Press "Enter" to skip to content

Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə

Tanınmış filoloq-tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı təkrar nəşr olunub.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı təkrar nəşr olunub

Tanınmış filoloq-tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı təkrar nəşr olunub.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Turan Araşdırma Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılan “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində çap edilib.

İctimai birlikdən NUHÇIXAN-a bildirilib ki, “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günədək “böyük Armeniya” uydurmasına dair qondarma iddiaları alt-üst edir. Müəllif zəngin tarixi faktlar əsasında geniş araşdırma apararaq rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyindən danışır. Əjdər Tağıoğlu toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşən, eramızdan əvvəl III minillikdə zəngin mədəniyyətə malik qədim “Şupriya”nın ikinci adı olan “Arme” ilə əlaqələndirir. “Arme” adının “Armeniya” formasında yazılışınadək tarixi əsaslarla izahlar verir və bu şəkildə izləyir.

Əjdər Tağıoğlu əsərdə çox maraqlı bir məqama toxunur və “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvəllərində “Türksüz Qafqaz” siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir. Müəllifə görə, müstəmləkəçi imperiyanın “Qafqaz Albaniyası”nı Kürün sol sahili ilə Alban dənizi arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə məqsədi özünə etibarlı Şərq dayaqları yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnən “xristian qardaşları”na Qafqazda qədim “erməni evi” və “gürcü evi” tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilən bu qanlı siyasətə tarixi don geyindirmək üçün sovet dövründə “dostluq və qardaşlıq” pərdəsi altında xristian-bolşevik metodu əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının Qərb sərhədləri birmənalı olaraq dəyişdirilib.

Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilən çoxsaylı tarixi “faktlar”ı sübutlarla alt-üst edir.

Xatırladaq ki, “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı 2006-cı və 2008-ci illərdə Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. Tarixi sənədlər, xəritə və fotolarla zəngin olan 800 səhifəlik monumental əsərin elmi redaktorları tarix üzrə elmlər doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçilər professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.

Kitab “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə

Tanınmış filoloq-tarixçi, türkoloq, uzun illər qədim müəlliflərə, mötəbər mənbələrə, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığı”na elmi zərbələr endirən professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” adlı elmi əsəri “Elm və təhsil” nəşriyyatında yenidən işıq üzü görüb.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Turan Araşdırma Mərkəzi İB tərəfindən “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adı ilə həyata keçirilən layihə çərçivəsində çap edilib. “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsəri Azərbaycan elmində çox böyük hadisə sayıla bilər. Kitab erməni və muzdlu ermənipərəst tarixçilərin qədim tür torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günümüzədək “Böyük Armeniya” uydurması ilə bağlı kilsə əfsanə və rəvayətlərini, qondarma iddiaları alt-üst edir. Müəllif zəngin tarixi faktlar əsasında geniş araşdırma apararaq rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyindən danışır. Ə. Tağıoğlu toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətə malik qədim Şupriyanın ikinci adı olan “Arme” ilə əlaqələndirir. “Arme” adının “Armeniya” formasında yazılışınadək tarixi əsaslarla izahlar verir və bu şəkildə izləyir. Arme/Armeini (Biaini) yazılarında), Armina/Harminuia/Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia/Armenia ( sonraki dövrlərdə yunan və Bizans mənbələrində), Ərməniyyə/Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya (rusdilli nəşrlərdə).

Əjdər Tağıoğlu əsərdə çox maraqlı bir məqama toxunur və “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvələrində “Türksüz Qafqaz” siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir. Müəllifə görə müstəmləkəçi imperiyanın “Qafqaz Albaniyası”nı Kürün sol sahili ilə Alban dənizi arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə məqsədi özünə etibarlı Şərq dayaqları yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnmiş “xristian qardaşları”na Qafqazda qədim “erməni evi” və “gürcü evi” tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilmiş bu qanlı siyasətə tarixi don geyindirmək üçün sovet dövründə “dostluq və qardaşlıq” pərdəsi altında xristian-bolşevik metodu əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının Qərb sərhədləri birmənalı olaraq dəyişdirildi. Bundan sonra Oğuz Albaniyasının Qərb ərazilərində cənubdan Dərəçam Oğuz nekropolundan şimala Qara dənizə tökülən Rion çayının sahillərinədək olan qədim insan məskənlərində aparılan arxeoloji qazıntı zamanı üzə çıxan maddi mədəniyyət abidələri dədə malı kimi ermənilərin və gürcülərin adına yazıldı. Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilmiş çoxsaylı tarixi “faktlar”ı canlı sübutlarla alt-üst edir.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı ilk dəfə 2006-cı və 2008-ci illərdə Milli Elmlər Akademiyasının A.A Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib. Tarixi sənədlər, xəritə və müxtəlif tarixi fotolarla zəngin olan 800 səhifəlik monumental əsərin elmi redaktorları tarix elmləri doktoru Tofiq Məmmədov və tarix elmləri doktoru Kamal Əliyev, rəyçilər professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.

Qədim Türklərin tarixi

Qədim türklərin ilk məskənləri. Türklərin yaşadıqları ərazilər şimalda Sibirdən cənubda Himalay dağlarına, şərqdə Xinqan dağlarından qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan torpaqları əhatə edir və Böyük Türküstan adlanır.
Türklərin ən qədim tarixi arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir. Özbəkistan və Türkmənistan respublikaları ərazisində Daş və Tunc dövrünə aid yaşayış məskənləri aşkar edilmişdir. Bunlardan biri Namazqan yaşayış yeridir. Burada möhrədən evlər, metaləritmə kürələri və qəliblər, tunc oraqlar, bıçaqlar, ox ucları, bəzək əşyaları, dən daşları, boyalı qablar, gil qadın fiqurları və s. tapılmışdır.
Sibirin cənubunda və Qazaxıstan çöllərində qədim türk tayfalarına məxsus kurqanlar, torpaq qəbirləri öyrənilmişdir.
İssık gölü yaxınlığında yerləşən Esikdə zəngin avadanlığı olan kurqan açılmışdır. Buradakı qəbirdən V əsrə aid 23 hərfdən ibarət Orxon yazısı tapılıb oxunmuşdur.

