Qədim dovr azerbaycan ədəbiyyatı
Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı — “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur.
qedim dovr azerbaycan edebiyyati
axşam.az-a istinadən portağalın faydalarını sadalayır:. 1. Soyuqdəymənin dərmanıdır – tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədəndə olan iltihablar
Nadir Qafarzadə: “İndi ağıllı adama birtəhər baxırlar” – VİDEO
Müğənni Nadir Qafarzadə paylaşımı ilə gündəmə gəlib. xəbər verir ki, sənətçi instaqram hesabında video paylaşaraq izləyicilərinə sual ünvanlayıb:. “Niyə insanların başı xarab olub? Çoxunun belədir. Mən bu suala cava
Bu qidalarla qalxanvari vəz probleminizi AZALDIN
Əksər insan qalxanvari vəzin xəstəliyindən əziyyət çəkirlər. Bəzi dərman və qidalarla xəstəliyin irəliləməsinin qarşısını almaq olar. Qalxanvari vəzinin normal fəaliyyəti üçün bu 3 maddə olduqca vacibdir: yod, selen və tirozi
Alimlər koronavirusu öldürən QEYRİ-ADİ DƏRMAN tapdı
Qarqara vasitələri koronavirusu öldürə bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Pensilvaniya Tibb Kollecinin alimləri məlumat verib. Araşdırmalarının nəticələri “Journal of Medical Virology"
Quru dəri üçün olan maskalar
1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın. Alınan maskanı azca qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmı
Azərbaycanlı aktyor yarıçılpaq şəklini paylaşdı, evlilik təklifi aldı – FOTO
Rusiyada yaşayan, aktyorluq və modellik fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Anar Xəlilov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. xəbər verir ki, aktyor rəngarəng güllər fonunda kamera önünə keçərək yarıçılpa
Renka soyunub qarlı havaya çıxdı – VİDEO
Rəqqasə Rəna Ağamuradova (Renka) paylaşdığı video ilə diqqət çəkib. xəbər verir ki, sənətçi istirahət üçün qar yağan bölgələrdən birinə yollanıb. Renka çimərlik geyimində qarın üstünə çıxıb. Görüntüləri İnstaqram hesabınd
Tolqa Karel: Kişilər ucuz qadınları sevər
Tolqa Karel: Kişilər ucuz qadınları sevər. Gözəl xanım Günay Musayevadan boşanma mərhələsində olan Tolqa Karel, kişilərin nə üçün qadınlarını aldatdığı barədə fikirlərini öz instaqram səhifəsində bildirib. Daim arvadını aldatdığ
Heyf gözəlliklərinə. Estetik əməliyyatları faciə ilə bitdi
Tanınmış insanlar gənc və gözəl görünmək üçün estetik əməliyyatlar etməkdən çəkinmirlər. Ancaq bu əməliyyatlar hər zaman yaxşı sonluqla nəticələnmir və bəzən də faciə ilə sona çatır. Daryl Hannah, Estetik əməliyyat faciəsini
Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi
Alimlərin aşkar etdikləri genlər məcmusu əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının müalicəsində mühüm rol oynaya bilər. Bu cür yanaşma xəstəliyi meydana gətirən müstəsna genlərin axtarılmasından daha səmərəlidir
Mədət Quliyevin oğlu anası və Leyla Əliyeva ilə – FOTOLAR
Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva yoqa ilə məşğul olub. -ə istinadən xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin oğlu və yoldaşı il
Orqanizminizin xoşbəxtlik hormonu ifraz etdiyini bilirdinizmi?
