Qbul imtahanlarının mzmununun inkişaf dinamikası riyaziyyat
Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.
Qbul imtahanlarının mzmununun inkişaf dinamikası riyaziyyat
Siz Burdasınız : Əsas / Buraxılış İmtahanı Sualları / İmtahan Sualları / Riyaziyyat Sualları / Testlər / Riyaziyyat Testi Buraxılış imtahanına aid suallar
22 Ekim 2015 Perşembe
Riyaziyyat Testi Buraxılış imtahanına aid suallar
Riyaziyyat Testi Buraxılış imtahanına aid suallar- Paylaşmağı unutmayın.
Tezliklə Cavablar da Paylaşılacaq.
Riyaziyyat Testi Buraxılış imtahanına aid suallar
1. 15-ə bölünən ədədi göstərin.
A) 2445 B) 7085 C) 3685 D) 7805 E) 4327
2. Birinci vuruğu 100 dəfə, ikinci vuruğu 20 dəfə artırsaq, hasil necə dəyişər?
A) 1000 dəfə artar B) 1000 dəfə azalar
C) 2000 dəfə artar D) 2000 dəfə azalar
E) 500 dəfə azalar
3. 3/5; 15/25; 6/10; 4/6; kəsrlərindən neçəsi bərabərdir?
A) 3 B) bərabər olan yoxdur C) 4 D) 2 E) 5
5. –1; -1,1; -1,2 və –1,3 ədədlərinin artma sırasını göstərin.
A) –1; -1,1; -1,2; -1,3 B) –1,3; -1,2; -1,1; -1
C) –1,2; -1,3; -1,1; -1 D) –1,1; -1,2; -1,3; -1
E) –1,1; -1,3; -1,2; -1
7. Usta və onun şagirdi birgə 2200 detal hazırladı. Usta bütün detalların 75%-ni hazırladı. Usta neçə detal hazırladı?
A) 1750 B) 1850 C) 1700 D) 1600 E) 1650
Qbul imtahanlarının mzmununun inkişaf dinamikası riyaziyyat
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş vəsaitlər dərc olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, bütün imtahan fənləri üzrə 11 adda olan bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur.
Vəsait geniş pedaqoji ictimaiyyət üçün Azərbaycan testologiyasının tarixi və test üsulu ilə imtahan texnologiyalarının ölçü və meyarları ilə tanışlıq baxımından dəyərli mənbədir. Burada verilən məlumatlar tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaqdır. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər.
Vəsait test tərtibçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlamaqda və test tapşırıqlarının tərtibinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqda kömək edəcəkdir.
Ekspertlər vəsaitdə verilən təhlil və şərhlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.
Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün də faydalı olacaqdır. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları daha dərindən öyrənməyə çalışacaqlar.
TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin də maraqları ilə üst-üstə düşdüyündən vəsait onlar üçün də əhəmiyyətli olacaqdır. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığını nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar.
Nəhayət, vəsaitin ən əhəmiyyətli cəhətlərindən birini xüsusi qeyd etmək istəyirik. Burada 1992-ci ildən 2012-ci ilə kimi qəbul imtahanlarında bütün fənlər üzrə istifadə olunmuş test tapşırıqlarının toplusu verilmişdir. Əlbəttə, bu illər ərzində tərtib və təklif edilən test tapşırıqlarının təkcə sayı deyil, həm də elmi-metodiki səviyyəsi, tematik və tipoloji rəngarəngliyi yüksəlmiş, onlar çoxseçimli test tapşırıqlarından açıq tipli test tapşırıqlarına doğru yeniləşmə və zənginləşmə yolu keçmişdir. Bu keyfiyyətlərinə görə təqdim olunan test tapşırıqları topluları yuxarı sinif şagirdləri və abituriyentlərə biliklərini yoxlamağa, testlərlə işləmək vərdişlərinə yiyələnməyə, test tapşırıqlarının müxtəlif variant və modelləri ilə tanış olmağa, bütövlükdə proqram materiallarını daha dərindən mənimsəməyə yaxından kömək edəcəkdir. Müəllimlər isə açıq test bankı kimi təqdim olunan bu toplulardan təlim prosesində proqram materiallarının mənimsənilmə səviyyəsinin yoxlanılması, şagirdlərin keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, eləcə də onlarda testlərlə işləmək vərdişlərinin formalaşdırılması üçün istifadə edəcəklər.
Bunlardan başqa, TQDK “Abituriyent” jurnalının “2012-ci ilin qəbul və buraxılış imtahanlarının nəticələri (xülasələr, statistik göstəricilər)” xüsusi buraxılışını da nəşr etdirmişdir.
Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
DİM-dən Day.Az-a verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.
6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.
Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.
Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
İmtahanın keçirilmə tarixi
İmtahan keçiriləcək şəhər (rayon)
İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri
Qaradağ (Bakı), Şirvan
1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı;
3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı
Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar
1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı
H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı
1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər.
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı;
3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı
Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran
1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;
2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı
– Sumqayıt şəhəri və Abşeron rayonunda 9 və 11, Bərdə rayonunda isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb.
– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
– Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcək.
– İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.