Qədim Şərq tarixi kateqoriyası üzrə məqalələr
– Sivilizasiya anlayışını qavramaq
QƏDİm siVİLİzasiyalar tariXİ
1 * . Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı, 2007 və başqa nəşrlər.
2 * . Древние цивилизации. Под. Ред. Г. М Бонгард- Левина. Москва, 1989.
3 * . Yusif Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
4. Telman Orucov. “Qədim Roma: qüdrətin qabarması və çiçəklənməsi”, Bakı 2008
5 * . M.Erivanski. Qədim Yunanıstan tarixi. Dərs vəsaiti. Bakı, 1963.
6. Мифологический словарь (müxtəlif nəşrlər)
7. Хрестоматия по истории древнего Востока. Под ред. М.А.Коростовцева и др. часть I. Москва 1980
8. Mühazirə mətnləri.
Əlavə vəsait
9. Tofiq Mustafazadə. Ümumi tarix, I kitab. Bakı, 2009, III, IV bölmələr
10. Cəlil Nağıyev. Qədim Şərq ədəbiyyatı tarixi. Bakı, Asiya nəşriyyatı, 2004
11. Tərlan Novruzov. Qədim Şərq ədəbiyyatı. I hissə, Bakı, Adiloğlu, 2007
12. Əli Sultanlı. Antik ədəbiyyat tarixi. Bakı, 2008
13. S. Kramer. Tarix Şumerdən başlanır. Bakı 2009
– Mövzu ətrafında interaktiv müzakirələr
– Mühazirələrin əsas tezisləri yazılı olaraq tələbələrə
– Xəritələr, video və digər əyani vəsaitlərdən istifadə
– Mövzularla əlaqədar olaraq İncəsənət muzeyinə ekskursiyanın
Yoxlama yazı işləri
Fənnin sonunda tələbələrin aşağıdakılara yiyələnmələri gözlənilir:
– Sivilizasiya anlayışını qavramaq
– Qədim Şərq və antik cəmiyyətlərin sivilizasiya barədə biliklərə yiyələnmək, onların dünya tarixində yerini başa düşmək
– Mədəniyyətimizin bu sivilizasiyalarla ortaq izlər daşıdığını öyrənmək
Bütün tələbələr dərslərdə iştirak etməyə borcludurlar. Üzrlü səbəbləri (xəstəlik, ailə vəziyyəti və s. ) olanlar dəvamiyyətsizliyinin səbəbini dekanlığa bildirməlidir. 20% dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Tələbə dərsə 5 dəqiqədən gec gələrsə, o, dərsə buraxılmır. Ancaq o, sonrakı saatlara girə bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Suallar dərs mövzuları əsasında hazırlanacaq. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanında tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmə qadağandır. Həmin halda tələbənin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiyməti ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmə qaydası:
Fənn ciddi olaraq Universitetin qiymətləndirmə siyasətinə riayət edir. Buna görə də bir qayda olaraq, fənni uğurla keçmək üçün ümumi qiymətin 60%- ni toplamalıdır. Qeyri- müvəffəq qiymət alan tələbə digər semestr və ya növbəti il fənni yenidən götürə bilər.
Tələbələrin davranış qaydaları.
Dərs zamanı dərs gedişini pozmaq, icazəsiz müzakirə, mobil telefonlardan istifadə və ya qeyri- etik hərəkətlər etmək qadağandır. Fənni uğurla bitirmək üçün tələbələr dərsdə fəal olmalı və digərlərini də iştiraka cəlb etməlidirlər.
Öyrənmə və Tədris Metodları.
– Mövzu ətrafında interaktiv müzakirələr və yoxlama işləri
– Mühazirələrin əsas tezisləri yazılı olaraq tələbələrə veriləcəkdir
– Xəritələr, video və digər əyani vəsaitlərdən istifadə
– Mövzularla əlaqədar olaraq, Azərbaycan Tarix muzeyi, İncəsənət muzeyinə ekskursiyanın təşkil edilməsi
Qədim sivilizasiyaların tarixi kökləri, öyrənilməsi tarixi. Mənbələr.
Təbii- coğrafi şəraiti və əhalisi. Qədim Misirin tarixi xülasəsi.
biliklər. İncəsənət, Memarlıq.
Qədim İkiçayarası (Mesopotomiya) sivilizasiyası. Öyrənilmə tarixi və
dövrü təsnifatı.Təbii şəraiti və əhalisi. Qədim Mesopotomiyanın tarixi xülasəsi. Şumer, Akkad.
fəsil 16, s.318-329];
Aralıq imtahan yoxlaması – 1 (20 bal)
Tarixi xülasə. Əhəməni dövləti və siyasi tarixin əsas mərhələləri.
