Ermənilər Azərbaycana məxsus qədim tikililər üzərində özlərinə “tarix” yaradırlar – FOTOLAR
“Milli dəyərlər ili”ndə muxtar respublikamızda xalq sənətkarlığının inkişafına diqqət artırılmışdır. İstehsal müəssisələrində milli sənətkarlıq nümunələrini hazırlayan emalatxanalarda sənətkarlar və həvəskarlar üçün 3 aylıq təlim kursları keçirilmiş, 10 sənətkarın əl işləri və rəsm əsərlərinin fərdi sərgi-satışı təşkil olunmuş, xalçaçılıq və dekorativ tətbiqi sənət sahəsində fəaliyyət göstərən sənətkarlara güzəştli şərtlərlə kredit verilmişdir.
Mədəniyyət nədir?
Mədəniyyət tarixinin mərhələləri
Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:
- İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );
- Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );
- Orta əsrlər ( V—XIV əsr.);
- İntibah Dövrü ( XIV—XVI əsr.);
- Yeni Dövr ( XVI ax.—XIX əsr.);
- Ən Yeni Dövr ( XIX ax. — hazırkı dövr ).
Mədəniyyət və təbiət
Mədəniyyətşünaslığın əsas məsələlərindən biri də mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir.Müasir dövrdə bu münasibətlərin əhəmiyyəti çox aktualdır.Hər ikisi insan həyatının ayrılmaz hissəsidir.Mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır.Bu bir təərfdən təbiəti nizamlasa da ,digər tərəfdən təbiətin nizamlanmış qaydasına ciddi dəyişikliklərə aparıb çıxarır.Mədəniyyət « iknci təbiət » də adlana bilər.
İnsanın təbiətlə əməkdaşlığı hər iki subyektə sərfəlidir.İnasn təbiərdən maddi sərvət götürür, ideyalar alır, ondan öyrənir.Bu düşünülmüş olduqda təbiəti daha da zənginlşdirir.Təbiətə ziyan vuran hərəkətlər isə ilk növbədə insanın özünə ciddi problem yaradır.Bu hərəkət mədəniyyt anlayışına zidd sayılır.
Mədəniyyətlə təbiət vahid təsəvvür edilməli,bir-brindən yararlanmalıdır.Bu baxımdan şəhər mədəniyyətinin heç də hamısı mədəniyyət hesab edilə bilməz.Bu fikir rus ziyalıları Nikolay Berdyayev və Nikolay Rerixin əsərlərində öz əksini tapmışdır
Mədəniyyət davranışın əsasıdır
Hesab edilir ki, mədəniyyət aşağıdakı prinsiplərə söykənir :
- Həyat dəyərləridir ;
- Davranış qaydalarıdır ;
- Maddi əsərlərdir.
Həyat dəyərləri həyatda insanın yaşadığı mühütdür və mədəniyyətin formalaşmasında böyük rol oynayır.
Davranış qaydaları özünü ilk növbədə mənəviyyətdə göstərir.Mənəviyyət qaydaları dövlət tərəfindən məcburi elan edilərsə o qanun adlanır.
Maddi əsərlər isə birinci və ikinci prinsiplərin müxtəlif kombinasiyalarından yaranır.
Mədəniyyətdə dəyişikliklər
Hesab edilir ki,mədəniyyətdə dəyişiklər üçün aşağıdakı iki şərt mütləq olmalıdır.Onlara bəzən aksiomlar da deyirlər :
- İstəilən dəyişikilikləri şərait tələb edir ;
- Dəyişikliklər üçün müvafiq tərkib hissələri toplanmalıdır.
Həmçini aşağıdakı faktorlar olmasa dəyişiklər baş verə bilməz :
- Təbii ehtiyatlar
- Mədəniyyətlərin təması
- Bir-brindən dəyərlənmə
- İstehsalatda müvafiq texnologiyalar
- Müvafiq təşkilati strukturlar
- Düşüncələrdən keçmələr
- Rasionallıq
Mədəniyyətin tərkibi
Sənət
Təsvirlik sənəti
Rəssamlıq
Qrafika
Heykəltəraşlıq
Memarlıq
Ədəbiyyat
Dramaturgiya
Poeziya
Nəsr
Musiqi
Teatr
Kinematoqrafiya
Xoreoqrafiya
Fotoqrafiya
İnam
Din
Mifologiya
Наука
Fəlsəfə
Təbiyyat elmləri
Humanitar elmləri
Sosial elmləri
Texniki elmləri
Riyaziyyat
Tibb
Muzeylır
Hobbi
Mütaliə
Kolleksiya toplamağı
Etiket
Ünsiyyət
Mətbuat
Radio
Televiziya
İnternet
Əyləncə
Gülüş
Yumor
Texnika
Aşpazlıq
İdman
Mədəniyyətin formaları
Elitar mədəniyyət: imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələri (zərif incəsənət,klassik musiqi və ədəbiyyat). “İncəsənət incəsənət üçündür” şüarı elitar mədəniyyətin devizidir. Mədəniyyətin bu formasını yaradanlar mədəniyyətin diktəedicisi hesab edilir. Ümumiyyətlə, elitaristlər belə hesab edirdilər ki, mədəniyyət xalq üçün deyil, yüksək cəmiyyət üçün nəzərdə tutulmuşdur.
