Press "Enter" to skip to content

Qeyri-üzvi kimya mənası

– Karbon turşularının tiosemikarbazonları və hidrazonları ilə birinci dövr keçid metallarının koordinasion birləşmələri sintez olunmuş, onların quruluşu öyrənilmiş və müəyyən edilmişdir ki, alınmış maddələr bəzi metabolik fermentlərə qarşı ingibitor xüsusiyyətlərinə malik olmaqla qlaukoma, Alzheymer xəstəlikləri üçün potensial preparatlardır.

Azərbaycan Milli Elmlər Akademiyası

– Karbohidrogenlərin çevrilməsi, qaz kim-yası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənib hazırlanması.

– Kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdirilməsinvə optimallaşdırılması.

– Müxtəlif təyinatlı funksional materialların, topoloji izolyatorların nanokompozitlərin, nanogellərin molekulyar maqnetiklərin və keçiricilərin sintezi.

– Yerli mineral xammalın emalı və və qiymətli metalların tullantılarından çıxarılması üçün səmərəli proseslərin yaradılması, hidrotexniki qurğuların korroziyadan mühafizəsi.

– Azərbaycanın mineral xammalının (poli-metal filizlər, gillər, seolitlər və s.) kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır;

– Müəyyən xassələrə malik (foto-, termo-elektrik, maqnit və tibbi-bioloji) yeni qeyri-üzvi birləşmələr və bərk məhlullar sintez edilmişdir;

– Alifatik spirtlərin aldehidlərə, turşulara və mürəkkəb efirlərə birbaşa oksidləşdirici çevrilmə reaksiyaları üçün yüksək aktivliyə və selektivliyə malik seolit katalizatorlarının hazırlanmasının elmi əsasları yaradılmışdır.

– Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir.

– Katalaza və peroksidaza fermentlərinin əsas xarakterik funksiyalarını imitasiya edə bilən immobilizə olunmuş dəmirporfirin tərkibli biomimetik katalizatorlar əsasında biomimetik sensorlar işlənib hazırlanmışdır.

– Metal yarımkeçirici örtüklərin və təbəqələrin elektrokimyəvi alınma üsulları işlənib hazırlanmış, müxtəlif səthlər üçün mühafizə vasitələri yaradılmışdır;

– Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır;

– Xelat əmələ gətirən liqandlarla keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez edilmiş, onların molekulyar və kristallik quruluşu öyrənilmişdir.

2016-2021-ci illərdə əldə edilən mühüm nəticələr

– Smart biomimetik material və yarımkeçirici (Si) əsasında hazırlanmış biomimetik sensor yüksək aktivliyi, həssaslığı və davamlılığı ilə H2O2-in məhlulda qatılığını 10-6 küt.%-ə qədər təyin etməyə imkan yaradır.

– Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsi üçün kompleksin uzlaşdırılmış kütlə və istilik axınlarının təyininə əsaslanan yeni metod işlənib hazırlanmışdır.

– Müəyyən edilmişdir ki, ШХ15 poladı səthində termodiffuziya üsulu ilə formalaşdırılmış Cr-Ti karbid örtüyünə molibdenin daxil edilməsi korroziya və eroziyaya davamlılığı artırır və pittinq əmələgətirmə potensialını 200 mV müsbət tərəfə sürüşdürür.

– Doksorubisin antibiotikinin bioloji aktivliyini uzun müddət saxlamaq məq-sədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur.

– Daşkəsən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların çıxarılmasının optimal parametr və rejimləri müəyyən edilmiş, Azərbaycanda ilk dəfə olaraq filiz tullantılarından təbiətə ziyan vurmadan faydalı metalların yuma üsulu ilə hasilat texnologiyası işlənib hazırlanmışdır.

– Ağır p-elementlər əsasında topoloji izolyator xassəli qarışıq laylı bəzi telluridlərin mükəmməl monokristalları yetişdirilmiş, beynəlxalq kollaboratorlarla birgə tədqiqat nəticəsində bu materi-alların terahers detektorlarda sahə-effekt tranzistorları kimi tətbiqinin mümkünlüyü müəyyən edilmiş və monokristallik layların nanopulcuqlarından yığılmış nanoantennalar əsasında skanedici sınaq qurğusu vasitəsilə müxtəlif qeyri-şəffaf obyektlərin daxili görüntülərinin yüksək keyfiyyətli təsvirləri alınmışdır.

