Press "Enter" to skip to content

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

Əlbətdə ki, birinə qarşı sevgi hiss etdikdə səxavətli olursan. Bütün gün qarşıdakı insandan xəbərdar olmağınız vacib deyil, ancaq yoldaşınızın xoşbəxt olmasını və heç nəyi qaçırmamasını istəyərsiniz. Bundan əlavə, sevginiz hər zaman fikirlərinizi nəzərə alacaq, çünki onun prioriteti sizsiniz və münasibətlərinizi işə salmağa çalışacaqdır.

Yıxılan uşaqda baş zədəsinə diqqətli olun

Yıxıldıqda ən çox qol və qıçlarından yaralanan uşaqlarda xüsusilə baş zədəsinə diqqət yetirilməsi lazımdır.
Çox vaxt əhəmiyyətsiz kimi görünən zədələr zaman-zaman ağır nəticələr meydana gətirə bilməkdədir. Məktəblərin açıldığı bu günlərdə enerji partlaması yaşayan uşaqların bağçada, koridorlarda, nərdivanlarda qaçdıqları adi haldır. Yıxılıb başını vurması ən böyük narahatlıqdır. Kaska taxa bilməyəcəyinə görə bu tip zədələrlə qarşılaşmaq qaçılmazdır. Uşaqların yıxıldıqda kürəyində və belində ağrı, qızarma ya da göyərmə, qusma, huşunu itirmə, yaddaş itkisi olub-olmadığına diqqət yetirilməlidir. Baş zədəsi keçirən uşaqda bəzən kiçik çatlaqlar meydana gəlib ilk başda əlamət verməzkən bir neçə gün içində beynə doğru sızıntı şəklində qanamalar meydana gəlib ciddi həyati təhlükələr yarada bilər.

Ailə və Uşaq Baxılıb: 8184 Tarix: 26 oktyabr 2013
f Paylaş

Digər yazılar

Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu

Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö

Nişan üzüyünün tarixi

Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d

Hamilə qalmağa kömək edən bitkilər

Uşaq istəyən xanımlar üçün soğanın faydası. Bir dənə orta böyüklökdə soğanı qabığını soyub dörd yerə bölürük.Əvvəlcədən qaynadılmış 2stəkan suyun içində 5dəqiqə qaynadırıq.İçinə başqa heç bir şey əlavə etmək olmaz.Hər günort

Ailədə mehriban olmaq üçün tövsiyələr

Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin

Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)

Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir

Ana südünü artırmaq üçün 6 məsləhət

1.Dieta etməyin. Sürətli kilo verməyi vəd edən pəhriz və dərmanları qəbul etməyin. 2.Su için. Südünüzü artıran ən əhəmiyyətli qida, sudur. Gündə ən az 2,5 – 3 litr su içməlisiniz, çünki südün əhəmiyyətli bir qisimi suda

Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlar

Müxtəlif mədəniyyətlərin müxtəlif toy adətləri. Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkə

Su və sabun uşaqların inkişafına kömək edir

Təmiz su və sabunun, yalnız gigiyena təmin etmədiyi, eyni zamanda kiçik uşaqların inkişafına təsir edə biləcəyi açıqlanıb. Mütəxəssislərin 14 araşdırma üzərində etdiyi qiymətləndirmə hesabatında, gigiyenik təmizlik şərtlərini

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

BAKU.WS-in məlumatına əsasən, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir. Çünki onun mövcud olması kişilərdə özünə qiymətvermə və həyat keyfiyyətinin azalmasına səbəb olur. Həmçinin partnyora mənfi təsir göstərir və qarşılıqlı münasibətləti korlayır. Tibbdə sağlam kişilərdə cinsi aktın orta hesabla 7 dəqiqə 3 saniyəyədək davam etdiyi göstərilir.

“Lakin burada da bir məqam var, yəni söhbət sağlam kişidən gedirsə o, sekslə məşğul olan zaman, müxtəlif vaxtlarda 10, 15, hətta 20 dəqiqə, başqa vaxt isə 4 dəqiqəyə orqazm olar bilər. Yəni bu kişinin qeyri-sağlam olmasına dəlalət etmir. Kişi müxtəlif vaxtlarda, fərqli dəqiqə göstəriciləri ilə boşala bilər. Burada əsas məqam kişinin psixoloji vəziyyətidir”.