Xalq mədəniyyəti: mənşəyinə görə bu forma həvəskar və ya kollektiv mədəniyyət forması adlanır. Xalq mədəniyyəti folklor ədəbiyyatı özündə birləşdirir (miflər, əfsanələr, dastan və nağıllar, nəğmə və rəqslər). Xalq mədəniyyəti konkret yerli ənənələrlə əlaqədardır.
Kütləvi mədəniyyət: yaşayış yerindən asılı olmayaraq bütövlükdə insanların təlabatı nəzərdə tutulur. Kütləvi mədəniyyət ilk növbədə ticarət-qazanc məqsədlərinə yönəldilir, onun daima fəaliyyətdə olması nəzərdə tutulur. Müəyyən sosial qruplar üçün arzu edilən əxlaq, davranış tərzi stereotiplərini kütlələrin şüuruna tətbiq etmək vasitəsi kimi də istifadə olunur.
İqtisadi mədəniyyət: cəmiyyətin iqtisadi mədəniyyəti ümumi mədəniyyətin maddi əsası, fəaliyyət növlərinin aparıcısıdır. İqtisadi mədəniyyət cəmiyyətin iqtisadi əsasının təkmilləşdirilməsinin ölçüsünün və səviyyəsinin göstəricisidir. Mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, fəal keyfiyyətli əmək, qabaqcıl təhlükəsizlik texnologiyası, işgüzar fəallıq, təsərrüfat fəaliyyətinin humanist istiqamətləndirilməsi, yenilik, iqtisadi əmək fəallığının mənəvi-hüquqi əsaslandırılması və gələcəyə yönəldilməsi və b. mədəniyyətin proeksiyaları kimi iqtisadiyyatın mühüm əlamətləri və proseslərini əks etdırirlər.
Siyasi mədəniyyət: siyasi mədəniyyət siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və istiqamətlərin davranış modelləri sistemidir. Siyasi mədəniyyət, vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlərin, davranış qaydalarının, adət və ən-ənələrin məcmusunu ifadə edir.
Siyasi mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və idarəetmə problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət və hüquq, siyasət və iqtisadiyyat, siyasət və mənəviyyatın qarşılıqlı təsiri məsələlərinə toxunur.
Məqsəd və vəzifəsinə görə mədəniyyətin aşağıdakı formaları vardır: milli, reqional, kənd və şəhər
Mədəniyyətin funksiyaları
Mədəniyyətin əsas funksiyası –humanist insani funksiyadır. İnsan mədəniyyət nümunələri yaradaraq bəşər tarixinə töhvələr verir, sonda onun yaratdığı mədəniyyət yenə də insanın, cəmiyyətin xidmətində durur.
İnformativ — kommunikativ (sosial təcrübənin ötürülməsi)-Heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa adamların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir.
Mədəniyyətin mühüm funksiyalarından biri də idraki-qnoseoloji funksiyadır. İdraki funksiya xalq, ölkə haqqında bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət, fəlsəfə, təlim, tərbiyə və b. sahələrdə öz mənafelərini dərk edir, sosial təcrübənin ötürülməsi və digər xalqların mədəniyyətlərinin mənimsənilməsinə güclü təsir göstərir.
Mədəniyyətin normativ-requlyativ (nizamlayıcı-tənzimləyici) funksiyası.Bu funksiya insanların ictimai və şəxsi fəaliyyətinin müxtəlif növ və cəhətlərinin, davranışının nizamlanması ilə əlaqədardır. Mədəniyyət tənzimlənmiş davranış qaydaları, əxlaq və hüquq kimi normativ sistemlərə dayanır.
Semmiotik, yaxud işarələr funksiyası.Müəyyən işarələrsisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, əxz edilir. Məsələn, heroqliflərin Qədim Misir mədəniyyətinin tədqiqində müəyyən işarələr və simvolların, xalçaçılıq, rəssamlıq, qədim kitabələrin oxunmasında və s. böyük köməyi dəyir. Ümumiyyətlə, bu funksiya musiqi, rəssamlıq, heykəltəraşlıq, təbiət elmləri — fizika, riyaziyyat, kimya, biologiya kimi sahələrdə öz əksini tapır.
