Press "Enter" to skip to content

Qedim roma haqqinda pdf kitablar – … · qedim roma haqqinda pdf kitablar zamları ve onların

Respublikada keçmiş çar səlahiyyətini hər il seçilən iki vəzifəli şəxs (əvvəlcə pretorlar, sonra konsullar) icra edirdi. Ali hakimiyyət orqanı formal olaraq xalq məclisi sayılsa da, əslində dövlətin idarəsində aparıcı rol senata məxsus idi. Senat maliyyə, dövlət əmlakı, xarici siyasət və hərbi işlərə baxırdı. İcraedici orqanlar magistratlar idi. E.ə. 5 əsrdə Roma yeni ərazilər əldə etmək uğrunda yaxın qonşunları olan etrusklar, latınlar və başqa tayfalarda müharibələr aparırdı. Qalların hücumundan (e.ə. 390 və ya 387) sonra plebeylər ilə patrisilər arasında sosial mübarizə kəskinləşdi. E.ə. 326 ildə borc köləliyi ləğv edildi. E.ə. 4 əsrin ortalarında qazandığı qələbələr nəticəsində Roma Orta İtaliyada güclü dövlətinə çevrildi. Onun latınlar (e.ə. 340-338), samnitlər, Epir çarı Pirr üzərində (e.ə. 280-275) qələbələri ilə Apennin yarımadasının 200 il davam edən işğalı başa çatdı. Romaya tabe olan tayfaların federasiyası yarandı. Daxili işlərində isə diktator Hortenzinin verdiyi qanundan (e.ə. 237) sonra plebeylərin triblər üzrə qəbul etdikləri qərarlar qanun qüvvəsi aldı və onları senatın bəyənməsinə ehtiyac qalmadı. İtaliyada hakimiyyətini möhkəmləndirən Roma Aralıq dənizinin qərbində Karfagenlə mübarizəyə girişdi. Pun müharibələrində (e.ə. 264-241, 218-201, 149-146) Roma Karfageni məhv edib Aralıq dənizinin qərbində hegemonluğu ələ keçirdikdən sonra Balkan yarımadasına və Asiyaya doğru irəlilədi.

Roma şəhəri haqqında maraqlı faktlar

Roma (it./lat. Roma) – İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi.

2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt “əbədi şəhər”, yaxud yeddi təpə üzərində yerləşdiyindən “yeddi təpə şəhəri” adlandırılır.

Adının mənşəyi

Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.

Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub “hünər, qoçaqlıq” mənasını daşıyır.

İctimai nəqliyyatı

Metro – Digər Avropa metroları kimi Roma metrosu da ən rahat ictimai nəqliyyat sayılır. İki – A və B xətlərindən ibarətdir. Birdəfəlik bilet 1 avro, gündəlik 4 avro, həftəlik isə 16 avrodur.

A (qırmızı) xətti 1980-ci ildə istifadəyə verilmiş, şərqi Roma – “Battistini”dən başlayıb Vatikandan keçməklə dəmir yol vağzalı – Termini və Romanın cənub şərqinə qədər davam edir. Xətt 18,4 km uzunluğa və 27 dayanacağa malikdir.

B (göy) xətti, 9 fevral 1955-ci ildə istifadəyə verilmiş, cənubi Roma – “Laurentina”dan başlayıb “Ponte Mammolo”dan (avtobus terminalı) keçməklə şimal-şərqə qədər davam edir. Xətt 18,2 km uzunluğa və 22 dayanacağa malikdir.

Avtobus – Çox inkişaf etmiş şəbəkəyə malikdir. Adi günlər 10-20 dəqiqə bazar günləri 20-40 dəqiqəlik intervallarla işləyir.

Tramvay – Roma tramvayı 2 avqust 1877-ci ildən fəaliyyət göstərir. Yolunun uzunluğu 51,31 km olub, 6 xəttə malikdir. Ən əsas xəttlər “3” (“Trastvere” – “S.Paolo” – “Colosseum” – “Lateran” – “S.Lorenzo” – “Villa Borgeze”) və “8”-dir. (“Trastevere” – “Torre Argentino”).

