Press "Enter" to skip to content

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının təqdimatı keçirildi

3.4. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonalarını və sərhədlərini müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir. [5]

Qeyri-maddi mədəni irs nümunələri

Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Milli mədəni irsə muzey, incəsənət, audiovizual (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir. Mədəni irs nümunələri maddi (daşınmaz və daşınar) və qeyri-maddi mədəni irs nümunələrinə bölünür.

1.3. Mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni irs nümunələrinin zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.

1.4. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

1.5. Mədəni irs nümunələrinin cari vəziyyəti mədəniyyət sahəsində dövlət monitorinqi vasitəsilə qiymətləndirilir.

1.6. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatlar, habelə mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 38.4-cü və 39.1-ci maddələrinə əsasən tənzimlənir.

2. Daşınmaz mədəni irs nümunələrinin qorunması

2.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi, aşkar olunduğu və ya inşa edildiyi məkanlarda qorunur.

2.2. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən qoruqların sərhədləri (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) və mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizə zonaları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi , “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən müəyyən edilir. [1]

2.3. Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilərin və mədəni irs abidələrinin qoruq elan edilməsi qanunla yaradılan qoruqlar istisna olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. [2]

3. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası və qoruqların sərhədi

3.1. Daşınmaz mədəni irs nümunələrinin onların yerləşdiyi və ya inşa olunduğu yerlərdə qorunması məqsədi ilə mühafizə zonaları yaradılır.

3.2. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası daxilində istehsal və kommersiya fəaliyyətinin, tikinti inşaat fəaliyyətinin həyata keçirilməsi (daşınmaz mədəni irs nümunələrinin mühafizəsi məqsədi ilə həyata keçirilən fəaliyyət istisna olmaqla), həmçinin bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. Qoruqların (qanunla yaradılan qoruqlar istisna olmaqla) ərazilərində fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nə uyğun olaraq həyata keçirilir. [3]

3.3. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonaları və sərhədləri barədə təkliflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. [4]

3.4. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonalarını və sərhədlərini müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir. [5]

3.5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 3.4-cü bəndində göstərilən ekspertizanın nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən təkliflərə əlavə etməlidirlər.

3.6. Şuşa Şəhəri Dövlət Qoruğunun sərhədləri və mühafizə zonası “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. [6]

4. Daşınmaz mədəni irs nümunələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması

4.1. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihədə nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir. [7]

4.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [8]

5. Daşınar mədəni irs nümunələrinin qorunması

5.1. Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilərək qorunur.

5.2. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması, saxlanması və ya sərgilənməsi olan muzeylər, kitabxanalar, arxivlər, dini qurumlar, arxeoloji komplekslər və bu qəbildən olan digər təşkilatlar tərəfindən aşağıdakı tədbirlər həyata keçirilməlidir:

5.2.1. mikrofilmlərə, rəngli fotoşəkillər də daxil olmaqla, mədəni sərvətlərin inventarlaşdırılmasının və kataloqlarının aparılmasının həyata keçirilməsi;

5.2.2. mədəni sərvətlərin zədələnməsinə, dağılmasına, deformasiyasına və dəyərini itirməsinə səbəb ola biləcək istidən, işıqdan, nəmişlikdən, çirklənmədən, müxtəlif kimyəvi və bioloji təsirlərdən, titrəyişdən qorunması üçün müasir texniki və təhlükəsizlik vasitələrindən istifadə edilməsi;

5.2.3. zəruri mütəxəssislərin hazırlanmasının təmin edilməsi.

5.3. Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Bu məqsədlə onlar tərəfindən aşağıdakı tədbirlər görülməlidir:

5.3.1. mülkiyyətlərində olan mədəni sərvətlərin siyahıya alınması, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi; [9]

5.3.2. mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə mühafizə müqaviləsinin bağlanılması.

5.4. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. [10]

6. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması

6.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunur.

6.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə, sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə ötürülmə daxil olmaqla, mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.

6.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil olan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır. [11]

7. Mədəni irs nümunələrinin bərpası

7.1. Mədəni irs nümunələrinin bərpası aşağıdakı üsullarla həyata keçirilir:

7.1.1. mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi;

7.1.2. bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi.

7.2. Mühafizənin bərpa dərəcəsi obyektin ilkin təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na uyğun olaraq həyata keçirilir.

7.3. Bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na uyğun olaraq həyata keçirilir.

7.4. Mədəniyyət müəssisələrinin bərpası məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi həyata keçirir. [12]

8. Mədəni irs nümunələrinin istifadəsi

8.1. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır.

