Press "Enter" to skip to content

Текст книги Dünya tarixinin Turan Dövrü

Turan və Türk adları kök etibarı ilə Sumerə bağlıdır. Tur və Turan adlarının sami və iran dilləri əsasında izahı uğursuz cəhdlərdir.

qədim Yunanıstan

antik dövrün tarixi,Qədim Yunanıstan haqqinda məlumat: qədim yunanlar,ellin mədəniyyəti. İran-yunan müharibələri və yunanların dünya tarixində oynadığı mhüm rol.

Yaradılıb 28 fevral 2010 Topik 13 Abunəçi 20 Reytinq 6.07

Administratorlar (1):
papatürk

Moderatorlar (0):
Moderator yoxdur

Yunan şəhər-dövlətlərinin tənəzzülü

  • qədim Yunanıstan
  • 1 aprel 2018, 15:57

Yunan şəhər-dövlətləri arasında çoxlu qənimət ələ keçirmək, dəniz ticarətində üstünlük qazanmaq, qonşu dövlətləri özlərinə tabe etmək üçün rəqabət gedirdi. Bu rəqabət Yunanıstanın iki ən qüdrətli şəhər-dövləti Afina ilə Sparta arasında uzunsürən müharibəyə səbəb oldu. E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə 404-cü ilə qədər davam etdi. Sparta qələbə çaldı. Bu müharibələr nəticəsində yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü.
Davamı →

Yunan—İran müharibələri

  • qədim Yunanıstan
  • 1 aprel 2018, 15:56

Aralıq dənizi və Qara dəniz sahillərində yunan şəhər-dövlətlərinin yaranması. Yunanlar vətənlərini Ellada, özlərini ellinlər adlandırırdılar. Onlar İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə belə üzürdülər. Bu dəniz səfərlərinin nəticəsində e.ə. VIII—VI əsrlərdə Qafqazdan tutmuş İspaniyayadək olan dəniz sahillərində yunan koloniyaları meydana gəlmişdi. Torpağı əlindən alınmış kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər, eləcə də doğma yerlərindən qaçmağa məcbur olan adamlar koloniyalarda məskunlaşırdılar. Milet şəhərinin Qara dəniz sahillərində Pantikapey, Olviya və Xersones kimi koloniyaları yaranmışdı.
Davamı →

Qədim yunan tarixi

  • qədim Yunanıstan
  • 1 aprel 2018, 15:55

Yunanıstanı üç dəniz — cənubdan Aralıq dənizi, qərbdən İon dənizi, şərqdən isə Egey dənizi əhatə edir.
Yunanıstan ərazisi üç hissəyə bölünmüşdür: Şimali, Orta və Cənubi Yunanıstan. Cənubi Yunanıstan həm də Peloponnes adlanırdı. Şimali Yunanıstanla Orta Yunanıstanı Fermopil keçidi birləşdirir. Orta Yunanıstanla Cənubi Yunanıstan arasında isə Korinf körfəzi yerləşir. Yunanıstanın cənubunda onun ən böyük adası olan Krit yerləşir.
Davamı →

Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri

  • qədim Yunanıstan
  • 13 yanvar 2013, 12:21

İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi… Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi.
Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara Kodoman hakimiyyət başına keçir.
Uzun müddət davam edən hakimiyyət uğrunda mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam-intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr dəəksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər.

Qədim yunan polisləri arasında münasibətlər

  • qədim Yunanıstan
  • 25 iyun 2012, 22:52

Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.

Qədim yunan adət-ənənələri

  • qədim Yunanıstan
  • 26 mart 2012, 09:33

Yunanlarda belə bir məsəl var idi: «Adına bir məzar-təpə ucalt, matəm saxla ona». Söhbət kenatafdan ( hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənazəsi ələ gəlməyən adamların adına məzar təpəciyi düzəltmək bir adət idi.

Yunanıstan mədəniyyəti

  • qədim Yunanıstan
  • 5 fevral 2012, 14:59

Qədim Yunan mədəniyyətinə tədqiqatçılar xüsusi əhəmiyyət verirlər, bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam, İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran sivilizasiyalarının böyük tövhəsi olmuşdu.
Ardı →

Ellin mədəniyyətinin şərq mədəniyyəti ilə yaxınlaşması

  • qədim Yunanıstan
  • 23 mart 2010, 22:39

İsgəndər öləndən sonra yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin çoxdan salınmış şəhərləri dirçəlib böyüdü. Nil çayı deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin üçüncü paytaxtı, dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə birləşdirən kanaldan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan müxtəlif mallar gətirilirdi. Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə İsgəndəriyyə mayakı tikilmişdi.

Makedoniyalı İsgəndərin imperiyası

  • qədim Yunanıstan
  • 23 mart 2010, 22:08

E.ə. IV əsrdə yunan şəhər dövlətlərinin tənəzzülü. IV əsrin birinci yarısında yunan şəhər dövlətləri tənəzzül etməyə başladı. Bununla belə, Perikl bütün Yunanıstanı Afinanın başçılığı altında birləşdirmək istəyirdi. Lakin Afina ilə Sparta arasında ziddiyyətlər başlandı. Sparta Periklin Afinadan sürgün olunmasını və Afina dəniz İttifaqının buraxılmasını tələb etdi. Afina bu tələbi qəbul etmədi. Nəticədə e.ə. 431-ci ildə Afina ilə Sparta arasında Peloponnes müharibəsi başlandı. Spartaya iranlılar kömək edirdi. Sparta Qara dənizdən Afinaya taxıl gətirilən yolları tutdu, sonra isə Afinanı mühasirəyə aldı. Bu müharibə e.ə. 404-cü ildə Afinanın məğlubiyyəti ilə qurtardı.

Qədim yunan şəhər-dövlətləri

  • qədim Yunanıstan
  • 23 mart 2010, 20:56

E.ə. VIII-V əsrlərdə yunan-şəhər dövlətlərinin yaranması. E.ə. XI-IX əsrlər Yunanıstan tarixinin «Homer dövrü» adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı.

Текст книги “Dünya tarixinin Turan Dövrü”

Elmi redaktorlar: F.ü.f.d., dosent Aydın Qasımlı.

F.ü.f.d., dosent Arif Acaloğlu.

Korrektor: Gülər Uğur

Mətn tərtibatı: Yusif Əsgər

Yekun oxunuş: Nizami Əlisoy

Ələsgər Siyablı. Dünya tarixinin Turan dövrü (Tarixi xülasələr və tarixşünaslıq). Elmi araşdırma.

Bakı, “Köhlən” Nəşriyyatı – 2021, 635 səh.

© Ələsgər Siyablı / 2021

© Köhlən Nəşriyyatı / 2021

Giriş

Türk Turandan gələ Xan ola,

Tüm acun Turan ola, Türk ola.

Qədim dünya tarixinin Turan dövrü fikri Qədim Şərq və eləcə də qədim dünyanın erkən tarixinin və mədəniyyətinin araşdırılmasına çox saylı əsərlər həsr etmiş Avropanın XVIII–XIX əsr tarixçi, arxeoloq, antropoloq və linqvist böyük bilim adamlarına məxsusdur. Onlar qədim mixi və heroqlif yazı mətnlərinə, arxeoloji, linqvistik və etnoloji elmi dəlillərə əsaslanaraq ari və sami irqlərinin tarix səhnəsinə qədəm qoymasından öncə min illər ərzində dünyanın Turan tayfaları yəni öntürk turlar tərəfindən məskunlaşdırılmış olduğunu və dünya mədəniyyətinin ilk rüşeymlərinin əsasının dünyanın ilk mədəni sakinləri olan turanlılar tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Mixi və heroqlif yazı sisteminin kəşf edilməsinin, metal emalı və dəmirin kəşfinin, ilk arxitektura abidələri və şəhərsalma ənənəsinin, meqalit və tumulların, heyvanların və o cümlədən atın əhliləşdrilməsi və bəslənməsinin əsasının dünyanın ən qədim irqi olan turanlılar tərəfindən qoyulması haqqında XVIII–XIX əsr Avropa tarixçilərinin, linqvist və etnoloqlarının görüşləri onların irəli sürdükləri Turan nəzəriyyəsində öz əksini tapmışdır.