Bu sözləri androloq-həkim Fərid Məhərov BAKU.WS-ə müsahibəsində deyir:

-Mənə hətta digər xəstəliklərlə bağlı müraciət edən pasiyentlərə “erkən boşalma probleminiz varmı?” – sualını verəndə, 90 faizindən “hə” cavabı alıram. Ümumiyyətlə, kişilər cinsi əlaqə zamanı tələsirlər. Qadınlar isə seks öncəsi müəyyən bir həddə çatmalıdırlar ki, proses zamanı orqazm olsunlar. Buna dırnaqarası hazırlıq mərhələsi deyək. Kişilər bu mərhələyə daha tez hazır olduqlarına görə prosesə səbrsiz yanaşırlar. Bununla da kişi cinsi əlaqəyə girir və erkən boşalır. Belə olan halda isə qadın orqazma çatmır. Çünki qadının anatomiyasında orqazma çatması daha uzun müddət lazımdır.

-Kişilərdə cinsi akt normalda nə qədər müddət olmalıdır?

-Tibbdə deyirlər ki, 7,3 dəqiqədir. Bunlar hamısı sadəcə statistikadır. Əslində bu gülməlidir. Pasiyent yanıma gəlir, deyir ki, erkən boşalma problemim var. Ondan soruşanda ki, başqa bir seks partnyorun varmı? Cavab verir ki, bəli. Soruşanda ki, onunla seks münasibətlərində proses necədir? Pasiyent “Onunla pis deyil” – cavabını verir. Bu da o deməkdir ki, məsələdə partnyor çox önəm daşıyır. Bəzən deyirlər ki, bir qadını hədsiz arzuladım, ona görə tez boşaldım. Bu da düzgün deyil. Qətiyyən, bu tam əksidir. Çox acınacaqlı məqamdır, amma buna mütləq toxunmalıyam. Bizdə əksər hallarda həyat yoldaşı seçəndə, intim parametrlər düşünülmür. Həyat yoldaşı seçərkən ona gələcəkdə doğulacaq uşağın anası kimi baxılır. Belə olan halda kişinin xanımına seksual istəyi olmur. Yatağa gözükölgəli, sanki borcu imiş kimi girir. Kişi nə xanımının, nə də özünün təlabatını ödəyə bilmir. Bununla da həm qadını, həm də özünü bədbəxt edir. Kənarda sevdiyini tapır, bununla da tam sekslə məşğul olur. Yəni kişi tam həvəslə, ləzzətlə cinsi əlaqədə olarsa, onda seksual aktın müddəti nisbətən uzun olur.

-Bu proses beyinlə əlaqəli olduğu üçün bildiyim qədərilə, proesesi süni şəkildə uzatmaq mümkündür. Seksual aktı süni şəkildə uzatmağın hər hansı fəsadları varmı?

-Xeyr, heç bir fəsadı yoxdur. Əksinə, cinsiyyət orqanı nə qədər çox ereksiyada qalarsa, bu daha xeyirdir. Onu da deyim ki, seksual akt zamanı yarım saatı keçirsə, bunun özü də başqa bir problemdir.

-Nə kimi problem?

-Bəzən mənə nadir hallarda gec boşalmaya görə müraciət edirlər. Bu da çox nadir olur, 1-2 faiz. Yəni 100 kişidən birində bu hala rast gəlmək olar. Bu yaxınlarda mənə Türkiyə vətəndaşı müraciət etmişdi. Dedi ki, onda seksual akt 1 saat davam edir. Bu zaman xanımı bezir və yorulur. Burada daha bir məqama toxunmaq istəyirəm. Bəzən deyirlər ki, qadınlar gec orqazm olur. Seksdən tam anlayışı olan kişi qadınını hətta 2 dəqiqə ərzində orqazma çatdıra bilər. Bundan sonra tez boşalma onun üçün dərd ola bilməz.Və daha bir məqam, qadınla seksə başlayan zaman elə davranmaq, öncəsevişmə etmək olar ki o, hətta 2 saat da sekslə məşğul olsa da, “doymaz”. Yəni adətən, xanımlara “seksdən bezdim” cümləsi yaddır. Onu da deyim ki, erkən boşalmanı önləmək üçün müxtəlif pozalar da mühüm rol oynayır. Buna fərdi yanaşmaq lazımdır. Yəni sekslə məşğul olan zaman hər bir kişi özünü tanımalıdır. Kişi özü üçün hansı pozada gec boşaldığını müəyyən etməlidir. Əlavə edim ki, 50 faiz kişilər cinsi əlaqə zamanı görəndə ki, orqazma yaxınlaşırlar, prosesi yavaşladırlar. Bir az gözləmə edir, davam edir, sonra yenə gözləyirlər.

-Məsələnin fiziki tərəfləri – xəstəliklər haqqında nə deyə bilərsiniz?