Mədəniyyətin aksioloji dəyər funksiyası. Dəyərlər sisteminin müəyyən edilməsi və mühafizəsi. Dəyərlər ayrı-ayrı adamların, qrupların üstünlüklərini qoruyub saxlamağa kömək edir.
Mədəniyyətşünaslıq fənni bir-birilə əlaqədar aşağıdakı vəzifələri həll etməlidir:
— Mədəniyyətşünaslığın, onun mahiyyəti, məzmunu, əlamətləri, funksiyalarının kifayət qədər və dərindən, bütövlüklə izah edilməsi;
— Mədəniyyətin mənşəyinin, kulturoloji prfoseslərin dövrlərinin və mərhələlərinin öyrənilməsi, konkret xalqların, cəmiyyətlərin, regionların, kontinentlərin mədəniyyət tarixinin, mədəniyyət ən-ənələrinin varisliyinin araşdırılması və öyrənilməsi;
— Xüsusi və humanitar biliklərin harmonik əlaqələndirilməsi, peşə etikası və mənəviyyatın işlənilməsinə yardım göstərilməsi; müxtəlif milli-mədəni, etno-konfessional və digər platformaların tənqidi, yaradıcı qavrayışlarına imkan yaradılması;
— Mədəni irsdən istifadə və onun qorunub saxlanılması haqqında qanunçuluğun əsaslarının öyrənilməsi.
- Teqlər:
- mədəniyyətşünaslıq
- , kulturologiya
Ermənilər Azərbaycana məxsus qədim tikililər üzərində özlərinə “tarix” yaradırlar – FOTOLAR
Ərazinin baxımlı yerlərində erməni xaçdaşları və kilsələri tikdirirlər.
“Azərbaycan” qəzeti ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələri necə saxtalaşdırması ilə bağlı məlumatlar və fotofaktlarla zəngin olan material dərc edib.
Oxu.Az həmin materialı oxuculara təqdim edir:
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də yenidən antiazərbaycan hərəkatı qızışdı. Belə ki, 1965-ci il aprelin 23-də uydurma “erməni soyqırımı”nın 50 illiyi Ermənistanda geniş qeyd edildi və bu hadisə azərbaycanlıların ata-baba torpaqlarında sıxışdırılmasına yeni, güclü təkan oldu. Erməni diasporlarından ciddi dəstək alan ermənilər 1967-ci ildə Xankəndidə bir neçə azərbaycanlını qətlə yetirdilər.
1988-ci ildən isə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1992-ci ildə öz havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz ərazisini, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və bu əraziyə bitişik 7 inzibati rayonu işğal etdi.
Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Həmin yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.
1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Mütəxəssislər tərəfindən Azıx adamının 350-400 min illər əvvəl yaşadığı güman olunur. Eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır.
Ermənistan özünün işğalçı hərəkətlərinə haqq qazandırmaq üçün ələ keçirdiyi ərazilərin erməni torpaqları olduğunu, bu torpaqlarda tarixən yalnız ermənilərin yaşadığını iddia edir. Onlar bu iddialarını əsaslandırmaq üçün Azərbaycan mədəniyyətini məhv edərək yerində yeni erməni milli-mədəni dəyərlərinin “yaradılması” üçün ciddi fəaliyyət göstərirlər.
Neolit dövründən XXI yüzilliyədək müxtəlif zamanları əhatə edən mağara tikililəri, təsvirləri, kurqanlar, həcmli heykəllər, qalalar, süjetli və ornamental qabartmalar, memarlıq abidələri ilə zəngin olan Azərbaycanın işğal altındakı ərazilərini tədqiq edərkən xalqımızın hələ min illər bundan öncədən necə böyük bir mədəniyyətə sahib olduğuna heyranlığını gizlədə bilmirsən. Dünyanın heç bir yerində rast gəlmədiyimiz bənzərsiz gözəlliyi ilə bir-birindən fərqlənən mədəniyyət nümunələrinə diqqət yetirəndə onların xüsusi zövq və özünəməxsus bədii təfəkkürlə hazırlandığının şahidi olursan.
Bəlkə də daş, insanların məişətinə Allah-təalanın bəxş etdiyi ilk təbii sərvətlərdən biri olduğuna görə elə insanlar da özlərinin oyma, yonma, cızma üsulu ilə çəkdikləri rəsmlərini daşlar üzərində yaradıblar. Təbii ki, Azərbaycanın digər ərazilərində olduğu kimi, Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda da müxtəlif bəzəklərə – nəbati, həndəsi, quş, heyvan rəsmlərinə daha çox dağ daşları və memarlıq abidələrinin divarları üzərində rast gəlinir.
