Qaz təsərrüfatında payız-qış mövsümünə hazırlıq davam edir – FOTO
“Belə ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28.37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 2020-ci ilin yanvar – 14 avqust dövrü ərzində “Azəriqaz” İB üzrə kipliyə yoxlanılması nəzərdə tutulmuş 1125 ədəd qaz kəmərindən 715 kəmər (63%) kipliyə yoxlanılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
İstehlakçılara qeyri-standart qaz cihazlarının istismardan çıxarılması ilə bağlı növbəti xəbərdarlıq
2012-2013-cü illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar istehlakçıların davamlı təbii qaz təchizatının təmin edilməsi, “mavi yanacaq”dan təhlükəsiz və səmərəli istifadə olunması, eləcə də qaz təsərrüfatında texniki istismar qaydaları tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədilə cari il noyabrın 15-dən dekabrın 15-nə qədər respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 7 noyabr /Trend/
2012-2013-cü illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar istehlakçıların davamlı təbii qaz təchizatının təmin edilməsi, “mavi yanacaq”dan təhlükəsiz və səmərəli istifadə olunması, eləcə də qaz təsərrüfatında texniki istismar qaydaları tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədilə cari il noyabrın 15-dən dekabrın 15-nə qədər respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bununla əlaqədar, həmin müddətdə “Azəriqaz” İstehsalat Birliyinin bütün Qaz İstismar və Magistral Qaz Kəmərləri sahələri gücləndirilmiş iş rejiminə keçəcək, yerlərdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.
İstehsalat Birliyi tərəfindən respublika ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı”nın keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işər haqqında tədbirlər planı hazırlanıb. Plana əsasən, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması, qaydaları pozan istehlakçıların müqavilə üzrə qaz təchizatının dayandırılması nəzərdə tutulur. Tədbirlər planında, həmçinin, qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb.
Qaz təsərrüfatında payız-qış mövsümünə hazırlıq davam edir – FOTO
Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 328,9 km qaz kəmərləri əsaslı təmir edilib.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumatda həmçinin Bakı və regional qaz təsərrüfatı strukturlarının tərtib etdiyi proqram əsasında da işlər görüldüyü qeyd olunub:
“Belə ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28.37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 2020-ci ilin yanvar – 14 avqust dövrü ərzində “Azəriqaz” İB üzrə kipliyə yoxlanılması nəzərdə tutulmuş 1125 ədəd qaz kəmərindən 715 kəmər (63%) kipliyə yoxlanılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
Birliyin Texniki istismar şöbəsinin hesabatında göstərilir ki, dayaqlar üzərinə qaldırılması nəzərdə tutulan ümumi uzunluğu 258 361 metr olan qaz borularından 96 302 metri (37.2 %) dayaqlar üzərinə qaldırılıb. Rənglənməsi nəzərdə tutulan ümumi uzunluğu 337 228 metr qaz borularının 103 315 metri (30.6 %) artıq rənglənib”.
2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə “Azəriqaz” İB tərəfindən hazırlanmış tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması işləri davam etdirilir.
VERGİLƏR
Nazirlər Kabinetinin 36, 37 və 38 №-li Qərarı ilə “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair” və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair” tələblər və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası” qaydası təsdiq edilib.
Təsdiq edilmiş qərarlarda:
– qaz qurğularının tikinti-quraşdırma işlərinin tikinti obyektlərinin qaz təchizatına dair layihə sənədinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə uyğun həyata keçirilməsi,
-istehlakçılar tərəfindən qaz qurğularının onların texniki pasportlarında göstərilmiş qaydada təhlükəsiz istismar edilməsi və işçi vəziyyətdə saxlanılması,
-istehlakçıya satılan qazın keyfiyyət göstəricilərinin qüvvədə olan dövlət standartlarının tələblərinə uyğunlaşdırılması,
-qaz qurğularının qazın atmosferə buraxılmamasına dair tələblərin müəyyən edilməsi və bu sahədə mütəmadi nəzarətin həyata keçirilməsi,
-tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsinin və tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilməsi,
-istehlakçılar tərəfindən tüstü bacalarının təhlükəsiz qaydada istismar edilməsi və işçi vəziyyətdə saxlanılması təmin ediləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.