-Öncə onu vurğulayım ki, ən ağır cinsi xəstəlik belə, psixoloji durumu mükəmməl olan bir kişinin erkən boşalmasına təsir edə bilməz. Yəni bu prosesdə fiziki deyil, psixi, mənəvə tərəfi mühüm rol oynayır. Məsələnin fiziki tərəfinə gəlincə, kişilər yaşlandıqca, əksəriyyətində prostatit əmələ gəlir. Tibbdə prostata kişinin ikinci ürəyi deyilir. Prostatda olan hər hansı iltihabı proses – məsələn, orqanizmdə uzun müddət qalmış infeksiyalar, oturaq şərait, həddindən artıq piylənmə – bunlar birbaşa prostatın iltihabına yol açır. Yəni prostatiti olan kişilər birmənalı şəkildə tez boşalırlar. Burada istək azalmır. Amma bəzi adamlarda bu proses cinsi istəyə də öz təsirini göstərir. Onu da deyim ki, bir kişi cinsi əlaqə zamanı 15-20 dəqiqəyə, növbəti dəfə 2 dəqiqəyə boşalırsa, bu normaldır. Yəni kişi bir dəfə tez boşalırsa, bu problem demək deyil. Bu kişinin psixoloji durumuna bağlıdır, hansı ki, tibbə məlum deyil. Tez boşalma bütün vəziyyətlərdə, hər zaman baş verən haldadır. Tez boşalan kişilərdə isə proses bəzən 1-2 dəqiqə də çəkmir.

-Maraqlıdır, bu problemin həlli zamanı müalicə paralel olaraq psixiatorla birgə aparılır?

-Əslində bunu sekspotoloq yürütməlidir. Əfsuslar olsun ki, Azərbaycan sekspotoloqdan kasıb bir ölkədir. Ümumiyyətlə, bizdə sekspotoloq sözünə gülürlər. Azərbaycanda Tibb Universitetini bitirən bir tələbə otağının qapısına sekspotoloq sözünün yazılmasını özünə şərəf bilməz. Halbuki, bir çox ölkələrə buna çox normal yanaşırlar. Ailələr sekspotoloqa birlikdə gedirlər. Sualınıza gəlincə, bizə müraciət edən pasiyentlərlə söhbət edirik. Suallarımızla xəstədə psixoloji və ya fiziki problemlərin hansının çox, hansının az olduğunu təyin edirik. Görürük ki, bu insanın prostatı və hormonları sağlam, bütün analizləri də təmizdir, amma tez boşalır. Danışığından da görürük ki, bunda psixoloji bir problem var. Burada daha bir məqama toxunumaq istəyirəm. Xaricdə necədir? Yataqda partnyorlar bir-birinə uyğun gəlmədikləri halda ayrılırlar, hər kəs öz yoluna. Bizdə bu məsələlərə başqa prizmadan yanaşırlar. Yəni uyğunsuzluq və ya sevgi olmasa da, boşanmırlar. Bu məsələdə daha çox qadınların haqqının tapdandığını düşünürəm. Burada mentalitet-filan da rol oynayır. Azərbaycan qadını hər hansı kişi ilə bir neçə il birgə seks həyatı yaşayıb, sonra evlənə bilməz. Bunu həm cəmiyyət qəbul etməz, həm də yaşadığı kişi.

Və sonda deyim ki, yetkinlik yaşına çatan insanlar ən azı həftədə 2 dəfə cinsi əlaqədə olmalıdırlar. İstəyirsən, gün ərzində 5 dəfə cinsi əlaqədə ol, bunun heç bir ziyanı yoxdur. Nə qadın, nə də kişi üçün heç bir ziyanı yoxdur.

Sevgilinizin 10 açarda sizə aşiq olub olmadığını necə bilmək olar

Mükəmməl bir araya gələn və birlikdə çox yaxşı olan bir çox cütlük olmasına baxmayaraq, bəziləri daha çox tək olmaq və ya olmamaq kimi olurlar. Və bu günlərdə münasibətlər asan deyil.

Bir münasibətdə olmaq üçün empatiya və ya müzakirə etmək bacarığı kimi bir sıra şəxsiyyətlərarası bacarıqları tətbiq etmək lazımdır. Əks təqdirdə, gözəl bir sevgi hekayəsi kimi başlayan şey, iki sevginin (və ya keçmiş sevgililərin) bir pişik və bir it kimi uyğunlaşdığı cəhənnəm kimi sona yetə bilər.

Sevgi gedəndə .