Avropanın və o cümlədən çar Rusiyasının hakim dairələri öz işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçün bəşər uyqarlığının əsas yaradıcılarının arilər olduğu haqqında ariçilik nəzəriyyəsini ortalığa atdılar. Elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və bütövlükdə bəşəriyyətin əldə etmiş olduğu dəyərlərin meydana çıxması və inkişafını arilərin, yəni avropa xalqlarının tarixi nailiyyətləri kimi qələmə verən ariçilik və ya aryanizm nəzəriyyəsi faşist Almaniyasının dünya ağalığı uğrundakı mübarizəsinin əsas ideoloji silahına çevrilmişdi. İkinci Dünya müharibəsindən sonra tarix elmində vəziyyət köklü dəyişikliyə məruz qaldı. Ariçilik nəzəriyyəsinin irqçilik mahiyyəti Yəhudi elmi və milliyətçi dairələrinin kəskin tənqidinə və ittihamlarına məruz qalaraq iflasa uğradı. Avropanın imperialist təmayüllü elmi və siyasi dairələri ariçilik terminini hind-avropalı termini ilə əvəz etdilərsə də, onun mürtəce və şovinist mahiyyəti dəyişilməz qaldı. Turan nəzəriyyəsinin milliyətçi bir görüş kimi dəyərləndirildiyi və avropasentrizmin hakim olduğu müasir tarix elmində bu nəzəriyyənin təkzib edilməsinə doğru yönəlmiş geniş bir cəbhədə hücumlar təşkil olundu. Ari və ya artıq bu dövrdə adlandığı kimi hind-avropa irqinin üstünlüyü haqqındakı görüşləri əks etdirən Avropasentrizm və ya Avropamərkəzçilik nəzəriyyəsi tarix elmində hakim ideologiyaya çevrildi. Arilər və samilər tarix səhnəsinə qədəm qoymadan öncə turanlı Ön Türk etnosunun min illər ərzində Yer kürəsini məskunlaşdıran və həyatın müxtəlif sahələrində ilk mədəniyyətin rüşeymlərini yaradan əsas irq olduğu haqqında XVIII–XIX əsrin böyük tarixçiləri, assuroloq, etnoloq və arxeoloqları H. Rauilson, E. Hinks, E. Norris, Y. Oppert, F. Lenorman, B. Landsberqer, F. Hommel, Klaprot, S. Kramer, C. Ferqusson, F. Molon, Eberhard, Mordtmann, Q. Maspero, M. K. Nibur, E. Eykştadt, R. Pumpanelli, A. Unqnad və digərlərinin yazmış olduğu əsərlər və gəldikləri elmi nəticələr görməməzlikdən gəlinərək laqeydcəsinə tarixin arxivinə gömüldü. Tarix elminin bütün sahələri saxtalaşdırmalara və təhriflərə məruz qalaraq qədim turanlı öntürklərin bəşər tarixində oynadıqları önəmli rolun izləri silinməyə çalışıldı. Tarixin və mədəniyyətin bütün sahələrində tarixən əldə olunmuş nailiyyətlər öncə arilərin sonra isə samilərin adına yazıldı. XX əsrin ikinci yarısında imperialist dairələrin ideoloji silahına çevrilmiş hakim avropasentrizm nəzəriyyəsinin başlıca vəzifəsi dünya mədəniyyətinin ilk yaradıcıları olan, turanlı mənşəyə malik olduqları elmi dəlillərlə təkzib edilməz şəkildə sübut olunmuş sumerlərin turanlı kökünü inkar edən uydurma nəzəriyyələrə həsr olunmuş saysız hesabsız kitablar nəşr olundu.

Biz kitabın müxtəlif bölümlərində Turan tarixini, qədim öntürk turan tayfalarının ilk olaraq məskunlaşdıqları ölkələrin gerçək tarixini keçən yüzilliklərdəki Avropa tarixçilərinin elmi faktlarla zəngin, lakin bilərəkdən unudulmuş əsərlərindəki tarixi, linqvistik, arxeoloji və etnoqrafik dəlillərə istinad edərək şərh etməyə çalışacayıq. Biz inanırıq ki, müasir oxucuların geniş kütləsinə məlum olmayan, bir çox Avropa xalqlarının dilində nəşr olunmuş və yalnız arxivlərdə saxlanılan həmin əsərlərin məzmunu ilə tanışlıq gələcəkdə onlardan geniş istifadə etməklə Turan və Ön Türklərin tarixi haqqında daha dolğun və əhatəli əsərlərin yazılmasına səbəb olacaqdır.

Turanlılar adlanan öntürk (prototürk və ya qədim türklər) super etnosunun və onların ana yurdu olan Turanın tarixi bəşər tarixinin ən önəmli və ən qədim dövrünü təşkil edir. Hələ XVIII–XIX əsrlərdən etibarən Turların yəni Öntürklərin və onların vətəni Turanın qədim tarixi linqvistik, arxeoloji, etnoqrafik cəhətdən araşdırılmış və bu araşdırmaların nəticələrini özündə əks etdirən çoxsaylı əsərlər dərc edilmişdir.

Rus-sovet və müasir rüs tarixçilərinin böyük əksəriyyəti və bir çox qərb bilim adamları Turanın mövcudluğunu gerçək tarixi hadisə kimi deyil İran dilli dastan və rəvayətlərində əks olunmuş xəyali və əfsanəvi bir anlayış kimi təqdim edirlər. Lakin Avropanın görkəmli bilim adamı assuroloq, antropoloq və arxeoloqları Turanın tarixinin araşdırılmasına çoxlu əsərlər həsr etmiş və elmi faktlara söykənən dəyərli məlumatlar vermişlər. Avropanın arxivlərində mövcud olan bu əsərlərin bir çoxunun istifadəsi sovet dövründə qadağan olunmuş əsərlər siyahısına daxil idi. Sovet dövründə Turan və qədim türklərin tarixinin araşdrılması qadağan olunmuşdu və bu qadağaya məhəl qoymayan elm adamları pantürkist damğası ilə repressiyalara məruz qoyulurdu. Turan və turlar birmənalı şəkildə irandilli və iran mənşəli hesab olunurdular.

Turanın və turlar adlandrılan öntürklərin tarixi bir çox önəmli qaynaqlarda, ilk öncə Ön Asiyanın mixi yazılı abidələrində, Antik müəlliflərin əsərlərində, Mərkəzi Asiya və Sibirdə aşkar ediləm runi yazılı abidələrdə, sanskrit ədəbiyyatda öz əksini tapmışdır. Arxeoloji və antropoloji araşdırmalar da Turan tarixinin bir çox cəhətlərini XVIII–XIX əsr Avropa tarixçilərinin qədim şərqin Sumer, Elam, Babil, Assuruya, Misir, İran, Hindistan, Hitit tarixinə həsr olunmuş çoxsaylı əsərlərində Turan və turanlıların, daha doğrusu Öntürklərin ən qədim tarixinin müxtəlif yönlərini özündə əks etdirən olduca zəngin, dəyərli və əhatəli bilgilər mövcuddur.