Tunc dövründən sonrakı dövrlərdə bir çox memarlıq abidələrinin bəzəkləri arasında əsas etibarı ilə fərdi xüsusiyyət daşıyan quş, heyvan, insan təsvirlərinə də rast gəlmək olur. Bu təsvirlərin əksəriyyəti statik vəziyyətdə oyulsa da, bunların arasında dinamik – hərəkətdə olan həyati təsvirlərə də çox təsadüf edilir.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu ərazilərdə mövcud olan milli-mədəni ornamentlər qədim türkdilli tayfaların etiqadı ilə əlaqədar təsviri sənətə gəlmiş bir çox orijinal süjetli motivlərdir. Buna misal olaraq, şamanların dini mərasimlərini, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana çıxmış onğon quştotemlərinin təsvirlərini göstərmək olar. Bütün bunlardan xəbərdar olan ermənilər azərbaycanlıların izlərini bu torpaqlardan silmək üçün ərazilərdəki totemləri ya məhv edir, ya da formasını dəyişdirirlər. Məhz bu səbəbdən də Ermənistan hökuməti Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin ermənilərə “məxsus”luğunu dünyaya göstərmək üçün “tarixi” və “mədəni” “sübut”lar yaratmaqla, yəni, mövcud daş plastikasının forma və məzmununu dəyişdirməklə məşğul olurlar. Belə ki, ermənilər işğal etdikləri ərazilərdə hər il yüzlərlə müxtəlif həcmli və müxtəlif formalı erməni xaç daşlarının və onlarca erməni kilsəsinin tikinti işlərini həyata keçirirlər.
Bütün bu “fəaliyyət” onsuz da zəif olan Ermənistan büdcəsinə milyonlarla dollar ziyan vursa da, hökumət Dağlıq Qarabağ və ətraf ərazilərdə Azərbaycanın milli-mədəni dəyərlərinin məhv edilməsi ilə bağlı işlərini dayandırmağı düşünmür.
Azərbaycan tarixinin və mədəniyyətinin məhv edilməsi istiqamətində Ermənistanın belə təhlükəli fəaliyyətinin qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ziyalılarına və ictimaiyyət nümayəndələrinə “Azərbaycanın işğal altındakı ərazilərdə qalan Azərbaycanın milli-mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliğatının daha da gücləndirilməsi” barədə verdiyi tapşırıqların zərurətdən yarandığı indi aydın olur.
Ermənilər işğal altında saxladıqları ərazilərdə Azərbaycanın milli mədəniyyət nümunələrini mənimsəmək və bu torpaqların tarixən ermənilərə məxsusluğunu “sübut” etmək üçün bir çox metodlardan istifadə edirlər:
1. Ərazinin baxımlı yerlərində erməni xaçdaşları və kilsələri tikdirirlər.
2. Xristianlığa qədər olan tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə geniş təbliğat işi təşkil edirlər.
3. Xristianlıq dövrü abidələrinin ornamentləri üzərində dəyişiklik edərək abidələri erməniləşdirirlər.
4. Müsəlman dini abidələrini tamamilə dağıdıb məhv edirlər.
İşğal altında olan Azərbaycan ərazilərinin baxımlı yerlərində – yol kənarlarında, dağ yamaclarında istirahət yerlərində, keçmiş sağlamlıq mərkəzlərinin ərazilərində erməni xaç daşlarının tikilib yerləşdirilməsi artıq kütləvi hal almışdır.
Hələ də Dağlıq Qarabağ və ona bitişik ərazilərdə zəmanəmizə qədər öz elmi qiymətini ala bilməyən müxtəlif tarixi dövrləri əhatə edən bu bölgədəki süjetli daşlar, at, qoç fiqurları, oymalar, daş, qaya rəsmləri, eləcə də burada yaşayan yerli əhalinin həyat tərzi bir çox yerli və xarici ölkələrdən gələn tədqiqatçıların diqqətini özünə çəkə bilmişdir. Xarici tədqiqatçıların bir çoxunun bu bölgənin tarixi və mədəniyyəti haqqındakı dəyərli fikirlərinə müxtəlif elmi mənbələrdə tez-tez rast gəlmək olur.
