Qədim ortaq türk ədəbiyyatı (VI-IX) – Tofiq MƏLİKLİ
Öyü evirür men ödü. çün
Qədim dövr azərbaycan ədəbiyyatı
Ən qədim zamanlardan
XIII əsrə qədər
Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çatmamışdır. VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğal olunması sənətkarlarımızın ərəb dilində yazıb-yaratmalarına səbəb oldu.
XI əsrin ortalarından Azərbaycanda farsca yazmaq ənənəsi başlayır. Hökmdarların fars dilinə üstünlük verməsi, bu dildə yazanlara qayğı göstərməsi həmin ənənənin uzun illər davam etməsi ilə nəticələnir. XI yüzillikdə ərəbcə yazan şair və alimlərimiz olsa da, farsca yazanların sayı get-gedə çoxalır və bu yeni ənənə möhkəmlənir.
XI-XII əsrlərdə yazılı ədəbiyyat, əsasən, saraylarda yaşayan sənətkarlar tərəfindən yaradılırdı. Onların əsərləri daha çox hökmdarların mədhinə – tərifinə həsr olunurdu. Həmin dövrdə fərqli məzmunda əsərlər də yaranırdı. Təbiətin, saf məhəbbətin tərənnümü, əmək adamlarına, sadə peşə sahiblərinə rəğbət, zəmanə hökmdarlarından narazılıq və s. əks olunduğu əsərlər bu gün də maraqla oxunur.
XI əsrdə Qətran Təbrizi, XII əsrdə Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi və digər qüdrətli sənətkarlar yaşayıb-yaratmışlar. Nizami yaradıcılığı bəşəri dəyərlərə əvəzsiz töhfə verən mənbə kimi bütün dünyada qiymətləndirilir.
Qədim dövr Azərbaycan ədəbiyyatında misilsiz xalq yaradıcılığı hadisəsi olan “Dədə Qorqud” dünya ədəbiyyatında çox az rast gəlinən möhtəşəm abidələrdəndir. Ulu babalarımızın – oğuz türklərinin bədii düşüncəsinin məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir dünya alimlərinin diqqət mərkəzindədir.
Qədim ortaq türk ədəbiyyatı (VI-IX) – Tofiq MƏLİKLİ
Bu günə qədər bizdə hazırlanmış və çap olunmuş Azərbaycan ədəbiyyatı tarixi kitablarında ədəbiyyatımızın tarixi-xronoloji yolu XII yüzildən başlamaqdadır. İstər-istəməz sual olunur, bu dövrə qədər bizim ədəbiyyatımız, tariximiz olmayıbmı? Əlbəttə, olubdur. Sadəcə biz, siyasi-ideoloji səbəblər üzündən, varislərindən biri olduğumuz VI-IX əsr ortaq qədim türk ədəbiyyatı və tarixini nə öyrənmişik, nə araşdırmışıq, nə də ona sahib çıxmışıq. Uzun illər Azərbaycanda ortaq türk-oğuz tarixi, ədəbiyyatı, dili, etnogenezi yox sayılmış, real elmi həqiqət uydurma, qondarma siyasi xarakterli konsepsiyalarla əvəz olunmuşdur. Məqsəd – ortaq türk tarixi, mədəniyyəti və ədəbiyyatına qarşı çıxaraq türkləri bir-birindən ayıran konsepsiyaya dayanaraq qondarma bir tarix, tarixi-ədəbiyyatşünaslıq yaratmaq idi. Akademik Nizami Cəfərovun bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə (27.08.2022) çap etdirdiyi “Azərbaycan tarixi: qədim dövr haqqında yeni konsepsiya” məqaləsinin birinci hissəsində akademik İqrar Əliyevin yuxarılardan gələn “ustanovka” əsasında məlum konsepsiyanı hazırladığına, üç və yeddi cildlik “Azərbaycan tarixi” kitablarının onun bu konsepsiyaya dayanılaraq yazıldığına, orada bir dəfə də olsun türk sözü işlənmədiyinə diqqəti çəkir. Nizami Cəfərov eyni zamanda maraqlı bir məqama da toxunur: “Mərhum akademik (İqrar Əliyev) “Tənqidçilərə cavab”ın əsasında dayanan “Yeddicildlik Azərbaycan tarixi”nın birinci cildinin işıq üzü görməsilə bağlı bir neçə söz”ünü də xatırlatır: “Bir vaxtlar midiyalıların dil mənsubiyyəti məsələsində günaha yol vermişdim (mənim “Midiya tarixi”mə baxın) ki, o da, əsasən, dilçilik, xüsusilə iranistikada kifayət qədər hazırlığımın olmamasından, bir də konkret materialın çatışmazlığından irəli gəlirdi. Leninqrada uzunmüddətli elmi ezamiyyətdən, orada bir neçə il sami və İran dillərini öyrənib əsaslı dilçilik hazırlığı keçdikdən sonra artıq bir sıra məsələlərə ayrı gözlə baxmağa başladım” (səh. 39). Nizami Cəfərov haqlı olaraq yazır ki, bu sətirləri oxuya-oxuya adamın ağlına gəlir ki, rəhmətlik o zaman Leninqrada getmişkən sami və İran dilləri ilə yanaşı, gərək bir neçə ay da türk dillərini öyrənəydi. Çünki ən azından, sami, yaxud İran deyil, məhz türkdilli bir xalqın tarixini araşdırmalı idi”.