Çox təəssüflər olsun ki, bu dəyərli əsərlər müasir dövrdə bilim adamlarının diqqətindən kənarda qalaraq unudulmuş, tarixin arxivinə gömülmüşdür. Turan coğrafiyası, öntürklərin və bütövlükdə turanlıların yayıldığı areal yer kürəsinin geniş bir ərazisini əhatə edir. Ön türklər Turan irqinin tarixdə oynadığı rol baxımından ən əzəmətli və qüdrətli etnosunu təşkil edir. Ön türklər Sumer uyqarlığının yaradıcıları olan Turan irqinin başlıca etnosu kimi aparıcı rola malik olmuşlar. Həmin irqə mənsub olan və öntürklərlə qardaşlıq əlaqələrinə malik macarlar, finlər, monqollarla tarixin sonrakı inkişaf prosesində ümumi kökdən ayrılaraq Turan irqinin müstəqil qollarını təşkil etmişlər. Böyük tarixçi L. Qumilyov Ön türk super etnosunun yayıldığı ilkin ərazini Çin səddindən başlamış Karpat dağlarına qədər davam edən və Avrasiyanın Böyük Bozkırı adlanan ərazidən ibarət olduğunu yazır. Təkcə turanlı öntürklərin deyil, irəli sürülən fərziyyəyə görə hind-avropalıların da bir super etnos kimi ilkin təşəkkül tapdığı bu ərazi bütöv bir oykumen kimi formalaşana qədər bir çox qeoloji kataklizmlərə məruz qalmışdır.

Ön Asiyada öz mənbəyini Zaqros dağlarından götürən Fərat və Dəclə, Böyük və Kiçik Zab kimi böyük çaylarının suları Mesopotamiya adlanan İkiçayarası vadilərində torpağı münbitləşdirərək əkinçiliyin inkişafında, qədim insan toplumlarının və ilkin bəşər mədəniyyətinin formalaşmasında və gəlişməsində misilsiz rol oynamışlar.

İnsan toplumunun və bəşər mədəniyyətinin gəlişmiş olduğu mərkəz ilk öncə Asiyanın doğusunda meydana çıxmışdır. Öz başlanğıclarını əzəmətli dağ silsilələri olan Altay, Tanrı dağları (Tyanşan), Pamir və Himalay dağlarından götürən Amudərya və Sırdərya və ya əsgi adlarıyla Oksus və Yaksart, İrtış, Tarım, Hind, Qanq və Xuanxe çayları öz suları ilə vadilərdəki torpaqları münbitləşdirərək əkinçiliyin inkişafına, insan toplumunun gəlişməsinə səbəb olmuş və Aralıq dənizi hövzəsinə paralel şəkildə Mərkəzi Asiya timsalında ilkin bəşər mədəniyyətinin formalaşdığı mədəniyyət mərkəzinin yaranmasına təkan vermişdir. Qədim Turanın Anau şəhərində qazıntı aparmış İtalyan mənşəli amerikalı arxeoloq R. Pumpelli bu mədəniyyəti “oazis” və ya səhra/çöl mədəniyyəti adlandrır.

Qədim dövrlərdə öntürklərin iqlim dəyişikliyi təsiri ilə öz tarixi yurdlarını tərk edib müxtəlif istiqamətlərdə hərəkət etməsi hadisəsi köçərilik deyil, köçmənlik xarakteri daşıyırdı. Köçərilik isə bir təsərrüfat forması kimi heyvandarlıqla əlaqədar və tarixin daha gec zamanları üçün xarakterik olan bir hadisə idi.

Fransız orientalist və tarixçisi R. Qrossetin yazdığına görə İlk çağ dövrünün tarixindən bəhs edən bilim adamları böyük köçəri xalqların mədəni toplumların tarixində birdən-birə meydana çıxmasını onların qocalmış mədəniyyətləri cəzalandırmaq üçün Allah tərəfindən göndərilən bir vasitə kimi dəyərləndirirdilər. (Grosset R. 1938, Səh. 48)

Orta Asiya çöllərinin köçəriləri dünya tarixində mühüm rol oynamışlar. Onlar tarix ərzində 20 dəfə Turan yaylasından hərəkət edərək Hind və Qanq vadilərini, Dəclə-Fərat vadilərini işğal edərək ucqarların durğunlaşmış mədəniyyət mərkəzlərinə yeni insan axını əlavə etməklə canlılıq gətirmişlər. Xalqların bu köçləri böyük tənzimləyici gücə malik idi. Bu insan axını çayların dağlardan vadilərə axması kimi coğrafi qanunun bənzəri idi. Qədim mədəniyyətə malik müxtəlif xalqları vahid hakimiyyət altında birləşdirən türk və tatarlar mədəniyyətlərin çulğalaşmasına səbəb olurdular. (R. Grosset. 1921, Səh. 6)

Avropasentrist ruhlu bilim adamlarının bir çoxu iskit-sak, massaqetlər, sarmatlar kimi ön türk etnosuna mənsub tayfaları irandilli kimi qələmə verməyə cəhd göstərsələr də onların vahid türk etnosuna mənsubluğunu hətta qatı xristian katolik ideoloqları da etiraf etməyə məcbur olmuşlar.

İngiltərənin XIX əsr görkəmli katolik kilsə ideoloqlarından olan Kardinal Henri Neuman özünün “Türklərin tarixinə dair mühazirələr” əsərində yazır: “Geniş Çöllərərdə məskən salmış əhalini təşkil edən iskitlər, massaqetlər, sarmatlar, hunlar, monqollar, tatarlar, türklər eyni qədim köklərə malikdirlər. Eyni iqlim və mövcud həyat şəraiti onlarda eyni ənənənin və adətlərin yaranmasına səbəb olmuşdur. Mən buna uyğun olaraq bu əhalini ümumi adla tatar, ölkələrini də tatar ölkəsi adlandrıram. İskitlərdən sonra tarix səhnəsinə hunlar və onlardan sonra da tərkib baxımından müxtəlif, artıb törəmə cəhətdən üstün bir irq olan, tarixləri boyunca geriləmə və yüksəlmə keyfiyyətləri göstərən, 800 il ərzində dünyada ağalıq edən türklər gəlirlər”. (Lectures on the History Turks. Cardinal H. Newman. 1854. Səh. 13, 23)

Kardinal Neuman hətta İsgəndərin Soqdianada türklərlə qarşılaşdıqları zaman ehtiyatlı hərəkət edib müdriklik göstərərək onlarla savaşmaqdan imtina etdiyini yazır. O doğruluq, dürüslük, ədalətlilik, qonaqpərvərlik kimi keyfiyyətlərin türk və tatarlara xas xarakterik əlamətlər olduğunu və bu cəhətdən avropalılardan fərqləndiklərini vurğulayır. Homer və ondan sonrakı yazarlar intellektual baxımdan yetənəkli avropalı həmvətənlərinin malik olduqları xainliq, riyakarlıq keyfiyyətləri qarşısında türklərin timsalında “köçəri çoban tayfaların” malik olduqları ərdəmliliyə heyranlıq göstərirdilər. (Cardinal H. Newman. 1854. Səh. 36)

Ön Türklərin bəşər tarixində oynadıqları önəmli rolu dəyərləndirən R. Qrosset yazır: “Bu köçərilər istər türk olsunlar, istər monqol, ağıllı, müvazinətli və praktik düşüncəli bir irqin övladlarıdırlar. Bu irq mühitin gerçəklikləri şəraitində yetişmişdir və təbiətən əmr vermək üçün yaranmışlar. Əksəriyyət etibarı ilə iflasa uğrayaraq soysuzlaşmış oturaq cəmiyyətlər böhranın təsiri ilə çökdükləri an köçərilər şəhərə daxil olur və tərəddüd etmədən ilk mübarizədə qalib gəldikləri hökmdarların taxtına əyləşirlər. Bu zaman biz onları Böyük Çin imperatoru, İran şahı və Hindistan hökmdarı timsalında görürük. Dərhal da mühitə uyğunlaşaraq Pekində yarı çinli, Reydə və ya İsfahanda yarı fars olurlar. Avropa tarixinin gedişini üç-dörd dəfə qəfləti gəlişləri ilə dəyişdirən böyük Asiya köçərilərini. Biz yalnız öz bilgisizliyimiz səbəbi ilə qeyri adi bir hal kimi dəyərləndiririk”. (Grosset. R. 1938. Səh. 50, 49)

XIX yüzilliyin görkəmli Avropa tarixçiləri dünya tarixinin qədim dövrünə həsr etdikləri çoxsaylı araşdırmalarında turanlı adlandırdıqları öntürklərin tarixinə də geniş yer vermişlər. Onlar turanlıların təkcə Böyük Avrasiya qitəsinin mərkəzi hissəsinin deyil, bütün Yer kürəsinin başlıca super etnosu olduqlarını linqvistik, arxeoloji və etnoqrafik dəlillərlə təkzib edilməz şəkildə sübut etmişlər.

