Mənfəət Vergisi və gəlirdən çıxılan xərclər
2. İşçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği
2. Gəlir vergisindən azadolmalar və güzəştlər. Əmək haqqından vergi tutularkən fiziki şəxslərin vergi güzəşti hüququnun
müəyyənləşdirilməsi.
G İ R İ Ş.
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün gəlirdən çıxılan xərclər arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyindən vergi tutulduğu halda vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir. Vergiyə cəlb olunan gəlir konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirlərdən çıxılan məbləğ arasındakı fərqdir.
Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növümumi gəlirin Vergi məcəlləsində müəyyənləşdirilən hmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir. Gəlir rezident vergi ödəyicisinin gəliri onun AR-da və AR-nın hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
1. Fiziki şəxs tərəfindənmuzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda həmçinin əvvəlki və ya gələcək iş yerindən alınan gəlirdir. Gəlirin məbləği aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:
1. İşəgötürənin öz işçisinə malı, işi, xidməti təqdim etdiyi halda bu cür malların, işlərin, xidmətlərin bazar qiyməti ilə dəyəri
2. İşçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği
3. İşçinin işə götürənə olan borcunun vəya öhdəliyinin başlandığı halda həmin borcun vəya öhdəliyin məbləği
4. İşəgötürən tərəfindən ödənilən sığorta haqları
Faktiki ezamiyyə xərclərinin habelə 10 manatadək dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə sutkalıq ödənişlərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
- əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir
- faiz gəliri
- divident
- royalti
- əmlakın icarəyə verilməsindən gəlir
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
Vergitutulanın aylıq gəliri 2000 manatadək olduqda 14 faiz, 2000 manatdan çox olduqda yəni 280man + 2000 manatdan çox olan məbləğin 35 faizi tutulur.
İki və ya daha çox yerdə işləyən fiziki şəxslərinn gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. İllik gəlirlərdən aşağıdakı vergi dərəcələri tutulur:
Vergitutulanın illik gəliri 24.000 manatadək olduqda 14 faiz, 24.000 manatdan çox olduqda 3.360man + 24.000 manatdan çox olduqda məbləğin 35 faizi tutulur.
2. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
– Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir.
– Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir.
– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, birdəfəlik ödəmələrvə ya maddi yardımlar. Misal: işçiyə noyabr ayında 400,00 man əmək haqqı, əmək qabiliyyətini 5 gün itirdiyinə görə 80,00 man müavinət, 100,00 man dövlət təqaüdü hesablanıb. Gəlir vergisi isə (400,00+80,00)x14%=67.2 man olur
– təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar
– hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 1.000,00 man-dək olan hissəsi, mirasların dəyərinin 20.000,00 man-dək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2.000,00 manatadək olan hissəsi
– aylıq gəliri 200,00 manatadək olduqda minimum əmək haqqının 1 misli, illik gəliri 2.400,00 manatadək olduqda minimum əmək haqqının 12 misli məbləğində olan hissəsi
- qiymətli daşlardan və metallardan, incəsənət əsərlərindən əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa , daşınan maddi əmlakın təqdim edilməsindən gəlir.
- vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir
- dəymiş zərərlərin ödənilməsilə bağlı alınan kompensasiya ödənişləri
- bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər
- sığorta hadisəsi baş verdikdə sığortalanın həyatına onun əmlakına dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin AR-nın sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən məbləğ
- müvafiq qaydada AR-nın Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyalardan, həmçinin dövlət daxii uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri. Məs: Vətəndaş lotereyadan 1.000,00 man uduş əldə edib və bu çəxsə vergi tutulmadan həmin məbləğ təqdim edilir.
- ağır və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri
- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, işçilərə müəyyən edilmiş müddətlərdəvə tələb olunan çeşidlərdə verilən xüsusi geyim, və digər mühafizə vasitələrinin dəyəri
- Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq
- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının
- Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin
- I və II qrup müharibə əlillərinin
- 1941 – 1945 –ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin
- Həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının
- Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin
- Çernobıl AES-da qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəaları nəticəsində, həmçinin nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin
- I və II qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri, 100,00 manat məbləğində azaldılır
- həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları(ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar
- Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
- Daimi qulluq tələb edən uşaqlara və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərin biri arvad, himayəçi, qəyyum
- Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunverciliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edimir.
Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
- təqaüd, pensiya və işsizlik müavinəti alanlar (uşaqlardan başqa)
- dövlət təlimatında olan şəxslər
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, həmçinin tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar. Fiziki şəxsin yuxarıda göstərilən güzəşt hüquqları olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
3. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:
– Azərbaycan Respublikasının Milli Qəhrəmanları
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi
– Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları
Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi
Şöhrət” orderinin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə
– I və II qrup əlilləri
I və II qrup əlilinin vəsiqəsi
hərbi komissarlığın vəsiqəsi
rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı
– həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri)
hərbi komissarlığın vəsiqəsi
rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
– 1941 – 1945–ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər
hərbi komissarlığın arayışı
Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, ocümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər
hərbi komissarlığın, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
- I və II qrup əlillər
tibbi sosial ekspert komissiyasının rəyi və ya arayışı.
- həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri, həmçinin vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri)
hərbi komissarlığın, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
- 1990 cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində habelə AR-nın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri)
Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları
- Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
hərbi hissənin və hərbi tədris müəssisəsinin arayışları
- daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri arvad, himayəçi və ya qəyyum
ər və arvaddan birinin güçəştdən istifadə edib etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
uçağın doğulması haqqında şəhadətnamənin surəti;
birgə yaşamaq haqqında mənzil-komunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
- məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər:
- himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlər əsasən verilir
AR Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları;
Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.
SUMQAYIT DÖVLƏT
UNİVERSİTETİ.
KURS: 4
TƏLƏBƏ: Abdullayev Cavid
KAFEDRA: Mühasibat uçotu və audit
FƏNN: Mühasibat uçotu
NƏTİCƏ
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergitutmalı olan aylıq gəliri 20 man azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək habelə uşaqların və himayədəkilərin öldüyü halda.
Aşağıdakılar himayəndəkilərə aid edilmir:
1.Təqaüd pensiya və işsizlik müavinəti alan şəxslər.
2. Dövlət əmlakında olan şəxslər.
Mənfəət Vergisi və Gəlirdən Çıxılan Xərclər
Bu məqalədə Azərbaycanda mənfəət vergisi ilə bağlı əsas müddəaları xülasə şəklində diqqətinizə çatdırırıq.
Vergi ödəyicisinin gəliri ilə gəlirdən çıxılan xərc arasındakı fərq onun mənfəətidir. Mənfəət vergisi dedikdə, məhz qazanılmış mənfəətin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müəyyən faizlərlə hesablanmış vəsaitdir.
Mənfəət vergisi ödəyiciləri
Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisi ödəyicisidir.
- Rezident müəssisənin bütün gəlirləri, həmçinin onun Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikası hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Rezident müəssisənin göstərilənlərə uyğun olaraq hesablanmış mənfəəti vergitutma obyektidir.
- Qeyri-rezident müəssisənin Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyətdən əldə etdiyi mənfəətindən vergi ödəyir. Yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi bütün gəlirinin Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan mənfəəti vergiyə cəlb olunur.
- Qeyri-rezident hüquqi şəxslərin daimi nümayəndəliyi ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən Vergilər Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyindən vergiyə cəlb olunur. Ödəmə mənbəyində tutulan vergilərlə ətraflı buradantanış ola bilərsiniz.
- Azərbaycan Respublikasında daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisənin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi mənfəətindən vergi tutulur.
Mənfəət vergisi dərəcəsi
Azərbaycan Respublikasında Vergi məcəlləsinə uyğun olaraq, müəssisələrin fəaliyyəti nəticəsində əldə etdiyi xalis mənfəətdən ümumi qaydada 20% dərəcəsi ilə vergi tutulur. Mikro bizneslərin təşviqi səbəbi ilə edilmiş güzəştlərə əsasən mikro bizneslərdə mənfəətin 5% dərəcəsi ilə vergi tutulur. Qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən ödəmə mənbəyindən tutulan vergi dərəcəsi ilə vergiyə cəlb olunur.
Mənfəət Vergisindən Azadolmalar
Aşağıdakı hallarda qazanılmış gəlirlər sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər mənfəət vergisindən azaddır.
- Xeyriyyə təşkilatlarının gəliri;
- Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;
- Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri;
- Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa);
- Təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissə istisna olmaqla;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.
- Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar;
- Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi;
- Ssənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 10 il müddətinə;
- Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
- Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya;
- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi – 7 il müddətinə;
- Vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;
- Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
- KOB klaster şirkətinin mənfəəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
- KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;
- Mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə;
Mənfəət vergisində güzəşt tətbiq olunan müəssilər isə aşağıdakılardır:
- Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır .
- 1 yanvar 2019-cu ildən başlayaraq POS terminal vasitəsilə nağdsız pərakəndə satış və ictimai iaşə üzrə nağdsız gəlir nisbətini nəzərə alaraq, 3 il müddətinə 25% azaldılır.
- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Gəlirdən çıxılan xərclər:
Aşağıdakı xərclərin gəlirdən çıxılmasına icazə verilir.
- Gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla qanunla nəzərdə tutulmuş icbari ödənişlər;
- Ümidsiz borclar;
- Ehtiyat sığorta fondlarına ayırmalar;
- Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər;
- Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər;
- Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər;
- Qeyri-maddi aktivlərə çəkilən xərclər;
- Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya hesablamaları;
- Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır;
- Əməkhaqqı kartlarının alınmasına çəkilən xərclər;
- Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır;
- Təmirlə bağlı xərclər Vergi Məcəlləsinin 115-ci maddəsində qeyd olunan faiz dərəcələri üzrə gəlirdən çıxılır.
Borc faizlərinin gəlirdən çıxılması (Thin Capitalisation)
- Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
- Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.
Zərərlərin keçirilməsi (Loss Carry-Forward)
- Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
- Fiziki şəxsin – sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.
Mənfəət Vergisi Bəyannaməsinin təqdim edilməsi
Mənfəət vergisi üçün təqvim ili hesabat dövrü sayılır. Vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin Mart ayının 31-dən gec olmayaraq tabe olduğu müvafiq vergi orqanına Mənfəət Vergisi Bəyannaməsi təqdim etməlidir. Vergi ili üçün 31 Mart tarixinədək son hesablamalar aparılmalı və hesablanmış mənfəət vergisi ödənilməlidir. Hüquqi şəxslər rüb başa çatdıqdan sonar 15 gün müddətində cari ödəmələri müvafiq vergi orqanına ödəməli və cari mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir. Mənfəət vergisi bəyannaməsini və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Sadələşdirilmiş Vergi
Aşağıdakı hallarda vergi ödəyiciləri ümumi dövriyyədən, yəni gəlirlərindən xərclər çıxılmadan 2% dərəcə ilə sadələşdirilmiş qaydada vergi ödəyə bilərlər:
- ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
- Pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olmadıqda.
Aşağıdakı hallarda vergi ödəyiciləri ümumi dövriyyədən, yəni gəlirlərindən xərclər çıxılmadan 8% dərəcə ilə sadələşdirilmiş qaydada vergi ödəyə bilərlər:
- Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;
Sadələşdirilmiş vergi ödəyiciləri satışlarına ƏDV tətbiq etməkdən azaddırlar.
Azərbaycanda mənfəət vergisi, habelə vergitutma və mühasibatlıqla bağlı sual və xidmət istəklərinizi bizə göndərə bilərsiniz us ( [email protected] və ya 00994502898973). Beynəlxalq reytinqli vergi və mühasibatlıq bölməmiz məmnuniyyətlə sizə dəstək verməyə hazırdır.
Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində amortizasiya xərcləri necə hesablanır?
Mənfəət hesabatı vergiödəyicisinə vergi xərclərini optimallaşdırmaq üçün qanuni imkanlar yaradır. Bunlardan biri də amortizasiya ayırmalarının gəlirdən çıxılması ilə bağlıdır.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyənləşdirilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır: “Mənfəət vergisinin sadələşdirilmiş vergidən üstünlüklərindən biri odur ki, gəlirdən onun əldə edilməsi ilə bağlı bütün xərcləri çıxmağa imkan verir. Dolayı yolla bu, əsas vəsaitlərin alınması ilə bağlı məsrəflərə də aiddir. Sadəcə bu məsrəflərin gəlirdən çıxılması üçün amortizasiya ayırmalarına aid Vergi Məcəlləsinin 114-cü maddəsində göstərilən normalar nəzərə alınmalıdır. Yəni sahibkar 2022-ci ildə 1500 manatlıq kompüter alıbsa, təbii ki, 2022-ci ilin hesabatında 1500 manatın hamısını xərc kimi tanıya bilməyəcək, ancaq müəyyən müddət ərzində bu aktivi xərc kimi dəyərsizləşdirəcək”.
V.Mirheydərov əlavə edib ki, Vergi Məcəlləsinə əsasən, dəyəri ən azı 500 manat, istifadə müddəti isə bir ildən az olmayan maddi aktiv əsas vəsait hesab edilə bilər. Məhz bu aktivlər Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiyaya məruz qalır və amortizasiya xərcləri də onlar üçün hesablanmalıdır.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.