Press "Enter" to skip to content

Qazma Mühəndisliyi

Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz quyularının qazılması” kafedrasının müdiri, professor Əlinazim Məmmədtağızadə bildirib ki, “Sənaye ili” çərçivəsində “Qazma mühəndisliyi” kitabının Azərbaycan dilinə tərcümə edilərək tələbələrə təmənnasız paylanması əsl bayramdır. “Azərbaycan dilində neft-qaz sənayesi üzrə ədəbiyyatın məhdudluğu pedaqoji heyət üçün tədris zamanı müəyyən problemlər yaradır. “SOCAR-AQŞ” rəhbərliyinin elmin inkişafına verdiyi bu töhfə digər sənaye müəssisələri üçün nümunə olmalıdır” – deyə professor əlavə edib.

“Drilling Engineering” kitabı Azərbaycan dilinə tərcümə edilib

Qazma mühəndisliyi sahəsində tanınmış amerikalı professor J.J.Azar və təcrübəli qazma məsləhətçisi G.Robello Samuelin birgə yazdıqları qazma sənətinin əsaslarından və tətbiqindən bəhs edən “Drilling Engineering” (“Qazma mühəndisliyi”) kitabı “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Azərbaycan dilinə tərcümə və çap edilib. Kitabın çap etdirilməsində əsas məqsəd neft-qaz profilli ixtisaslar, xüsusən də qazma mühəndisliyi üzrə təhsil alan gələcək mütəxəssisləri müasir texnologiyalar, optimal qərarların qəbulu üsulları və vasitələri ilə tanış etməkdir.

AZƏRTAC xəbər verir ki, kitabın təqdimat mərasimində çıxış edən “SOCAR-AQŞ”-nin baş direktoru Ramin İsayev respublikamızda qazma texnologiyasının inkişafını, yenilikləri və nəhəng neft-qaz şirkətlərinin təcrübələrini özündə əks etdirən metodiki vəsaitlərə böyük ehtiyac duyulduğunu deyib. Bildirilib ki, doğma ana dilimizdə müasir neft-qaz tədris vəsaitlərinin məhdudluğu müvafiq sahələr üzrə təhsil alan tələbələrin tədris məsələsində ciddi əngəllər yaradır. Bu baxımdan “SOCAR-AQŞ” rəhbərliyinin “Qazma Mühəndisliyi” kitabını Azərbaycan dilinə tərcümə etdirmək təşəbbüsü ilə çıxış etməsi milli gənc mütəxəssislərin yetişdirilməsinə diqqətin təzahürüdür.

Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qaz quyularının qazılması” kafedrasının müdiri, professor Əlinazim Məmmədtağızadə bildirib ki, “Sənaye ili” çərçivəsində “Qazma mühəndisliyi” kitabının Azərbaycan dilinə tərcümə edilərək tələbələrə təmənnasız paylanması əsl bayramdır. “Azərbaycan dilində neft-qaz sənayesi üzrə ədəbiyyatın məhdudluğu pedaqoji heyət üçün tədris zamanı müəyyən problemlər yaradır. “SOCAR-AQŞ” rəhbərliyinin elmin inkişafına verdiyi bu töhfə digər sənaye müəssisələri üçün nümunə olmalıdır” – deyə professor əlavə edib.

Tədbirdə Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Zahid Oruc və başqaları çıxış edərək qazma mühəndisləri, qazma əməliyyatlarına rəhbərlik edən şəxslər və neft mühəndisliyi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu kitabın doğma dilimizdə mövcud olan ən mükəmməl dərs vəsaiti olmasının əhəmiyyətini vurğulayıblar.

Qazma Mühəndisliyi

Lorem ipsum dolor sit amet, consetetur sadipscing elitr, sed diam nonumy eirmod tempor invidunt ut labore et dolore magna aliquyam erat, sed diam voluptua.

SKU: WVN-13 Category: Sciences Tags: Drilling, Engineering, Neft & Qaz, Oil & Gas, Petrol, Qazma

  • Additional information
  • Reviews (0)

Additional information

C. C. Azar, Q Robello Samuel

Reviews

There are no reviews yet.

Be the first to review “Qazma Mühəndisliyi” Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Tweet This Product
Share on Facebook
Pin This Product
Mail This Product

Related products

Rated 0 out of 5
Add to Wishlist
Rated 0 out of 5
Add to Wishlist
Rated 0 out of 5
Add to Wishlist
Rated 0 out of 5
Add to Wishlist

Categories

Top rated products

QAZMA MÜHƏNDİSLİYİ ixtisasartırma təlimi! SON 3 YER!

Qazma mühəndisliyi kursu zamanı əməkdaşlar neft-qaz quyularının qazılmasının əsas konsepsiyaları (quyunun konstruksiyasi, qazma kəməri, qoruyucu kəmər, sementləmə, istiqamətləndirilmiş qazma, dövr sistemi, qazma məhlulu, qazma zamanı problemlər, quyuya nəzarət sahələr) haqqında nəzəri və təcrübi biliklər mənimsəmək imkanı əldə edəcəklər. Mərkəzimizdə tədris olunan effektiv kurs modeli imkan yaradır ki, dünyanın ən nəhəng şirkətlərində tətbiq olunan qabaqcıl simulyasiya proqramları təcrübi dərslər vasitəsilə Qazma mühəndisliyi sahəsini tam mənimsəyəcəksiniz.

Kurs kimlər üçün nəzərdə tutulub:Neft və Servis şirkətlərində Qazma mühəndisliyi və ya Qazma texnologiyaları ilə əlaqəli işlərdə dərəcə artırmaq və yaxud bu sahədə işə qəbul olmaq istəyən şəxslər və mühəndislik sahəsi üzrə təhsil alan tələbələr kursda iştirak edə bilərlər.

Təlimin sonunda yerli və beynəlxalq sertifikat əldə edə bilərsiniz.Ətraflı məlumat üçün şərhə qeyd qoymağınız kifayətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.