Yuxarıda bəhs edilən siyasi-ideoloji basqı üzündən Azərbaycan ədəbiyyatının gerçək dövrləşmə prinsipləri də həll olunmamışdır. Əslində, ortaq ümumtürk ədəbiyyatının etkisi ilə formalaşan Azərbaycan ədəbiyyatının inkişaf yolu dörd perioddan: 1. Qədim türk ədəbiyyatı (VI-IX), 2. İslam dininin qəbulundan sonra formalaşan erkən klassik Oğuz-türk ədəbiyyatı (IX-XIV), 3. Milli-klassik Azərbaycan ədəbiyyatı (XV-XVIII) və 4. Yeni dövr Azərbaycan ədəbiyyatı (XIX-XXI) ibarətdir.
Bilindiyi kimi, qədim türk ədəbiyyatının formalaşmasında Oğuz türkcəsi önəmli rol oynamışdır. Beş cildlik “Sravnitelnaya qrammatika tyurkskix yazıkov” (“Türk dillərinin qarşılıqlı qrammatikası”) toplusunun baş redaktoru və yazarlarından biri, görkəmli türkoloq, akademik Əthəm Tenişev kitabın giriş sözündə yazır ki, “qədim türkcə (göytürkcə – T.M.) qıpçaq və uyğur ləhçələrinin qatılımı ilə Oğuz türkcəsinin əsasında formalaşmışdır”. Başqa sözlə, qədim Türk ədəbiyyatının dili Oğuz türkcəsi olmuş və bu dildə yaradılan əsərlər gələcəkdə təşəkkül edəcək türk-oğuz ədəbiyyatının inkişafında önəmli rol oynamışdır.
Aparılan bir çox tipoloji qarşılaşdırmalar da qədim türkcənin ilk ədəbi dil variantının məhz Oğuz türkcəsinin təməlində yarandığını təsdiqləməkdədirlər. Beləliklə, oğuzcanın bir qolu olan Azərbaycan türkcəsinin qədim ədəbi türkcənin varislərindən biri olduğu meydana çıxır. Bu da bizim ədəbi dil tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin öyrənilməsi baxımından geniş perspektivlər açır.
Heyiflər olsun ki, bu böyük mədəniyyət abidəsinin qədim türk ədəbiyyatı açısından incələnməsi indiyə qədər lazımi səviyyədə aparılmamışdır. Kül Tiqin, Bilgə Kağan, Tonyukuk kimi böyük abidələrin mətnləri, heç şübhəsiz, qədim türk ədəbiyyatının çox qiymətli və önəmli örnəkləri olmaqdadırlar. Ancaq bu dəyərli mətnlərin öyrənilməsi və incələnməsi yerinə, onların şeir və ya nəsr olması ətrafında uzun illərdir dartışmalar aparılmaqdadır.
Bəzi türkoloqlara görə, poeziya, bəzilərinə görə isə epitafik nəsr kimi dəyərləndirilən Türk runik yazmaları – qədim ortaq türk ədəbiyyatının misilsiz örnəkləridir. Maraqlıdır ki, Bilgə Xaqan, Kültəkin, Tonyukuka həsr edilmiş və yüksək daşların üzərinə həkk olunmuş runik yazmalarının geniş incələnməsindən və mənim də qatıldığım uzun dartışmalardan sonra tanınmış türkoloqlar mətnləri ədəbi nəsr adlandırmağa başlamışlar. VI-IX yüzillərdə yaranmış runik yazmalar, Uyğur ədəbiyyatı, manihey dininin etkisiylə yaranmış fəlsəfi-etik şeirlər, adı bizə bəlli olan ilk lirik türk şairi Aprın Çor Tikinin əsəri, heç şübhəsiz, VI-IX əsr türk-oğuz ədəbiyyatlarının təkamülünə və inkişafına önəmli ölçüdə təsir etmişlər.