Qafqazda köklü tarixləri olmayan ermənilər məqsədli şəkildə Alban abidələrini mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək yolunu tutublar və yorulmadan “mübarizə” aparırlar. Ən çox mənimsənilməyə və dəyişikliyə məruz qalan abidələr isə bazilika, sovmə və kilsə tikintiləridir. Burada ermənilər belə tipli abidələr üzərindəki xristian dininin rəmzləri və simvolları, eləcə də daş və divar rəsm nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elementlər kimi təqdim edirlər. Bu da tarixin saxtalaşdırılmasına gətirib çıxarır.
Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A.Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazır: “. Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azəbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar. Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir”.
Görkəmli qafqazşünas rus tarixçisi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Tərəfimizdən aparılan araşdırmalar göstərir ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki işğal altındakı Azərbaycan əraziləri Albaniya və Atropatena dövlətinin tərkib hissəsi olmuşdur (e.ə. IV – eramızın VII əsri).
Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Təqribən minillik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi.
Bu abidələrin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatmışdır. Buna misal olaraq, Kəlbəcər rayonunda Xudavəng memarlıq kompleksi – XIII əsr,Talış kəndində Urek məbədi – 1279-cu il, Qozlu kəndində Xudavəng məbədi – 1204-cü il, Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi – IX əsr , Varazuğun məbədi – XII əsr, Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı – IV əsr, Ağdərə rayonundakı müqəddəs Yelisey məbədi, Vəng kəndində Gəncəsər məbədi – XIV əsr, Qubadlı rayonundakı Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi – (XII əsr), Xocalı rayonunda Xansıx (1122), Xaçmaç – 1100 il, Armudlu – 1202-ci il məbədləri, Xocavəng rayonu Tuğ kəndində Qırmızı məbəd – 1000 il, Qərbi Azərbaycan ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Dədəvəng məbədi, Ağtala məbədi, Ərçivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.
Hazırda ermənilər bu abidələr üzərindəki daş kitabələri, ornamental görüntüləri, bədii daş nümunələrini və bir çox xristian dini simvollarını dəyişdirərək mətbuatda bu abidələri erməni kilsələri və monastırları kimi təqdim edirlər.
Aydındır ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan ölkəmiz qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur.
Məlumdur ki, keçmiş SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarixi və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda abidələr dövlət qeydiyyatından kənarda qalmışdı. Bu isə Azərbaycanın işğal altında olan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və onlara işğal dövründə ermənilər tərəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Eyni zamanda, işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrindən istifadə olunmaması, yəni, abidələrin mövcud vəziyyətdə işğal altında qalması Azərbaycanın tarixinə, mədəniyyətinə və eyni zamanda, dövlətin büdcəsinə hər il milyonlarla manat ziyan vurur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə, işğal nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinə vurulmuş zərər aşağıdakı kimi dəyərləndirilir:
Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi miqdarı: 84 883 726$
Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin ümumi miqdarı: 46 066 086$
İşğal olunmuş ərazilərdəki daşınan tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi hesabı: 47 050 188$
İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəyən zərərin ümumi hesabı: 177 000 000$ təşkil edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycana vurulmuş zərərin restitusiya formasında ödənilməsi bütün işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması tələbini qarşıya qoyur.
Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində xüsusi vurğulanır ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, “. beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər”.
Azərbaycan XVIII əsrin sonlarından ta XXI əsrədək ermənilər tərəfindən daim ərazi itkisi ilə üzləşdiyindən, özünün mədəniyyətinin böyük itkisi və tarixinin təhrif edilməsi ilə qarşılaşmışdır. Bu gün işğal altındakı ərazilərdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onların mühafizə edilərək, gələcək nəsillərə çatdırılması bütün dünya xalqlarının borcu və ümdə vəzifəsi hesab edilməlidir.
Milli dəyərlər qorunur, yaşadılır – FOTO
Tarixi uzun minilliklərə dayanan, əsası və özülü olan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Milli dəyərlər isə xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Dilindən, dinindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş özünün dünya şöhrətli şəxsiyyətlərinə qədər. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, bir sözlə, milli olan bütün keyfiyyətlərimiz dəyərlər sisteminə aiddir. Bu mənada xalqımızın milli dəyərləri haqqında ətraflı danışmaq olar.
Artıq ənənə halını almış hər ilin bir sahəyə həsr olunması, Naxçıvan Muxtar Respublikasında da tətbiq edilməklə uğurlu nəticələrə gətirib çıxarır. Bu mənada 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan olunması da öz müsbət tərəfləri ilə yadda qaldı.
