Qədim milli turk əlidbaları
209 056 просмотров
Qədim türk yazılı abidələri
Qədim türk yazılı abidələri eramızın V yüzilliyində yaranmışdır. Bu yazıların günümüzə qədər gəlib çatan ən əski örnəkləri VII-VIII yüzilliklərə aiddir. Daşlar üzərində Göytürk hərfləri ilə yazılmış bu kitabələr bütün türk xalqlarının tarixində böyük ıdıbi-tarixi əhəmiyyətə malikdir.
Göytürk kitabələrində ilk dəfə olaraq türk millətinin adı çəkilmiş, türkün tarixi ilk öncə bu daşlar üzərində yazılmışdır. Bu daş yazıları türk ədəbiyyatının ilk əsəri, ulu babasıdır, türk dilinin ilk yazılı qaynağıdır.
1721-ci ildə Güney Sibirdə Yenisey çayının sahillərində yerləşən Abakan bölgəsində iki avropalı gəzib dolaşırdı. Bu yerin təbiəti, yerli xalqların dili, adət-ənənəsi onları ciddi maraqlandırırdı. Onlar kim idi, Biri alman alimi Daniel Messerşmidt və digəri isə isveçli İohan fon Stralenberq idi. Bir gün bir yerli kəndli onların yanına gəlib qəribə daş yazısı və heykəllərdən danışdı. 1722-ci ildə Daniel Çarkov kəndində yazılı daşları görüb heyrətə gəlir. Abakana dönüb dostu yüzbaşı İ.Stralenberqlə görüşəndə bu barədə ona da məlumat verir. Hər ikisi bir yerdə gəlib bu əski yazılara tamaşa edir, bəzilərinin sürətini çıxarırlar.
Orxon – Yenisey abidələri adı ilə adlandırılan bu kitabələr Göytürk abidələri kimi məşhurdur. Bu abidələrin yaranması türklərin tarix səhnəsinə çıxması, onların oyanışı və mədəni yüksəlişinin nəticəsidir. VI yüzillikdə Altay, Mərkəzi Asiya və Sibirdə türk tayfaları birləşib bir dövlət yaratdılar. Türk xaqanlığı adını alan bu dövlət VI-IX yüzilliklərdə hökm sürmüşdü. Dövlətin başında xaqan durardı, ali toplantıları qurultay sayılırdı. Qəbilə başçısına bəy, ondan aşağı gələnlərə isə tikin və şadi, xalqa isə budun və ya qara budun deyilirdi. Dinləri atəşpərəstlik, şamanilik və s. idi.
Orxon-Yenisey abidələri Tonyukuk,Kül-tikin və Bilgə kağanın şərəfinə yazılmışdır. Çin qaynaqlarında Tonyukukun 710-716-cı illərdə öldüyü göstərilir. Tonyukuk türk millətinin keçmişi və gələcəyini düşünürdü, yanar ürəklə belə yazırdi: “Türk milləti öldü, qurtardı, yox oldu. Türk millətinin yerində dörd boy qalmadı. Meşədə, çöldə qalmış olanlar toplanıb 700 oldular. İki bölüyü atlı, bir bölüyü piyadə idi. Yeddi yüz nəfəri idarə edən beş nəfərin böyüyü şadi idi. Yardımçı mən oldum. Bilgə Tonyukuku qağanmı edəlim, düşündüm. Tanrı bilik verdiyi üçün onu qağan etdim. Çinlini, kitayı, oğuzu çox öldürdük. Yardımçısı mən idim.
Bu sözlər Tonyukukun şəxsiyyətini aşkara çıxarır. Buradan görürük ki, o, bilikli, zirək bir vəzir olmuş, ömrü boyu türk tayfalarının taleyini düşünmüş, onları birliyə çağırmışdı. Eyni zamanda, kitabələrdə düşmənə qarşı birləşib üzərinə yürüyəlim. Hamısını yox edəlim. Türkiş qağanı belə demiş: mənim millətim ordadır. Türk boyu yenə qarşılıqlıq içindədir. Oğuz yenə dardadır. Dar gündə birləşmək türkün müqəddəs, pozulmaz adətidir. Onlar öz səadətini ancaq birlikdə axtarır, birliyi pozanlara qarşı amansız olurlar. Birliyi dirlik sayırdılar.