Qədim türk tayfa birlikləri. Türk tayfalarının təsərrüfat həyatında maldarlıq əsas yer tuturdu. Otlaq sahələri ələ keçirmək və yadelli basqınlarından qorunmaq üçün türk tayfaları yeni torpaqlara köç edirdilər. Onlar ailə və ya toplum halında öz yaşayış məskənlərini dəyişir, köçdükləri torpaqlarda hakim olurdular. Türklər Altaydan şərqə və cənuba köç etmiş, Ural və Volqa çaylarını keçərək qərbə yayılmışlar. Onların bir hissəsi Şimali Qafqaza, bir hissəsi isə Qara dəniz sahillərinə gəlmişdir.

Şimali Qafqaza gələnlərin bir qismi Dərbənd keçidini keçərək Azərbaycan və Ön Asiyaya yayılmış, burada digər türk tayfaları ilə qaynayıb-qarışmışlar.

Qədim dövlətlər. E.ə. VI-IV əsrlərdə Mərkəzi Asiyanın qərbində Baktriya, Parfiya, Xarəzm, Margiana və Soqdiana kimi vahə* dövlətləri mövcud olmuşdur.

E.ə. VI-V əsrlərdə Mərkəzi Asiya Əhəmənilərin hücumlarına məruz qalmışdır. Onlar iki əsrə yaxın Əhəmənilərə xərac vermişlər. E.ə. IV əsrin 30-cu illərində Makedoniyalı İsgəndərin (Aleksandrın) Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut etdi. Əhəmənilərin hakimiyyəti altında olan ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri müstəqillik qazandılar. Bu dövlətlərdən biri də Xarəzm idi.
Xarəzm hökmdarı siyasət işlədərək oğlunun başçılığı ilə Makedoniyalı İsgəndərin yanına elçilər göndərmiş və ona müttəfiq olmağı təklif etmişdi.
Lakin buna baxmayaraq, İsgəndər Səmərqəndi tutmuş və Sırdərya çayı tərəfdə istehkamlar tikdirmişdi. Bu dövrdə baktriyalılar və soqdianalılar da İsgəndərə qarşı mübarizə aparırdılar. Sak tayfaları Sırdərya çayının sağ sahili boyunca toplaşaraq İsgəndərlə döyüşə hazırlaşırdılar. İsgəndər bu təhlükəni aradan qaldırmaq üçün saklara qarşı yürüşə çıxdı. Qədim türklərə məxsus Soqdiana şəhəri uğrunda sərkərdə Spitamen ilə İsgəndərin qoşunu arasında bir neçə döyüş oldu. Spitamenin çağırışı ilə bütün şəhər əhalisi mübarizəyə qalxdı. Ətraf vilayətlərdən də əhali axın-axın gəlib onun dəstəsinə qoşuldu.
İsgəndər vəziyyətin təhlükəli xarakter aldığını görüb Spitamenlə vuruşmaq üçün yola düşdü.

Spitamen Makedoniya—yunan qoşunlarının ildırım sürəti ilə yaxınlaşdığını eşidib qərbə doğru çəkildi. İsgəndər üsyançıları təqib etməyə başladı. Yerli əhali yadellilərə qarşı mübarizəyə qalxdı. Spitamen apardığı mübarizədə xalqa arxalanırdı.

İsgəndər bir neçə döyüşdə qalib gəlsə də, xalqın mübarizə əzmini qıra bilmədi. Spitamen döyüş meydanında həlak oldu, lakin düşmənə boyun əymədi. O, əsl xalq qəhrəmanı kimi yaddaşlarda qaldı.
Makedoniyalı İsgəndərin yaratdığı böyük imperiya onun ölümündən sonra sərkərdələri arasında bölündü. Mərkəzi Asiya Selevkin yaratdığı dövlətin tərkibinə daxil oldu. Selevkilər bu ərazilərdə çoxlu şəhərlər saldılar. Şəhərlərin əhalisinin bir hissəsi yerli sakinlərdən, bir hissəsi isə yunanlardan ibarət idi.
Lakin başqa imperiyalar kimi, Selevkilər də parçalandı. Baktriya və Parfiya Selevkilər dövlətindən ayrıldı.

Mədəniyyət. Arxeoloji qazıntılar qədim türklərin yaşadığı ərazilərdə ərazisinin zəngin mədəniyyətinin aşkara çıxarılmasında mühüm rol oynamışdır. Burada şəhər mədəniyyəti öyrənilmişdir. Dulusçuluq, metalişləmə sənətində uğurlar qazanılmışdır. Məbəd binaları və bürclü qala divarlarının inşa xüsusiyyətləri göstərir ki, burada həm də memarlıq yüksək səviyyədə inkişaf etmişdir.
Mərkəzi Asiya xalqlarının mədəniyyətinə tran, Hindistan, ən çox da yunan mədəniyyətinin təsiri olmuşdur. Buradan tapılmış pulların arxa tərəfində yunan tanrılarının (Zevsin, Poseydonun) və qəhrəman Heraklın təsvirləri vardır.
Mərkəzi Asiyada yaşayan qədim əhali zərdüştilik dininə sitayiş etmişdir. Onlar Günəşi, Ayı və odu müqəddəs saymışlar.

Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova

  • Teqlər:
  • qədim türklər
  • , türk dünyası

Comments are closed, but trackbacks and pingbacks are open.