Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb
Bundan başqa, dövlət başçısı müvafiq qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
Prezident “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşib.
Belə ki, bu, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
Bundan başqa, dövlət başçısı müvafiq qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir
Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb
Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirəcək
13 Noyabr , 2015 16:27
https://static.report.az/photo/6bd66318-69f7-4de3-82d1-8ea16d5ae133.jpg
Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. “Report”un məlumatına görə, Nazirlər Kabinetinə qanunların və Prezidentin aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb. Fərmana əsasən müəyyən edilib ki: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü addəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 1-ci maddəsinin on doqquzuncu abzasında və 13-cü maddəsinin 12-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir; həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında, 10-cu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, öz əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirirlər; həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Qaz təchizatı haqqında azərbaycan respublikasının qanununu
Prezident İlham Əliyev “Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 595-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Unikal.org -un məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 595-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Comments are closed, but trackbacks and pingbacks are open.