Aralarında rus türkoloqları A.Şerbak, P.Melioranski, Türkiyə türkoloqu Tələt Təkinin və mənim də olduğum bir qrup alim, Kül Tiqin, Bilgə Kağan, Tonyukuk mətnlərini nəsr əsəri olaraq görmüş, F.Korş, A.Bernştam, İ.Steblyeva kimi alimlər isə yuxarıda adı keçən mətnləri şeir olaraq ələ almış və incələmişlərdi. Sonuncu qrupa daxil olan alimlər səs təkrarlarına və paralelliklərə dayanaraq Kül Tiqin, Bilgə Kağan, Tonyukuk mətnlərini şeir kimi dəyərləndirməyə çalışmışlardı. İşin maraqlı tərəfi ondadır ki, orijinalda bu mətnlər misralara ayrılmamış, nəsrdə olduğu kimi yan-yana həkk olunmuşdur. Lakin pofessor İ.Steblyeva bu əngəli ilginç bir şəkildə aşmağa çalışmış, Orhon-Yenisey yazılarının strukturunu dəyişdirərək, onları misralara bölmüş və mətnə nəzm şəklini vermişdir. İ.Steblyevaya görə, runik mətnin hər bir sətri bir tək cümlədən ibarət deyil. Ana fikir, bir qrup sadə və mürəkkəb cümlələr vasitəsilə dilə gətirilməkdədir. Mətnlərin mənası cümləylə deyil, bir qrup cümlələrlə açıqlanmaqdadır. Bu prinsipə dayanaraq, Steblyeva cümlələri parçalara bölüb qitə yaratmaqda və beləliklə də onları şeir halına gətirməkdədir. Süni şəkildə şeirləşdirilən bu runik mətnləri İ.Steblyeva daha sonra mənzum əsər kimi ələ alaraq incələmişdir. Məsləkdaşımızın bu görüşünü və metodikasını qəbul etmək mümkün deyil. Bilindiyi kimi, şeiri şeir edən əsas özəlliklərin başında misranın ritmik ünsürü gəlməkdədir. Halbuki runik yazılarda belə bir ünsür yoxdur. Professor Tələt Təkinin də qeyd etdiyi kimi “bu mətnlərdə şeirin vazkeçilməz xüsusiyyətləri olan ölçü və qafiyəyə rast gəlinmədiyi kimi, inversiya və ibarələr də yoxdur”.
Qədim türk runik mətnləri, heç şübhəsiz, ədəbiyyat nümunələridir. Bu mətnlərdə istifadə olunan üslub, təkrarlar, obrazlı dil qarşımızda ədəbiyyat əsərinin olduğuna dəlalət etməkdədir. Lakin bu mətnlərin ədəbi növü, janrı alışdığımız ədəbi növlərə bənzəməməkdədir. Qədim türklər runik mətnlərin məzmununa, şəklinə uyğun və yalnız onlara məxsus olan janr meydana gətirmişlər. Ədəbi fikri, düşüncəni ən gözəl şəkildə ifadə etmək üçün onlar mükəmməl bir ədəbi struktur, kompozisiya yaratmışlar.
Bilindiyi kimi, böyük runik abidələr xaqanların, sərkərdələrin, əsilzadələrin, şahzadələrin, tanınmış dövlət adamlarının xatirəsinə ucaldılmışdır. Bu abidələrdəki runik mətnlər ölmüş insanların dilindən yazılmışdır. Mətnin sonunda onu yazan adamın adı həkk olunmuşdur. Bilgə Kağan abidəsinin cənuba baxan üzündəki mətnin ədəbi strukturu belədir: Bilgə Kağan əvvəlcə qardaşlarına, övladlarına, bəylərə və sərkərdələrə səslənir, daha sonra Türk xaqanlığının nə qədər geniş torpaqları ələ keçirdiyini göstərir, müharibələrdə tabqaçların türklərə verdikləri zərərdən, Kağanın türk ulusunu (xalqını) yenidən ucaltmağından bəhs edir. Abidənin sonunda mətnin yazarı runiq yazının yaradılma səbəbini açıqlayır və öz adını həkk edir. Bu mətnin Tələt Təkin tərəfindən Türkiyə türkcəsinə edilmiş tərcüməsinin azəricələşdirilməsinə dayanaraq bir neçə örnək vermək yerində olar:
“(Mən), Tanrı kimi (və) Tanrı’dan olmuş Türk Bilge Kağan, bu dövrdə taxta oturdum. Sözlərimi başdan sona eşidin, öncə (siz) qardaşlarım (və) oğullarım, birləşmiş boyum və (xalqım).