Bu gün Azərbaycanın bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərə xüsusi diqqət ayrılır, milli dəyərlərin təbliğində daha çox işlər görülür. Hələ 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırılmaqla muxtar respublika özünün milli dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirmişdi. Ən diqqətçəkən məqam isə millətini, xalqını sevən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu tarixi hadisə reallaşmışdı. Heydər Əliyevi ümummilli lider edən faktlardan biri də məhz bu idi; milli dəyərlərə sahib çıxmaq və onları qorumaq. Bu mənada ulu öndərin müdrik kəlamı da milli dəyərlərə verilən önəmin mahiyyətini ortaya qoyur: “Milli dəyərlər daim qorunmalı, yaşadılmalıdır, milli dəyərlər bizim varlığımızın əsasıdır. Milli dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli dəyərlərimiz, adət-ənənələrimizlə fəxr edirik”.
2012-ci ilin ilk günlərindən başlayaraq muxtar respublikanın bütün bölgələrində, mərkəzindən tutmuş ən ucqar yaşayış məntəqəsinədək, bütün sahələrdə milli dəyərlərin qorunması, yaşadılması, öyrənilməsi, təbliğ olunması istiqamətində məqsədyönlü və əməli işlər həyata keçirildi. Bütün bunların yekunu olaraq isə dekabr ayının 5-də Naxçıvan şəhərindəki “Duzdağ” hotelinin konfrans zalında “Milli dəyərlər ili”nə həsr olunmuş yekun tədbir keçirildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdəki çıxışda bildirdi ki, hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir. Bizim malik olduğumuz milli dəyərlərimizin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır. Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiq olmuşdur. Hətta tarixi proseslərin müəyyən dövrlərində, müstəqilliyimizin mövcud olmadığı dövrlərdə belə xalqımız milli dəyərlərini unutmamışdır.
Ümummilli lider milli dəyərlərin mücərrəd sovet dəyərləri ilə əvəz olunması üçün səylər göstərildiyi ötən əsrin 70-ci illərində, əslində, bu prosesin əksinə gedərək Azərbaycan xalqına məxsus dəyərlərin bərpası və yaşaması istiqamətində taleyüklü tədbirlər görmüş, xalqımızın milli dəyərlərini özünə qaytarmışdır.
1969-cu ildən başlayaraq Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişikliklər başlanmışdır. Milli dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ona görə də dahi rəhbər mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Ümummilli liderin fikrincə, milli dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.
1993-cü ildə ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndər milli dəyərlərin qorunub yaşadılması sahəsində ötən əsrin 70-ci illərindən başlanan işləri əsrin sonlarında Azərbaycanın müstəqil dövlətçilik şəraitində davam etdirmiş, milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmiş, azərbaycançılığı ümummilli ideologiya kimi irəli sürmüşdü. Bu ideologiyanın əsasını təşkil edən milli dövlətçilik, vətənpərvərlik, adət-ənənələrə bağlılıq prinsipləri bu gün də milli dəyərlərimizin yaşamasına təminat verir.
“Milli dəyərlər ili” çərçivəsində muxtar respublikada xeyli işlər görülmüşdür. Belə ki, hazırlanmış Tədbirlər Planına əsasən, cari ilin ötən dövrü ərzində bu sahədə görülən işlərin əhatə dairəsi xeyli genişlənmiş, bununla bərabər, milli dəyərlərin bərpası və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki dövrlərdən başlanmış tədbirlər də davam etdirilmişdir.
Muxtar respublikada beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. Uşaq və gənclər xalq sənəti sahələrinə cəlb olunmuş, “Milli dəyərlərimizi öyrənək və yaşadaq” rubrikası ilə teleradio verilişləri və qəzet materialları hazırlanmışdır. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilmiş, qədim milli musiqi alətlərində ifalara və milli geyimlərimizin təbliğinə diqqət artırılmışdır. Bununla yanaşı, elm, təhsil və mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər keçirilmiş, xalçaçılıq, boyaqçılıq, papaqçılıq, misgərlik, dəmirçilik, taxta üzərində oyma kimi qədim xalq sənəti nümunələri canlandırılmışdır. Eyni zamanda, bədii yaradıcılıq prosesində milli dəyərlərimizin öyrənilməsi və təbliği üstün istiqamət kimi götürülmüş, kitablar, jurnallar, kataloqlar çap edilmiş, televiziya filmləri hazırlanmışdır, 50-yə yaxın konfrans, “dəyirmi masa”, seminar, disput və digər mədəni-kütləvi tədbirlər keçirilmiş, 20-dək sərgi təşkil olunmuşdur.
