Buraxılış və qəbul imtahanlarının yeni modeli – TƏFƏRRÜATLAR
Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
Riyaziyyatın tarixi inkişaf mərhələləri
İlk rəqəmlərin və say sistemlərinin meydana gəlməsi – Ədəd və ölçüyə aid anlayışların meydana gəlməsi Daş Dövrünə aid uzanır.Yüz min illərlə insanlar heyvanların yaşadığı vəziyyətdən fəqli olmayan bir şəkildə mağaralarda yaşamışlar.Öz enerjilərinin çoxunu yemək tapmağa sərf edirdilər.Ov etmək və balıq tutmaq üçün silahları,bir-biriləri ilə əlaqə qurmaq üçün isə danışıq dilini inkişaf etdirdilər.Daş Dövrünün sonlarına doğru yaradıcı sənətlərlə heykəllər və rəsmlər yaradaraq öz yaşayışlarını rəngləndirdilər. Tunc dövründə isə ticarət elə inkişaf etdi ki,yüzlərcə kilometr uzaqlıqdakı kəndlər belə ticarət əlaqələrinə girirdilər.Tuncun əridilməsi ilə bu metallardan alətlər və silahlar düzəldilirdi.Bu da ticarətin və yeni dillərin daha da inkişaf etməsinə şərait yaradırdı.Şəraitdən asılı olaraq əllə tutula və gözlə görülə bilən əşyaları təyin etmək üçün bəzi rəqəmsal terminlər ortaya gəlirdi.Riyaziyyatın da ilk dəfə ortaya çıxdığı vaxt Tunc Dövrüdür.
Məşhur bir riyaziyyatçı olan Adam Smitin “insan ağlının məhsulu ən dəqiq düşüncələrdir” deyə izah etdiyi rəqəmsal terminlərdən istifadə çox yavaş-yavaş inkişaf edirdi.Rəqəm köklərinin izlərinə qədin Yunan və Kelt dillərində rast gəlinir.Rəqəm anlayışı inkişaf etdirildikcə toplama üsulu ilə daha da böyün rəqəmlər meydana gəlməyə başladı.Məsələn,2 ilə 1 toplanaraq 3,2 ilə 2 toplanaraq 4,2 ilə 3 toplanaraq 5 əldə edildi.Bəzi Avstraliya qəbilələrindən örnəklər:
Murray qəbiləsi: 1=enea,2=petçeval,3=petçeval-enea,4=petçeval-petçeval.
Kamilaraoi qəbiləsi: 1=ma,2=bulan,3=quliba,4=bulan-bulan,5=bulan-quliba.
Sənətlərin və ticarətin sürətlə inkişafı rəqəm və ədəd anlayışının dəqiqləşməsinə yardım etdi.Rəqəmlər iki əlin barmaqları vasitəsi ilə təsvir edilirdi.Beləliklə say sistemləri yarandı.Məsələn,Amerika hinduları 307-lik say sistemindən istifadə etmişlər.20-lik say sistemindən isə Meksikada Maya qəbiləsi və Avropada Keltlər istifadə edirdilər.Rəqəmləri hesablamaq üçün onlar hissələrə bölündülər.Sayma üçün üstü düyünlü ipdən,taxta üzərində düymələrdən istifadə edilirdi.Bu alətlərin köməyi ilə rəqəmsal qeydlər tutulurdu.Bu metodlardan istifadə tədricən rəqəmlər üçün müəyyən işarələrin meydana gəlməsi prosesini sürətləndirdi.Daş Dövrünə aid ən qədim hesablama çubuğu 1937-ci ildə Vestonikada qazıntı zamanı aşkar edilmişdir.Hesablama çubuklarının və daha sonralar isə abakın meydana gəlməsi tez-tez söylənilən “qədim zamanlarda saymaq üçün barmaqlardan istifadə edilirdi” cümləsi keçərliliyini itirmiş oldu.Bu perioddan sonra rəqəmlər mərtəbələrə görə ifadə edilməyə başlanıldı.Və bu da daha böyük rəqəmlərin meydana gəlməsinə şərait yaratdı.Beləcə,qədim riyaziyyat meydana çıxdı.14 rəqəmi bəzən 10+4,bəzən 15-1 olaraq göstərilirdi.Ancaq 20-nin 10+10 deyil 2×10 deyə ifadə edilməsi ilə vurma əməli də meydana gəlmiş oldu.Vurma əməlindən sonra isə bölmə əməlinin də yaranması Şimali Amerika qəbilələrində ilk kəsrlərin meydana gəlməsini sürətləndirdi.