Xoşbəxt olmaq üçün hansısa bir hadisənin baş verməsini gözləmək lazım deyil. Bunun üçün orqanizminizdə olan “xoşbəxtlik hormonlarının” miqdarını artırmağa çalışın. Çünki bu hormonlar bizə sevinc bəxş edir, xoşbəxtəli
Ekspert bu şəxslərə qəhvəni kakao ilə əvəz etməyi tövsiyə etdi
Rusiyanın Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin direktoru Dmitri Nikityuk kimin qəhvədən imtina etməsi və kakaoya üstünlük verməsi barədə məsləhətlər verib. Rusiya mətbuatına istinadən xəbər verir ki, qəhv
Alma sirkəsinin bilmədiyiniz 6 faydası
Alma sirkəsinin orqanizmə bir çox faydaları var. Ondan həm səhhətinizdəki bəzi problemləri aradan qaldırmaq, həm də saçlarınıza və üz dərinizə qulluq üçün istifadə edə bilərsiniz. Baş ağrısı:. Qaba eyni miqdarda su və alm
Azərbaycanda rektor vəzifəsindən azad olundu, əvəzinə. – FOTO
Azərbaycan Universitetinə yeni rektor təyin edilib. xəbər verir ki, Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətini
Artıq balonlara turşu yox, təzə pomidor qoyacasınız. Qışda baha parnik pomidorunu almağa ehtiyac qalmayacaq. FOTO
Artıq balonlara turşu yox, təzə pomidor qoyacaqsınız. Qışda baha parnik pomidorunu almağa ehtiyac qalmayazaq.30 qəpiyə pomidor alın bütün qışı təzə pomidor yeyin, həm də əziyyət şəkib balon qaynatmağa ehtiyac yoxdur, sad
İnfarktın əsas əlamətləri bunlardır
Koronavirus infeksiyasından sonra ən çox ölüm ürək-damar sistemi xəstəlikləri ilə bağlıdır. . xəbər verir ki, bu barədə professor, Rusiya Səhiyyə Nazirliyinin Kardiologiya üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin baş direktorunu
“COVID-19” və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək?
Qlobal siyasətdə dünya artıq dəyişkən canlı bir orqanizmdir. O, yarandığı gündən bəri sosial, siyasi, iqtisadi, kültürəl və epidemioloji faktorlar tərəfindən sistematik şəkildə inkişaf etdirilərək sosial-siyasi baxımdan davaml
Xoşqədəmdən qalmaqallı açıqlama: “O pullu kişiyə qız “düzəldən” müğənninin adını açıqlayım?!”
İki gündür gündəmi bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntüsü zəbt edib. -a istinadən xəbər verir ki
Bel tabesi nədir?
Bu sifilisin gecikmiş,dördüncü forması hesab edilir.Sifilisin bu formasına nadir hallarda təsadüf edilir.Bel tabesi adətən infeksiyaya yoluxmadan 15-25 il sonra inkişaf edir.Xəstəlik zamanı makroskopiyada onurğa beyinin arx
Gündə 2 banan yemək nələrə səbəb olur
Qan dövranını nizamlayır. Qan dövranı nizamlandıqda isə yüksək qan təzyiqi kimi problemlər ortadan qalxır. Artıq çəkidən azad olmağa kömək edir. Banan lif baxımından zəngindir. Bu səbəbdən gündə iki dəfə – səhər və axşa
Digərləri göstər
qedim dovr azerbaycan edebiyyati melumatlari 2023, qedim dovr azerbaycan edebiyyati haqqinda melumat , qedim dovr azerbaycan edebiyyati xeberleri, qedim dovr azerbaycan edebiyyati haqqinda ətraflı xanim.az saytında öyrənə bilərsiz
Seçilmiş xəbərlər
Xanım.az saytı Azərbaycan xanımları üçün maraqlı olan bütün xəbərlər var. Qadin saytinda Gözəllik sirrləri , Azərbaycan qadınları, yemek reseptləri , Hamilə qadın , ana südü, uşaqlar, uşaq yemekleri, intim münasibətlər, qadin xeberleri, sağlamlıq xəbərləri, faydalı melumatlar, ən yeni 2023 deb moda, kosmetika mehsullari , gozellik və sağlamlıq haqqında məlumatlar ala bilərsiz.
Email: info [ @ ] xanim.az
Mədəniyyət
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış “Avesta”da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. “Avesta”nın bədii cəhətdən ən gözəl hissəsi olan “Qatlar”da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. “Avesta” ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər e.ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. “Avesta”da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin “qızıl dövrü”, ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.
Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri — alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.
Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, “Dəli Domrul” boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.
“Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara — şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir.
“Avesta”dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri e.ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, b.e. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, e.ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.
VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun “Şərhül-Həmasə” adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.
XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən — dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış “Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır..
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili — azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün “Səyahətnamə” əsərində qeyd etmişdir.
XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində — XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.
XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.
Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir. Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı “Şairlər məqbərəsi” adlanan yerdədir.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.
XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri arasında Şirvan ədəbi mühitinin yetirdiyi Fələki, Əbül-üla, Mücirəddin Beyləqani və başqaları ilə yanaşı, Güney Azərbaycanda ərsəyə gəlmiş Şihabəddin Sührəverdi (1154-1192) kimi filosof şairlər də olmuşdur.
Həyatı əfsanə və rəvayətlər pərdəsinə bürünmüş XII əsr şairi Məhsəti Gəncəvi Ömər Xəyyamdan sonra rübai janrının ən böyük ustadlarından biri kimi tanınır.
Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.
Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.
Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin – monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.
Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.
Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər – qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz “Divan”ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması “Sirlər xəzinəsi”ndən (1174) başlamış son əsəri “İskəndərnamə”yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
“Xosrov və Şirin” (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi —İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını “həvəsnamə” kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə — Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü “Xəmsə” silsiləsinin üçüncü əsəri olan “Leyli və Məcnun”da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları — insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən “məcnun” (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.
Nizaminin son poemaları olan “Yeddi gözəl” (1197) və “İskəndərnamə” (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan (“Xosrov və Şirin”) Bəhram Gura (“Yeddi gözəl”) və İskəndərə (“İskəndərnamə”) doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə “İqbalnamə”də (“İskəndərnamə”nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.
Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.
Qədim dövr Azərbaycan ədəbiyyatı
Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.
Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı — “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur.
Məsələn, “Yaradılış” dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb. Əsərdə Tanrı Qara xan obrazı yaradılıb. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı, bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün yeddinci qatında oturub kainatı idarə edən Tanrı türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir.
Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan “Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların — işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştiliklə bağlı olan bir sıra adətlər — odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.
Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi-bədii hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamiyyətdən çox-çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.
VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi. Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi
Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında vətənpərvərlik, doğma yurda bağlılıq hislərinin ifadəsinə geniş yer verilirdi.
Ədalət — zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz onların əsərlərində əksini tapan məsələlərdən idi. Bu sənətkarların təbiət mövzusunda yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi.
Ərəb xilafəti zəiflədikdən sonra Yaxın və Orta Şərq ölkələrində, saraylarda fars dili geniş yayılmağa başladı. Azərbaycanda XI əsrin ortalarından başlayaraq, farsca yazmaq ənənəsi yarandı. Saray ədəbiyyatında qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növlərinə geniş yer verilir, dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Mədhiyyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır, onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət edilirdi. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai-fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya baxımından türk-Azərbaycan dünyagörüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani kimi şairlər məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncələrin ifadəsinə lirik şeirlərində geniş yer verirdilər. Bu sənətkarların yaradıcılığında ictimai-siyasi problemlər, humanist ideyalar da əksini tapırdı.
XI əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Q.Təbrizinin irsi “Divan”dan və “Ət-təfasir” adlı farsca lüğətdən ibarətdir. Şairin “Divan”ına mədhiyyələrlə yanaşı, məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. Gəncədə və Təbrizdə yazıb-yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında iki mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərlidir.
M.Gəncəvi XII əsr ədəbiyyatımızda ictimai-fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkçi insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır.
Ə.Xaqaninin “Divan”ındakı ictimai-fəlsəfi məzmunlu şeirlərdə, “Töhfətül- İraqeyn” poeması, “Mədain xərabələri” qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Ədəbiyyatımızda ilk poema olan “Töhfətül-İraqeyn” əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir:
İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.
“Mədain xərabələri” qəsidəsində şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrünün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür.
Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür:
Şamaxı! Ey mənim sevimli yurdum!
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.
Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin “Xəmsə”si məzmunu, bədii forma kamilliyi, humanist ideyaların ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının, intibah dövrünün zirvəsi sayılır. Nizami yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə Yaxın Şərq ədəbiyyatının inkişafına istiqamət vermişdir.
- Teqlər:
- ədəbiyyat tarixi
- , ədəbiyyatşünaslıq
- , ədəbiyyat
- , Azərbaycan ədəbiyyatı
- , ədəbiyyat nəzəriyyəsi
Comments are closed, but trackbacks and pingbacks are open.