– Mingəçevir su anbarının sualtı polad qurğularında mikrobioloji bakteriyaların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlər anaerob xassəli olub sudakı SO42- ionları ilə qidalanaraq H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olurlar.

– Üzvi batareyalarda elektrod materialı kimi perspektivli material olan dördəvəzli fenilendiaminlərin monomer və oliqo-merlərinin, onların mis komplekslərinin alınma üsulları işlənib hazırlanmışdır.

– Sualtı obyektlərin aşkar edilməsi üçün geniş tezlik intervalına malik akustik antenaların hazırlanması məqsədi ilə poli-N-vinilpirrolidon və qummiarabik sopolimeri əsasında ölçüləri 7-9 nm olan yeni sinif pyezoelektrik gümüş nanokompozitləri alınmışdır.

– Acınohur titanmaqnetit konsentratının təbii qazla reduksiyası vasitəsilə və xitozan (0,01%) modifikatorundan istifadə etməklə titan 4-oksidin rutil və anataz formalarının istiqamətli sintezinin optimal rejimi və parametrləri müəyyən edilmiş və prosesin texnoloji sxemi hazırlanmışdır.

– Günəş batareyalarında istifadə edilən CdS birləşməsinin fotohəssaslığından daha yüksək fotohəssaslığa və daha geniş spektr sahəsinə malik Cd3As2S3Se3 birləşməsi sintez edilmiş, onun optiki və fotoelektrik xassələri öyrənilmiş və fotorezistor kimi günəş batareyalarında istifadə olunmasının perspektivliyi göstərilmişdir.

– Perflüorlaşdırılmış dəmirtetrafenilporfirin (per-FTPhPFe(III)OH/Al2O3) biomimetik katalizatorunun tsikloheksan və metiltsikloheksan qarışığının hidrogen peroksidlə oksidləşməsində tsiklo-heksana qarşı yüksək seçiciliyi müəyyən edilmiş və göstərilmişdir ki, prosesdə 2000C-də – 11.3% tsikloheksanon və 2300C-də – 23.2% tsikloheksen alınır.

– İlk dəfə olaraq bir mərhələli bərk fazalı reaksiya ilə mikrodalğa texnologiyasından və yerli xammal olan Daşkəsən maqnetitindən istifadə etməklə Ni, Co, Zn və Cu metallarının ferritləri alınmış və onların karbon monooksidin oksidləşməsində yüksək aktivliyi müəyyən edilmişdir.

– Nanoölçülü gümüş hissəcikləri saxlayan kvaternizə olunmuş poli-4-vinilpiridin hidrogeli əsasında sintez olunmuş kompozitlərdə doksisiklin antibiotiki immobilizə olunmuş və müəyyən edilmişdir ki, doksisiklin nano-kompozitin tərkibində bioloji aktivliyini uzun müddət saxlayır və onun daşıyıcıdan tədricən ayrılması azı 48 saat ərzində müşahidə olunur.

– Elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli Al2O3 daxilində n-tip CdS nanotellər çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe hetrokeçidləri yaradılmışdir.

– Dəmir və vanadium tərkibli filiz konsen-tratlarının təbii qazla reduksiyasının qeyri-tarazlıq Gibbs enerjisinin komponentlərin parsial təzyiqindən asılılığının analitik 3D modeli işlənilmişdir ki, bu da reduksiya prosesinin başlanğıc temperaturunu 1000C azaldan təzyiq parametrinin qiymətlərini müəyyənləşdirməyə imkan verir:

– İlk dəfə olaraq elektrolit kimi morfolin formiat ion mayesindən istifadə etməklə elektrik hərəkət qüvvəsi (EHQ) üsulu ilə M-X-I (M-Tl, Sb, Bi; X-S, Se, Te) sistemlərində əmələ gələn üçlü birləşmələrin parsial və inteqral termodinamik funksiyaları yüksək dəqiqliklə təyin edilmişdir. Bu yanaşma qeyri-üzvi sistemlərin termodinamik təd-qiqatlarında EHQ üsulunun tətbiq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.