Riyaziyyat bizim eradan əvvəl.
Eradan əvvəl cisim anlayışı yarandı.İnsanlar cisimlərin uzunluqlarının və içindəkilərin ölçülməyinin lazım olduğunu bildikdə ümumilikdə insan vücudunun hissələrindən istifadə edirdilər;barmaq,ayaq və qarış kimi sadə ölçülərdən istifadə edilirdi.Yavaş-yavaş arşın,qulac kimi ölçü sistemləri meydana gəlirdi.Ev inşa edərkən qədim Hind kəndliləri də,Orta Avropada qütb evi inşa edənlər də ölçüləri düz xətlər boyunca və yerə görə düz bucaq altında qurmaq üçün bəzi qaydalar yaratdılar.Beləliklə,qədim geometriya elmi və simmetriya kəlməsi yaranmağa başladı.Bəzi tarix öncəsi rəsmlərdə üçbucaq rəqəmlər,bəzilərində isə “müqəddəs” ədədlər yer almağa başladı.Bunların çox gözəl nümunələrinə Minos və Qədim Yunan vazalarında,daha sonra isə Bizans və Ərəb mozaikalarında,Fars və Çin divar xalılarında rast gəlinir.
Şərq riyaziyyatı.
Şərq riyaziyyatı elmi əsaslı idi.Təqvimin hesablanması,tarlaların ölçülməsi,vergilərin toplanması artıq daha mükəmməl riyazi biliklər tələb edirdi.Odur ki,ilk dəfə Qədim Şərqdə arifmetika cəbrə çevrilməyə başladı.Qədim Misir riyaziyyatı ilə əlaqədar bilgilərin çox hissəsi iki qaynağa dayanır.Bunlar 85 məsələni əhatə edən Rhind papirusu və 25 məsələni əhatə edən Moskov papirusudur.Buradakı əlyazmalar yazılarkən içindəki məsələlər bəlkə də lap qədimlərdən bəri bilinirdi.Amma bu papiruslarda istifadə edilən say sistemi 10-luq say sistemi idi.Papiruslarda hər rəqəmin öz simvolu var idi.10 rəqəmindən böyük rəqəmlər üçün isə ayrıca simvollardan istifadə edilirdi.Bu cür sistemləri Roma rəqəmləri sistemindən bilirik: MDCCCXXVII=1878.Bu sistemdən istifadə edən Misirlilər vurmanı toplamalarla əvəz edən və əsasən toplamadan ibarət olan arifmetika yaratdılar.Məsələn,misirlilər 3-ü 13-ə vurmaq üçün 3×4=12, 3×8=24, 24+12=36, 36+3=39 kimi bir metoddan istifadə edirdilər.Göründüyü kimi cavab eynidir.Qədim Misir riyaziyyatının ən önəmli kəşfi kəsrlərlə edilən hesablamalardır.Bütün kəsrlər payı bir olan başqa kəsrlərin toplamaı şəklində yazılırdı.Qədim Misirlilər ilk dəfə olaraq silsilə anlayışını və həndəsi olaraq artan bir ardıcıllığın düsturunu kəşf etmişdilər.
Mesopotamiya riyaziyyatı.
Mesopotamiya riyaziyyatı Misir riyaziyyatının heç bir vaxtda gəlib-çatmadığı bir səviyyəyə çatdı.Burada yüzillər içində belə irəliləmələr aşkar bilinir.Eradan əvvəl 2100-cü illərə aid qədim mətnlərdə belə hesab izləri açıq-aydın görünür.Bu mətnlərdə 10-luq sistemin üzərinə 60-lıq sistemin əlavə edildiyi vurma cədvəlləri var idi.Hətta qüvvət üstü anlayışı belə mixi yazılarla təsvir edilmişdi.Amma bu onların riyaziyyatının tipik xüsusiyyəti deyildi.Qədim Misirlilər daha böyük hər rəqəmi yeni bir simvol ilə işarə edərkən,Şumerlilər eyni işarədən istifadə edərək qiymətini tapdıqları yerə görə təyin edirdilər.Ayrıca 60-lıq say sistemi insanlığın əldə etdiyi qalıcı bir mənfəət oldu.Günümüzdə istifadə etdiyimiz saatın 60 dəqiqə və 3600 saniyəyə bölünməsinin də,dairənin 360 dərəcəyə,hər dərəcənin 60 dəqiqəyə,hər dəqiqənin də 60 saniyəyə bölünməsinin də kəşfləri qədim Şumerlilərə məxsusdur.