“Kül-tikinin” şərəfinə yazılmış abidə də çox dəyərli bir sənət əsəridir. Kül-tikin 732-ci ildə qırx yeddi yaşında döyüşlərin birində öldürülmüşdür. On altı yaşında döyüşlərə atılan bu igid sərkərdə çoxlu döyüşlərdə iştirak etmiş, yağıya qarşı amansız olmuşdur. Kül-tikin böyük nüfuz sahibi olduğuna görə onun dəfnində Çindən, Gidan, Buxara, Soqda, Tibet və s yerlərdən qonaqlar gəlmişdir. Onun abidəsi Yoluq-tikin tərəfindən tikilmişdir. Ancaq kitabədə sözlər təbii olaraq ölən adamın dilindən verilir, onun xidmətləri sayılır, igidlik və gözəl xasiyyətindən danışılır.Kül-tikin türk millətinə belə deyirdi: Mən tanrı tək göydə yaranmış bilici türk xanı bu taxtda oturdumş Sözlərimi axıradək eşidin. İrəlidə Şantun çölünə qədər qoşun çəkdim, dənizə çatmağıma az qaldı. Yağılar şirin sözü, zərif hədiyyələri ilə aldadıb topladılar. Ey türk xalqı, yağıların şirin sözünə, zərif hədiyyəsinə aldanıb çox məhv oldun”.
İyirmi beş döyüşə çıxıb on üç dəfə döyüşən Kül-tikinin adı ilgidlik rəmzinə çevrilmiş, dillərə düşmüşdür. Hələ cavanlığında qardaşı Magilyan qağanı (Bilgə kağan) taxda oturtduran və on üç il onun baş sərkərdəsi sayılan Kül-tikini qardaşı çox sevirdi: “Humay kimi qadın anamın şərəfinə kiçik qardaşıma qəhrəman Kül-tikin adı verildi. On altı yaşında ikən kiçik qardaşım qağan əmimin el birliyini belə ələ aldı. Altı Cub saqdilərə tərəf qoşun çəkdik, onları məğlub etdik. Kül-tikin piyada qoşunla hücuma keçdi. O qoşunu orada məhv etdik. İyirmi bir yaşı olanda Çaça Senün ilə vuruşduq. Döyüşün lap əvvəlində Boz atını minib hücuma keçdi. Silahına, paltarına yüzdən artıq ox vurdular. Ordu başçısına bir ox dəymədi”.
Abidələrin 3-cüsü Magilyanın yəni Bilgə kağanın şərəfinə hazırlanmışdı. “Bilgə kağan abidəsi” kimi məşhur olan bu kitabələr Yolluq –tikin tərəfindən yaradılmışdır. Burada göstərilir ki, magilyan güclü dövlət yaratmış, hər tərəfə qoşun çəkərək yağılara qalib gəlmiş, həyatın son günlərində nəqqaş gətirərək bütün bu başına gələnləri daşlarda həkk etdirmişdi. Orxon-Yenisey abidələrinin sayı 3 deyil, 3-dən daha artıqdır. Dil, üslub və məzmçun baxımından kitabələr bir-birini xatırladır.
Əski kitabələr bu baxımdan bədii sənət nümunəsi kimi də səciyyəvidir. Kitabədə bədii düşüncə və ifadələr mətnə bir təravət gətirir, onun bədii gözəlliyini təmin edir. Hətta “Kitabi-Dədə Qorqud”un dili deyim və ifadə tərzi baxımından əski türk abidələri ilə səsləşməsi də çox təbii və qanunauyğundur. Bu yaxınlıq və səsləşmə cümlənin quruluşunda tarixi adlarda, türk həyatının ifadəsi olan anlayış və ifadələrdə özünü göstərməkdədir. Məsələn “Kül-tikin abidəsində” belə deyilir: “ Sağdakı şadapıt bəylər, soldakı tar kanlar, buyuruq bəyləri! Oğuz tatarı, doqquz oğuz bəyləri, milləti”.
“ Dədə Qorqud”da isə belə deyilir: “ Sağdakı oturan bəylər, sol qolda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas bəylər, qutlu olsun dövlətimiz”.
Əski türk abidələri türk xalqlarının ortaq ədəbi tarixi abidəsi kimi böyük əhəmiyyət kəsb eləmiş, türk xalqlarının milli oyanış və inkişafına nəcib təsir gəstərmişdir.Əski kitabələr türk xalqlarının dil və ədəbiyyatının ilkin qaynağı, özülü kimi məşhur olmuş, yaşamış, türk dünyasının təməl daşına çevrilmişdir.
- Teqlər:
- yazılı abidələr
- , qədim türk yazılı abidələri
Qədim milli turk əlidbaları
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Qədim türk ədəbiyyatı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Qədim milli turk əlidbaları
Сервисы VK
Поиск видео Найти
Топ недели
Мы больше не будем рекомендовать вам подобный контент.