– Karbon turşularının tiosemikarbazonları və hidrazonları ilə birinci dövr keçid metallarının koordinasion birləşmələri sintez olunmuş, onların quruluşu öyrənilmiş və müəyyən edilmişdir ki, alınmış maddələr bəzi metabolik fermentlərə qarşı ingibitor xüsusiyyətlərinə malik olmaqla qlaukoma, Alzheymer xəstəlikləri üçün potensial preparatlardır.

– Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə edilən ferro-sen/ferrisinium sistemi ilə müqayisədə oksidləşmə-reduksiya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən və məhlulda daha davamlı olan yeni oktametilferrosen/ oktametilferrisinium sistemi işlənib hazırlanmışdır.

– İlk dəfə olaraq ferrosenin iştirakında tsikloheksanın katalitik pirolizi ilə alınan karbon nanoborularının tərkibində Fe3C karbidin və dəmirin yüksək temperaturlu -modifikasiyasının əmələ gəlməsi X-ray analiz üsulu ilə aşkar olunmuşdur. Fe-tərkibli karbon nanoboruların kumolun və etilbenzolun aerob oksidləşmə proseslərində yüksək katalitik aktivliyə malik olduğu müəyyən edilmişdir.

– İlk dəfə olaraq ikivalentli platin və palladiumun bioloji sistemlərə xas olan funksional qruplara malik bioloji fəal merkamin və -merkaptoetanol liqandları ilə çoxnüvəli koordinasion birləşmələri alınmış, onların strukturları öyrənilmiş, quruluş və bioloji fəallıq (radioprotektor, onkoloji, dermatoloji) arasında korrelyasiya müəyyən edilmişdir.

– Polistirol istehsalında benzolun etilenlə alkilləşmə prosesində zərərli aralıq məhsul kimi əmələ gələn fenilasetilenin selektiv hidrogenləşmə reaksiyasının tərkibində metal olmayan mezo-quruluşlu polimer karbon nitrid katalizatoru üzərində kinetik qanunauyğunluqları tədqiq edilmiş və prosesin riyazı modeli işlənilmişdir.

– Xitozanın qarışqa aldehidi və benzaldehid ilə reaksiyası nəticəsində alınmış, yüksək həll olma qabiliyyətinə malik N-metil-N-benzil törəməsinə L-tiroksin dərman preparatının inkapsullaşdırılması həyata keçirilmişdir. Alınan biokompleksin siçanlarda in vivo kəskin və xroniki toksikliyi yoxlanılmış və bir ay müddətində onlarda əks reaksiya müşahidə olunmamışdır.

– Dispers neft mühitində kütlə köçürmə hadisələri və reoloji xassələr əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə olan asfalt-qətran və bərk hissəciklərin çökmə və neft avadanlığının səthində hissəciklərin sıx layının yaranma modelləri təklif edilmişdir. Bu modellər neft avadanlıqlarının vəziyyətinin zamana görə proqnozlaşdırılmasına və onların istismar müddətinin artırılması üçün optimal şəraitin seçilməsinə imkan verir.

– Bərk məhlulların termodinamiki stabillik funksiyasını qeyri-səlis sistemlərin çoxhədəfli genetik alqoritmi vasitəsilə həll etməklə iki və üç komponentli xalkogenid bərk məhlulların binodal və spinodal sahələrinin hesablanma üsulu işlənmişdir.

– Daşkəsən filiz hövzəsində yerləşən Filizsaflaşdırma kombinatının tullantılarından faydalı metalları (Co, Cu, Zn, Mn) yuma üsulu ilə çıxartmaq üçün təbiətə ziyan vurmayan ekoloji təhlükəsiz hasilat texnologiyası işlənilmiş, prosesin rejimi və optimal parametrləri müəyyən edilmişdir.

– Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə olunan ferro-sen/ferrisinium sistemi ilə müqayisədə oksidləşmə-reduksiya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən, məhlulda daha davamlı olan yeni heksametilferrosen/ heksametilferrisinium (Me6Fc/Me6Fc+) və oktametilferrosen/ oktametilferrisinium (Me8Fc/Me8/Fc+) sistemləri hazırlanmışdır.