Hər bir etnos mövcud olduqları və fəaliyyət göstərdikləri tarixi dövr çərçivəsində özünəməxsus xüsusiyyətlərə malik əmək alətləri, məişət əşyaları, silah və sənət nümunələri şəklində öz maddi mədəniyyətlərini, yazı sistemi, folklor nümunələrini, dini etiqad və mifik təsəvvürləri, incəsənət növlərini özündə əks etdirən mənəvi dəyərlər sistemini yaradır. XIX yüzilliyin görkəmli tarixçiləri, dilçi filoloqları, arxeoloq və etnoloqları bəşəriyyətin qədim dövr tarixinə həsr etdikləri çoxsaylı araşdırmalarında onların Turan irqi adlandırdıqları müasir tarixi ədəbiyyatda isə Öntürklər və ya başqa deyimlə Prototürk adlandırılan super etnosa xas xüsusiyyətlər daşıyan bir çox konkret əlamətlər müəyyən etmişlər.

Qədim dövrlərdə insanların həyatında coğrafi determinizm adlanan coğrafi şərtlər önəmli rola malik idi. Etnosların öz yurdlarını tərk edib köçlərə məruz qalmalarının səbəbi yalnız iqlim dəyişikliyindən ibarət olmamışdır. Əhali artimi, daha doğrusu demoqrafik səbəblərlə yanaşı bu köçləri şərtləndirən ikinci önəmli amil eyni kökə malik qohum tayfalar arasında hakimiyyət və ya ərazi üstünlüyü əldə etmək uğrunda baş verən qarşıdurmalar və ya yadelli tayfaların istilasıdır ki, türklərin tarixində bunun çoxsaylı örnəkləri mövcuddur.

Avropanın XVIII–XIX əsr tarixçiləri, linqvistləri və arxeoloqları şifrəsini açdıqları qədim mixi və heroqlif yazı mətnlərinə, arxeoloji və etnoqrafik dəlillərə əsaslanaraq Yer kürəsinin bəşər övladı tərəfindən məskunlaşdrılmış Oykumen adlanan sahəsinin ilk mədəni sakinlərinin turanlı öntürklər olduğu fikrini irəli sürürlər. Onların irəli sürdükləri Turan nəzəriyyəsinə görə sami və ari irqləri tarix səhnəsinə qədəm qoymadan öncə dünyanın qədim mədəniyyətinin ilkin rüşeymləri Sakit okeandan Atlantik okeanın İspaniya sahillərinə və güneydə İkiçayarası və Aralıq dənizi hövzəsini əhatə edən ərazilərdə məskunlaşmış Turan irqi tərəfindən yaradılmışdır. Turan irqinin bir qolu da Asiya və Amerika qitələrini birləşdirən Berinq boğazı və Atlantik okeanı üzərindən hərəkət edərək Amerika qitəsinə yayılmış və orda müxtəlif qədim mədəniyyətləri meydana gətirmişlər. Turan irqinin təşəkkül tapdığı arealı bir çox müəlliflər Avrasiya materikinin Ural və Altay dağları arasında böyük Bozkırdan ibarət hesab edirlər. Turanlı tayfalar burdan güney və doğu olmaqla iki istiqamətdə hərəkət edərək güneydə Mərkəzi Asiyanın Amudərya və Sırdərya vadilərində ilkin mədəniyyədin rüşeymlərini yaratmışlar ki, bunun ən bariz nümunəsi Anau mədəniyyətidir. Doğuya doğru hərəkət edən turanlıların bir qismi Qafqaz üzərindən hərəkət edərək Qafqazda və Zaqros dağlarının yaylalarında məskunlaşmış, sonra isə Mesopotamiya adlanan İkiçayarasına yayılaraq burda daha bir qədim mədəniyyətin əsasını qoymuşlar. Turanlı öntürklərin batıya doğru hərəkət edən qolu İspaniyaya qədər irəliləmiş və burda turanlı iber xalqını meydana gətirmişlər. İspaniyada iberlərə məxsus çoxsaylı ilkin mixi yazı nümunələri aşkar edilmişdir. Bu yazı işarələrinin bir çoxu türk tamqa işarələri ilə bənzərlik təşkil edir. Turanlıların bu köçləri samilərin və arilərin tarix səhnəsinə qədəm qoymalarından min illər öncə baş vermişdir.

Fransız assuroloqu F. Lenorman yazır ki, “Metaldan istifadə etmək ənənəsinin əsasını Misirdə, Okus çayının sahilində, Ön Asiyanı Arilərin böyük köçlərindən öncə doldurmuş olan, lakin qədim zamanlarda geri çəkilməyə məcbur olan turanlılar qoymuşdular. Mərkəzi Asiyanın köçəri xalqları hələ daş dövründə yaşadıqları zaman həmin xalq məskunlaşdıqları dağlardan əldə etdikləri dəmirdən və bürüncdən müxtəlif silahlar və alətlər emal etməkdə mahir idilər. Assurologiya araşdırmaları nəticəsində qədim insanların iskit adlandırdıqları və altay irqi ilə sıx əlaqədar olan, arilər və samilər gəlmədən öncə Asiyanın əksər arazilərində hakim olan və bu ərazidə ilk mədəniyyətləri yaradan bizim turanlı adı verdiyimiz xalq olmuşdur”. (Lenormant F. 1895, Səh. 175)

Almaniyanın XIX əsrdəki görkəmli etnoloqu Baron Bunzen Ümumdünya tarixinin, dilinin və dininin fəlsəfəsinə həsr etdiyi fundamental əsərdə Turanlıların bəşər tarixindəki rolunu təhlil edərək yazırdı: “Turan əhalisinin bölünərək yayılması ari irqinin öz ilkin yurdlarını tərk etməsindən daha öncə başlamışdır. Buna görə də arilər şərqə və ya qərbə, hansı istiqamətə getsələr orda Turun köçəri varislərinə rast gəlirdilər. Dünayanın bütün tarixi və xronoloji zaman kəsiyində Turan öz töhvəsini vermişdir. Avropanın şərqində və qərbində, şimalında və cənubunda müasir kökünü təşkil edən qədim kelt mədəniyyətinin əsasını Turan təbəqəsi təşkil edir. Hunnlar qədim Roma imperiyasının yıxılmasına vəsilə oldular. German və germanlaşmış dövlərtlərin yaradıcıları Turanlılar oldular.

Çox mümkündür ki, Şimali Amerikanın müxtəlif tayfa və xalqlardan ibarət olan yerlilərinin dilləri şimal qütbündəki eskimoslardan başlamış Meksikanın asteklərinə qədər eyni mənşəyə malik olub Turan irqinə mənsubdurlar, onların qafataslarının quruluşu da bunu təsdiq edir. Bu xalqların dillərinin bir-biri və eyni zamanda Asiyanın turan dili ilə qrammatik quruluş baxımdan eyniliyi hamı tərəfindən qəbul olunur”. (G. J. Bunzen, c. 2, 1854, Səh. 26, 111)

Türkmənistanda 1904-cü ildə italyan arxeoloq Pumpelli tərəfindən aşkar edilən, e. q. X–IX minilliklərə aid Anau şəhər mədəniyyəti bilim adamları tərəfindən dünyanın ən qədim mədəniyyəti hesab olunmuş və bünövrəsinin turanlı öntürklər tərəfindən qoyulduğu tarixi dəlillərlə sübut edilmişdir. Pumpelli e. q. VI minillikdə Anau sakinlərinin bir qisminin özləri ilə əhliləşdirdikləri heyvan növləri, taxıl, darı və s. nümunələr götürərək doğu istiqamətinə hərəkət etdiklərini və İkiçayarasında Sumer və Afrikada Misir mədəniyyətinin təməlini qoyduqlarını elmi dəlillərlə əsaslandırmışdır.