Ayrılığın öhdəsindən gəlmək asan deyil. Sevdiyiniz birini unutmaq üçün çox iradə və vaxt lazımdır.Sevdiyimiz insanın varlığına, qoxusuna, nəvazişinə vərdiş etdik . dəyişiklik qəbul etməyi tələb edən güclü bir təsir göstərə bilər. Çünki cütlüklər hər gün ayrılır.

Hamımız ürək ağrısı keçirmişik və bu sizə həyat və necə sevməyi çox öyrədən təcrübələrdən biridir. Əslində ürək qırması sizi emosional cəhətdən daha güclü edə bilər..

  • İlgili məqalə: “71 ürək ağrısı ifadəsi və mürəkkəb romantik münasibətlər

Sevmək üçün göstərişlər

Hər münasibət bir dünyadır, çünki hər insan bir dünyadır. Bəzi cütlüklər zövqlərinə uyğun gəlir, bəziləri birlikdə qalmaq üçün cərəyana qarşı mübarizə aparır, bəziləri orta məktəbdən bəri bir-birlərini tanıyırlar. Bir sözlə, bir çox ortaq növü var.

Həqiqət budur ki, münasibətlər üzərində işləmək lazımdır, çünki eniş-yoxuş var. İşlərin necə yaxşı aparılacağını bilmək münasibətlərin ilk dəyişiklikdə pozulmamasını təmin edir. Bəs münasibətlər qurmaq üçün nə edə bilərik? Bütün cütlərin müvəffəqiyyətini təmin edə bilmərik, amma ideal budur:

  • Hörmət və azadlıqla sevin
  • Düzgün ünsiyyət qurun
  • Problemləri yetkin şəkildə və danışıqlar yolu ilə həll edin
  • Sevdiyinlə vaxt keçir
  • Münasibəti kənara qoymayın
  • Lazım gələrsə dəyişiklikləri əks etdirin və qəbul edin
  • Partnyorunuza etibar edin

Yoldaşınızın hələ də sizə aşiq olub olmadığını necə bilmək olar

Əhəmiyyətli olan, verilən və alınanlar arasında bərabər bir tarazlığın olmasıdır, çünki hamımız münasibətimizdə hörmət və hər şeydən əvvəl sevgi istəyirik.

Yoldaşımızın bizi həqiqətən sevdiyini və ömrü boyu yanımızda olmaq istədiyini necə bilək? Bu yazıda Partnyorumuzun hələ də bizə aşiq olub olmadığını bilmək üçün 10 düymədən ibarət bir siyahı hazırladıq.

1. Sizinlə yatmaq istəmədən sizi qucaqlayır

Biri səni var gücü ilə istədiyi üçün sənin yanında olmaq istəyəndə fərqinə varacaqsan. Sənə toxunma, oxşamaq, qucaqlamaq hissindədir. Qarşı tərəf yalnız səmimi münasibətlər qurmağınızı istəyirsə və sizə qarşı sevgi dolu bir münasibət göstərmirsə, birlikdə vaxt keçirməkdən zövq alırsa, sizi insan kimi deyil, daha çox bir obyekt kimi görə bilər.

İndi bu, onun var olma tərzi ola bilər, ona görə bir gecə ehtiras keçirmək üçün birlikdə olmaqdan daha çox şey istədiyinizi inadla başa salmağa çalışın.

2. Xoşbəxtliyiniz onun qədər vacibdir

Birinə aşiq olduğumuz zaman xoşbəxtliyimiz onun özündən asılıdır. Özünüzü xüsusi hiss etdirməyin yollarını düşünürük ki, bizimlə birlikdə heç nəyi qaçırmayacağınızı biləsiniz. Sonda düşünülməyən, ancaq özündən çıxan bir şeydir. Bir müddət birlikdə olduğunuz nöqtəyə gəldinizsə və o artıq sizə eyni davranmırsa. Ona nə istədiyinizi də qətiyyətlə söyləyin.

3. O baxışı var .

Bədən dili tez-tez özü üçün danışır. Səbəbini bilmirik, ancaq bizə dedikləri və bədən dili ilə göstərdikləri bir-birinə uyğun gəlmədiyi zaman qəribə bir şeyin baş verəcəyini düşünürük. Əvvəlki kimi bizi öpmürsə və oxşamırsa, üstəlik bizə baxmırsa, düşünməyə başlayır. Görünüşün qəlbin əks olunması olduğunu deyirlər.