– Tsikloheksanın ferrosen iştirakında katalitik pirolizi nəticəsində tərkibində dəmir karbidi (Fe3C) və dəmirin yüksək temperaturlu -modifikasiyasını saxlayan karbon nanoboruları alınmış, onların etilbenzolun və kumolun aerob oksidləşməsində yüksək katalitik aktivliyi müəyyən edilmişdir.

– Yeni sintez olunmuş ZrMo2, ZrV0,3 və VFe0,2 ərinti katalizatorları üzərində metanolun 125-2250C-də oksidləşməsi nəticəsində formaldehid və dimetil efiri ilə yanaşı 40–43% yüksək setan ədədinə (75-80) malik dimetoksimetanın da alınması müəyyən edilmişdir.

– Neft avadanlıqlarında istifadəsi nəzərdə tutulan korroziyaya davamlı Pb-Sb-Te nazik təbəqələrinin alınması üçün elektrolizin optimal şəraiti tapılmış və müəyyən edilmişdir ki, onlar neft avadanlıqlarının polad materiallarının ömrünü 5-6 dəfə artırır.

– Hidrotermal üsulla sintetik polivinilpirrolidon və orqano-bentonit əsasında alınmış kompozit materialın mövcud sorbentlərlə müqayisədə ağır metal ionlarının (Cr3+, Pb2+ və s.) filiz emalı tullantı sularından, kationaktiv, anionaktiv və qeyri-ionogen boyaların isə toxuculuq sənayesinin tullantılarından çıxarılmasında yüksək sorbsiya tutumuna malik olması müəyyən edilmişdir.

– Temperatur sensorlarının, tənzimləyici-lərin, optiki ötürücülərin hazırlanmasında istifadə oluna biləcək (Ga2S3)1-x(La2S3)x-y(Er2S3)y tərkibli aşağı foton enerjili lüminofor şüşələr sintez edilmiş və xassələri öyrənilmişdir.

– Seksiyalı pilot qurğuda molekulyar azotun hidrogen peroksidlə atmosfer təzyiqində katalizator tətbiq etmədən bir mərhələdə koherent-sinxronlaşdırılmış fiksasiyası nəticəsində azotun 5800C 50 küt.%-ə yaxın konversiyasında azot-1 oksidi, nitrat, nitrit və hiponitrit turşuları alınmışdır.

– İlk dəfə olaraq yığıılmış laboratoriya qurğusunda çox divarlı karbon nano-borularının sintezi aparılmışdır. Bu perspektiv materiallar yeni nəsil kimyəvi proseslər üçün katalizatorlar, polimer stabilizatorları, sement modifikatorları və s. alınmasında istifadə üçün nəzərdə tutulub.

– Kimyəvi proseslərinin müxtəlif xarakterli dinamikasını nəzərə almaqla qeyri-stasionar riyazi modellərinin və optimal idarə etmə blok sxemlərinin yaradılması metodları işlənib hazırlanmışdır. Bu metodların düzgünlüyü krekinq və piroliz qazlarının emalı kompleksinə daxil edilmiş proseslərin optimal idarəetmə rejimlərinin hesablanması ilə təsdiq edilmişdir.

– İlk dəfə olaraq tərkibində metal olmayan polimer karbon nitrid üzərində asetilenin otaq temperaturunda 87% seçiciliklə etilenə katalitik hidrogenləşməsi reaksi-yası kəşf edilmiş, prosesin optimal şəraiti işlənib hazırlanmışdır.

– Poli-N-vinilpirrolidon əsasında alınmış gümüş nanokatalizatorunun iştirakında benzolun oksidləşmə reaksiyası 400C, atmosfer təzyiqində öyrənilmiş və göstərilmişdir ki, bu şəraitdə yeganə məhsul kimi (99%) malein anhidridi alınır və katalizator bir neçə tsikldə öz aktivliyini saxlayır.

– Hidravlik diffuziya və filtrasiya tənliklərinin əsasında neftdəki asfalt-qatran maddələrin və parafinlərin tərkibinin təsirini nəzərə alaraq, qeyri-Nyuton neftin reoloji modelləri hazırlanmış və onların əsasında bu neftin nəqli hesablanmış, məsaməli mühitin fiziki xüsusiyyətləri və əmsalları təyin edilmışdir.