[1, fəsil 18, s.451-476];
Antik sivilizasiyalar. “Antik Dövr” anlayışı.
Antik cəmiyyətlərin əsas xüsusiyyətləri. Antik sivilizasiya və müasir dövr.
Təbii- coğrafi şəraiti və əhalisi. Qədim Yunanıstanın tarixi xülasəsi. Erkən Yunanıstan. Arxaik Yunanıstan. Klassik Yunanıstan. Yunan polisinin böhranı. Makedoniyalı İskəndərin Şərq yürüşü.
Məktəb və təhsil. Əfsanələr və miflər. Lirika. Tragediya və komediya.
12, səh 19-68; 134-247]
Yunan fəlsəfəsi. Onun əsas istiqamətləri. Görkəmli filosoflar. Elmi
biliklər. Din. İncəsənət. Heykəltəraşlıq. Qədim yunanlarıın həyat tərzi.
Ellin dövlətləri. Ellin mədəniyyətinin səciyyəvi əlamətləri.Ellin mədəniyyətinin mərkəzləri. İskəndəriyyə Museyonu və kitabxana.
Dəqiq elmlər. Ellin fəlsəfəsinin əsas cərəyanları. Ədəbiyyat. İncəsənət.
(Seminar və yoxlama iş)
Təbii şəraiti və əhalisi. Qədim Romanın tarixi xülasəsi. Erkən Roma.
[3, s.4-38; 50-51] [mühazirə mətnləri]
Roma respublikası e.ə. V-I əsr. Dövlət quruluşu
Patrisilərlə plebeylərin mübarizəsi. Aqrar siyasət. Romanın xarici siyasəti. Pun müharibələri. Ellinist Şərq ölkələrinin işğal edilməsi. Romada demokratik hərəkat, qulların üsyanı. Roma respublika böhranı. Sulla diktaturası.
Roma imperiyası. Avqustun prinsipatı. Avqustdan sonrakı imperatorlar, onların daxili və xarici siyasəti.Son Roma imperiyası, imperiyanın parçalanması və süqutu.
Mədəniyyət. İdarəçilik. Hüquq. Siyasi və məhkəmə natiqliyi. Ədəbiyyat. Poeziya. Din.Tamaşalar. Şəhərlər. Tikintilər. Roma ordusu.
qədim Şərq tarixi kateqoriyası üzrə məqalələr
Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və Dəclə çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Cənubi Mesopotamiya qısa sürən qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə dağlarda qar əriyir, Dəclə və Fərat çayları daşıb sahilləri basır, daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit dövründə isə insanların İkiçayarası ərazilərində məskunlaşması sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini yaradır. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır.
Qədim Misirin mədəniyyəti
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.
Qədim Hindistan tarixi
Təbiəti. Əhalisi. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Yarımadanın şimalında Himalay dağları ucalır. Hindistan yarımadası, əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik yerləşir. Düzənliyin qərb hissəsində Hind, şərq hissəsində Qanq çayları axır. Hindistan ərazisi mis və dəmir yataqları ilə zəngindir.
İnsanlar Hindistanda ən qədim zamanlardan məskən salmışlar. Burada e.ə. III minilliyə aid şəhərlərin (Mohenco-Daro və Harappa) xarabalıqları aşkar olunmuşdur. Onların hansı səbəbdən süqut etdiyi hələlik məlum deyil. E.ə. II minillikdə köçəri ari tayfaları Hindistana hərəkət etmiş və yerli əhali ilə qaynayıb-qarışmışlar.
Qədim Çin tarixi
Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
İskit dövlətləri
Kimmer, İskit, sak tayfaları. Qara dənizin şimalında və Krım yarımadasında türk mənşəli kimmer, iskit və sak tayfaları yaşayırdılar. E.ə. VII əsrin əvvəllərində bu tayfalar yaşadıqları ərazilərdən köç etməyə başladılar. Onlar Cənubi Qafqazda və Ön Asiyanın müxtəlif yerlərində məskunlaşdılar. E.ə. VII əsrin ortalarında Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə Kimmer-lskit-Sak padşahlığı yarandı. Bu dövlətin ən qüdrətli hökmdarı Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında məskunlaşmış, burada yaranmış Manna dövləti ilə ittifaq yaratmışdılar. Onların gəlişi Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vurdu. Manna Aşşur ilə ittifaqı pozdu.
Parfiya dövləti
Dövlətin yaranması. Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı çöllərdə köçəri həyat sürürdülər. Onlar, əsasən, maldarlıqla məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar.
Makedoniyalı İsgəndərin vəfatından sonra sərkərdələri onun yaratdığı imperiyanı öz aralarında bölüşdürdülər. Selevk adlı sərkərdə Suriya və Babili ələ keçirdi.