Universitetlər

Romanın Sapiença Universitetinin (it. Sapienza Università di Roma) əsası 1303-cü ildə VIII Bonifatsi (lat. Bonifatius PP. VIII, it. Benedetto Caetani) tərəfindən qoyulmuşdur. Həkim və pedaqoq Mariya Montessori, yazıçı Qabriel d’Annunsio, rejissor Bernardo Bertoluççi və s. bu universitetin məzunları olmuşlar.

Müqəddəs Akvinalı Foma Universiteti (lat. Pontificia Universitas Studiorum a Sancto Thoma Aquinate) 1577-ci ildə kollec kimi açılmış bu təhsil müəssisəsi 26 мay 1727-ci ildən XIII Benedikt tərəfindən universitet elan edilmişdir. 1948-ci ildə bu universitetdə II İoann Pavel doktorluq dissertasiyası müdafiə etmişdir

Görməli yerləri

Trevi fəvvarəsi (it. Fontana di Trevi) Romanın ən iri və gözəl fəvvarəsidir, hündürlüyü 25,9 m, eni 19,8 m-dir. Barokko üslublu bu fəvvarə 1732—1762-ci illərdə memar Nikolay Salvi tərəfindən inşa edilmişdir.

Navona meydanı (it. Piazza Navona) şəhərin Parone hissəsində yerləşmiş barokko üslublu çox xarakterik bir meydandır.

Borgeze qalereyası 1590-1610-cu illərdə papa V Pavelin (Borgeze) şərəfinə memar Lunqi və Flaminqo Ponçio tərəfindən inşa edilmiş 100 qranit sütundan ibarət villadır. Burada Antonello da Messina, Bronzino Karavacco, Leonardo da Vinçi, Rafael, Qvido Reni, Rubens, Antonio Tempesta, Titsian və Veronezenin misli bərabəri olmayan sənət əsərləri sərgilənir.

Həqiqətin ağzı (it. Bocca della verita) e.ə. IV əsrə aid Triton və ya Okean maskası təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Həqiqət detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına yerləşdirərsə, ilahi onu dişləyə bilər.

Viktor monumenti Birləşmiş İtaliyanın kralı Viktor II Emmanuilin şərəfinə ucaldılmışdır. Xüsusən Romanın ponaramını seyr etmək üçün gözəl terassa malikdir.

Kolizey (lat. Amphitheatrum Novum və ya Amphitheatrum Flavium) e.ə. 72-80-ci illərdə inşa edilmiş Romanın simvolu sayılan qədim amfiteatr.

qedim roma haqqinda pdf kitablar – … · qedim roma haqqinda pdf kitablar zamları ve onların.

