Press "Enter" to skip to content

Qazın havadan sıx olduğunu necə müəyyən edə bilərəm

Nə ilə və nə vaxt onları yemləmək, çoxalma üçün haçsı qazları seçmək, qaz dəstəsində əlaqələrin xüsusiyətləri.

Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? – “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı – MÜSAHİBƏ

Son günlər ölkə ərazisində abonentlərin yeni qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı ictimaiyyətdə müəyyən şayiələr yayılıb. Yeni quraşdırılan qaz sayğaclarının artıq sərfiyyat hesablaması, abonentlərin artıq xərc ödəməsi ilə bağlı yayılan məlumatlar vətəndaşlar arasında çaşqınlıq yaradıb.

Milli.Az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Trend-ə müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

– Ruslan müəllim, son günlər sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, guya “Azəriqaz” tərəfindən abonentlərə quraşdırılan yeni mexaniki sayğaclar əsassız olaraq artıq sərfiyyat yazır. Bu barədə nə deyə bilərsiniz?

– “Azəriqaz” İstehsalat Birliyi bununla bağlı “Açıq qapı” günləri təşkil edir. Yeni gətirilən sayğaclarla bağlı yaranmış sualları cavablandırmaq məqsədilə hər həftənin 2-ci və 4-cü günləri saat 15:00-dan 17:00-a kimi vətəndaşlar onları maraqlandıran suallara cavab ala bilərlər.

Sayğacların dəyişdirilməsinə gəlincə isə bildirmək istəyirəm ki, biz son 10 ildə 2 növ sayğacdan istifadə edirik. Bunlar elektron tipli mexaniki sayğaclar və əvvəl ödənişli (Smart) sayğaclar. Bu gün də həmin növ sayğaclardan istifadə edilir. Yenə də mexaniki və smart sayğaclardan istifadə edirik. Yeni gətirilən sayğaclar da smart və mexaniki sayğaclardır. Artıq ən müasir smart sayğacları Bakıya gətirilib və 200 ədədi sınaqdan keçirilib. Həmin sayğaclardan artıq 30 min ədədini gətirmişik. Gələn ayın əvvəli əlavə olaraq 60 min smart sayğac Bakıya gətiriləcək. Bundan sonra həmin sayğacların quraşdırılmasına başlanacaq. Bu sayğaclar əvvəlkilərdən bir çox funksiyası ilə fərqlənir. Bu sayğaclara nəzarət və onun idarə edilməsi daha asandır. Həmin smart sayğaclarda əvvəlki sayğaclar kimi koda düşmə, bloklanma, kartın oxunmaması problemləri yoxdur.

Yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar isə sadəcə mexaniki sayğaclar kimi fəaliyyət göstərməyəcək. Bu sayğaclarda əlavə xüsusi qurğular quraşdırılır ki, bu qurğu vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq. Həmin sayğaclar onlayn rejimdə işləyəcək. Biz hər hansı bir ərazidə, hər hansı bir binada köhnə smart tipli sayğaclarda sərfiyyatı görə bilmirdik. Abonent qaz yükləyib istifadə etməyincə biz onun sərf etdiyi qazı müəyyən edə bilmirdik. Biz xüsusi balansımızı həyata keçirə və aylıq itkiləri, ərazidən yığım səviyyəsini hesablaya bilmirdik. Amma indi quraşdırılan sayğaclar onlayn rejimdə olduğu üçün bu prosesə nəzaqrət etmək mümkün olacaq.