Anau ilə yanaşı Türkmənistanda aşkar edilmış e. q. VI minilliyə aid Ceytun, VII minilliyə aid Cəbəl, Böyük Balxan, Dam-dam Çeşmə qədim arxeoloji mədəniyyətlər yüksək inkişaf etmiş əkinçilik mədəniyyətlərinə malik olub qoyun, keçi kimi ev heyvanları bəsləməklə yanaşı, arpa və buğda taxıl məhsulları yetişdirmək səriştəsinə malik idilər.

Babil və Misir sivilizasiyalarından çox öncələri Xəzər dənizinin arxasındakı vadilərdə Aşqabad yaxınlığındakı Anauda yaşayan insanlar şəhərlərdə yaşayır, buğda, darı əkir, heyvanları əhliləşdirir və bəsləyirdilər. Bölgədə quraqlıq başlamadan öncə onlar öz yurdlarını tərk etmişlər. Yəqin ki, Misirin və Babilin mədəniyyətlərinin kökünü bu Anau mədəniyyəti təşkil edirdi. (H. Cordier. 1920. Səh. 6)

Lakin samilərin və hind-avropalı arilərin sonrakı dövrlərdə tarix səhnəsinə qədəm qoymaları ilə dünyanın böyük hissəsində məskunlaşaraq ilkin bəşər mədəniyyətinin əsasını qoymuş turanlılara qarşı təcavüzkar hərəkətləri başlamış oldu. Öncə Ön Asiyada Ərəbistan yarımadasından hərəkət edərək Mesopotamiya ərazisində yayılan vəhşi sami tayfalarının davamlı basqınları və təzyiqləri nəticəsində turanlı sumerlilər öz yurdlarını tərk edərək böyük köçlərə məruz qaldılar.

Tarix səhnəsinə daha gec qədəm qoyan hind-avropalı arilər iki qola ayrılaraq yayılmaları iki istiqamətdə baş verdi, onların bir qolu ilkin vətənləri olan Şərqi Avropadan hərəkət edərək Balkan üzərindən Anadoluya keçdilər. Hind-iranlılar adlanan digər qolu isə şərqə doğru hərəkət edərək Mərkəzi Asiyada iki hissəyə bölündülər, bir hissəsi şərqə doğru Hind çayı hövzəsinə, digəri isə qərb yönündə istiqamət götürüb Zaqros dağları və Mesopotamiyaya doğru hərəkət edərək burda məskunlaşmış turanlı Ön türk xalqlarının öz yurdlarını tərk edərək müxtəlif istiqamətlərdə köçlərinə səbəb olmuşdular. Beləliklə bəşər tarixinin ilkin irqi olan və dünyanın dörd tərəfinə yayılmış Turan irqi arilərlə yüzillərlə davam edən mübarizədə malik olduqları əraziləri çox zaman güzəştə getməyə məcbur olurdular. Ari irqinə mənsub iranlılarla turanlı öntürklər arasında Mərkəzi Asiya və Ön Asiyada baş verən və yüzillərlə davam edən qarşıdurma dünya tarixində İran-Turan müharibələri adı ilə öz əksini tapmışdır. Mərkəzi Asiyada turanlı türklərlə iranlı arilər qarşı qarşıya gəldikləri halda Ön Asiyada Aralıq dənizi hövzəsi və Mesopotamiyada arilərin meydana çıxması ilə bəşəriyyətin üç böyük irqi olan turanlılar, arilər və samilər bölgədə ağalıq uğrunda yüz illərlə davam edən qanlı qarşıdurmalar prosesinə cəlb olunmuşdular.

Turan və Türk adları kök etibarı ilə Sumerə bağlıdır. Tur və Turan adlarının sami və iran dilləri əsasında izahı uğursuz cəhdlərdir.

Böyük assuroloq J. Oppert yazır ki, Sumerlərin Tur sözü Zənd Avestada “turya” şəklində ifadə olunmuşdur və bu Afrasiyabın hökmranlıq etdiyi Turan adının ekvivalentidir. O Firudinin oğlanları Səlm, Tur və İrəç üçlüyünün əfsanəsində Asiya yaylalarını təcəssüm etdirir. Turlar Turun millətinə mənsub olub Aryaya və Sayrama qarşı mübarizə aparan insanlardır. Sonradan o Sem/Selm ilə yaxınlaşmışdır. Sumer dili əsas etibarı ilə Turan dilidir. (Oppert J. 1875, V-5Səh. 464)

Müasir dövrün assuroloqlarında Jerold Kuper yazır ki, istər Bibliya və klassik müəlliflərin əsərləri, istərsə də Assur və Babilə aid yazılı mənbələr Qədim Mesopotamiyada samilərlə yanaşı Turanlı etnolinqvistik bir qrupun da mövcudluğunu təsdiq edir. (Cooper Jerold. 1993. Səh. 173)

Tur və turanlı adlarının iran dili əsasında izahı məsələyə qərəzli yanaşmadır. Avropasentrizm ideologiyasını rəhbər tutan müasir bilim dünyası turanlı öntürklərin bir etnos kimi təşəkkül tapdığı ərazilərində ciddi cəhdlə iranlı və hind-avropalı izləri axtarmaqda davam edirlər. İngilislər Hindistanı işğal etdikləri zaman öz işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçün arilərin ilkin vətənlərinin Hindistan olması haqqında uydurma ariçilik nəzəriyyəsini antropoloji nəzəriyyə kimi irəli sürdülər.

Dəşti Oğuz və sonrakı dövrlərdə Dəşti Qıpçaq adlanan Avrasiyanın geniş çöllərində min illərlə mövcud olan Türk dövlətlərinin bir-birinə qarşı ağalıq uğrunda apardıqları qanlı müharibələr onların zəifləyib süquta uğramalarına və ərazidəki slavyan ünsürünün güclənməsinə səbəb olmuşdur. Əmir Teymurun Sibir xanı Toxtamışı məğlub etməsi və bu əzəmətli Türk dövlətinin süquta uğramasına səbəb olaraq son nöqtəni qoymuş oldu və slavyan knyazlarının güclənməsinə, vahid mərkəzləşmiş dövlət təşkilatının yaranmasına və Sibir və Türkistanın işğallarına əlverişli şərait yaratdı. İran dövlətinin özəyini təşkil edən Əhəməni dövləti turanlı ön türk Midiya dövlət təşkilatı üzərində bərqərar olub onun atributlarını mənimsədiyi kimi Rus dövləti də türklərin Qızıl Orda dövlət təşkilatının özülü üzərində bərqərar oldu və onun atributlarını mənimsədi. Bir çox türk peçenek, quz, polovets, tatar, kuman boyları Rus knyaz dövlətlərinin əsas hərbi gücünü, onların zərbə qüvvəsini təşkil edirdilər. Lakin getdikcə Rus dövlətində slavyan ünsürü üstünlük qazanaraq Xristianlığın da qəbul edilməsi ilə Hind-avropa dünyasının bir parçasına çevrildi.

İngilis xristian katolik ideoloqu Kardinal Neuman yazır ki, tatar ünsürü istər malik olduqları təmiz qanları və istərsə də qarışmış olduqları slavyan qarışımı ilə Rusiya İmperiyasında önəmli rol oynayırdı. (Cardinal H. Newman. 1854. Səh. 24)

Rusiya çarizm dövründə Qara dənizin şimalından başlamış Sibirin geniş əraziləri də daxil olmaqla böyük bir ərazini işğal etdi və bu işğallara haqq qazandırmaq üçün Cənubi Sibirin və Türkistanın hind və iranlı arilərin ilkin vətənləri kimi təqdim edən uydurma nəzəriyyələr irəli sürdülər. Rus şovinist elmi dairələri arxeoloji, antropoloji, toponimik faktları inkar edərək tarixin saxtalaşdırılması fəliyyətlərini müasir dövrdə də, davam etdirməkdədirlər.

Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə

ali məktəblərin coğrafiya ixtisasları ucun dərs vəsaiti kimi təsdiq edilmişdir.

Bakı Universitetinin Nəşriyyatı, 2001

Elmi redaktor: Akademik A.A. Nadirov

Rəycilər: c.e.d., Professor N.A. Babaxanov,

p.e.n., Dosent B.A. Paşayev

Dərs vəsaiti maraqlı coğrafi axtarışlar və kəşflər nəticəsində Yerin hərtərəfli oyrənilməsi,

xəritələşdirilməsi, coğrafi ideyaların yaranması və inkişafı tarixindən bəhs edir. Azər-

baycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və gorkəmli coğrafiyacı alimləri

və s. haqqında kitabda geniş məlumat verilir.

Dərs vəsaiti tələbələr, magistrlər,

aspirantlar və orta məktəbin coğrafiya muəllimləri ucun nəzərdə tutulur.

İcindəkilər

Kursun mahiyyəti, obyekti və vəzifələri

I. FƏSİL. Qədim dunya coğrafiyası (V əsrə qədərki dovr)

İlkin coğrafi bilik və təsəvvurlərin yaranması

Qədim misirlilərin coğrafi təsəvvur

Qərbi, Cənubi və Şərqi Asiyanın qədim

xalqlarının coğrafi təsəvvurləri

Avropa antik dovrunun coğrafiyası

II. FƏSİL. Orta əsr coğrafiyası (V-XV əsrlər)

Normanların coğrafi kəşfləri

Orta əsr Rusiyasında coğrafi biliklər

Marko Polo və onun Kitabı haqqında

Boyuk İpək yolu

III. FƏSİL. Yeni dovrun coğrafiyası (XV-XIX əsərlər)

Boyuk Coğrafi kəşflər dovru (XV-XVII əsərlər)

Boyuk Coğrafi kəşflərə hazırlıq dovru

Boyuk Coğrafi kəşflərin birinci dovru (1492-1550-ci illər)

Boyuk Coğrafi kəşflərin ikinci dovru (1550-1650-ci illər)

Yeni dovrun başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)

Yeni dovrun coğrafiyası (XVIII əsrin ortası XIX əsrin ortası)

IV. FƏSİL. Muasir dovrun coğrafiyasının yaranması (XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)

XIX əsrin yeni coğrafiyasının yaranması

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı

Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)

V. FƏSİL. Muasir dovrun coğrafiyası

Xarici olkələrin muasir dovrunun coğrafiyası

MDB məkanında muasir coğrafiyanın inkişafının birinci mərhələsi

MDB məkanında muasir coğrafiyanın inkişafının

ikinci mərhələsi (1945-1980-ci illər)

Muasir coğrafiya XX əsrin 90-cı illərində

VI. FƏSİL. Azərbaycanın coğrafiyasının inkişaf tarixi

.Azərbaycan coğrafiya tarixinin umumi icmalı

Umumi fiziki coğrafiyanın inkişafı

Geomorfologiya elminin inkişafı

İqlimşunaslıq və hidrologiya elmi ideyalarının inkişafı

Xəzər dənizinin oyrənilməsi

Kartoqrafiya və aerokosmik tədqiqatlar

Ətraf muhitin muhafizəsi

Coğrafiya tarixi

Taptıq Həsənov, Əbdurrəhim Hacızadə

Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrufat

ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını oyrənən yeganə elmdir. Bu elmin

ufuqləri getdikcə genişlənir, nəzəri və təcrubi əhəmiyyəti artır. Ona gorə də coğrafiya elminin muxtəlif

sahələrinə, o cumlədən tarixinə maraq xeyli artmışdır. Bunu nəzərə alaraq Bakı Dovlət Universitetinin

coğrafiya fakultəsində bakalavr-coğraf ixtisas pilləsində yeni tədris kursu – «Coğrafiya tarixi»

Bu boyuk təhsil ocağında butun elmlərin, o cumlədən coğrafiyanın tarixinə həmişə boyuk əhəmiyyət

verilir. Lakin Azərbaycan dilində coğrafiya tarixi kursu uzrə umumiləşdirilmiş dərs vəsaiti və yaxud digər

yazılı ədəbiyyatlar hələlik yox dərəcəsində idi. Tələbələr bu sahədə olan bilikləri coğrafiyanın ayrı-ayrı

kurslarında səpələnmiş halda verilən tarixi məlumatlardan toplamalı olurdular. Bu da onların sistem

şəklində biliklər almasına cətinliklər torədirdi və hazırlıq səviyyələrinə mənfi təsir gostərirdi. Ona gorə də

«Coğrafiya tarixi» kursunun proqramının və dərs vəsaitinin hazırlanmasına və Azərbaycan dilində capına

boyuk ehtiyac var idi.

Coğrafiya tarixi kursunda qədim, orta əsr, yeni və muasir dovrdə Yerin butovlukdə təbiəti, onun

təsərrufatda mənimsənilməsi yolları, materik və okeanların kəşf olunması və s. haqqında biliklərin

toplanması və xəritələşdirilməsi tarixi işıqlandırılır. Ozu də ilk dəfə olaraq mustəqil Azərbaycanın yaxın

cevrəsi olan Şərqi Avropa, Cənubi, Qərbi və Mərkəzi Asiya və Qafqazın coğrafiya tarixinə daha geniş yer

verilir. Kitabda ilk dəfədir ki, turk xalqları və onların icərisindən cıxmış alimlərin coğrafi təsəvvurləri və

kəşfləri ayrıca bolmə şəklində verilir.

Boyuk coğrafi əhəmiyyəti olan məşhur «Tarixi İpək yolunun» yaranması, onun kecdiyi olkələr,

ticarət əlaqələrində rolu və Azərbaycanla bağlılığı, muasir bazar iqtisadiyyatı şəraitində əhəmiyyəti və s.

haqqında yığcam biliklər vermək ucun kitabda xususi bolmə ayrılmışdır.

Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini tələbələr qarşısında aydınlaşdırır, onun

oyrənilməsi mərhələlərini acıb gostərir. Bir sozlə, «Coğrafiya tarixi» kursunun başlıca vəzifəsi Yer

haqqındakı ilkin coğrafi təsəvvurlərin, elmi biliklərin kecmişi, indisi və həm də gələcək istiqamətləri

haqqında yetkin biliklər verməkdir.

Tələbələr əmin olacaqlar ki, Yerin umumi mənzərəsinin işıqlandırılması və xəritələrin duzəldilməsi

coxlu xalqların, səyyahların, dənizcilərin və coğrafiyacı alimlərin boyuk fədakar əməklərinin nəticəsidir.

Kitabın yazılmasında Azərbaycanın gorkəmli coğrafiyaşunas alim prof. Ə.M.Hacızadənin (1920-

1991) hazırladığı, lakin vəfatı ilə bağlı cap etdirə bilmədiyi «Coğrafiyanın tarixi və metodologiyası»na

aid əlyazmaları ilkin mənbə rolunu oynamışdır. Ancaq Azərbaycan 1991-ci ildə mustəqillik qazanandan

və informasiya səddləri cokəndən sonra cəmiyyət sovet vaxtı marksizm-leninizm «prinsiplərinə» uyğun

olmadığına gorə qadağan olunan biliklərlə azad şəkildə tanış olmaq imkanı əldə etdi. Bundan başqa,

kursun yeni proqramına uyğun olaraq coğrafiyanın tarixinə aid bolmələr genişləndirilib və coxlu əlavələr

edilmişdir. Deyilənləri nəzərə alaraq c.e.d., prof. Ə.M.Hacızadənin movzu ilə bağlı topladığı materialların

lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki muəllifin adından

capa təqdim olunmuşdur.

