Qeyri-formal mşğulluq kitab
Azərbaycanda 2018-ci ilin sonu, 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb. (Qeyri-formal məşğulluq) Azərbaycan Baş Nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk 6 ayında əmək … Read More
Qeyri-formal məşğulluq
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb. (Qeyri-formal məşğulluq) Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı ionfirmasiya ehtiyatlarının, eləcə … Read More
27 Jul 2019
Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəticələr açıqlanıb
by Muhasibat.Az | posted in: Xəbər | 0
Read More9
Azərbaycanda 2018-ci ilin sonu, 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb. (Qeyri-formal məşğulluq) Azərbaycan Baş Nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk 6 ayında əmək … Read More
23 Oct 2018
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında seminarlar keçirilib
by Muhasibat.Az | posted in: Xəbər | 0
Read More9
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı daha üç rayonda maarifləndirmə tədbirləri keçirilib. Əmək hüquqları və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə işəgötürənlərə məlumatlar verilib. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma və təbliğat məqsədilə İmişli, … Read More
18 Jul 2018
İşəgötürənlərə qeyri-formal məşğulluğun mənfi nəticələri barədə məlumat verilib
by Muhasibat.Az | posted in: Xəbər | 0
Read More9
Qeyri-formal məşğulluq qanunvericiliyə zidd olmaqla, əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin … Read More
Qeyri-formal mşğulluq kitab
Bildiyiniz kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi mənfur düşməndən azad edərək Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan vətandaşının bundan sonrakı ən ali vəzifəsi işğaldan azad olunmuş ərazilərin bərpa edilməsində, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasında və bu insanların məşğulluğunun təmin edilməsi prosesində yaxından iştirak etməsidir.
Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi də müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərmək məqsədi ilə formal təhsilə çıxış imkanları məhdud olan vətəndaşlar üçün peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınmasını həyata keçirərək üzərinə düşən öhdəliyi yerinə yetirir.
Belə ki, öyrənmə hər zaman sinif otağında baş vermir və təhsil haqqında sənədin əldə olunması ilə yekunlaşmır. Vətəndaşlar özünütəhsil yolu ilə biliklərə yiyələnə (informal təhsil) və yaxud müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçərək (qeyri-formal təhsil) sertifikat əldə edə bilərlər. Lakin bu kateqoriyaya aid vətəndaşlar təhsillərini davam etdirməkdə, tənzimlənən əmək bazarında fəaliyyət göstərməkdə çətinlik çəkirlər.
Statistikaya nəzər saldıqda, ölkəmizdə iqtisadi cəhətdən fəal əhalinin yarısından çoxunun heç bir kvalifikasiyaya sahib olmadığının şahidi oluruq. Sözügedən vətəndaşların təhsil haqqında sənəd əldə etmələrinə dəstək olacaq əsas alətlərdən biri isə qeyri-formal və informal təhsilin tanınması olacaqdır. Vətəndaşların malik olduğu bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi və yekunda təhsil sənədinin verilməsinin əsas məqsədi vətəndaşların məşğulluğu, karyera inkişafı və öyrənmək istiqamətində stimullarını gücləndirmək, onlar arasında mobilliyi dəstəkləmək, həm sahibkar, həm də müxtəlif peşə sahibləri üçün imkanlar yaratmaqdan ibarətdir.
Beləliklə, peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınmasını, formal təhsilə çıxış imkanları məhdud olan vətəndaşlar üçün təhsil haqqında sənəd əldə edərək bir tərəfdən təhsilini davam etdirmək, digər tərəfdən əmək bazarına çıxış imkanları yaradan bir fəaliyyət istiqaməti kimi qiymətləndirmək məqsədə uyğundur.
“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”
Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitab çap olunub. Bu barədə ADU-dan məlumat verilib.
“Ön söz”də qeyd olunur ki, qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşılıq kimi yaranıb. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında bəhs olunur. Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Dastanda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur.
“525-ci qəzet” seriyasından işıq üzü görən kitabın redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçisi professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktoru Qismət Rüstəmovdur.
Comments are closed, but trackbacks and pingbacks are open.