805 188 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
3 240 546 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
1 103 711 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
313 687 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
310 618 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
340 966 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
412 641 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
570 335 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
803 335 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
307 557 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
135 109 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
384 566 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
713 985 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
27 722 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
392 415 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
229 761 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
228 981 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
147 999 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
164 065 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
209 056 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
205 658 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
159 807 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
252 019 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
354 619 просмотров
Левая колонка
Следующее видео
Serhan Türk Galatasaray’a Gelecek ve Takımdan Gidecek Oyuncu.
91 746 просмотров
Murat Değer
Похожие видео
Delibal (türk filmi)
104 569 просмотров
AZERBAYCAN
8 539 просмотров
Elnur Huseynov
Türk daması duayenların den Nevzat Osman TECİ.
25 246 просмотров
turk.iron~1578226149~2214643393949099522_15028326721.mp4
3 573 просмотра
Евгений Вольнов
uzb_:_turk.4:0
16 074 просмотра
Azizbek Jumaniyozov
Azerbaycan dan apostilli belgeleriniz için bize başvurunuz U.
2 526 просмотров
Mobdekom Danışmanlık
Хобби-шоу «Окнутые люди». Трейлер шоу
3 240 546 просмотров
Хобби-шоу ОКнутые люди
Вечер с Игорем 20 / 03 / 2023
657 602 просмотра
СЧАСТЬЕ ЕСТЬ
Добро пожаловать в Адыгею!
1 440 974 просмотра
Национальные проекты России
Презентация проекта «Мир неравнодушных людей» и паблик-ток о.
384 566 просмотров
Аргументы и Факты – АиФ.ru
Президент осматривает Херсонес Таврический
412 641 просмотр
Президент в Мариуполе
570 335 просмотров
Добрые новости
Президент посетил Мариуполь
340 966 просмотров
Спасибо вам, учителя!
1 934 280 просмотров
Национальные проекты России
К останкам Тунгусского метеорита Красноярский край
313 687 просмотров
Как хорошо! Позитивненько! Добренько! Супер ребята!
229 761 просмотр
Музыкальные Клипы и Хорошее Настроение
Самый большой бархан России Астраханская область
310 618 просмотров
Папа пришел поддержать дочку на выступлении! Как это трогате.
252 019 просмотров
Музыкальные Клипы и Хорошее Настроение
В ДНР уничтожена пытавшаяся вести разведку боем бронегруппа .
298 719 просмотров
Как хранят газ под землей?
1 279 361 просмотр
Тысячи лилий распустились на озере. Как прекрасен этот мир.
228 981 просмотр
Музыкальные Клипы и Хорошее Настроение
Qedim Türk Elifbasi – Azerbaycan Elifbasi
15 ноя 2015 294 просмотра
Добавить в закладки
Пожаловаться
Qədim Türk Əlifbası – Etrusk Alfabesi (Abecesi) Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır Edgü iyi”: Söz içində olan / d / səsi zamanla / y / səsinə səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir.Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir “Hun dili” var idi. Göytürk kitabə dilinin bu dilin dəyişmiş olması ehtimal edilir. Bundan başqa Qızıl Elbiseli Adamın məzarı deyə xatırlanan M. Ö 5. və ya 6. əsrlərə aid bir məzarda altından əşyaların içində olan 26 hərflik bir yazı tapılmışdır. Bu yazı da Göytürk əlifbasına çox bənzər bir əlifbası ilə yazılmışdır və Türkcənin daha da köhnələrə kökləri bir dəlili xüsusiyyətindədir.Türkî Alfabeler 1989 yılında Sovyetler birliğinin yıkılmasından sonra 1991 yılında Azerbaycan’da Latin alfabesine dönülmesine karar verilmiştir. Azerbaycan’da kullanıma giren bu yeni alfabe Türkiye’deki Latin alfabesinde bulunmayan ə, x ve q harflerini içerir. Bu ek harfler Azerbaycan Türkçesine has olan sesleri yazmak için geliştirilmiştir. 30 Ekim 1992 tarihinde Ankara’da Orta Asya Türk Cumhuriyetleri Toplantısı yapılmıştır. Bu toplantıda Türkî Cumhuriyetlerin Türkiye’de kullanılan Türk alfabesine uyum sağlamaları kararı alınmıştır. Ayrıca Azerbaycan, Kazakistan, Kırgızistan, Türkmenistan ve Özbekistan’ın 2005 yılına kadar kendi resmî Türk yaşayan Türk halklarının (özellikle Suriye, Irak, Iran ve Rusya Federasyonunda) Türk-Latin alfabesine geçişleri için 2010 yılına kadar bir süre verilmiştir.Aynı yılda Aralık ayının 22’sinde Azerbaycan devleti Türkçeyi tek resmî dil olarak
Comments are closed, but trackbacks and pingbacks are open.