Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vergi öhdəlikləri
Azərbaycanda qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər Vergi Məcəlləsinin (VM) 99-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən alınan, ödəmə mənbəyində vergiyə cəlb olunmayan gəlir əldə edən və bu səbəbdən də vergi orqanında gəlir vergisinin ödəyicisi kimi uçota durmuş fiziki şəxs hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisi hesablamalıdır.
- faiz gəliri;
- dividend;
- əmlakın icarəyə verilməsindən gəlir;
- royalti;
- vergi ödəyicisinə bağışlanmış borcun məbləği (VM-in 98.2.4 maddəsinə əsasən, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği istisna olunmaqla);
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən aktivlərin təqdim olunmasından gəlir;
- təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (VM-in 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olunmaqla);
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əməkhaqqından başqa);
- həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin həm də qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı da gəliri ola bilər. Məsələn, sahibkar fiziki şəxs həm istehsalat sahəsində məhsul istehsal edib sata, həm də obyektini icarəyə verə bilər.
Fiziki şəxs tərəfindən əmlakın icarəyə verilməsindən və royaltidən əldə olunan, lakin ödəmə mənbəyində vergiyə cəlb edilməyən gəlirdən vergi hər hansı xərc nəzərə alınmadan gəlirin ümumi məbləğindən hesablanır. Bu verginin məbləği «Gəlir vergisinin bəyannaməsi» ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.
Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə digərlərindən fərqli qaydada fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinə cəlb olunurlar. Həmin şəxslər ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərinə görə aldıqları haqlardan xərclər çıxılmadan 10 faiz dərəcəsi ilə (VM-in 101.4-cü maddəsi) gəlir vergisinə cəlb edilirlər, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq «Xüsusi notariusların gəlir vergisi bəyannamə»si ilə qeydiyyatda olduqları vergi orqanına bəyan edilir, notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərdikləri xidmətlərdən isə ƏDV tutulmur.
Vergilər Nazirliyi hazırda elektron ticarətdə xüsusi yer tutan kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslərin də qeyri-sahibkarlıq fəaliyyətinin iştirakçıları kimi vergiyə cəlb olunması məsələsini diqqətdən keçirir. Həmin şəxslərin vergi orqanlarında uçota durması, qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergi dərəcələr tətbiq edilməsi nəzərdə tutulur.
- Elektron ticarətin vergiyə cəlb olunması
- 5 xarici şirkət Azərbaycandan getdi
- Nizamnamə kapitalı 723.000 manat olan ASC yaradıldı
Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir
Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir Bakı. 18 may. REPORT.AZ/ Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq.
17 May , 2018 10:51
https://static.report.az/photo/79e82ade-6154-4972-839e-a20616d87154.jpg
Vergilər Nazirliyi / Report
Bakı. 18 may. REPORT.AZ/ Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kript ovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq. “Report”un verdiyi xəbərə görə, nazirliyin mövqeyini qurumun Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov açıqlayıb. “Azərbaycanda kriptovalyuta əməliyyatlarını əsasən fiziki şəxslər həyata keçirir. Hesab edirik ki, bu insanların apardığı əməliyyatlar qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməli, həmin şəxslər vergi orqanlarında uçota durmalıdır, qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər”, – deyə o, qeyd edib.
Link kopyalandı
Nərmin Rəhimova
https://static.report.az/photo/c2871f11-3035-31ca-8e1d-d5690a7600f8_50.jpg
Rus versiyası Минналогов: Операции с криптовалютами следует облагать налогом
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Mənzil və qeyri-yaşayış sahələrinin satışından vergi tutulmasının YENİ QAYDALARI
Yanvarın 1-dən Azərbaycanda mənzil və qeyri-yaşayış sahələrinin satışı zamanı yeni qaydada ödəmə mənbəyində vergi tətbiq ediləcək.
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, fiziki şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla hesablanacaq. Bu zaman bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunacaq. Məsələn, Bakıda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal 1-ci zona üzrə 4, ikinci zona üzrə 3, 3-cü və 4-cü zona üzrə 2,2, 5-ci və 6-cı zona üçün 1,8, 7-ci,8-ci və 9-cu zona üçün 1,5, 10-cu,11-ci və12-ci zona üçün 1,2-dir.
Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə 1,2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə – 0,5 əmsal tətbiq edilir. Yəni mərkəzdən kəndlərə getdikcə mənzil satışı ilə bağlı verginin miqdarı azalır.
Beləliklə, tutaq ki, Bakıda birinci zonada, yəni şəhərin mərkəzi hissələrində hər hansı fərdi şəxs mülkiyyətində olan mənzili satarkən 3600 manat (60 kvm*15AZN*4=3600 manat) vergi ödəməlidir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim olunması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxmış olur. Notariuslar tərəfindən tutulan bu vergi sadələşdirilmiş verginin xüsusi bir növüdür və bəyannamənin həm forması, həm də hesabat dövrü ümumi sadələşdirilmiş vergi bəyannaməsindən fərqlənir. Bu bəyannamənin forması daha sadədir, təqdim olunma dövrü isə aylıq olacaq. Notariuslar tərəfindən təqdim edilməli bəyannamələrin yeni forması artıq Vergilər Nazirliyi tərəfindən təsdiq olunub.
Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən mülkiyyətində olan mənzil sahəsi ilə bağlı bu vergiyə cəlb olunmayacaq şəxslər də müəyyənləşdirilib. Mənzil və ya qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən fiziki şəxslərə ödənilən kompensasiya, aktivlər ər və arvad arasında verildikdə , aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə, nəhayət, fiziki şəxslər azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini satan zaman vergiyə cəlb olunmayacaq.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şirkətlər tikilən binanın qeyri-yaşayış sahələrini, habelə mülkiyyətlərində olan binaların qeyri-yaşayış sahələrinin satan fiziki şəxslər sadələşdirilmiş vergi verərkən vergi hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.