Sayğacların artıq pul yazmasına gəlincə isə “Azəriqaz” İstehsalat Birliyi olaraq abonentlərin hər birinin şikayətlərini araşdırmağa borcluyuq və hazırıq. Hazırda müraciətlər əsasən qaz sərfiyyatının çox olması və vətəndaşların artıq pul ödəməsi ilə bağlıdır. Bu müraciətlər əsasən noyabr-dekabr aylarında qaz sərfiyyatının çoxluğu ilə bağlıdır. Bilirsiniz ki, hazırda qazın bir kubmetri 20 qəpikdir. Cənab Prezidentin vətəndaşlara olan dəstəyi nəticəsində əhali abonentinə xüsusi limit verilib. Əhali abonerntində 2200 kubmetr qaz sərfiyyatı üçün qazın bir kubmetri 10 qəpikdən hesablanır. 2200 kubmetrdən sonra hər kubmetrə görə əhali üçün bir kubmetr 20 qəpikdən hesablanır.

– Mexaniki sayğaclardan imtina edən abonentlər Smart sayğaclarla təmin edilə bilərmi?

-Bəli. Abonentlərin təklif və şikayətlərini dinləməyə hazırıq. Biz əvvəlki sayğaclardan imtina etməmişik. Əgər kimsə müraciət etsə ki, onun evinə əvvəldən ödəniş (Smart) sayğacı quraşdırılsın, onun xahişi nəzərə alınacaq və abonentə yeni Smart sayğac quraşdırılacaq.

– Yeni sayğacların quraşdırılması prosesi nə yerdədir?

– Artıq müxaniki sayğacların quraşdırılmasına başlanılıb. Hazırda bu proses davam etdirilir. Bu günə qədər 17 yaşayış binasında sayğaclar xüsusi qurğular əlavə edilməklə quraşdırılıb. Qeyd edim ki, bu sayğaclar quraşdırılan əlavə qurğu vasitəsilə mərkəzdən idarə olunacaq. Abonentə istifadə etdiyi qaz sərfiyyatına görə sms-bildiriş gələcək və həmin bildiriş gələn gündən sonra abonentə bir ay vaxt veriləcək. Bir ay müddətinə qədər biz həmin abonentin qazını kəsməyəcəyik. Bir aydan sonra abonent borcunu ödəməsə, onun qazı avtomatik kəsiləcək.

– İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı vəziyyət nə yerdədir?

– İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi ilə bağlı ilkin layihə işlərinə başlanılıb. Dövlətin müəyyən etdiyi proqram üzrə işlər davam etdirilir. Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələ ki, layihə axtarış işləri gedir. Konkret hansısa işlərə başlanması vaxtı hələlik məlum deyil. İlkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur. Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq. Bu ilkin layihədir və ola bilər ki, layihə dəyişsin.

Artıq işğaldan azad olunan ərazidə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb. Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək. Əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən edilməlidir.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə olan borc məsələsi bir müddət gündəmdə oldu. Bu məsələ həllini tapdımı?

– Bəli, bu məsələ həllini tapdı. Hazırda “Azəristiliktəchizat” ASC-nin bizə çox az borcu var. Çünki bu qurumun bizə olan 30 milyon manat borcu ötən ilin sonlarında dövlət tərəfindən ödənildi. Bu günə olan borc isə yalnız bu il istifadə edilən sərfiyyat borcudur.

– Ölkə üzrə ümumi qazlaşma səviyyəsi neçə faizdir və yeni layihələr varmı?

– Ümumi ölkə üzrə qazlaşma hazırda 92 faizdir. Qazlaşma xüsusi Dövlət Proqramı ilə həyata keçirilir. İlkin qazlaşma zamanı abonentdən heç bir ödəniş tələb olunmur, qaz xətləri çəkilir, sayğaclaşdırılır və abonentə təhvil verilir. Biz Dövlət Proqramının icraçılarıyıq.

Bakı şəhəri üzrə qazlaşma isə 100 faizdir. Bakının elə bir ərazisi yoxdur ki, orada qazlaşma olmasın. Ola bilər ki, hansısa qəsəbədə yeni tikililər olar, tikinti başa çatdırılmadığı üçün qazlaşdırılmayıb. Həmin ərazilərə isə biz kömək edirik. Ötən il Bakının bir neçə rayonunda yeni tikilən evlərin müəyyən hissəsinə köməklik etmişik. Həmin yeni tikilən evlər yerləşən küçələrə qaz xətti çəkirik, qalan hissəni isə vətəndaş ASAN xidmətə müraciət etməklə qaz xəttini çəkdirir.

