Günah ölənin özündədir
Sənəddə qaz sayğaclarının quraşdırılması və istismarı, eləcə də qazın dəyərinin ödənilmə şərtləri də əksini tapmışdır.
Qaz təsərrüfatının istismarı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı: 1955-1970: tarixi-sosioloji araşdırma
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Günah ölənin özündədir?
Qış mövsümünün gəlməsi ilə dəm qazından zəhərlənərək ölən və xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Hər il evlərdəki qaz sobalarının düzgün quraşdırılmaması və ya ehtiyatsızlıq səsəbindən onlarla adam həyatını itirir.
Bəs görəsən, rəsmi qurumlar bunun qarşısını almaq istiqamətində hansı tədbirlər görürlər?
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov Trend-ə açıqlamasında deyib ki, təmsil etdiyi qurum bu istiqamətdə əsas gücü maarifləndirmə işlərinə verib. E.Əhmədovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı işlər qüvvədə olan mövcud normativ sənəd və qanunların tələblərinə müvafiq həyata keçirilir: “Mövcud qaz təsərrüfatının texniki sazlığı ilə bağlı məsələdə cavabdehlik birbaşa qaz təsərrüfatının istismarı ilə məşğul olan istehlakçılara həvalə olunub. Yəni ki, vətəndaşların özlərinə. Vətəndaşlarımızın daha dolğun təhlükəsizlik qaydalarına əməl etməsi, dövrü olaraq tüstü bacalarının vintilyasiya kanallarının təmizlənməsinin təmin edilməsinə dair maarifləndirilməsi üçün nazirlik tərəfindən müvafiq video-çarxlar hazırlanıb”.
E.Əhmədov qeyd edib ki, bununla yanaşı görülən profilaktik xidmət kimi qaz təsərrüfatının birbaşa təsisatçıları olan “Azəriqaz” İstehsalat Birliyində evlərdəki dəm qazının təhlükəsizliyinə məzarət xarakterli tədbirlər həyata keçirilir: “Yəni “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin nəzdində mövcud qaz təsərrüfatının texniki vəziyyətinə baxış keçirmək üçün qurum yaradılıb. Bu qurumun işinin necə təşkil olunması həmin agentliklər tərəfindən dövri olaraq yoxlanılır”.
Milli.Az
Yeni qəbul olunmuş “Qazdan istifadə Qaydaları” ilə bağlı “Azəriqaz” İB-də mətbuat konfransı keçirilmişdir
Bakı, 27 may (AZƏRTAC). Nazirlər Kabineti tərəfindən yeni qəbul edilmiş “Qazdan istifadə Qaydaları” ilə əlaqədar mayın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində (İB) mətbuat konfransı keçirilmişdir. “Azəriqaz” İB-nin qaz təsərrüfatının istismarı şöbəsinin rəisi Vaqif Namazov və layihə-smeta və ekspertiza şöbəsinin rəisi Harun Vahabov jurnalistlərin suallarını cavablandırmışlar.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan V.Namazov Nazirlər Kabinetinin müvafiq qərarı ilə qəbul edilmiş “Qazdan istifadə Qaydaları”nın qazpaylayıcı şəbəkəyə qoşulma və şəbəkədən ayrılma şərtləri, tərəflərin vəzifələri, qazın dəyərinin ödənilmə şərtləri və digər məsələləri özündə əks etdirdiyini bildirmişdir.
Bu Qaydalar təsdiq olunanadək İB-də üç istehlakçı qrup üzrə yeni müqavilə layihələri hazırlanmış, müvafiq təşkilatlarla razılaşdırılmış və tətbiq edilmişdir. Evlərdə və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat hazırlanmışdır. Onun əsasında qaz qurğularına ildə bir dəfə baxış keçirilir və xidmət işləri aparılır.
Qaydalarda hökumət tərəfindən nəzarət və təbliğatın daha da gücləndirilməsi tələbləri qoyulmuşdur. Bundan sonra qaz qurğularına ildə iki dəfə, altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli, müqavilə üzrə istehlakçılar ildə bir dəfədən az olmayaraq “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun təlimatlandırılmalıdırlar.
Mətbuat konfransında evlərin qazlaşdırılması məsələsinə də toxunularaq bildirilmişdir ki, yeni qaydalara uyğun olaraq bundan sonra fərdi evin qazlaşdırılması “bir pəncərə” prinsipi ilə həyata keçiriləcəkdir.
Bundan əlavə, yeni Qaydalarda qazdan zəhərlənmə və bədbəxt hadisələrlə nəticələnən hallar nəzərə alınaraq qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamaq, qaz qurğularında nasazlıq və ya qaz sızması aşkar edildikdə hansı hərəkət və təhlükəsizlik tədbirlərinin görülməsi haqqında ətraflı məlumat verilmişdir. Qaz qurğularının özbaşına quraşdırılması, onların yerdəyişməsini və təmirini həyata keçirmək, bina daxilində qeyri-metal borudan qaz çəkilişi aparmaq, qaz qurğusunun quraşdırıldığı yerin planını dəyişdirmək, qaz qurğusunun, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunda dəyişikliklər etmək, qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadənin qadağan edildiyi bir daha diqqətə çatdırılmışdır.
Sənəddə qaz sayğaclarının quraşdırılması və istismarı, eləcə də qazın dəyərinin ödənilmə şərtləri də əksini tapmışdır.
Konfransda o da qeyd edilmişdir ki, istrehlakçıya verilən qazın dayandırılması istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədikdə, qazpaylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qazpaylayıcı ilə müvafiq müqavilə bağlanılmadıqda, təmir-profilaktika və qəza işləri görüldükdə və məhkəmənin qərarı ilə həyata keçirilir. Bildirilmişdir ki, yeni Qaydalar qaz təchizatçısı və istehlakçı arasında münasibətləri tənzimləyən mükəmməl bir sənəddir.
Sonda KİV nümayəndələrini maraqlandıran digər suallar cavablandırılmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.