Umid edirik ki, təqdim olunan dərs vəsaiti coğrafiyanın yarandığı dovrdən bu gunədək kecdiyi

inkişaf yolu və təcrubələri ilə tələbələri tanış edəcək və onların coğrafi bilik və mədəniyyətlərini xeyli

Dərs vəsaitinin capa hazırlanmasında boyuk zəhmətlərinə gorə iqtisadi və sosial coğrafiya

kafedrasının baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya oz minnətdarlığımızı bildiririk.

Dərs vəsaitində olan bolmələr muəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir:

Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4, V-5.2, 5.3, 5.4, VI-6.1

T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6, III-3.1, 3.2, 3.3, 3.4, IV-4.1, V-5.1,

VI-6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7.

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri

Hər bir elmin tarixinin oyrənilməsi, onun gələcək inkişafı ucun boyuk əhəmiyyət kəsb edir.

Kecmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini

muəyyən etmək qeyri-mumkundur. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki

insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid

bir elm kimi formalaşan coğrafiya murəkkəb inteqrasiya və differensassiya mərhələlərindən kecmişdir.

İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf

mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə cevrilmişdir.

Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun muddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı

birdən elə kəskin donuş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq oyrənilməsi xususi maraq

doğurur. Belə kəskin donuş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Boyuk Coğrafi kəşfləri, Şimal-

Cənub qutblərinin oyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski,

Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını

misal gostərmək olar. Belə əhəmiyyətli kecid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə

daha qabarıq nəzər salmağa imkan verir.

Hazırda adlarının oxşarlığına gorə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və

kəşflərin tarixi elmləri yaranmışdır.

Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Umumiləşdirilmiş şəkildə demək olar ki,

coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi

fikirlərin yaranması və inkişafının tarixini oyrənir.

Tarixi coğrafiya muəyyən olkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın kecmiş

vəziyyətini oyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya

kecmiş dovrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.

Coğrafi kəşflər tarixi ozunun yazısı olan (rəsmlərdən əlavə) xalqların numayəndəsinin ilk dəfə bu və

ya digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə

olması, bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə kocurməsidir. İndi buraya həmcinin

coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.

Coğrafi kəşflər dunya tarixinə guclu təsir gostərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir

olkənin varlanmasına, digərlərinin məhvinə, mustəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.

Bu uc elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə ust-ustə duşurlər. Bunu, xususilə coğrafi

kəşflər edən, bu elmi qabağa aparan gorkəmli səyyahların əsərlərinin təhlilindən aydın gormək olur. Həm

coğrafiyanın tarixinə və həm də coğrafi kəşflərin tarixinə eyni dərəcədə mənsub olan belə alimlərdən

Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. gostərmək olar.

Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata kecirilən coğrafi kəşflər bizim elmə

gələcəkdə nəzəri və praktiki umumiləşdirmələr aparmaq ucun lazım olan iri həcmdə material toplamağa

Boyuk Coğrafi kəşflərin başlıca məqsədi yuzlərlə səyahətlər nəticəsində dunyanın fiziki xəritəsinin

muasir gorunuşunun alınması olmuşdur. Bizim zəmanəmizdə dunya xəritəsində artıq «ağ ləkələr»

qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar

edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və

Dunya okeanının mənimsənilməsi ucun həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində

birinci novbədə təbiətin muxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların muəyyən tarixi

biliklərini, təsərrufatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi

olmadan coğrafiya gostərilən murəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.

Beləliklə, coğrafi kəşflərin muasir tarixi, coğrafiya tarixinə acıq-aşkar yaxınlaşır, lakin onunla tam

birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha cox

metodoloji elmə cevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gucləndirir. Lakin bununla

yanaşı coğrafiya tarixi ozunun daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.

Coğrafi kəşflər tarixi daha cox həyatın praktiki tələbatını əks etdirir. Boyuk Coğrafi kəşflər – XV-

XVII əsrlər dovrundə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət ucun boyuk praktiki əhəmiyyət kəsb

edirdi. Sonralar o arxa plana kecmişdir, lakin indi yenidən elmlərin onunə cıxmışdır. Hazırda elə bir

zaman gəlib ki, həyatın praktiki tələbatı coğrafiyanın guclu inkişafına şərait yaradıb. Dunya okeanının,

atmosferin, biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi

sistemlərinin dərindən oyrənilməsi və s. belə tələbatlardandır.

Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir.

Bir elm kimi coğrafiya tarixi daha murəkkəbdir, o elmlərin butov inkişafından, kadrların hazırlıq

səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.

Tarixi faktları və hadisələri ozundə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri

– coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi

– coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi

– muasir dovrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini

gostərmək və bu sahədə movcud olan boyuk problemləri qeyd etmək.

Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu gunu və gələcəyi ucun boyuk fayda verə bilər.

Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi muəyyən onilliklərdə gah qalxır və gah da

enir. Bu tarixi bilgiləri nəzərə almayaraq dəniz sahillərinin təsərrufatda mənimsənilməsi sonralar boyuk

ziyana başa gəlir. Bu gun Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min

hektarlarla əkinlər, uzumluklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında

zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər olkəmizə və onun əhalisinə milyard

manatlarla ziyan vurur.

Hələ lap qədimlərdən Cində məhsuldar quvvələrin və butovlukdə elmin inkişafı kompasın ixtirasına

səbəb oldu, bu ixtira isə oz novbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə guclu təkan verdi.

Coğrafiya tarixi bu elmin kecdiyi yolu dovrlərə bolməyi tələb edir. Coğrafiya tarixi kursun aşağıdakı

1. Qədim dunya coğrafiyası V əsrə qədərki dovru əhatə edir. Bu dovrdə inkişaf edən Aralıq dənizi

mədəniyyəti antik coğrafi kəşflərə guclu təkan verir, geniş ərazilərin coğrafi xəritələri tərtib olunur.

Qədim xalqların ilkin coğrafi təsəvvurləri və səyahətləri haqqında məlumat verilir. Antik

coğrafiyaşunaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində

2. Orta əsr coğrafiya tarixinin (V-XV) umumi icmalı, xristian dunyasında təbiətə dair mutərəqqi və

murtəce baxışların mubarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko Polo və b.

səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən turk xalqları və onun Əl-Xarəzmi,

Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya,

xəritəşunaslıq və s. aid bilikləri ayrıca bolmə şəklində verilir.

3. Yeni dovrun coğrafiyası (XV-XIX əsrlər) Boyuk Coğrafi kəşflər kapitalist manufakturasının

inkişafı (XYI əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dovrun (XYII əsrin ortaları və XYIII

və XIX əsrlərədək) tarixini əhatə edir. Bu dovr coğrafiya tarixinin qızıl dovru adlanır.

4. Muasir dovrun coğrafiya tarixi Arktika və Antarktidanın, Dunya okeanının və kosmosdan Yerin

oyrənilməsini, muxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf muhitin muhafizəsi və bərpasını,

Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.

Beləliklə, «Coğrafiya tarixi» kursunda verilən «coğrafiya» anlayışı bu elmlər sisteminin hamısına –

fiziki və iqtisadi coğrafiyaya, kartoqrafiyaya şamil edilir. Ozu də coğrafiya təbiət və cəmiyyətin qarşılıqlı

təsiri gedişində yer səthində yaranan ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqları

haqqında elm kimi başa duşulur. Landşaft, okean, cay, gol, relyef formaları, biosenozlar, əhali

məskunlaşması, şəhərlər, istehsal, rekreasiya və s. belə sistemlərdəndir. Onlar umumi və tematik xəritələr

uzrə oyrənilə və muxtəlif xəritə miqyasları ilə nəzərdən kecirilə bilərlər.

Coğrafiya elmlərinin tarixi ali məktəb fənni kimi tarixin inkişaf mərhələlərində coğrafi kəşflərin və

ideyaların tarixindən bəhs edir.

