Press "Enter" to skip to content

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb

https://static.report.az/photo/d8cece4b-b068-31ed-bc5a-4e02a4ad9d1b.jpg

Ədəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları.

Ədəbi dil tarixən müəyyənləşmiş möhkəm qayda -qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edir. Ədəbi dilin iki forması vardır: şifahi ədəbi dil və yazılı ədəbi dil. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir,o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Nitqlər, çıxışlar,mühazirələr şifahi nitqə aiddir. Şifahi ədəbi dil orfoepik normalara tabe olur və səslənən dildir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Yazılı dil orfoqrafik normalara tabe olur, yazılan dildir. Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi Müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Ədəbi dilin (nitqin) tabe olduğu qayda -qanunların sisteminə ədəbi dilin normaları deyilir. Norma – müəyyən bir dövrdə sözün fonetik tərkibi və leksik mənasının, cümlənin qrammatik quruluşunun hər hansısa bir dil kollektivində obyektiv şəkildə fəaliyyətidir. Təbiidir ki, Azərbaycan ədəbi dilinin normaları dilimizin dialekt və şivələrindəki, xalq danışıq dilindəki qeyrimükəmməl, qeyri-sabit normalardan fərqlənir. Bu cür normalılıq, yəni normativlik ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin quruluşunu əks etdirməsindən irəli gəlir. Ədəbi dilin normaları bir sistem şəklində olsa da, onlarda müstəqillik də vardır. Nitq mədəniyyətinin əsas şərtlərindən biri ədəbi dilin normalarına riayət olunmasıdır. Dilin daxili quruluşunu onun səs tərkibi leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bu quruluşa uyğundur: fonetik norma; leksik yaxud leksik- semantik norma; qrammatik norma.

If you have found a spelling error, please, notify us by selecting that text and tap on selected text.

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.

25 Fevral , 2022 14:07

https://static.report.az/photo/d8cece4b-b068-31ed-bc5a-4e02a4ad9d1b.jpg

Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.

İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar

İngilis dilində dinləmə qabiliyyətini inkişaf etdirmək üçün effektiv yollar!

İngilis dilində danışa, yaza, oxuya bilirsiniz. Lakin qarşınızdakı şəxslərin nə dediyini başa düşməkdə çətinlik çəkirsiniz? O zaman bu post sizin üçün faydalı olacaq. Gəlin ingilis dilində dinləmə qabiliyyətimizi inkişaf etdirmək üçün bu blogda qeyd edilmiş yollar və materiallara ehtiyacımız var.

Dinləmə qabiliyyətimizi inkişaf etdirmək üçün istifadə etməli olduğumuz yollar digər qabiliyyətlərə nisbətən daha sadədir. Çünki dinləmə qabiliyyəti əsasən praktika, yəni dəfələrlə dinləmək vasitəsilə inkişaf etdirilir. Bunun üçün rəqəmsal dünya bizə müxtəlif imkanlar açır. Bu imkanlardan ikisi BBC RADIO vebsaytı və BBC LEARNING ENGLISH youtube kanalıdır. Bu saytlar vasitəsilə “native English” istifadə edilərək hazırlanmış bir sıra materiallar vasitəsilə dinləmə qabiliyyətinizi artıra bilərsiniz. Materiallar xəbərlər, idman, iş həyatı, səyahət, gələcək, mədəniyyət, hava məlumatı və s. konseptlərdə olur.

Vebsaytlar və xəbərlərlə davam etmək sizin üçün effektiv yoldursa bu şansı da qaçırmayın: VOA NEWS vebsaytında sizə maraqlı ola biləcək səslər tapa bilərsiniz. Canlı radionu aktiv edərək qulaq asmaq da mümkündür. Bu vebsaytların əsas üstünlüyü dünya görüşünüz və ingilis dilinizi eyni zamanda ikişaf etdirməsi, o cümlədən səs sahiblərinin “native speakers” olmalarıdır. İlk zamanlarda çətin gəlsə belə, zamanla düzgün qərar vermiş olduğunuza əmin olacaqsınız. NPR vebsaytı isə BBC-nin ən yaxın ekvivalenti olmaqla özündə incəsənət, həyat, musiqi, şoular və digər tipli məlumatları birləşdirir.

Real English Conversations vebsaytı isə ingilis dilində danışıq və dinləmə qabiliyyətinizi inkişaf edirməyə yönəlmiş materiallardan ( bu materiallar əsasən onlayn mühazirə formasındadır) ibarətdir. Əgər dərs dinləyərkən inkişaf etdiyinizi düşünürsünüzsə bu sayt sizin üçün faydalı olacaq.

Müxtəlif səviyyələrə bölünmüş ingilis dili dinləmə materiallarını isə BRITISH COUNCIL vebsaytında tapa bilərsiniz. Bu kanal sizə Beginner, Pre-intermediate, Intermediate, Upperintermediate və Advanced səviyyələrdə materiallar təklif edir. Bu səslər digər səs materiallarına nisbətən daha uzundur və çalışmalarla özünüzü yoxlamağınıza kömək edir.

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.