Qədim Finikiya
Finikiyalılar Aralıq dənizinin şərq sahilində məskunlaşmışdılar. Ölkənin təsərrüfatında bağçılıq geniş yer tuturdu. Kəndlilər, əsasən, üzüm, xurma və zeytun becərirdilər. Onlar üzümdən çəkdikləri şərabı və zeytun yağını qonşu ölkələrdə taxıla dəyişirdilər.
Sahilboyu dağlar sidr və palıd meşələri ilə örtülmüşdü. Qiymətli tikinti materialı olan sidr ağacı Misirə və başqa ölkələrə göndərilirdi. Sidr ağacı müqəddəs hesab edilirdi.
Şəffaf şüşə Finikiyada icad olunmuşdu.
Qədim Şumerlər
Mesopotamiyanın təbiəti və əhalisi.Qədimdə Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya adlanırdı. Mesopotamiya yunan dilində «İkiçayarası» deməkdir. Bu ərazi münbit və məhsuldar torpaqlara malik idi. Türkdilli xalq olan şumerlər e.ə. VII—VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gələrək burada məskən salmışdılar.
Əhəmənilər
İran yaylasının qədim əhalisi. Qədimdə İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif olmuşdur. Bu yerlərin ən qədim sakinləri elamlar idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Əvvəllər arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşdular. Е.ə. II minilliyin axırlarında ari tayfalarının bir hissəsi Xəzər dənizinin qərb sahilləri ilə Qafqazdan, digər hissəsi Mərkəzi Asiyadan keçib indiki İran ərazisində məskunlaşmışlar. Gəlmə arilər tədricən yerli əhali ilə qarışmışdır və yerli əhali onların dilini qəbul etmişdir. Е.ə. VIII əsrin 2-ci yarısından başlayaraq Qərbi İranda irandilli tayfalar üstünlük təşkil etmişdir.
Qədim Midiya
Dövlətin yaranması. Midiya əvvəllər müasir İranın mərkəzində yerləşən xırda vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. E.ə. VIII əs — rin sonunda Midiyada Deyok adlı canişin dövlət yaratmağa təşəbbüs göstərdi. O, Ekbatan (Həmədan) şəhərini saldırdı və oranı Midiya dövətinin paytaxtı elan etdi.
Aşşur hökmdarları Midiyaya tez-tez hücum edir, onun vilayətlərini talayır, hətta əhalini xərac verməyə məcbur edirdilər. Əhali aşşurlara qarşı müqavimət göstərirdi. Midiyalıların aşşurra qarşı mübarizəsinə Kaştariti başçılıq edirdi. E.ə. 672-ci ildə Midiya tayfaları Aşşur dövlətinin əsarətindən xilas oldular. Onlar xırda vilayətləri bir mərkəzdə birləşdirib vahid dövlət yaratdılar.
Yusifov Y. B. Qədim Şərq tarixi (1993)
Yusifov Y. B. Qədim Şərq tarixi: tarix ixtisası üzrə təhsil alan ali məktəb tələbələri üçün dərslik. Elmi redaktoru: İ. H. Nərimanov. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993, 496 səh. ISBN 5-8025-0031-X
➤ Pulsuz yüklə
Related posts:
- Ergün İsmailoğlu. Şah Safi döneminde Safevi Devleti (1629-1642). Yüksek lisans tezi (2022)
- Hüseynov E. İ. Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə (2013)
- Akif Çelik. Tarih ve kültür açısından Derbend şehri (Fethinden Selçuklulara kadar). Yüksek lisans tezi (2016)
- Elnur İsmayılov. XIV-XVI. yüzyıllarda Şirvanşahlar Devleti (Derbendîler Hânedânı). Yüksek lisans tezi (2016)
- Mizgin Uruç. Şirvanşahlar (VI. yüzyıldan XI. yüzyıla kadar). Yüksek lisans tezi (2015)
- Ahmad Guliyev. Safavids in Venetian and European Sources (2022)
- Aykut Kar. Şah I. Abbas Dönemi (1587-1629) bilim faaliyetleri. Doktora tezi (2022)
- Renata Vázquez Santamaría. İspanyol Elçi Garcia de Silva y Figueroa’nın gözüyle Safevi Şah Abbas döneminde ziyafet merasimi ve kadınların durumu. Yüksek lisans tezi (2015)
- Şenay Yanar. Uluslararası ham ipek ticaretinde İran’ın Avrupa bağlantıları ve Culfa Ermenileri (Şah I. Abbas Dönemi). Doktora tezi (2014)
- Tuna Kaan Taştan. Adilşahlar Devleti ve Portekiz Krallığı ile olan ilişkileri (Kuruluşundan I. Ali Adil Şah’ın ölümüne kadar). Doktora tezi (2020)
Comments are closed, but trackbacks and pingbacks are open.