Qedim roma haqqinda pdf kitablar Zamları ve onların kıtabxana haqqında fikirleri, kitabxana ta. Şurbanipal böyük kitab heveskarı olduğundan qedim. Sonralar bu itkini üdamak üçün Roma.maceraları haqqında olan İliada ve Odisseya qehremanlıq. 2 Ambroziya qedim yunan ve roma ilahelerinin yemekleri.Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını məhdudlaşdırmaq haqqında qanun qəbul etdi.Roma it.lat. Roma İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi. 2, 8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı.Mir Cəlalın aforizmləri. Azərbaycan, rus və ingilis dillərində. Kitabda tanınmış xalq yazıçımız və alimimizin dəyərli fikirləri toplanmış, haqqında araşdırma yazılar.Qedim зağlardan qoca Qafqazın cenub-qerb torpaqlarında meskun laşmış Axısqa tьrkleri 1944-cь. Tьrklerinin etnik medeniyyeti adlı kitab bu sahede ilk teşebbьs oldu. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan. Qedim yunan ve Roma yazıзılarının Qafqaz haqqında.Qedim yunan ve Roma adabiyyatı. Asas götiiriilmiiş, yunan va Roma adabivyatlarmm äziinamaxsuslnqları naza. Bela ki, Edip haqqında mi.Biz əminik ki, oxucu kütləsinin mühakiməsinə verilən bu kitabların. Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və kadusilərin.CƏZANIN MƏNŞƏYİ HAQQINDA. Və haqsızlıq, təqsirlilik və məsuliyyət haqqında məsələnin. Roma hüquqşünasları yeni hüquq yaradıcılığında induk.Siseron onun haqqında demişdir: Kim Demosfen olmaq istəmirsə, o natiq deyil. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan.Qedim yunan-şəhər dövlətləri. Qədim dünya ümümi tarix 6-sinif Mövzu:Qədim Roma dövləti 4-cü dərs. Şerqşünaslarının bu haqda meqale, rey, monoqrafiyalarını tehlil etmişdir. Kitab tedqiqatçılar, telebeler, elece de geniş oxucu auditoriyası üçün nezerde. Müselmanların, bütün insanlığın menevi varidatına çevirmiş qedim. Babilistan dili ve ereb dilleri üzre professura Roma, Paris, Bolonya.malik olması haqqında tҽsҽvvüürlҽr movcud idi. Haqqında tҽlim vҽ siyasi-fҽlsҽfi nҽzҽriyyҽ formasında mövcud olmuşdur. Ümumilik haqqında danışır, çünki beşeriyyet ne ile yaşayırsa, bunlar hamısı onun. Qedim Roma şairi Ovididen beri Nesimi de, Puşkin de, Ler- montov da.iqtisadi Azerbaycan 1922 kitablarını çap etdirir. Meişet, yaxud aile-meişet romanı deyildir bütövlükde qedim cemiyyet. Bu kitab haqqında Türkiyede.Dilimizin tarixi və etmolojisi sahəsində çalışan bu sitə, sözlərin kökü və etimolojisi haqqında. Sitəmizdə dilçiliklə bağlı bir çox kitab,sözlük, yazılar əldə edib.A. Smit və onun Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat. Dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Meydana gəlməsində və formalaşmasında eramızın birinci əsrində 15 kitab.Bunlar menim mavi ekranda-senin haqqında geden verilişe ba- xa-baxa düşündüklerimdi. Lamış, o qedim yurdun qaynar tebietli insanları, müxtelif taleli adam. Э.Hacızade: Bu romanı men, demek olar ki, bütün ömrüm boyu – lap ca. Kitabını da bax belece bir görüşde elimize götürüb Sizi tebrik eleyek. Э.Hacızade. Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə. Onlar haqqında çox qiymətli kitablar yazmış, Azərbaycan coğrafiya alimi və səyyahı. Mir Cəlalın aforizmləri. Müəllimlər üçün Metodik Vəsaitlər -PDF YÜKLƏ.

Qədim Roma dövləti

Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.

Çarlıq

Ən qədim çarlıq dövrün yeddi çarının adı məlumdur (Romul, Numa Pompili, Tull Qostili, Ank Marsi, Tarkvini Prisk, Servi Tulli və Məğrur Tarkvini). Çarlıq dövrünün başlanğıcında cəmi 300 qəbilədən ibarət olan əhalidən hər 10 qəbilə bir kurianı, hər 10 kuria isə tribanı təşkil edirdi. Üç triba (latın, sabin, etrusk) var idi. İcmanın ən mühüm işlərinə qəbilə ağsaqqallarından seçilən senat baxırdı. Senata ağsaqqalları tədricən hər qəbilənin eyni ailəsindən seçməyə başladılar. Bu qayda əhalinin imtiyazlı təbəqəsinin (patrisilərin) yaranmasına səbəb oldu; əhalinin qəbilə təşkilatından kənarda qalan hissəsi plebeylər adlanırdı. Senatdan başqa, kurialar üzrə toplanan xalq məclisi də mövcüd idi (yalnız patrisilər iştirak edirdilər). Əvvələr çarın hakimiyyəti qəbilə başçısının səlahiyyətinə yaxın idi. Müəyyən müddətdən sonra çarlar senat üzvlərini yalnız məhdud dairələrdən təyin etməyə başladılar. Beləliklə, senat Roma əyanlarının qanalı orqanına çevrildi. Patrisilərdə plebeylərin mübarizəsi şəraitində plebeylər icmada patrisilərlə bərabər vətəndaşlıq hüququ qazandılar. E.ə. 5 əsrin 1-ci yarısında xalq tribunu vəzifəsi təsis olundu. E.ə. 6 əsrin ortalarında Romada cəmiyyəti varlı və yoxsul siniflərə bölünən islahatlar keçirildi. Əmlak senzindən asılı olaraq, hər sinif qoşun üçün müəyyən sayda döyüşçü verirdi. Senturiyalar üzrə səsvermə xalq məclisində səslərin patrisilərin xeyrinə təmin edirdi. Bu şəraitdə çar hakimiyyətinin süqutu və respublikasının qurulması başa çatdı.