Dunya coğrafiya ədəbiyyatında bu movzuya aid bir sıra sanballı əsərlər yazılmışdır. Həmin

əsərlərdən alman coğrafiyaşunası A.Hetnerin «Coğrafiya: onun tarixi və metodları», «Amerika

coğrafları», R.Hartşorın «Coğrafiyanın mahiyyəti» və «Coğrafiyanın perspektivləri», P.H.Ceymsin

«Dunyada coğrafi fikirlər», İngiltərə coğrafiyacıları P.Haqqetin «Coğrafiya: muasir elmlər sintezi»,

T.Frimmanın «Coğrafiya 100 ildə, Rusiya coğraflarıdan İ.P. və V.İ.Maqidoviclərin beş cilddə «Coğrafi

kəşflərin tarixi ocerkləri», A.İsacenkovun «Coğrafi fikirlərin inkişafı», Y.Sauşkinin «Coğrafiya elminin

tarixi və metodologiyası», N.M.Vəlixanlının IX-XII əsrdə Ərəb coğrafiyaşunas-səyyahları Azərbaycan

haqqında» və s. gostərmək olar.

Sonuncu istisna olunmaqla bu əsərlərin hec biri Azərbaycan dilinə tərcumə olunmadığına gorə

respublikamızın tələbə ictimaiyyətinə, geniş oxucu kutləsinə tanış deyildir. İndiyədək ana dilimizdə

coğrafiyanın tarixinə aid əsərlər yox dərəcəsində idi.

Bu baxımdan olkəmizin coğrafiya ədəbiyyatında ilk dəfə olaraq yazılmış «Coğrafiya tarixi» dərs

vəsaiti bir tərəfdən, yuxarıda gostərilən catışmazlıqları aradan qaldıracaq və digər tərəfdən bu sahədə

geniş və ardıcıl biliklər verəcəkdir, elmi tədqiqat işlərinə marağı artıracaqdır.

QƏDİM DUNYA COĞRAFİYASI (V əsrə qədərki dovr)

1.1 İlkin coğrafi bilik və təsəvvurlərin yaranması

İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu dovrundə meydana gəlmişdi. Bu biliklər oz əksini

əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə

baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər

(bunu Qobustan qayalarında da gormək olar) Belə rəsmlərdən qədim insanların dəniz, yaxud cay

sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini muəyyənləşdirmək mumkundur. Muasir

dovrdən gəlib cıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babilistan, Misir) və Cində yaşamış xalqlara

məxsusdur. Salamat qalmış qayaustu rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq rayonlarında

da rast gəlinir. Beləliklə, insanların ətraf muhit haqqındakı empirik təsəvvurləri əmək fəaliyyəti birlikdə

meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir.

E.ə. IV minilliyin və III minilliyin hududlarında Asiyada, Afrikada və Avropada ən qədim quldar

Dovlətlər yaranmışdır. Bu dovlətlərin apardıqları muharibələr, şəhərsalma işləri, yeni dəniz yollarının

kəşfi, uzaq olkələrlə ticarət əlaqələrinin yaradılması və s. coxlu biliklər tələb edirdi. Buna gorə də Şimali

Hindistan, qədim Cin, Misir, Finikiya kimi dovlətlərdə və Finikiyanın mustəmləkəsi olan Karfagen

sakinləri arasında dəniz və quru yollarını oyrənən, başqa olkələrin sərvətləri haqqında coğrafi biliklər

toplayan səyyahlar meydana gəlmişlər.

Ətraf ərazilərin təbii şəraiti, vəhşi heyvanların yaşayış tərzi, dəniz və gollərdəki balıqların hərəkəti,

movsumu, otlaqlar və s. haqqında mufəssəl biliklər olmadan təsərrufatı idarə etmək qeyri-mumkun idi.

Uzun illərdən bəri insanların apardığı bu təsərrufat fəaliyyəti gedişində ətraf muhit, yer, bitki, heyvan

adları haqqında hafizələr də qalaq-qalaq kitablardakı qədər biliklər toplanmışdır. Ozu də hər bir yerin

ozunun «yazılmamış» şifahi xalq coğrafiyası yaranmışdır. Geniş bozqır collərdə yaşayan turk xalqları

muxtəlif otlaq tipləri və heyvan novləri ilə bağlı coxlu adlar yaratmışlar.

Hələ erkən daş dovrundə (neolitdə) ovcular heyvanların arxasınca uzaqlara gedir, yavaş-yavaş Yer

səthində yayılır və yeni əraziləri məskunlaşdırırdılar. Muxtəlif yaşayış şəraitinə malik olan bu yeni

ərazilər irqi və etnik fərqlərin yaranmasına təkan vermişdir.

Ticarətin inkişafı yeni-yeni qiymətli xammal mənbələri, qızıl, mis, qalay, ağac materialları, fil dişi

sumuyu və s. əldə etmək cəhdi coğrafi təsəvvurlərin, muxtəlif səyahətlərin başlıca hərəkətverici quvvəsi

olmuşdur. Qızıl, gumuş, qiymətli daş-qaş, ədviyyat, ipək və s. ilə zəngin olan olkələr arasında əlaqələr

daha əhəmiyyətli idi.

Ərazi əmək bolgusunun genişləndirilməsi cəhdi uzaq səyahətlərə, muxtəlif olkələri tanımağa,

mustəmləkələr tutmağa yol acırdı və nəhayət coğrafi təsəvvurlər və umumiləşdirmələr aparmağa imkan

Coğrafi kəşflər, xəritələrin tərtibi və coğrafi təsvirlər isə oz novbəsində ərazi əmək bolgusunun

genişlənməsinə komək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bolgusunun inkişafından yaranmışdır;

əgər olkələrarası əmək bolgusu zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında əhəmiyyəti itir. Ərazi

əmək bolgusunun genişlənməsi və dərinləşməsi ilə coğrafiyanın inkişafı arasındakı bu əlaqələr nəinki

təkcə antik, elə hazırkı dovrə də aiddir.

Qədim Şərq xalqlarının ilk yazılı mənbələrində səyyahların təsvir etdiyi olkələr barədə bir sıra

qiymətli məlumatlara rast gəlinir. Lakin coğrafi anlayışlar təkcə səyyahların qeydlərində deyil, nağıllarda,

dastanlarda, eposlarda və s. əsərlərdə də oz əksini tapmışdır. Məsələn, hindlilərin Ramayana və

«Mahabharata» dastanlarında, cinlilərin «Şisezi», «Şuytzit», azərbaycanlıların «Dədə Qorqud»,

qırğızların «Manas» eposlarında təsvir olunan hadisələrin baş verdiyi yerlərin coğrafi şəraiti haqqında

zəngin məlumatlar vardır.

Yer haqqında yaranan belə ilkin təsəvvurlər bəzən indiki adamlarda təbəssum doğuracaq qədər

əfsanəvi gorunurdu. Qədim Babilistanda Yer haqqında yaranan təsəvvurlərə gorə dunya ayrı-ayrı

qatlardan təşkil olunub. Ozləri bu qatın mərəzində, başqaları isə ust və yerin alt qatında yaşadıqları

gostərilirdi. Qədim Şumerlərin fikrincə dunyada dord cəhət var və hər cəhətdə bir dunya olur. Hindlilər

isə, məsələn, yerin mustəvi (yastı) olduğunu və ozu də fillərin kurəyində yerləşdiyini təsəvvur edirdilər.

Yunanlar hesab edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Yazı

olmadığı tarixdən əvvəlki dovrə aid yaranan belə əfsanələr, nağıllar qorunub saxlanılmış, əlavələr

edilmişdi və nəsildən nəslə verilmişdir.

Belə əfsanələrdə coğrafi xarakterli dəqiq təsvirlər ənənəvi mif sujetləri və obrazları ilə birgə verildi.

Yazı icad olunduqdan sonra bu biliklərin dəqiq qeydiyyatının aparılması mumkun olmuşdur. Qorunub

saxlanılmış yazılı abidələrin koməyi ilə qədim sivilizasiyanın yaradıcıları olan Misir, Assuriya, Hindistan

və Cinin coğrafi təsəvvurləri haqqında biliklər soyləmək olurdu.

Comments are closed, but trackbacks and pingbacks are open.