Press "Enter" to skip to content

Qəbul imtahanı sualları

YÖS imtahanı adətən 80 sualdan ibarət olur və bu sualların paylanması 45 YÖS İQ – Ümumi Qabiliyyət, 30-32 Riyaziyyat və 3-5 Həndəsə suallarından ibarət olur. Ümumilikdə, YÖS imtahanı iki hissədən ibarət olur; Əsas Öyrənmə Bacarıqları TestiTürkcə Testi

2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri haqqında məlumat

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.

2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramlarının tam mətni yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq. Qəbul imtahanı proqramları isə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.

Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.

Digər imtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

2023-cü il ərzində keçiriləcək imtahanlar haqqında məlumat

İmtahanın adı

Magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı

I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə sınaq imtahanı

Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)

  • Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona
  • Peşə liseylərinin buraxılış imtahanı
  • Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona
  • Peşə liseylərinin buraxılış imtahanı

Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı

• Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

• Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);

• Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik);

• Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

• Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona

Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd))

• əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

• kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik);

• müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik);

• Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

• eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik)

Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd)

QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd)

QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd)

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan

I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan

QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd)

QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd)

Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd)

Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd))

QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd)

QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd)

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan

Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd)

QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd)

QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd)

I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan

Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ)

Qəbul imtahanı sualları

2020-02-07 09:49:00

Qəbul imtahanlarına qeydiyyat davam edir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. DİM-dən AzEdu.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il fevralın 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir. Qeyd edək ki, 2020-ci il 7 fevral saat 10.00-a olan məlumata əsasən 4165 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 3768; rus bölməsi – 397). İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Bu bölməyə aid digər xəbərlər

Magistrlərin imtahanında rus bölməsi üzrə Azərbaycan birincisi oldu

2023-02-22 09:00:04

Magistr imtahanının 2-ci cəhdində suallar asanlaşdırıla bilər – AÇIQLAMA

2023-02-20 12:53:00

Magistraturaya qəbulda Məntiq üzrə suallar çətinləşəcək?-Hər kəs narahatdır

2023-01-17 09:30:00

Ölkə üzrə magistraturaya qəbul olan hər 6 nəfərdən biri UNEC-i seçib

2021-07-16 14:42:00

Magistratura pilləsinin boş qalan plan yerlərinə qəbul necə aparılacaq?-DİM

2021-07-12 11:51:00

Magistraturaya sənəd verən bakalavrlara XƏBƏRDARLIQ

2021-07-02 16:00:00

2020-ci ildə müsabiqə nəticəsində magistratura səviyyəsinə 8270 nəfər qəbul olub

2021-06-23 17:56:00

Eyni şəxs ikinci dəfə magistratura təhsili ala bilər? – RƏSMİ

2021-06-20 15:39:00

Jurnalistika ixtisasına qabiliyyət imtahanı nə zaman keçiriləcək?-DİM

2021-03-04 17:02:00

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 16 minədək bakalavr ərizəsini təsdiqlədib

TR-YÖS İmtahanı Nədir? | TR-YÖS İmtahanı Sualları Nələrdir? – 2023

Yabancı Uyruklu Öğrenci Sınavı olan YÖS adından da göründüyü kimi, əcnəbi tələbə namizədlərin Türkiyədəki universitetlərə qəbul olmaq və təhsil almaq üçün verməli olduqları imtahanlardır. Türkiyənin bəzi dövlət və özəl universitetləri YÖS imtahanı ilə əcnəbi tələbələri qəbul edir və YÖS imtahan sualları digər universitetlərə qəbul imtahanlarından fərqlidir. Türkiyənin Ali Təhsil Şurası, yəni Yüksek Öğretim Kurumu tərəfindən Türkiyə Xarici Tələbə Qəbulu İmtahanı TR-YÖS olaraq keçirilməsi qərarı alınmışdır.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Bundan əlavə, xarici tələbələr YÖS imtahanında iştirak etmək üçün müəyyən YÖS şərtlərini yetirməlidirlər. Belə ki, xarici vətəndaşların namizəd tələbələri üçün əsas şərt ondan ibarətdir ki, onlar orta məktəbin son sinfində oxumalı və ya məzun olmalıdırlar. YÖS imtahanı ilə tələbə qəbul edən universitetlər kontenjanları özləri müəyyən edirlər və imtahan nəticələri universitetlər tərəfindən açıqlanır. YÖS imtahanı ilə əcnəbi tələbələr Tibb, Mühəndislik, Memarlıq, Hüquq, Psixologiya, Əczaçılıq və Müəllimlik kimi bir çox fərqli ixtisaslarda təhsil ala bilərlər.

TR-YÖS İmtahanı Sualları Nələrdir?

YÖS imtahanı adətən 80 sualdan ibarət olur və bu sualların paylanması 45 YÖS İQ – Ümumi Qabiliyyət, 30-32 Riyaziyyat və 3-5 Həndəsə suallarından ibarət olur. Ümumilikdə, YÖS imtahanı iki hissədən ibarət olur; Əsas Öyrənmə Bacarıqları TestiTürkcə Testi

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əsas Öyrənmə Bacarıqları Testinə gündəlik həyatda əsas dil bacarıqları və əsas ünsiyyət bacarıqları daxildir, məsələn bu imtahan sizin Türkiyədə gündəlik həyatınızı heç bir köməyə ehtiyac duymadan yaşamaq üçün bir xüsusiyyətinizin olu-olmadığını anlamağa çalışır.

Türk Dili Testində isə türk dilinin qrammatik qaydaları və türkcənin gündəlik həyatında yer alan bəzi ifadələr, atalar sözləri və ifadə felləri ilə bağlı suallar var və imtahanda 4 əsas meyar (oxuma, dinləmə, yazma və danışma) qiymətləndirilir. YÖS imtahanın müddəti ümumilikdə 90 dəqiqə davam edir və imtahanda toplayaca biləcəyiniz maksimum bal 100 balla qiymətləndirilir.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

YÖS İmtahanı Keçid Balları Nə Qədərdir?

YÖS imtahanında minimal keçid balı intervalı 51-55 bal arasında dəyişir, əgər namizəd tələbə imtahanda 60 və ondan yuxarı bal toplayarsa, Tibb təhsili istisna olmaqla, Türkiyənin bəzi universitetlərinə burslu qəbul olub, güzəştli şərtlərlə təhsil ala bilərlər. YÖS imtahanına hazırlıq üçün isə 8-10 ay vaxt kifayət edir və imtahan həm Bakıda, həm də Türkiyədə təşkil olunur. Belə ki, sizə münasib olan ölkədə YÖS imtahanında iştirak edə bilərsiniz.

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.