4. Səni dinləməyi sevir

Sənin nə qədər aşiq olduğunu, dostlarından çox səninlə olmağı üstün tutur. Onu xüsusi hiss etdirdiyiniz üçün və xüsusi bir şey haqqında danışmasanız da, sadəcə varlığınız onun üçün çox şey deməkdir. Yalnız sizinlə vaxt keçirməyi sevir, çünki həyatında və günündə böyük əhəmiyyətiniz var; birtəhər onların diqqətinin bir hissəsi həmişə sənə yönəlmişdir. Səni dinləyir, çünki ehtiyacların onun üçün vacibdir.

5. Sənin olduğuna görə lovğalan

Yoldaşınız sənə aşiq olduqda, səninlə gəzməyi, nahara çıxmağı və ya içki içməyi sevir, çünki sənin kimi birinin yanında olmağından qürur duyur. Səninlə görünməyi sevir. Bu bir az pis səslənə bilər, ancaq sənin xüsusi olduğunu düşünürsə, insanların şanslı bir oğlan olduğunu görməsini sevməsi məntiqlidir. Bu o demək deyil ki, səni bir kubok kimi göstərir., ancaq sizinlə məclislərə və görüşlərə getməkdən xoşbəxtdir, çünki şirkətinizi qiymətləndirir.

6. Dediklərindən daha çoxunu edir

Danışmaq və vəd vermək asandır, amma sözlər uçurulur. Yoldaşınız sənə aşiq olduqda, bu vədlərin yarısını sənə qoymur, əksinə, onunla yaşadığın münasibətlər bənzərsiz və xüsusi bir şey olsun deyə öz vəzifəsini yerinə yetirir. Onu sevdiklərini hiss edir, çünki özünü sevdiyini hiss edir və bu deyilənlərin məzmununa deyil, görülənlərə və edildiyi tərzdə nəzərə çarpır (normalda vaxt və / və ya tələb edən təşəbbüslər var) və ya səy).

Bir sözlə, sevgi ifadə olunur, ünsiyyət qurulmur. Bu sevgini görmürsənsə, bəlkə də əks etdirməlisən.

7. Həmişə ilk mesaj yazan siz deyilsiniz

Bir münasibət qurduğunuzda və hər biriniz evdə yaşadığınız üçün ayrıldınız. Onunla danışmırsan və o da səninlə danışmırsa, aşiq olmaya bilər. Sevgi deyilən o güclü hissi hiss etdikdə, o insanla söhbət etmək ehtiyacı içərinizdən çıxır.. Bəzən sənə WhatsApp-da, bəzən də sənə mesaj göndərəcək. Əgər sənə heç vaxt mesaj yazmırsa, sevgi dolu mesajlar da olsun, bunun səbəbi səni o qədər düşünməməsidir.

8. O sizinlə səxavətlidir

Əlbətdə ki, birinə qarşı sevgi hiss etdikdə səxavətli olursan. Bütün gün qarşıdakı insandan xəbərdar olmağınız vacib deyil, ancaq yoldaşınızın xoşbəxt olmasını və heç nəyi qaçırmamasını istəyərsiniz. Bundan əlavə, sevginiz hər zaman fikirlərinizi nəzərə alacaq, çünki onun prioriteti sizsiniz və münasibətlərinizi işə salmağa çalışacaqdır.

9. Səninlə vaxt keçirməyi sevir

Siz onun prioriteti olduğunuz zaman, sizin üçün vaxtıdır. Dırmaşmaq üçün dağa getmək, parkda gəzmək, bir həftə sonu qarda . hər cür bəhanəni bağlamağınız yaxşıdır. Ən çox istədiyi sənsən, ona görə də hər gün sənin yanında olmaq istəyir. Digər tərəfdən, hətta sizinlə məsləhətləşmədən Taylanda tətilə getmək istəyirsə və ya yayı onlarla keçirmək üçün dostları ilə sahilə getməyə üstünlük verirsə, açıq-aşkar sizi nəzərə almır. Münasibətlərin belə bir mənası varmı? Ola bilməz.

10. Sizinlə gələcək planlar qurun

Yoldaşınız sizə aşiq olduqda sizinlə gələcək planlar qururlar. Bu, indi evə getdiyiniz demək deyil. Ancaq, məsələn, bir iş təklifi və ya bir iş dəyişdirmə fürsəti alırsa, ya onu rədd etmək ya da qəbul etmək məsələsində onun planlarındasınız. Qərar sizinlə məsləhətləşmək və sizinlə ortaq bir nöqtəyə gəlməklə veriləcəkdir. Çünki sənin yanında olmaq istəyir və münasibətlərdə çox ciddi bir dəyişiklik olan çox əhəmiyyətli bir şey olmadığı təqdirdə sənsiz yaşamağı düşünmür. Bu qədər asandır.

Comments are closed, but trackbacks and pingbacks are open.