8.2. Mədəni irs nümunələrindən istifadə hüququ aşağıdakılara əsasən yaranır:

8.2.1. dövlət və ya bələdiyyə orqanlarının qanunauyğun qəbul edilmiş aktlarına;

8.2.2. qanuna uyğun olaraq bağlanılmış müqaviləyə;

8.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarına;

8.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər əsaslara;

8.3. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.

8.4. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda isə digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin razılığı ilə həyata keçirilir. [13]

8.5. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.

8.6. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni sərvətlər satıldıqda, onların alınmasında dövlət üstün hüquqa malikdir. Dövlət tərəfindən mədəni sərvətlərin alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660-cı maddəsinə uyğun olaraq tənzimlənir.

8.7. Xüsusi mülkiyyətdə olan mədəni irs nümunələri satıldıqda, mülkiyyətçi bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verməlidir. [14]

8.8. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni irs nümunələrinin mülkiyyətçisi həmin sərvətlərin saxlanılmasını müəyyən edilmiş qaydada təmin etmirsə və bu, onların öz əhəmiyyətini itirmə təhlükəsi yaradırsa, belə sərvətlər məhkəmənin qərarına əsasən dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.

8.9. Mədəni sərvətlər satın alındıqda, onların dəyəri tərəflərin razılığı, əks təqdirdə isə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

8.10. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin istifadəsi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [15]

9. Mədəni irs nümunələrindən istifadə rejimi

9.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

9.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin təyinatına uyğun istifadə edilməsi təmin olunur.

9.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi , “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir. [16]

9.4. Azərbaycan Respublikasının ərazisində (Şuşa şəhərinin ərazisi istisna olmaqla) arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır. Bu bənddə qeyd olunan işləri aparan (yerinə yetirən) fiziki və hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə aparılmış tədqiqat işləri barədə hesabat verir. [17]

9.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssislərin iştirakı ilə həyata keçirilir. [18]

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886)

2. 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

3. 21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808 )

4. 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313 )

5. 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il )

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886 ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.2-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Həmin siyahılara daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunə-lərinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.2-ci bəndin ikinci cümləsində, 3.3-cü, 3.4-cü, 3.5-ci, 7.4-cü və 9.3-cü bəndlərdə, 8.4-cü bəndin birinci cümləsində, 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.2-ci bəndinin ikinci cümləsinə “sərhədləri” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri, birinci halda “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilmişdir və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

[2] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.3-cü bəndinə “elan edilməsi” sözlərindən sonra “qanunla yaradılan qoruqlar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

[3] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.2-ci bəndinin ikinci cümləsinə “Qoruqların” sözündən sonra “(qanunla yaradılan qoruqlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

[4] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886 ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü bəndində “Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonaları və qoruqların” sözləri “Qoruqların mühafizə zonaları və” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü və 3.4-cü bəndlərinə “Qoruqların” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri əlavə edilmişdir.

[5] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886 ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.4-cü bəndində “Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonalarını və qoruqların” sözləri “Qoruqların mühafizə zonalarını və” sözləri ilə əvəz edilmişdir.

[6] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na yeni məzmunda 3.6-cı bənd əlavə edilmişdir.

[7] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 4.1-ci bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilmişdi.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda 4.1-ci bəndin birinci cümləsinə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilmişdir və ikinci cümlədə “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

[8] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda 4.2-ci bəndə “Qanununa” sözündən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilmişdir.

[9] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərə və 9.5-ci bəndin ikinci cümləsinə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilmişdir.

[10] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 5.4-cü bəndin birinci və ikinci cümlələrində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

[11] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 6.3-cü bənddən “və Turizm” sözləri çıxarılmışdır.

[12] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 7.4-cü bəndində və 9.5-ci bəndin birinci cümləsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

[13] 21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.4-cü bəndinin ikinci cümləsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.4-cü bəndinin birinci cümləsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilmişdir.

[14] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.7-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə,” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.7-ci bəndinə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilmişdir.

[15] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na yeni məzmunda 8.10-cu bənd əlavə edilmişdir.

[16] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886 ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.3-cü bəndində “obyektlərinin” sözündən sonra “(“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)” sözləri əlavə edilmişdir və “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.3-cü bəndinə (birinci halda) “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilmişdir və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

[17] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.4-cü bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyində,” sözləri “Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində,” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 11 noyabr 2022-ci il ) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.4-cü bəndin birinci cümləsinə “ərazisində” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilmişdir, ikinci cümlə üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və üçüncü cümləyə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilmişdir.

[18] 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü, 3.4-cü, 3.5-ci, 4.1-ci (birinci və ikinci cümlələrində), 7.4-cü, 8.4-cü, 8.7-ci, 9.4-cü (birinci və ikinci cümlələrində), 9.5-ci (birinci və ikinci cümlələrində) bəndlərindən və 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.5-ci bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilmişdir.