doğusuna, güneydə gün batısına qədər, geridə gün batısına, quzeydə gecə ortasına qədər. bu sərhədlər içindəki (bütün) xalqlar ancaq mənə tabedir. Bu qədər xalqı mən qaydaya, düzənə qoydum. Onlar indi (heç də) pis vəziyyətdə deyillər. Türk Kağanı Ötükən dağlarında oturur (və oradan hökm edər) isə ölkədə (heç bir) sıxıntı olmaz. İrəlidə Şantung ovasına qədər səfər etdim, dənizə az qalmış durdum; güneyde Doqquz.
Ersin’ə qədər səfər etdim, Tibet’in yaxınlığında durdum; geridə Dəmir Qapı’ya qədər səfər etdim, quzeydə Yir Bayırku ölkesinə qədər səfər etdim, bir çox diyara (ordu) sevk etdim (və anladım ki), Ötükən dağlarından daha yaxşı (bir yer) əsla yox imiş! Dövlətin yönəldiləcəyi tək yer Ötükən dağları imiş! Bu yerdə oturup Çin xalqı ilə (əlaqələri) düzəltdim. (İndi onlar bizə) qızılı, gümüşü, ipəyi, ipək qumaşları bolluca verirlər.
(Çinlilərin) şirin sözlərinə (və) yumşaq ipək parçalarına aldanıb (ey) Türk xalqı, çox sayda öldün! (Ey) Türk xalqı, (sən) mütləq öləcəksən! Güneydə Çuğay dağlarına (və) Töyültün yaylasına yerləşək desən, Türk xalqı, mütləq öləcəksən! Ötükən ölkəsində oturub (buradan) karvanlar göndərsən, heç bir dərdin olmaz. Ötükən dağlarında qalsan, sonsuza qədər dövlət sahibi olub hökm edərsən.
. Tanrı lütfkar olduğu üçün, özüm (də) talehli olduğu üçün (Kağan olarak) taxta oturdum. Taxta oturub yoxsul (və) fağır xalqı bir yerə topladım. Yoxsul xalqı zəngin etdim, az xalqı çox etdim. “.
Yuxarıdakı parçadan da göründüyü kimi, bu mətn poetik əsər deyildir. Tam tərsinə sağlam bir nəsr əsəridir. Məntiqə, özünəməxsus ifadə tərzinə, müəyyən bir ədəbi şəklə dayanan bu əsərin janrını, biz yazılarımızda “epitafik hekayə” adlandırmışıq. Heç şübhəsiz, bu tip qədim runiq mətnlərin “epitafik hekayə” janrı çərçivəsində incələnməsi, türk nəsr gələnəyinin çox qədimlərə dayandığını göstərəcəkdir.
Şeir gələnəyinə gəlincə, qeyd etməliyik ki, qədim türklər alliterasiya sisteminə dayanaraq əsərlərini yaradırdılar. Bu şeir sistemi başda qafiyə, anafora, alliterasiya, daxili qafiyə, assonansa dayanmaqdadır. Qədim türk qaynaqlarına dayanaraq, şeirdəki morfoloji və sintaksis şəkilləri, Altay şeirində qitənin quruluşunu araşdıran akademik V.Radlov başda qafiyənin, anaforanın qədim türk şeirinin əsas özəllikləri olduğunu yazmışdır.
Adı bizə məlum olan ilk qədim türk şairi Aprın Çor Tiqinin VII əsrdə yazmış olduğu şeir bu baxımdan çox maraqlıdır:
Kaşınçıgımın ö (yü)
Kadgurduk(ça) kaşı körtlem
Öz amrakımın öyür men
Öyü evirür men ödü. çün
Qədim dövr azərbaycan ədəbiyyatı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan ədəbiyyatı tarixi: ən qədim dövrlər
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.