– Qaz itkisinin və sayğacdankənar qaz xətlərinin çəkilməsinin qarşısını almaq üçün hansı işlər görülür?

– Bu məsələ əsas problemlərdəndir. Bununla bağlı monitorinq qruplarımız mütəmadi yoxlamalar keçirir. Aşkarlanan faktlarla bağlı sənədlər tərtib edilir və hüquq mühafizə orqanlarına müraciət olunur. Həm Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həm Daxili İşlər Nazirliyi, həm də prokurorluğa bu barədə hər ay müraciətlər edirik. “Azəriqaz” aşkarlanan fakt üzrə dəymiş ziyanı hesablayır və bununla bağlı aidiyyəti qurumlara müraciət olunur.

2019-cu illə müqayisədə sayğacdankənar qaz xətlərinin çəkilməsi faizi xeyli azalıb.

Milli.Az

Qazlar

Nə ilə və nə vaxt onları yemləmək, çoxalma üçün haçsı qazları seçmək, qaz dəstəsində əlaqələrin xüsusiyətləri.

Ev quşlarının arasında ən ciddi növ qazlardır. Onların seçilməsinə və saxlanmasında da ciddi yanaşmaq lazımdır.

Əgər siz qaz saxlayırsınızsa və ya onları çoxaltmaq istəyirsinizsə onların onların dəstədə xüsusi münasibətləri haqqında, onları nə ilə yemləmək və nə vaxt yemləmək, çoxaltmaq üçün hansı qazların

seçilməsi və digər problemlər haqqında məlumatınız olmalıdır. Bu məqalədə biz sizə bu işə yeni başlayanların bir çox suallarına cavab tapmaqda kömək edəcəyik.

Erkək və dişi qazların seçilməsi

Hansı xüsusiyyətlərə görə yaxşı erkək və dişi qazı seçmək olar? Dişi qazlar yumurta qoymağa başlayan kimi onları ayırmaq lazımdır. Çünki erkək qaz dəstədə olarkən özünə bir dişi qaz seçir və digərləri onu maraqlandırmır.

Əgər onları ayırıb 2-4 dişi qazla yerləşdirdikdə onlar hər bir dişi qazla maraqlanmağı özlərinə borc bilirlər.

Bir-dişili erkək qazı onun bir dişiyə göstərdiyi marağa görə seçmək olar. Yaxşı erkək qazın qanadlarında iki kiçik lələk olur. Bu lələklər qayçıya oxşadıqlarına görə bunu qayçı adlandırırlar. Əgər erkəkdə belə qayçı olmaqdıqda ona ayrı dişilər ayırmağa dəyməz. Belə erkəklər bir-dişili olur və çoxaltma işlərində yaramır. Yaxşı dişi qazlar isə quyruqlarında 16,18 və ya 20 böyük lələyi olanlardır. Belə dişiləri ayırıb ailələrə bölmək olar. Belə ailələr 2-4 dişidən və bir erkəkdən ibarət olur.

Qaz hini isti və təmiz olmalıdır

Keçən ildə seçildə qaydalarına görə 2 qaz qrupu yaradıldı- hər qrup 3 dişidən və bir erkəkdən ibarət oldu.

Qazlar yaxşı yumurtaladılar lakin cücələrin sayı az oldu. Bunun səbəbi nədir və onların sayını artırmaq üçün nə etmək lazımdır? Dişi qazların aktivlikləri saxlanıldığı yerin temperaturdan aslı olur. Əgər temperatur -2-dən aşağı və ya +25-dən yuxarı olarsa yumurtalar mayalanmamış olur. Erkəklərin ən yaxşı aktivlik temperaturu isə +1-dən +23-ə qədərdir. Həm də hində təmizliyin gözlənilməsi də vacibdir. Quşların ayaqları altında quru və dərin altlıq olmalıdır. Belə halda onların lələkləri sıx olur və onları soyuqdan qoruyur.