“Milli dəyərlər ili”ndə muxtar respublikamızda xalq sənətkarlığının inkişafına diqqət artırılmışdır. İstehsal müəssisələrində milli sənətkarlıq nümunələrini hazırlayan emalatxanalarda sənətkarlar və həvəskarlar üçün 3 aylıq təlim kursları keçirilmiş, 10 sənətkarın əl işləri və rəsm əsərlərinin fərdi sərgi-satışı təşkil olunmuş, xalçaçılıq və dekorativ tətbiqi sənət sahəsində fəaliyyət göstərən sənətkarlara güzəştli şərtlərlə kredit verilmişdir.
“Milli dəyərlər ili”ndə bir sıra xalq sənətini yaşadan qrup və dərnəklərin fəaliyyəti də bərpa olunmuşdur. Belə ki, Şahbuz rayonunun Aşağı Qışlaq kənd mədəniyyət evi nəzdində “Toxucular və xalçaçı qızlar” qrupunun fəaliyyəti bərpa olunmuş, Culfa Rayon Mədəniyyət evinin nəzdində “Qızıl əllər” dərnəyi yaradılmışdır. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin kənd klub və mədəniyyət evlərində şifahi xalq ədəbiyyatı nümunələrini toplayan “Elimizin söz boğçası” adlı maraq klublarının yaradılmasına başlanmışdır.
Bu il görülən mühüm işlərdən biri də muxtar respublikada xalq yaradıcılığı sahələrində fəaliyyət göstərən 242 sənətkar barədə məlumat bazasının yaradılmasıdır. Hazırda muxtar respublikada “Dizayn Holdinq” Şirkətlər İttifaqının nəzdində misgərlik və şüşə üzərində işləmə sənəti üzrə emalatxana, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının nəzdində taxta üzərində oyma və nəqqaşlıq sənəti üzrə emalatxana, “Naxçıvan Biznes Mərkəzi” MMC-nin xalçaçılıq emalatxanası, fiziki şəxs İxtiyar Seyidova aid milli musiqi alətlərinin istehsalı və təmiri emalatxanası fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan şəhərində keramika və dulusçuluq sənəti ilə məşğul olan 1 nəfər sənətkar dəzgah və lazımi xammalla təmin edilmiş, “Dulusçuluq emalatxanasının yaradılması və hədiyyəlik gil əşya istehsalı”nın təşkili üçün layihə hazırlanmışdır.
Özəl biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində Naxçıvan şəhərində fiziki şəxs Natiq İsmayılovun vitraj və dekorativ tətbiqi sənət emalatxanasının yaradılması, Bakı şəhərində fəaliyyət göstərən “Möminə xatın moda evi”nin muxtar respublikada nümayəndəliyinin yaradılması və “Zümrüd” kiçik müəssisəsinin bazasında milli geyimlərin istehsalı üzrə yeni istehsal profilinin təşkili ilə bağlı layihə təkliflərinin texniki müzakirələri keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı nümunələri” adlı kataloq nəşr edilmiş, sənətkarlar üçün onların fəaliyyət sahələrinə aid təbliğat kitabçası hazırlanmışdır.
Naxçıvan şəhərindəki Tədris-Ticarət Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərinin satışı üzrə mağaza fəaliyyətə başlamışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Toxucu”, “Xalçaçı”, “Keçəçi”, “Aşpaz köməkçisi” və “Qalayçı” peşələri üzrə kurslar təşkil edilmişdir.
Bu ilin avqust ayında Heydər Əliyev Sarayında 72 istedadlı qadının 428 əl işinin satış-sərgisi təşkil edilmiş, Dövlət Bayrağı Günü münasibətilə “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda qadınlar arasında rəsm və əl işləri müsabiqəsi keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində milli dəyərlərlə bağlı araşdırmalar aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. “Milli dəyərlər milli kimliyimizdir” mövzusunda elmi konfrans keçirilmiş, konfransın materialları “Naxçıvan” jurnalının milli dəyərlərə həsr olunmuş 25-ci nömrəsində çap edilmiş, bir sıra dərslik və kitablar nəşr olunmuşdur.
Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti ilə “Novruz bayramı: tarixdə və sənətdə” mövzusunda elmi konfrans təşkil olunmuş, universitetin müəllimi Məhsəti Əsgərovanın tikmə sənətinə dair işlərindən və tələbə rəssamların “Milli mərasimlərimiz” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Həmçinin universitetdə “Heydər Əliyev Universiteti”nin aprel məşğələsi “Heydər Əliyev və milli dəyərlər” mövzusuna həsr olunmuş, həmçinin bu mövzuda “dəyirmi masa” təşkil edilmişdir. “Müstəqil dövlətçilik və milli dəyərlər”, “Naxçıvan Muxtar Respublikasında mövcud olan qədim memarlıq abidələrinin bərpasına və qorunmasına dövlət qayğısı”, “Milli dəyərlər və müasir gənclik”, “Müstəqil dövlətçilik və ümummilli dəyərlər” mövzularında elmi konfransların keçirilməsi də Naxçıvan Dövlət Universitetində milli dəyərlərin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yadda qalmışdır.