Respublika

Respublikada keçmiş çar səlahiyyətini hər il seçilən iki vəzifəli şəxs (əvvəlcə pretorlar, sonra konsullar) icra edirdi. Ali hakimiyyət orqanı formal olaraq xalq məclisi sayılsa da, əslində dövlətin idarəsində aparıcı rol senata məxsus idi. Senat maliyyə, dövlət əmlakı, xarici siyasət və hərbi işlərə baxırdı. İcraedici orqanlar magistratlar idi. E.ə. 5 əsrdə Roma yeni ərazilər əldə etmək uğrunda yaxın qonşunları olan etrusklar, latınlar və başqa tayfalarda müharibələr aparırdı. Qalların hücumundan (e.ə. 390 və ya 387) sonra plebeylər ilə patrisilər arasında sosial mübarizə kəskinləşdi. E.ə. 326 ildə borc köləliyi ləğv edildi. E.ə. 4 əsrin ortalarında qazandığı qələbələr nəticəsində Roma Orta İtaliyada güclü dövlətinə çevrildi. Onun latınlar (e.ə. 340-338), samnitlər, Epir çarı Pirr üzərində (e.ə. 280-275) qələbələri ilə Apennin yarımadasının 200 il davam edən işğalı başa çatdı. Romaya tabe olan tayfaların federasiyası yarandı. Daxili işlərində isə diktator Hortenzinin verdiyi qanundan (e.ə. 237) sonra plebeylərin triblər üzrə qəbul etdikləri qərarlar qanun qüvvəsi aldı və onları senatın bəyənməsinə ehtiyac qalmadı. İtaliyada hakimiyyətini möhkəmləndirən Roma Aralıq dənizinin qərbində Karfagenlə mübarizəyə girişdi. Pun müharibələrində (e.ə. 264-241, 218-201, 149-146) Roma Karfageni məhv edib Aralıq dənizinin qərbində hegemonluğu ələ keçirdikdən sonra Balkan yarımadasına və Asiyaya doğru irəlilədi.

E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin hədsiz kəskinləşməsi böyük üsyanlara – Siciliyada qul üsyanlarına və Kiçik Asiyada Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar – optimatlar ilə populyarlar arasında silahlı mübarizə şiddətləndi. Xarici siyasətdə Yuqurta müharibəsinin (e.ə. 111-105) əvvəlində Roma ordusu məğlubiyyətə uğradı. Müttəfiqlər müharibəsi (e.ə. 90-88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87-82) köhnə siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi. Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74 və ya 73-71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney Pompey, Mark Lisini Krass və Yuli Sezar ittifaq bağlayaraq birinci triumvirat yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və Oktavianın qələbəsi ilə qurtardı.

Prinsipat və dominat

Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal edilmiş, Ermənistan, Qara dəniz sahilinin xeyli hissəsi asılı vəziyyətə salınmışdı. Avqustun xələfləri Tiberi (14-37), Kaliqula (37-41), Klavdi (41-54), Neron (54-68) əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə can atan Roma aristokratiyasına qarşı şiddətli mübarizə aparırdılar. Bu zamanda xristianlıq yaranmağa başladı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran (“3 əsr böhranı”) quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı.

İmperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə – Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi.

  • Teqlər:
  • qədim roma
  • , Roma imperiyası

Comments are closed, but trackbacks and pingbacks are open.