– Qeyri-Nyuton neftin özlülüyünün sistemdəki quruluş əmələ gətirən asfalt və qətran maddələrinin tərkibindən asılılığının modelləri təqdim edilmişdir. Qeyri-Nyuton neftlərinə xas olan hidravlik diffuziya tənliyinin analitik həllinə əsaslanaraq, məsaməli mühitlərdə hidravlik diffuziya və keçericilik əmsallarının qiymət-ləndirilməsi üçün yeni ifadələr alınmış, bu neftlərin məsaməli mühitlərdə hidrodinamik süzülmə prosesi üçün yeni filtrasiya tənliyi təklif olunmuşdur.

– MnTemBV2Te3 (BV-Bi,Sb) homoloji sıralarına aid laylı birləşmələrin yeni nümayəndələri sintez edilmiş, monokristallar halında alınmış və xarakterizə edilmişlər. Alınmış kristal nümunələri tədqiq edilmiş və müəyyən olunmuşdur ki, bu materialların magnit, elektron və topoloji izolyator xassələri m əmsaılnın qiymətindən kəskin asılıdır. Bu, onlar əsasında topoloji kvant hesablamaları, həmçinin antiferromagnit və 2D spintronika üçün yeni effektiv funksional Van-der-Vaals heterostrukturları yaratmağa geniş imkanlar açır.

– Metanın qaz fazada hidrogen peroksidlə birbaşa metanola (19,2%) və onun dimetil efirinə dehidratlaşma (8,2%) ilə gedən (ümumi selektivliyi 90%-ə yaxın) oksidləşməsi üçün nanostrukturlu bifunksional biomimetik katalizator penta-FTPhPFe (III)/Al2O3 sintez edilmişdir.

– Nəzəri əsaslandırılmış kinetik modellər əsasında xlorkarbohidrogenlərin katalitik oksidləşmə prosesləri üçün optimal reaktor tipi seçilmişdir. Müəyyən edil-mişdir ki, xloretilenlərin selektiv oksidləş-məsi prosesini “qaynar” katalizator laylı reaktorlarda, dərin oksidləşmə proseslərini isə “tərpənməz” laylı reaktorlarda ideal sıxışdırma modeli tərtib etməklə həyata keçirmək məqsədəuyğundur.

– Xitozanın modifikantları əsasında yeni enterosorbentlər sintez olunmuş və onların kobalt(II), mis(II), nikel(II) ionlarının sulu məhlullarından sorbsiya xüsusiyyətləri öyrənilmişdir. Xitozanın modifikantlarının bu ionların az miqdarlarına qarşı yüksək sorbsiya qabiliyyətinə malik olmaları müəyyən edilmişdir.

– Kombinə edilmiş yolla nazik təbəqəli Fe2O3/TiO2 və FeSx/TiO2 heterosistemləri yaradılmış və onların fotoelektrokimyəvi xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, Fe2O3/TiO2 FeSx/TiO2 nazik təbəqəşəkilli heterosistemləri fotokatalitik xassələrinə malikdir və onlar fotoelektroliz prosesində model elektrod kimi istifadə edilə bilər.

– Nanoelektronika üçün maqnit xassəli yarımkeçirici qrafen nanokristallarının yaranması, onların elektron quruluşu, fiziki və fiziki-kimyəvi xarakteristikaları kvant-kimyəvi metodla modelləşdirilmişdir. Qrafen kristalına vakansiyaların və ya germanium atomunun təsiri nəticəsində kristalın enerji zonasının yenidən qurulması, Fermi səviyyəsinin yerdəyişməsi və qadağan olunmuş zonanın genişlənməsi qeyri-empirik hesablama üsulu ilə təsdiq edilmişdir.