Naxçıvan şəhərində müxtəlif ölkələrdən gəlmiş 24 rəssamın iştirak etdiyi “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı keçirilmiş, burada çəkilən rəsm əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə olunmuş və həmin əsərlərdən ibarət albom-kataloq çap edilmişdir.
Naxçıvan Mətbuat Şurası tərəfindən “Milli dəyərlərimizi qoruyaq və yaşadaq” mövzusunda yaradıcılıq müsabiqəsi gənc jurnalistlərin bu mövzularda mütəmadi çıxışına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi ilə hazırlanan “Yallı” kompakt-diski də yallılarımızın təbliği və yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm və əlamətdar bir hadisə olmuşdur. Kompakt-diskdə “Şərur” Xalq Yallı Ansamblının, “Nurani” Yallı Ansamblının, “Şərur qönçələri” Yallı Ansamblının ifasında 14 yallı rəqsi yerləşdirilib. “Qaladan-qalaya”, “Baharı”, “Urfanı”, “Tello”, “Qalalı”, “Tirməşal”, “Dönə-dönə”, “El yallısı”, “Xələfi” və digər yallı nümunələrinin yer aldığı kompakt-disk xalqımızın əvəzsiz folklor inciləri olan yallılarımızın mühafizə edildiyi əvəzsiz xəzinədir.
“Naxçıvan tikmələri” adlı kitab nəşr edilmiş, bu kitaba qədim tikmə sənətimiz barədə, tikmə sənətimizin müxtəlif növlərindən güləbətin, təkəlduz, doldurma, saya naxışlı bədii tikmə, muncuqlu tikmə, pilək, qurama, cülmə, oturtma, cinağı, basmanaxış, şəbəkə, düymələmə və başqa tikmə növləri haqqında geniş məlumat verilmişdir.
Tikmə sənəti haqqında Azərbaycan dili ilə yanaşı, ingilis dilində də məlumatlar yerləşdirildiyi kitabda muxtar respublikada hazırlanmış XIX əsrə və hazırkı dövrümüzə aid müxtəlif tikmə növlərinin fotoları da əks olunmuşdur.
“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən “Naxçıvan mətbəxi” kitabı nəşr olunmuşdur. Kitabı oxuduqca Naxçıvan ərazisində aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntılarından, keramika məmulatlarından, dulusçuluqdan tutmuş bu gün mətbəximizdə işlədilən avadanlıqlara, Naxçıvanın uzun inkişaf yolu keçmiş mətbəx mədəniyyətinə kimi milli nümunələrlə tanış olursan.
“Süd mətbəxi”, “Duru xörəklər”, “Quru xörəklər”, “Salat, qəlyanaltı və məzələr”, “Şərbətlər”, “Şirniyyatlar”,a “Mürəbbələr”, “Turşular”, “Ocaqlar” və başqa bölmələrdə verilən məlumatlar ensiklopedik xarakter daşıyır. Sadə və anlaşıqlı dildə yazılan kitabda Naxçıvan mətbəxinin unudulmaqda olan kulinariya nümunələri də verilib. Bu da həmin yeməklərin yenidən mətbəxlərimizə gətirilməsində mühüm əhəmiyyət daşıyır.
Mətbəxlə bağlı folklor nümunələrinin də toplanıldığı, Azərbaycan və ingilis dillərində təqdim olunan nəşrin dəyərini artıran cəhətlərdən biri də qədimdən Naxçıvanda bişirilmiş yeməklərin, mətbəx qab-qacağının şəkillərinin, hazırlanmış yeməklərin reseptlərinin verilməsidir.
Bir sözlə, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” kimi yadda qalmışdır. Bu dövr ərzində görülən işlər isə milli dəyərlərimizin yaşadılması, qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində uzun illər davam edən dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Ən əsası isə milli dəyərlərin təbliği başa çatan illə yekunlaşmamışdır. Əksinə, bu sahə dövlətin dəstəyi ilə canlandırılmaqla bundan sonrakı fəaliyyətlər üçün bir növ ciddi və əhəmiyyətli addımın başlanğıcı olmuşdur. Muxtar respublikada milli dəyərlər bundan sonra da öyrəniləcək, qorunacaq, yaşadılacaq, təbliğ ediləcəkdir.
Elxan MƏMMƏDOV
Comments are closed, but trackbacks and pingbacks are open.