“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının təqdimatı keçirildi

Oktyabrın 3-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimat mərasimi keçirildi.

Təqdimatda çıxış edən layihənin rəhbəri, mədəniyyət naziri Əbülfəs Qarayev portalın yaradılmasının əhəmiyyəti və məqsədi haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, layihə həm cəmiyyətimiz, həm də tariximiz üçün əhəmiyyət kəsb edir. Layihə ayrılıqda götürülmüş hansısa fayl, nominasiya şəklində deyil, dövlətimizin strateji xətti kimi qəbul edilməlidir.

Nazir vurğuladı ki, müharibələrdən əziyyət çəkən ölkələrin həm canlı qurbanları olur, həm zəbt olunmuş torpaqları, həm də pərdəarxası, gözlə görünməyən itkiləri ları olur: “Bu gün bizim təqdim etdiyimiz layihə cəmiyyəti yeni prosesə səsləyir. Biz gündəlik həyatımızda qeyri-maddi irs barədə düşünmürük. Amma kimsə müharibənin vurduğu ziyan haqqında xəbər eşidəndə, bədxah qonşuların hansısa mədəni nümunəmizi öz adlarına çıxarması faktı ilə rastlaşanda bu zaman mütləq dövlətin bu işlə məşğul olan strukturlarını günahkar hesab edir. Onlar düşünmürlər ki, bu iş bütün vətəndaşların və cəmiyyətin birgə səyi nəticəsində reallaşmalıdır. Mədəniyyət abidələrimizin, ümumilikdə qeyri-maddi mədəni irsimizin qorunması vətəndaşların şüurunda formalaşmalıdır. Burada artıq hansısa müəssisə, yaxud təşkilatın fəaliyyətini gözləmək yersizdir. Yeni layihə məhz bu amala xidmət edir”. Qeyd olundu ki, mədəni irsin qorunması, ona sahib çıxmaq məsələləri təxminən 10 il bundan əvvəl dünya səviyyəsində bu qədər aktual deyildi. Amma bu gün qloballaşma dövründə bu məsələ ən aktual və vacib mövzuya çevrilib. UNESCO çərçivəsində keçirilən sessiyalar belə sanki müharibə, döyüş xarakteri daşıyır.

Əbülfəs Qarayev diqqətə çatdırdı ki, dövlətimiz, Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəni irsimizin qorunması işinin təməlini qoymasaydı, bu gün maddi nümunələrimiz bu dərəcədə təbliğ olunmayacaqdı: “Məhz Mehriban xanımın mədəni irsimizə, tariximizə diqqəti və qayğısı nəticəsində bu gün UNESCO-nun müvafiq siyahılarında Azərbaycanın 11 nominasiya faylı qorunur və ölkəmiz təşkilatın “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub”.

Bildirildi ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin yaradılması qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onların təbliğini təşviq etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaq ehtiyacından irəli gəlib. Çünki nəsildən-nəslə ötürülən belə nümunələr xalqın uzaq keçmişinə, qədim tarixinə söykənən təcrübə əsasında yaradılır və insanlarda özünəməxsusluq, irsilik hissi formalaşdırmaqla həm də mədəni müxtəlifliyə xidmət edir.

Əbülfəs Qarayev layihənin ərsəyə gəlməsində AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət İnstitutları, Aşıqlar Birliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi və Dövlət Film Fondunun, eləcə də biblioqrafiyanın hazırlanmasında Milli Kitabxananın fəaliyyətini qeyd etdi.

Nazir bildirdi ki, bu layihə ölkəmizdə fəaliyyət göstərən bütün muzey sərvətlərinin qorunması ilə bağlı reyestr planının hazırlanmasını da zəruri edir: “Artıq bu layihə üzərində işlərə başlanılıb və ilkin format hazırlanıb. Bu gün qloballaşan, informasiya çevikliyi tələb edən zamanda öz milli sərvətlərimizi zərbə altında qoymamaqdan ötrü bütün innovativ vasitələrdən istifadə edərək ölkəmizin milli sərvətlərini müdafiə etməyi bacarmalıyıq”.

Vurğulandı ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin yaradılması Azərbaycan hökumətinin UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsidir. Dövlət Reyestrinin elektron portalı Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycannın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da öz əksini tapıb.