Elmi şura

– sədr

– sədr müavini

– katib

– üzvləri

Akademik Dilqəm Tağıyev

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı

kimya elmləri doktoru Mina Munşiyeva

akademik, k.e.d., prof. Tofiq Nağıyev

akademik, t.e.d., prof. Ağadadaş Əliyev

akademik Əjdər Məcidov

müxbir üzv, k.ü.e.d., prof. Eldar Zeynalov

müxbir üzv, t.ü.e.d., prof. Qüdrət Kəlbəliyev

k.ü.e.d., prof. Arif Əfəndi

k.ü.e.d., prof. Arif Heydərov

k.ü.e.d., Akif Əliyev

k.ü.e.d., prof. Asif Məmmədov

k.ü.e.d., Elza Salahova

k.ü.f.d., Esmira Quluzadə

k.ü.e.d., prof. Etibar İsmayılov

t.ü.e.d., prof. Fikrət Sadıxov

k.ü.f.d., dos. Faiq Məmmədov

k.ü.e.d., dos. Fəxrəddin Mahmudov

k.ü.e.d., prof. İxtiyar Bəxtiyarlı

k.ü.e.d., İltifat Lətifov

k.ü.e.d., prof. İmir Əliyev

k.ü.e.d., prof. Mirsəlim Əsədov

k.ü.e.d., dos. Nəhməd Əlizadə

k.ü.e.d., Nizami Zeynalov

t.ü.f.d., Rəna Mirzəyeva

k.ü.f.d. Sevinc Məmmədova

k.ü.e.d., prof. Vaqif Əhmədov

k.ü.f.d., Vaqif Qasımov

k.ü.f.d., dos. Ülviyyə Məmmədova

k.ü.e.d., Zenfira Ağayeva

Gənc alimlər və mütəxəssislər şurası

– sədr

– katib

k.ü.f.d., Elmir Babayev

k.ü.f.d., Nigar İbrahimova

k.ü.f.d, Ülviyyə Məmmədova

k.e.i., Səriyyə Ağaməmmədova

k.ü.f.d., Sevinc Osmanova

k.ü.f.d., Nuranə Məlikova

Dissertasiya şurası

– sədr

– sədr müavini

– elmi katib

2316.01- akademik Tağıyev Dilqəm Bəbir oğlu – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- müxbir üzv Babanlı Məhəmməd Baba oğlu – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- k.e.ü.f.d., Məmmədova Ülviyyə Əhməd qızı – Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu

2316.01- k.e.d., S.İ.Abbasov – Neft-Kimya Prosesləri İnstitutu

2303.01- k.e.d., İ.B.Bəxtiyarlı – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.ü.e.d., A.Ş.Əliyev – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.ü.e.d., İ.İ.Əliyev – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.ü.e.d., Ö.M.Əliyev – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- k.e.d., A.C.Əfəndi – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- k.e.d., E.İ.Əhmədov – Bakı Dövlət Universiteti

2316.01- k.e.d., E.H.İsmayılov – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- müxbir üzv Ə.Ə.Məcidov – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2303.01- k.e.d., A.Ə.Heydərov – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

2316.01- müxbir üzv E.B.Zeynalov – Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Həmkarlar təşkilatı

– sədr

– sədr müavini

– katib

k.e.d., prof. Arif Əfəndi

k.e.d., Elza Salahova

k.e.d., Dilbər Əjdərova

k.ü.f.d., Vaqif Qasımov

k.ü.f.d., Aygün Rüstəmova

Qeyri-üzvi kimya mənası

Qeyri-üzvi kimya karbon bazası olmayan molekulların tərkibini, quruluşunu və xüsusiyyətlərini öyrənir.

Qeyri-üzvi kimyəvi maddələr üzvi maddələrə nisbətən daha az dərəcədə tapılır və onların birləşmələri ümumiyyətlə bölünür:

  • Turşular: solda bir hidrogen molekuluna sahib olanlardır, məsələn, sulfat turşusu.
  • Əsaslar: bunlar sodyum hidroksid kimi bir hidroksil anyonuna bağlanmış metaldır.
  • Oksidlər: Əsas oksidlər və ya əsas anhidridlər və metal olmayan oksidlər və ya turşu oksidlər və ya turşu anhidridlər deyilən metal oksidlərinə bölünür. Metal oksidlərə su ilə reaksiya verildikdə, bazalar əldə edilir, su ilə reaksiya verən qeyri-metal oksidlər turşuya çevrilir.
  • Sən çıx: anionla birləşən metaldır. Məsələn, sodyum xlorid kimi nə oksid, nə də hidroksiddir.

