat intizamını pozursan,özünü və iş yoldaşlarının həyatını təhlükə altında qoyursan. Qaynaq işləri zamanı təhlükəsizlik tədbirləri Qaynaq və kəsmə işləri müəssisələrdə və digər iş yerlərində yanğınların çıxmasının əsas səbəblərindəndir.Hər gün bu işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması dünyada minlərlə yanğın baş verməsinə səbəb olur.Qaynaq və kəsmə yanğınları cox gec fərq edilir, çünki isti metal və ya şlakın qığılcımları ətrafa səpələnərək hətta iş vaxtı bitdikdən sonra belə yanğına səbəb ola bilər. Məhz ona görə də kəsmə və qaynaq işlərinin aparıldığı sahədə bir sıra tədbirlərin görülməsi məsləhətdir: – Bütün yanar vasitələr iş sahəsinin ətrafından ən azı 10 m uzağa, etibarlı bir məsafəyə daşınmalıdır; – İş görülən ərazi əməliyyat başlamazdan əvvəl təmizlənməlidir; – Taxta zəminlər metalla örtülməli və ya yaxşıca isladılmalıdır – Qaynaq əməliyyatı etibarlı yerdə aparılmalıdır. Qaynaq işləri aparılan yerin ətrafında alışqan mayelər saxlanılmamalıdır; – Başqa tədbirlərin görülməsi mümkünsüzdürsə, yanar maddəni atəşə müqavimətli (yanmaz) vasitələrlə örtərək qorumaq olar – Divar və döşəmədə hər hansı bir acıqlıq olmadığından əmin olunmalıdır; -Yanğınsöndürmə cihazları, su vedrəsi də daxil olmaqla, hazır vəziyyətdə saxlanılmalıdır; – Ətrafın təmizliyi və nizamının tam olduğundan və iş bitdikdən yarım saat sonra hər hansı bir yanğın riski olmadığından əmin olunmalıdır; – İş bitdikdən iki saat sonra yenidən bir yoxlama keçirilməlidir.
Комментарии 2
7 фев 2020
el qaz qaynaqçsının vezife borcu
Поделиться 0
8 фев 2020
Vezife
borcu
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Qaynaq şüalarına baxarkən gözdə nə baş verir?
Uşaqlıqdan hamımızın xatırladığımız bir mənzərə var: Qaynaq işləri gedən ərazilərdən keçərkən böyüklər həmişə xəbərdarlıq edirlər ki, baxmayın, gözləriniz ağrıyar. Praktikada da ya özümüz, ya da tanıdığımız başqa adamların gözlərinin “svarkaya düşməsi”nin şahidi olmuşuq. Qaynaq şüaları gözlərimizə necə təsir edir və bu təsir başqa hansı hallarda baş verə bilər?
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, qaynaq şüaları insan gözləri üçün həqiqətən də ziyanlı və təhlükəlidir. İnsan gözü kövrək bir orqandır, kənar təsirlərdən müdafiəsiz vəziyyətdədir, bu üzdən də mexaniki zədələr və müxtəlif yanıq növlərinə qarşı həssasdır.
İnsanların yaratdıqları şüalanma mənbələri, həmçinin qaynaq şüalarının enerjisi gözün strukturunda zədələnməyə səbəb olur. Qaynaq şüasına tamaşa edən adamın gözlərində sonradan aşağıdakı simptomlar müşahidə olunur:
Gözlərdə ağrı
Göynəmə hissi
Gözlərin yaşarması
İşığa qarşı ağrılı həssaslıq
Bu bəla qaynaq şüalarına təkcə yaxından baxarkən deyil, uzaqdan baxanda da baş verir. Qaynaq şüalarına hətta 100 metrlik məsafədən də baxsanız, axırda gözləriniz eyni zədəni alacaq.
Nəzərə alın ki, qaynaq şüalarına baxan gözlərin strukturunda mürəkkəb fotokimyəvi proseslərin simptomları dərhal deyil, 4-6 saatdan sonra özünü büruzə verir. Qaynaq şüaları ilə vizual ünsiyyəti unudtuğunuz bir vaxtda gözlərinizdə göynəmə hissi başlayır.
Həmçinin belə zədələr təkcə qaynaq şüalarından yaranmır. Oxşar effektlər müxtəlif tibbi və məişət cihazlarına, günəş vannasına tamaşa edərkən də baş verir. Bundan başqa, sayrışan neon reklam lövhələrinə də uzun müddət baxmağınız məsləhət görülmür, əks halda, qaynağa baxmış kimi göz zədələri qazanacaqsınız.
Əgər ehtiyatsızlığa yol verərək elektrooftalmiya simptomları qazanmısınızsa, mütləq həkimə üz tutun. Əks halda gözlərinizdə yoluxucu xəstəliklər yarana bilər. “Svarkaya düşən” gözlərin sağalması 2-3 gün vaxt tələb edir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.