Daha sonra nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli reyestrlə bağlı təqdimatla çıxış etdi. Bildirdi ki, www.intangible.az portalı “Əsas səhifə”, “Reyestr haqqında”, “Reyestr”, “Azərbaycan nümunələri UNESCO siyahılarında”, “Ermənistanın təcavüzü”, “Xəritə”, “Xəbərlər”, “Təkliflər” və “Əlaqə” bölmələrindən ibarətdir. Portalda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyada təqdim edilir. Həmin kateqoriyalara daxil olan məfhumlar siniflərə, növlərə, janrlara və qruplara görə fərqləndirilib. Qeyri-maddi mədəni irs nümunələrinin səhifəsi nümunə haqqında arayışdan, nümunəyə aid foto və videolardan, nümunənin pasportundan, daşıyıcı və təşkilat, nümunənin yayıldığı areal haqqında məlumatlardan ibarətdir. Arayışlar UNESCO-nun tələbləri çərçivəsində tərif (təsvir), təsnifat, tarix və yayıldığı areal əhatə olunmaqla həmin sahə üzrə çalışan elmi mütəxəssislər tərəfindən hazırlanıb.

Təqdimatda çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov portalı yüksək dəyərləndirdilər. Vurğulandı ki, qeyri-maddi mədəni irsin qorunması təkcə dövlət tərəfindən deyil, cəmiyyət tərəfindən də dəstəklənməli, daim diqqətdə saxlanılmadır.

Sonda nazir Əbülfəs Qarayev portalın təkmilləşdirilməsi və xarici dillərə tərcüməsi ilə bağlı təkliflərini verdi.

Qeyri-maddi mədəni irs nümunələri

Ölkəmiz 22 ildir ki, UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Bu əlaqələrin inkişafında Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Mehriban xanım 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlamışdır.

Bu əlaqələrin nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Belə ki, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Qeyd etmək istərdik ki, 2013-cü il UNESCO tərəfindən İçərişəhər Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ölkəmizdə əlaqələrin yeni mərhələsi olmuşdur. Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.

İçərişəhərin UNESCO-nun gücləndirilmiş mühafizə rejimli abidələrinin siyahısına daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındı. Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi-mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim olunmuşdu.

Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.

Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisəyəgəlməz nümunələr kimi qəbul olunur. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun yeni binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır.

Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir. Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında təhlükədə olan abidələrin vəziyyəti müzakirə edilmişdir. Siyahıya daxil edilən 800-ə yaxın təbii və mədəni irsə aid abidələrin vəziyyəti hər il təhlil olunur. Təhlükədə olan abidələrlə bağlı məsələ isə dərhal müzakirəyə çıxarılır. Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da Dünya Mədəni İrs Siyahısına daxil edilmişdi. Ölkəmiz bununla bağlı artıq ikinci dəfə məsələ qaldırmışdı. İlk belə müraciət 2004-cü ildə olmuşdur. Qoruqla tanış olmaq məqsədilə əraziyə gələn xüsusi komissiya vəziyyəti müsbət qiymətləndirsə də, bildirmişdi ki, Qobustanda müəyyən işlər davam etdirilməli və yalnız bir ildən sonra bu məsələ gündəmə gətirilməlidir. Yeni Zelandiyanın Kristçorç şəhərində İrs Komitəsinin 31-ci sessiyasında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya İrs Komitəsinin bütün üzvlərini Prezident İlham Əliyevin bu yaxınlarda Qobustanın inkişafı ilə bağlı imzaladığı sərəncamla tanış etmişdir. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın UNESCO-nun baş direktoru Koişiro Matsuuraya göndərdiyi xüsusi məktubunun surəti də təqdim olunmuşdur.

Azərbaycan alimləri 40 ildən bəri Qobustanın öyrənilməsi ilə məşğul olmuşlar. Qobustanın fotoşəkilləri, alimlərimizin bu qoruq barədə elmi əsərləri komitə üzvlərində böyük maraq doğurdu. Nəticədə sessiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil olunması barədə yekdilliklə qərar qəbul etdi. Beləliklə, bu qərara əsasən, Qobustan da beynəlxalq təşkilatların nəzarəti altındadır, onun qorunması və inkişaf etdirilməsi həm də bəşəri əhəmiyyət daşıyır. Azərbaycan qoruqla bağlı mütəmadi olaraq hər il komitəyə məlumatlar təqdim edir. Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi ilə əlaqədar Muğam Mərkəzində təqdimat mərasimi keçirilib. Mərasimdə tar sənəti haqqında filmin nümayişi və tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilmiş diskin təqdimatı olub, tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilib. Beləliklə, Azərbaycanın tar ifaçılığı sənəti də UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salındı. Və nəhayət, ötən il Azərbaycanın ənənəvi at idman növü çovkan oyunu UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildi.

Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli-mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.

Xalq qəzeti.- 2014.- 30 mart.- № 62.- S. 2.

↑ Copyright © 2016-2023 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.