Qeyri-üzvi kimya üzvi kimyadan fərqlənir, çünki əvvəllər onun birləşmələri canlılardan alınırdı. Bu gün elmi və texnoloji inkişaf sayəsində laboratoriyalarda birləşmələr yaranır. Beləliklə, qeyri-üzvi kimya içərisində bəzi karbon maddələri qrafit, almaz (üzvi sayılan fullenes və nanotubular xaricində), karbonatlar və bikarbonatlar və karbidlərdir.

  • Qeyri-üzvi birləşmələr
  • Üzvi kimya.
  • Kimya

Azot oksidləri və kükürd dioksid kimi maddələrin sərbəst buraxılması səbəbindən yağan yağışlarla müşayiət olunan qeyri-üzvi kimyəvi maddələrə turşu yağışı deyilir və xüsusən də neft kimyası sənayesindən atmosfer çirkliliyi səbəb olur.

Asit yağışına da baxın.

Qeyri-üzvi adlandırma

Qeyri-üzvi birləşmələrin nomenklaturası hər birləşmə üçün spesifikdir, buna görə üzvi adlandırma ilə müqayisədə daha çox təcrübə tələb edir. Budur birləşmələrin təsnifatı ilə bölünən bəzi nomenklaturalar:

Sadə maddələr

Bunlar, mis, nikel və dəmir kimi metal elementlərin atomları və ya nomenklaturası atomların sayını göstərən önekləri dəstəkləyən metal elementlərin atomları tərəfindən əmələ gəlir: (1) mono-, (2) di-, (3) tri -, (4) tetra-, (5) penta-, (6) hexa-, (7) hepta-, (8) octa-, məsələn, tetrafosfor.

Oksidlər

Metal oksidlərə “oksidlər” əlavə olaraq metalın adı, məsələn sink oksidi deyilir. Qeyri-metal oksidlərə “oksid” dən əvvəl atom sayının prefiksi, daha sonra, məsələn, kükürd dioksid kimi “qeyri-metal” adı verilir.

Sən çıx

Bunlar ikili, üçüncü və dördüncü mərhələlərə bölünür. Qaydalar sodyum xlorid kimi hər bir duz tərkibinə xasdır.

Hidroksidlər

Bunlar oksigen, hidrogen və metaldan ibarətdir. Kalsium hidroksid kimi “hidroksid” və üstəlik metal adı olaraq adlandırılır.

Turşular

Sulu vəziyyətdə oksigenlənmiş, hidrogenlə əlaqəli halojenlərdən ibarət olan və “turşu” olaraq adlandırılan, “metal olmayan” adının ardınca “-hidrik” şəkilçisinə ayrılanlara bölünürlər. məsələn, xlorid turşusu kimi. Hidrasidlər də deyilən oksigensiz turşular, hidrogen, oksigen və “qeyri-metal” dan ibarətdir və kükürd turşusu kimi ionlu sonlanmalarına görə adlandırılır.

Hidrogen halidləri

Tərkibi hidrasidlərə bənzəyir, ancaq qaz halında olmaları ilə xarakterizə olunur. “-İde” sonu olan qeyri-metal, “hidrogen” ilə birlikdə, məsələn, hidrogen xlorid kimi adlandırılır.

Qeyri uzvi kimya adnsu

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun yaranma tarixindən, elmi istiqamətlərindən və nailiyyətlərindən söz açıb. Bildirilib ki, institut 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılıb. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunan SSRİ Elmlər Akademiyasının müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olub.

1965-ci ildə Kimya İnstitutu Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılıb. 2014-cü ilin aprelində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AMEA-nın rəyasət heyətinin müvafiq qərarlarına əsasən institutun adı dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılıb.

İnstitutun direktoru, akademik Dilqəm Tağıyev bu elm müəssisəsinin yaranması, inkişaf mərhələləri, burada aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr barədə məruzə ilə çıxış edib.

Tədbirdə kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi-tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə edilib, müvafiq seksiyalar üzrə məruzələr dinlənilib, 185 poster nümayiş olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.