Əgər onların altlıqları nəm və çirkli olsa quşların lələkləri pırpızlaşır və bədənin temperaturunu saxlamır. Belə olduğu halda qazlara soyuq olur və onlar bədənlərinin temperaturunu saxlamaq üçün daha çox yeməyə çalışırlar. Nəticədə onların cinsi maraqları zəifləyir. Əlavə olaraq qazların yumurta qoyduqları yuvaları da təmizlikdə saxlamaq lazımdır. Vaxtında yuvanı peyindən təmizləmək lazımdır. Əks tədbirdə yumurtalara infeksiya düşə bilər və cücələr tələf olarlar.

Qaz dəstəsi üçün başçının seçilməsi

Qazlar dəstə quşları olduğu üçün onlar üçün dəstə başçısı seçilməlidir. Bəs dəstə başcısını necə seçmək? Qazlar 1.5-2 aylığına çatan kimi dəstə içərisində başçı seçilməyə başlayır. Başçı dəstədə nizam-intizam yaradır, yemlənmə yerlərini göstərir. Qazlar uzunömürlü quşlardır, onlar içərisində yaxşı dəstə başçısı olarsa onu uzun müddət əzrində saxlamaq lazımdır(6-8 il). Əgər hər hansı bir problemə görə dəstə başçısını itirsə onlara yenisini seçməkdə kömək etmək lazımdır. Yaxşı başçı dəstə yemlənərkən onları qoruyur. Başçı dəstə yemlənərkən həmişə ətrafı izləyir. Həm də dastə başçısı evə və ya yemlənməyə gedərkən həmişə irəlidə olur.

Çoxaltma məqsədi ilə yumurtaların seçilməsi.

Qazlar yumura qoymağa başlayırlar. Biz dəstədəki qazların sayını artırçaq məqsədi ilə qazların daşıdıqları yumurtalardan cücələr çıxarmaq istəyirik. Bəs yumurtaların yaxşı mayalanmaları üçün onlara necə qulluq etmək və nə ilə yemləmək lazımdır? Havadan asılı olmayaraq quşların yanına həmişə isti su ilə dolu vedrə qoyun. Suya isə bir neçə damcı marqans və ya yod qatın. Əgər bu yoxdursa suya həm də bir neçə ovuc ağac külü töküb qarışdıra bilərsiniz. Qazlar bu su ilə lələklərini təmizləyəcəklər. Eyni zamanda diqqət yetirin ki, onların altlıqları yaş olmasın.

Erkək qazlara yulaf, buğda və xırdalanmış noxud vermək lazımdır. Dişi qazlara isə vitaminli yem – duzlu və ya təzə kələm, balqabaq(bişmişi daha məsləhətlidir), xırdalanmış kök verin. Qazlar otyeyən quşlardır. Buna görə qışa onlar üçün ot qırıntıları (saman) yığmağınız məsləhətlidir. Lakin tərkibində az da olsa çürüntü olmamalıdır. Yığılmış bu quru otu qışda isti suda qarışdıraraq tərkibinə quşlar üçün kombiyem əlavə edə bilərsiniz.

Göstərilmiş bütün yemləri qazlara verməzdən qabaq duzlamaq lazımdır. Həm də həftədə 2-3 dəfə qazlara mayalı xəmir verin. Yuvalarını buğda samanı qoyun. Hər bir dişi qazın ayrı yuvası olsa daha yaxşı olar. Lakin bir yuvanın olmasının heç bir mənfi cəhəti yoxdur. Forma və rənginə görə yumurtalar seçilirlər, siz özünüz onları nömrələyə və ya nişanlaya bilərsiniz

Comments are closed, but trackbacks and pingbacks are open.