Cəbr haqqında.
Cəbrin əsaslarını əl-Xarəzmi təşkil etmişdir.Cəbr sözü də Xarəzminin “Əl-kitabüll-Muhtasar fi Hisabil Cəbri vəl-Mükabelə” (Cəbr və Tənliklərə aid kitab) adlı əsərindən gəlməkdədir.Bu əsər eyni zamanda şərq və qərbin ilk müstəqil cəbr kitabı olmuşdur. əl-Xarəzmidən başlayaraq cəbr çox dəyişmiş və inkişaf etmişdir.Ayrıca Cəzərinin Kitabül-Hiyal adlı kitabında da cəbrlə əlaqədar məlumatlar vardır.
Cəbr quruluş və əlaqə ilə əməliyyat aparan bir riyaziyyat budağıdır.Bilinməyən qiymətlərin, simvol və hərflərlə işarələnərək qurulan tənliklərlə tapılması ya da bilinməyənlərin arasındakı əlaqənin tapılması əsasına dayanır.Tənlik qurma və həll etmə,həll metodlarını axtarma və tənliklərlə və oradan hərəkət funksiyaları ilə üç əsas müddəa ilə xarakterizə edilir.
Həndəsə haqqında.
Həndəsə (geometriya)-fiqurlar arasındakı əlaqələrlə məşğul olan bir elm olmaqla yanaşı riyaziyyatın bir alt növüdür.Geometriya sözü yunanca geo-yer və metro-ölçmə sözlərinin birləşməsindən əmələ gəlmişdir.Yunan tarixçisi Herodota görə Həndəsənin başlanğıc yeri Qədim Misir olmuşdur.Ona görə də həndəsə sözü Misir mənşəlidir.Bu sözdən istifadə Əflatun,Aristotel ve Salesə qədər gedib çıxır. Yalnız Evklid geometriya sözünün yerinə Elements sözünü də əlavə etmişdir. Elements sözünün yunancası stoicheia sözüdür.
- Teqlər:
- riyaziyyat
- , tarixi inkişaf
Buraxılış və qəbul imtahanlarının yeni modeli – TƏFƏRRÜATLAR
2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı) açıqlanıb.
Trend Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verir ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti – 3 saat)
Fənnin adı
Maksimal bal
Tapşırıqların sayı
Tədris dili
(Azərbaycan dili, rus dili)
2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq
10 açıq tapşırıq (həllin yazılması tələb olunan)
Cəmi:10 tapşırıq
Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri)
1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );
2.Oxuyub-anlama mətninə dair 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ).
Cəmi:15 tapşırıq
II mərhələ (imtahan müddəti – 2 saat 15 dəqiqə)
Fənnin adı
Maksimal
bal
Tapşırıqların
sayı
Tədris dili (Azərbaycan dili, rus dili)
Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)
Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti – 3 saat)
Fənnin adı
Maksimal
bal
Tapşırıqların sayı
Tədris dili (Azərbaycan dili, rus dili)
Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq.
Cəmi: 30 tapşırıq
7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri)
1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq);
2.Oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ;
3.Dil qaydalarına dair 16 qapalı tapşırıq.
Cəmi:30 tapşırıq
Maksimal bal: 300
Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrup
II qrup
III qrup
IV qrup
Riyaziyyat – 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Riyaziyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Azərbaycan (rus) dili – 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Biologiya – 30 tapşırıq
(22 qapalı +5 açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1,5
Fizika – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Coğrafiya – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1,5
Kimya – 30 tapşırıq
(22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Tarix – 30 tapşırıq
(22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq).
Çəki əmsalı: 1
Ədəbiyyat – 30 tapşırıq
(22 qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Fizika – 30 tapşırıq
(22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq)
Çəki əmsalı: 1
Maksimal bal: 400
Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
- buraxılış imtahanları
- ali məktəblərə qəbul imtahanı
Xankəndi
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 32174 abituriyentdən 1771 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 11 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 30-31 may və 3-5 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 23, 24, 27 və 29 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Qeyd edək ki, II və III ixtisas qrupları üzrə 19 mayda keçirilən imtahanların nəticələri də 10 iş günü ərzində elan olunacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.